Məhkəmə qərarları › İş №2-1(112)-3247/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3247/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3247/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona pensiya almaq hüququ yarandığı 22.06.2020-ci il tarixdən (64 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 03.05.1979-cu il tarixdən 30.03.1998-ci il tarixə qədər Mingəçevir şəhərində yerləşən "xxxx" X10 Cəmiyyətində (əvvəllər X3) müxtəlif vəzifələrdə işləmişdir: 03.05.1979-cu ildən - 17.07.1980-ci ilədək Tikinti sahəsinin təmir briqadası, 2-ci dərəcəli fəhlə, 17.07.1980-cı ildən - 04.04.1982-ci ilədək Təmir briqadası, 2-ci dərəcəli suvaqçı rəngsaz, 04.04.1982-ci ildən - 03.09.1984-cü ilədək Tıkinti sahəsinin Təmir briqadası, 3-cü dərəcəli suvaqçı rəngsaz, 03.09.1984-cü ildən 27.11.1984-cü ilədək Baş mexaniki şöbə, 5-ci dərəcəli çilingər, 27.11.1984-cü ildən - 26.03.1985-ci ilədək Təmır briqadası, 4-cü dərəcəli suvaqçı rəngsaz, 26.03.1985-ci ildən - 03.01.1986-ci ilədək Tikinti təmir briqadası, usta, 03.01.1986-cı ildən - 24.02.1988-ci ilədək X12 Zavodunun taxta sexi, 6-cı dərəcəli təmir çilingəri, 24.02.1988-ci ildən - 03.08 1992-ci ilədək Tikınti briqadası, usta, 03.08.1992-ci ildən - 30.03.1998-ci ilədək Tikinti sahəsinin təmir briqadası, 4-cü dərəcəli suvaqçı rəngsaz. Daha sonra 01.09.1999-cu il tarixdən 31.08.2005-cı il tarixə qədər KBE şirkətində plastik qapı-pəncərə sexində usta vəzifəsində işləmişdir. 02.05.2018-ci ildə "xxxx" MMC-yə mühafizəçi kimi işə qəbul olunmuşdur. Hal-hazırda həmin şirkətdə işini davam etdirir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. cavabdehin imtinası əsassızdır. Çünki əmək stajı faktını təsdiq edən əsas sənəd əmək kitabçası hesab edilir. Əmək kitabçası uzrə ümumilikdə onun 26 ildən çox stajı vardır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 izahatında bildirdi ki, iddiaçının sığorta stajı 15 il olmaqla tələb olunan müddətdən, yəni 25 ildən azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01.2006-cı il tarixədək 12 il 5 ay sığorta stajına əsasən 9204,62 manat, 01.01.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək 2501,64 manat olmaqla, ümumilikdə 11706,26 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı Regional ərazi filialının 28.04.2021-ci il tarixli aktına əsasən Akvilon ASC 03.05.1979-cu il tarixinə dair əmr kitabını təqdim etmədiyindən iddiaçının işə qəbul edilmə faktını yoxlamaq mümkün olmamışdır. Eyni zamanda "xxxx" ATSC-nin 27.04.2021-ci il tarixli № 01 saylı məktubuna əsasən Akvilon ASC-nin 17.07.1981-ci il tarixindən 30.03.1998-ci il tarixinədək əmək haqqı cədvəlləri saxlanmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi imkan xaricindədir. Bununla yanaşı, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın Monitorinq və araşdırma şöbəsinin xidməti məruzəsinə əsasən KBE şirkətinin rəhbərliyi 01.09.1999-cu il tarixindən 31.08.2008-ci il tarixinədək olan arxiv sənədləri təqdim edə bilmədiyi üçün həmin dövrlərin araşdırılması və sosial sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanları nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1ci maddəsinin tələblərinə əsasən qanunvericilik 01.01.2006-cı il tarixə qədər olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək, əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. Yəni əmək kitabçasında qeydə alınmış 01.01.2006-cı il tarixə qədər olan dövr müvafiq qaydada yoxlanılmalıdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 27.09.2021-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin arayışının surətinə və əmək kitabçanıza əsasən sığorta stajınız 15 il olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01.2006-cı il tarixədək 12 il 5 ay sığorta stajına əsasən 9204,62 manat, 01.01.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək 2501,64 manat olmaqla ümumilikdə 11706,26 manat təşkil edir kı, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, 01.01.2006-cı ıl tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Əlavə olaraq bildiririk kı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı Regional ərazi filialının 28.04.2021-ci il tarixli aktına əsasən Akvilon ASC 03.05.1979-cu il tarixinə dair əmr kitabını təqdim etmədiyindən işə qəbul edilmə faktınızı yoxlamaq mümkün olmamışdır. Eyni zamanda "Akvilon” ATSC-nin 27.04.2021-ci il tarixli № 01 saylı məktubuna əsasən Akvilon ASC-nin 17.07.1981-ci il tarixindən 30.03.1998-ci il tarixinədək əmək haqqı cədvəlləri saxlanmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi imkan xaricindədir. Bununla yanaşı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın Monitorinq və araşdırma şöbəsinin xidməti məruzəsinə əsasən KBE şirkətinin rəhbərliyi 01.09.1999-cu il tarixindən 31.08.2008-ci il tarixinədək olan arxiv sənədləri təqdim edə bilmədiyi üçün həmin dövrlərin araşdırılması və sosial sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanları nəzərə alaraq Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk kı, "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən adınızda aktiv VOEN (**********) olduğu üçün Sizə yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 07.01.2022-ci il tarixli 4/22 saylı məktubdan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (X5) və "xxxx" şirkətinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 11.01.2022-ci il tarixli məktubda qeyd edilir: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və “Kbe" Şirkətinin qeydiyyat məlumatları barədə müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildiririk ki, dövlət reyestrində hüquqi ünvanı AZ 4500, Mingəçevir şəhəri, ünvan 1yyətinin (VÖEN: **********) 14.04.1998-ci il tarixdə 10/24 nömrə ilə və hüquqi ünvanı AZ 1025, ünvan 2 Şirkətinin (VÖEN: **********) 06.04.1999-cu il tarixdə 1988 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim etdikləri arayışlara əsasən uçot məlumat bazasında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 23.10.2017-ci il tarixdən, "xxxx" Şirkətinin 25.07.2017-ci il tarixdən fəaliyyətinin dayandırılması barədə qeyd aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 24.01.2022-ci il tarixli məktubda qeyd edilir: 19.01.2022-ci il tarixə uçot məlumatlarına əsasən müraciətdə göstərilmiş "xxxx" X13 Cəmiyyətinə 01.09.2005-ci il tarixdə ********** nömrəli VÖEN verilərək vergi uçotuna alınmış və Cəmiyyətin müraciətinə əsasən 22.10.2012-ci il tarixindən 01.10.2022-ci il tarixədək fəaliyyəti dayandırılmışdır. “KBE" Şirkəti 31.05.1999-cu il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və inventarlaşdırmadan keçərək vergi orqanı tərəfindən 23.09.2004-cü il tarixdə ********** nömrəli VÖEN verilmişdir. Şirkətin müraciətinə əsasən 25.07.2017-ci il tarixdən 25.07.2022-ci il tarixədək fəaliyyəti dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Mingəçevir şəhəri "xxxx" QTSC-nin 15 saylı 25.08.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 03.05.1979-cu il tarixdən 30.03.1998-ci il tarixə qədər 11 saylı X1 (indiki “Akvilon ” X10 Cəmiyyətində) işləmişdir. Cəmiyyətin arxivində baş verən yanğın zamanı bir cox sənədlər, o cümlədən mühasibat sənədləri, əmək haqqı cədvəlləri yanmışdır. Buna görə də əmək haqqı barədə heç bir sənəd verilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 10/24 saylı 17.04.1998-ci il tarixli qərarı və cəmiyyətin 03.04.1998-ci il tarixli 01 saylı protokoluna əsasən 11 saylı X2 adı dəyişdirilərək "xxxx" X10 Cəmiyyəti olduğu üçün verilən sənədlər yeni ştamp və möhürlə təsdiqlənir. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 06.05.1974-cü ildən 09.05.1976-cı ilədək həqiqi hərbi xidmətdə olmuş, 03.05.1979-cu ildə X3 tikinti sahəsinin təmir briqadasına 2-ci dərəcəli fəhlə qəbul edilmiş, 17.07.1980-ci ildə Təmir briqadasına 2-ci dərəcəli suvaqçı rəngsaz keçirilmiş, 04.04.1982-ci ildə 3-cü dərəcəli suvaqçı rəngsaz keçirilmiş, 03.09.1984-cü ildə Baş Mexaniki Şöbəyə 5-ci dərəcəli çilingər keçirilmiş, 27.11.1984-cü ildə Təmir Briqdasanına 4-cü dərəcəli suvaqçı rəngsaz keçirilmiş, 26.03.1985-ci ildə Tikinti təmir briqadasına usta təyin edilmiş, 03.01.1986-cı ildə İPE Zavodunun taxta sexinə 6-cı drəcəli təmir çilingəri keçirilmiş, 24.02.1988-ci ildə 11 saylı protokola əsasən Tikınti briqadasına usta təyin edilmiş, 03.08.1992-ci ildə Tikinti sahəsinin təmir briqadasına 4-cü dərəcəli suvaqçı rəngsaz keçirilmiş, 30.03.1998-ci ildə ərizəsinə əsasən işdən azad edilmişdir (İdarənin adı dəyişdirilib "xxxx" X10 Cəmiyyəti olduğu üçün əmək kitabçasında aparılan qeydiyyatlar yeni möhürlə təsdiq olunur), 01.09.1999-cu ildə KBE Şirkətində plastik qapı-pəncərə sexinə usta vəzifəsinə işə qəbul olunmuş, 31.08.2005-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, 02.05.2018-ci ildə "xxxx" MMC şirkətinə mühafizəçi vəzifəsinə işə qəbul olunmuşdur, 25.01.2021-ci il tarixli qeydə əsasən əmək müqaviləsi qüvvədədir, hal-hazırda işləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: dövr 01.07.2019 - 30.06.2020, kişilər üzrə pensiya yaşı 64 il 6 ay. Həmin Qaydaların 2 nömrəli əlavəsinin 1-ci bəndinə əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İddiaçı 06.05.1974-cü ildən 09.05.1976-cı ilədək həqiqi hərbi xidmətdə olmuş, 03.05.1979-cu ildə X3 tikinti sahəsinin təmir briqadasına 2-ci dərəcəli fəhlə qəbul edilmiş, 17.07.1980-ci ildə Təmir briqadasına 2-ci dərəcəli suvaqçı rəngsaz keçirilmiş, 04.04.1982-ci ildə 3-cü dərəcəli suvaqçı rəngsaz keçirilmiş, 03.09.1984-cü ildə Baş Mexaniki Şöbəyə 5-ci dərəcəli çilingər keçirilmiş, 27.11.1984-cü ildə Təmir Briqdasanına 4-cü dərəcəli suvaqçı rəngsaz keçirilmiş, 26.03.1985-ci ildə Tikinti təmir briqadasına usta təyin edilmiş, 03.01.1986-cı ildə İPE Zavodunun taxta sexinə 6-cı drəcəli təmir çilingəri keçirilmiş, 24.02.1988-ci ildə 11 saylı protokola əsasən Tikınti briqadasına usta təyin edilmiş, 03.08.1992-ci ildə Tikinti sahəsinin təmir briqadasına 4-cü dərəcəli suvaqçı rəngsaz keçirilmiş, 30.03.1998-ci ildə ərizəsinə əsasən işdən azad edilmişdir (İdarənin adı dəyişdirilib "xxxx" X10 Cəmiyyəti olmuşdur), 01.09.1999-cu ildə KBE Şirkətində plastik qapı-pəncərə sexinə usta vəzifəsinə işə qəbul olunmuş, 31.08.2005-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, 02.05.2018-ci ildə "xxxx" MMC şirkətinə mühafizəçi vəzifəsinə işə qəbul olunmuşdur, 25.01.2021-ci il tarixli qeydə əsasən əmək müqaviləsi qüvvədədir, hal-hazırda işləyir. Göründüyü kimi, iddiaçı hərbi xidmət dövrü də daxil olmaqla pensiya yaşının tamam olduğu 22.06.2020-ci il tarixə 29 il 20 gün staja malikdir. İddiaçının xx.xx.1955-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun 64 yaşı 6 ayının tamam olduğu vaxtdan - 22.06.2020-cu il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Cavabdeh arxiv sənədləri və əmək haqqı cədvəlləri saxlanılmadığı üçün iddiaçının "xxxx" QSC-də və "xxxx" şirkətində işlədiyi dövrlərin sığorta stajına əlavə edilməsinin mümkün hesab olunmadığını qeyd etməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 11.01.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 14.04.1998-ci il tarixdə 10/24 nömrə ilə və "xxxx" Şirkətinin (VÖEN: **********) 06.04.1999-cu il tarixdə 1988 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Bundan başqa, "xxxx" QTSC-nin 15 saylı 25.08.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 03.05.1979-cu il tarixdən 30.03.1998-ci il tarixə qədər 11 saylı X1 (indiki “Akvilon ” X10 Cəmiyyətində) işləmişdir. Əmək kitabçasında göstərilən məlumatların və məhkəməyə təqdim edilmiş qeyd olunan məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan müddətlər də iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Beləliklə, iddiaçı 25 ildən artıq sığorta stajına, yəni yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 22.06.2020-ci il tarixdən (64 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar