Məhkəmə qərarları › İş №2-1(112)-3246/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3246/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3246/2023 16.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İ. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinin 0946/ş nömrəli xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi və İddiaçı hərbi xidmətə bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının Cavabdehndə xidmət etməyə başlamışdır və Nazirliyin Tibbi Xidmətinin X6-uçot şöbəsinin rəisinin köməkçisi vəzifəsində baş leytenant rütbəsində hərbi xidmət etmişdir. Sonradan bildirilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Lakin qeyd olunan əmr elan edilməmiş, əmrin sürəti və əmək kitabçası ona təqdim edilməmişdir. Ərizə ilə Azərbaycan Respublikasının Cavabdehnə müraciət edərək hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrin surətinin və əmək kitabçasının təqdim olunmasını xahiş etmişdir. Cavabdehə iki dəfə müraciət olunmağına baxmayaraq cavabdeh müraciətə cavab verməyərək əmrin surətini və əmək kitabçasını təqdim etməmişdir. Öz əlaqələri ilə məlumat əldə etmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin xx.xx.2022-ci il tarixli 0946/ş nömrəli əmri ilə “xidməti uyğunsuzluq” səbəb göstərilməklə onu hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin xx.xx.2022-ci il tarixli 0946/ş nömrəli əmri tamamilə qanunsuz və əsassızdır. İlkin olaraq nəzərə alınmalıdır ki, qulluqda olduğu zaman heç bir pozuntuya yol verməmişdir və barəsində töhmət və digər intizam tənbehi tətbiq olunmamışdır. xx.xx.2022-ci il tarixdə xidmət etdiyi bölməyə yoxlama gəlmiş və xx.xx.2022-ci il tarixdə yoxlama yekunlaşmışdır. Lakin yoxlama nəticələrinə dair akt tərtib edilməsinə və onun əməlində hər hansı pozuntu aşkar edilməsinə dair hər hansı məlumat verilməmişdir. Yoxlama zamanı yoxlayıcı şəxslərə zəruri məlumat və sənədləri təqdim etmişdir. Bu zaman digər vəzifəli şəxslərin nöqsanları müəyyən edildiyi üçün həmin şəxslər onu cəzalandırmaq üçün belə qanunsuz əmrin verilməsinə nail olmuşdurlar. Bundan başqa nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin xx.xx.2022-ci il tarixli 0946/ş nömrəli əmrində əsas kimi tibb xidmətinin məktubu və təqdimat göstərilmişdir. Əmrdə onun hansı nöqsan törətməsi aydın deyil, təqdimatın məzmununda isə məlumatı yoxdur. Həmçinin əmr elan edilməmiş və surəti ona təqdim edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin xx.xx.2022-ci il tarixli 0946/ş nömrəli əmri qəbul edilən zaman çoxsaylı normativ hüquqi aktların tələbləri də kobud pozulmuşdur. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ’’Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e)” bəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Gözlənilən buraxılma ilə bağlı söhbətlər polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən aparılır. Həqiqi hərbi xidmətdən buraxılası hərbi qulluqçularla söhbət zamanı yerində həll edilməsi mümkün olmayan suallar qoyularsa, söhbət aparan rəis həmin sualların həllinə lazım ola biləcək məlumatlarla birlikdə bu barədə yuxarıdakı bilavasitə rəisə məlumat verir. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Həmin Əsasnamənin 163-cü maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Həmin Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Həmin Əsasnaməyə 6 saylı Əlavəsində: “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidmətin bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları”na əsasən: 1. təqdimat blankda tərtib edilir, hərbi hissə komandiri tərəfindən imzalanır və komanda üzrə bu məsələ ilə bağlı son qərar qəbul etmək səlahiyyəti olan komandirə (rəisə) göndərilir. Təqdimat müvafiq qurumlar vasitəsilə göndərilir. Məxfilik qrifı təqdimatın məzmunundan asılı olaraq müəyyən edilir. 3. «Təqdimatın əsaslandırılması» adlı İİ bölmədə göstərilir: v) həqiqi hərbi xidmətdən buraxılmağa təqdim edilərkən: hərbi xidmətə yararlılıq dərəcələri — nə vaxt və hansı hərbi-həkim komissiyası tərəfindən müayinə edilib, nə vaxt və hansı hərbi-həkim komissiyası tərəfindən xəstəlik haqqında şəhadətnamə təsdiq edilib, onun dəqiq nömrəsi, xəstəlik haqqında təsdiq edilmiş şəhadətnamədən hərbi xidmətə yararlılıq dərəcəsi haqqında dəqiq ifadə. Əgər hərbi qulluqçu tibbi müayinəyə göndərilməyibsə bunun səbəbi göstərilir; nə vaxt və kim tərəfindən buraxılma haqqında söhbət aparılıb, hərbi qulluqçu xidmət illərinin hesabı ilə tanış edilibmi, onun buraxılmaya münasibəti; Bu Əsasnamənin 156-cı maddəsinin «v», «q», «d», «e», «ə» bəndləri, 158-ci maddəsinin «b» bəndi üzrə buraxılarkən əlavə olunan attestasiyada əks olunmayan məlumat və şəraiti xarakterizə edən xüsusi səbəb və əsaslar haqqında. Hərbi hissənin daimi fəaliyyət göstərən attestasiya komissiyalarında müzakirədən keçirilmiş təqdimatlarda müvafiq komandirin (rəisin) rəyindən sonra «Attestasiya komissiyasında müzakirə olunub və bəyənilib _il tarixli_ №- li protokol» qeydi edilir. 9. təqdimatla birlikdə söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin «v», «q», «e», «ə» bəndləri, 158-ci maddəsinin «b» bəndi ilə buraxıldıqda); ailə vəziyyəti ilə əlaqədar buraxılmanın (qadın hərbi qulluqçuların və həqiqi hərbi xidmət hərbi qulluqçularının) zəruriliyini təsdiq edən sənədlər göndərilir. Lakin göründüyü kimi cavabdeh Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ’’Hərbi xidmətkeçmə haqqında’" Əsasnamənin tələblərini kobud pozmuş, hərbi xidmətdən ehtiyata buraxılma ilə bağlı zəruri tələblərə əməl etmədən qanunsuz və əsassız əmr vermişdir. Nəzərə alınmalıdır ki, hətta ondan yoxlama ilə bağlı deyil, hərbi xidmətdən ehtiyata buraxılanadək heç bir izahat alınmamışdır. Əmrdə təqdimata istinad edilsə də, təqdimatın məzmunu iddiaçıya aydın deyil, təqdimatda iddiaçının nöqsanlara yol verdiyini təsdiq edən aktlaşdırılmış sənəd, onunla aparılmış söhbət vərəqəsi, izahatı, xəbərdarlıq edilməsinə dair sənədlər mövcud deyil. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 43-cü bəndinə hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Zabitlərə verilən intizam cəzaları a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzaları verilə bilər. Nəzərə alınmalıdır ki, əgər onun hər hansı nöqsan olduğu halda intizam tənbehi tətbiqi mümkün olduğu halda qanunsuz və əsassız əmrlə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bu isə onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına əsas vermir. Belə ki, Azərbaycan Respublikası Silahlı X2 cavabdehin əmri ilə iddiaçıya tətbiq edilmiş xidməti uyğunsuzluğa görə ehtiyata buraxma intizam cəzasından daha yüngül intizam cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İPM-nin 74- cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1 -ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. 2.Hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli kələn vəzifələri daşıyırlar. 3. Heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. Həmin Qanunun 22-ci maddəsinin ikinci hissəsinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək hərbi xidmətdən ehtiyata buraxılmağına dair əmrin surəti və əmək kitabçasının surətinin təqdim edilməsini xahiş etmişdir. 002169 saylı qəbzdən görünür ki, ərizə xx.xx.2022-ci il tarixdə cavabdehə çatdırılmışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrin surətinin və əmək kitabçasının təqdim edilməsini xahiş etmişdir. 001860 saylı qəbzdən görünür ki, ərizə xx.xx.2022-ci il tarixdə cavabdehə çatdırılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən təqdim edilmiş 2500-010/0xx-xx/000680 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı Dövlət Gömrük Komitəsinin Akademiyasında 2022/2023-cü tədris ilində əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə beynəlxalq ticarət və logistika ixtisasında İİ kursda qiyabi təhsil alır. 2021/2022-ci tədris ilinin yaz semestrində 31 may - 04 iyul 2022-ci il tarixlərində 5 həftə müddətində dərslərdə iştirak etmiş və imtahanlarda yaxşı nəticə göstərmişdir. X3 və İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu 2-ci Sülh döngəsi ev 2a ünvanında yerləşən 12 saylı mənzil İddiaçı kirayəyə verilmişdir. Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 54 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən İddiaçı təqdim edilmiş 54/507 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən, o, həqiqətən ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-18/2-1152/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla təqdim edilmiş İddiaçı şəxsi işinə aid sənədlər təqdim edilmişdir. Azərbaycan Respublikasının Cavabdeh İddiaçı xidmət siyahısından görünür ki, o, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur (SX ******* saylı xx.xx.2017-ci il tarixli hərbi bilet). 1062/ş saylı xx.xx.2019-cu il tarixli əmrə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikasının Cavabdeh Tibb Xidmətinin X6-uçot şöbəsinin rəisinin köməkçisi olmuşdur. 1571/ş saylı xx.xx.2020-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kadr zabitləri heyətinə köçürülmüşdür. 0022/ş saylı xx.xx.2022-ci il tarixli əmrə əsasən 3-cü məharət dərəcəsi verilmişdir. 0946/ş saylı xx.xx.2022-ci il tarixli əmrə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N saylı hərbi hissə tərəfindən İddiaçı təqdim edilmiş xx.xx.2018-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, o, xidmət etdiyi müddətdə özünü nizam intizamlı. vəzifə borclarına layiqincə yanaşan üzərinə düşən məsuliyyəti dərk edən bir əsgər kimi göstərmişdir. Hərbi işi vicdanla öyrənmiş,öz xidməti vəzifələrini nümunəvi yerinə yetirmişdir.Ona təhkim olunmuş silahı, döyüş texnikasını və digər texnikanı mükəmməl öyrənmiş, həmişə saz.təmiz və döyüşə hazır vəziyyətdə saxlamışdır. Komandirlərin əmr və tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmiş, nalayıq hərəkətlərə yol verməmiş və yoldaşlarımda belə hərəkətlərdən çəkindirmişdir. Forma uzrə səliqəli geyinmiş, şəxsi və ictimai gigiyena qaydalarına riayət etmişdir. Hissədən kənarda olarkən ictimai asayişi pozmamış, özünü şərəfli və ləyaqətli aparmışdır. Əsgər İddiaçı Rüfət oğlu, xidmət etdiyi müddətdə mənəvi keyfiyyəti ilə həmişə kollektivdə özünə məxsus hörmət qazanmışdır Mənəvi cəhətdən yetkin, fiziki cəhətdən sağlamdır. Azərbaycan Respublikasının Cavabdeh 1062/ş saylı xx.xx.2019-cu il tarixli əmrdən çıxarışa əsasən ehtiyatda olan əsgər İddiaçı Cavabdehndə 1 il 6 ay müddətinə həqiqi hərbi xidmətə qəbul edilmiş və Nazirliyin Tibb Xidmətinin X6-uçot şöbəsinin rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsində qeydiyyatdadır. Əsgər İddiaçı leytenant ilkin zabit hərbi rütbəsi verilmişdir. xx.xx.2020-ci il tarixli təqdimatdan görünür ki, Leytenant İddiaçı hərbi biliyə yiyələnmək məqsədi ilə öz üzərində çalışır, Silahlı Qüvvələr nizamnamələrini bilir və onların tələblərini yerinə yetirməyə çalışır. Hərbi nəzakət və davranış qaydalarını bilir, öz üzərində çalışır və peşəkarlıq səviyyəsini artırmağa çalışır. İradəlidir və dözümlüdür. Xidməti fəaliyyətinə verilən qiymət kafidir. İxtisasına uyğun biliyi və hazırlıq səviyyəsi kafidir. Vətənpərvərdir, dövlət və xalqına sadiqdir. Zahiri görünüşü səliqəlidir. Fiziki cəhətdən sağlamdır. Hərbi və dövlət sirrini qorumağı bacarır. Azərbaycan Respublikasının Cavabdeh 1571/ş saylı xx.xx.2020-ci il tarixli əmrdən çıxarışa əsasən leytenant İddiaçı, Tibb Xidmətinin X6-uçot şöbəsinin rəisinin köməkçisi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kadr zabitləri heyətinə keçirilmişdir. Azərbaycan Respublikasının Cavabdeh 0022/ş saylı xx.xx.2021-ci il tarixli əmrdən çıxarışa əsasən Tibb Xidmətinin Maliyyə-uçot şöbəsinin rəisinin köməkçisi leytenant İddiaçı “3-cü məharət dərəcəsi” verilmişdir. Tibb Xidmətinin Kadrlar şöbəsinin rəisi əmrin surətinin Kadr siyasəti Baş idarəsinə göndərilməsini təmin etmişdir. Azərbaycan Respublikasının Cavabdeh 0800/ş saylı xx.xx.2022-ci il tarixli əmrdən çıxarışa əsasən Nazirliyin Tibb Xidmətinin X6-uçot şöbəsinin rəisinin köməkçisi leytenant İddiaçı növbəti baş leytenant hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikasının Cavabdeh 0946/ş saylı xx.xx.2022-ci il tarixli əmrdən çıxarışa əsasən Nazirliyin Tibb Xidmətinin X6-uçot şöbəsinin rəisinin köməkçisi baş leytenant İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Cavabdeh tərəfindən 0946/ş saylı xx.xx.2022-ci il tarixli əmrin qəbul edilməsi üçün əsas olmuş inzibati icraat materiallarının təqdim edilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq 3-18/2-1746/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, İddiaçı şəxsi işinə aid sənədlər tərəfindən 3-18/2- 1152/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. Cavabdeh inzibati orqan mübahisələndirilən 0946/ş saylı xx.xx.2022-ci il tarixli əmrin iddiaçıya təqdim olunması müəyyən olunmur. Odur ki, iddiaçı tərəfindən qanunla müəyyənləşdirilmiş müddət ötürülməmişdir. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ’’Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Gözlənilən buraxılma ilə bağlı söhbətlər polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən aparılır. Həqiqi hərbi xidmətdən buraxılası hərbi qulluqçularla söhbət zamanı yerində həll edilməsi mümkün olmayan suallar qoyularsa, söhbət aparan rəis həmin sualların həllinə lazım ola biləcək məlumatlarla birlikdə bu barədə yuxarıdakı bilavasitə rəisə məlumat verir. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Həmin Əsasnamənin 163-cü maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Həmin Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Həmin Əsasnaməyə 6 saylı Əlavəsində: “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidmətin bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları”na əsasən: 1. təqdimat blankda tərtib edilir, hərbi hissə komandiri tərəfindən imzalanır və komanda üzrə bu məsələ ilə bağlı son qərar qəbul etmək səlahiyyəti olan komandirə (rəisə) göndərilir. Təqdimat müvafiq qurumlar vasitəsilə göndərilir. Məxfilik qrifı təqdimatın məzmunundan asılı olaraq müəyyən edilir. 3. «Təqdimatın əsaslandırılması» adlı İİ bölmədə göstərilir: v) həqiqi hərbi xidmətdən buraxılmağa təqdim edilərkən: hərbi xidmətə yararlılıq dərəcələri — nə vaxt və hansı hərbi-həkim komissiyası tərəfindən müayinə edilib, nə vaxt və hansı hərbi-həkim komissiyası tərəfindən xəstəlik haqqında şəhadətnamə təsdiq edilib, onun dəqiq nömrəsi, xəstəlik haqqında təsdiq edilmiş şəhadətnamədən hərbi xidmətə yararlılıq dərəcəsi haqqında dəqiq ifadə. Əgər hərbi qulluqçu tibbi müayinəyə göndərilməyibsə bunun səbəbi göstərilir; nə vaxt və kim tərəfindən buraxılma haqqında söhbət aparılıb, hərbi qulluqçu xidmət illərinin hesabı ilə tanış edilibmi, onun buraxılmaya münasibəti; Bu Əsasnamənin 156-cı maddəsinin «v», «q», «d», «e», «ə» bəndləri, 158-ci maddəsinin «b» bəndi üzrə buraxılarkən əlavə olunan attestasiyada əks olunmayan məlumat və şəraiti xarakterizə edən xüsusi səbəb və əsaslar haqqında. Hərbi hissənin daimi fəaliyyət göstərən attestasiya komissiyalarında müzakirədən keçirilmiş təqdimatlarda müvafiq komandirin (rəisin) rəyindən sonra «Attestasiya komissiyasında müzakirə olunub və bəyənilib _il tarixli_ №- li protokol» qeydi edilir. 9. təqdimatla birlikdə söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin «v», «q», «e», «ə» bəndləri, 158-ci maddəsinin «b» bəndi ilə buraxıldıqda); ailə vəziyyəti ilə əlaqədar buraxılmanın (qadın hərbi qulluqçuların və həqiqi hərbi xidmət hərbi qulluqçularının) zəruriliyini təsdiq edən sənədlər göndərilir. Məhkəmə müəyyən edir ki, cavabdeh Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ’’Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin tələblərini kobud pozmuş, hərbi xidmətdən ehtiyata buraxılma ilə bağlı zəruri tələblərə əməl etmədən xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr vermişdir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən təqdim edilmiş şəxsi işə əsasən iddiaçldan hərbi xidmətdən ehtiyata buraxılanadək heç bir izahat alınmamış, iddiaçının nöqsanlara yol verdiyini təsdiq edən aktlaşdırılmış sənəd, onunla aparılmış söhbət vərəqəsi, izahatı, xəbərdarlıq edilməsinə dair sənədlər mövcud deyil. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 43-cü bəndinə hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Zabitlərə verilən intizam cəzaları a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzaları verilə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. 2.Hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli kələn vəzifələri daşıyırlar. 3. Heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1 -ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə tərəfindən qeyd edilən dövr üzrə iddiaçıya münasibətdə qəbul edilən bütün əmrlər tələb olunmuş, həmçinin iddiaçının xidmətdən xaric edilməsinə əsas olmuş və bununla əlaqədar aparılmış inzibati icraat materiallar tələb edilsə də, cavabdeh tərəfindən belə mateirallar təqdim edilməmişdir. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının xidmətdən xaric edilməsi ilə bağlı heç bir araşdırma materialı yoxdur və hansı xidməti uyğunsuzluğun müəyyən edilməsi, nədə ifadə olunması barədə iddiaçının şəxsi işində məlumat olmamaqla bərabər, cavabdeh tərəfindən bu barədə hər hansı məlumat və ya dəlil təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh mübahisələndirilən aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmiş, odur ki, məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qanunsuz əlverişsiz inzibati akt olmaqla ləğv edilməlidir. “İnzibati icraat haqqında” Qanundan: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında Azərbaycan Respublikasının Cavabdeh 0946/ş nömrəli xx.xx.2022-ci il tarixli əmri ləğv edilsin və İddiaçı hərbi xidmətə bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar