Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3247/2023 25.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı «iddiaçıların Bakı şəhəri Xətai rayon Polis İdarəsinin inzibati binasına – Xətai rayonu, Sadıqcan 52 ünvanına qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı «iddiaçıların Bakı şəhəri Xətai rayon Polis İdarəsinin inzibati binasına – Xətai rayonu, Sadıqcan 52 ünvanına qeydiyyata alınması” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar 2022-ci ilin sentyabr ayının əvvəlində ASAN xidmət mərkəzinə müvafiq ərizə ilə müraciət etmişlər. Həmin zaman onlara bildirilmişdir ki, Xətai rayon Polis İdarəsinə tərəfindən qeydiyyatda olduğu ünvandan çıxarılmış və nəticədə şəxsiyyət vəsiqələri etibarsızdır. İddiaçılar cavabdeh inzibati orqana müraciət etmiş və cava məktubunda bildirilmişdir ki, “müraciətin məzmunu tam dəqiq olmadığından və aparılan yoxlamaların irəliləməsi məqsədilə Xətai RPİ-nin Qeydiyyat məsələsi bölməsinə yaxınlaşaraq müraciət edilməsi tövsiyyə edilir”. İddiaçılar cavabdehin məktubunun qanunsuz və əsassız olduğunu bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçıların tələbləri pasport qeydiyyatına alınmaqla şəxsiyyət vəsiqələri ilə təmin edilməsindən ibarətdir. İş materiallarına əlavə edilmiş cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-55/2-19957 nömrəli məktubuna əsasən bildirilmişdir: “Bakı İnzibati məhkəməsinin 2-1(112)-3247/2023 nömrəli xx.xx.2023-cü il tarixli məhkəmə bildirişi ilə tanış olduq, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Xətai Rayon Polis İdarəsinə qarşı inzibati binaya qeydiyyata alınma tələbinə dair keçiriləcək məhkəmə iclası ilə bağlı bildirmək istərdik ki, inzibati binada qeydiyyatda olan vətəndaşların hərbi çağırışçı yaşına çatmış hərbi çağırışdan qəsdən və ya faktiki yaşayış yerinin müəyyən edilə bilməməsi səbəbindən hərbi çağırışdan yayınması, qanunvericiliklə barələrində mülki hüquqi öhdəlik təyin olunmuş şəxslərin öhdəlikdən boyun qaçıraraq, baş vermiş cinayətlərdə şübhəli şəxs qismində axtarılan vətəndaşların faktiki yaşayış yerlərinin müəyyən olunmaması, habelə məhkəmə və digər dövlət qurumlarının inzibati bina qeydiyyatında olan vətəndaşlara ünvanladığı bildiriş və məktubların vətəndaşlara faktiki yaşayış yerləri məlum olmadığı üçün vaxtında və operativ qaydada çatdırılmalarında, aidiyyəti qurumların fəaliyyətinin fəal təmin edilməsi və bu vətəndaşların tapılmasının operativliyini təmin etmək məqsədilə vətəndaşların faktiki yaşadığı ünvan üzrə yaxud ailə üzvlərinin və ya qohumlarının ünvanına qeydiyyata alınması daha məqsədə müvafiq hesab edilmişdir. Həmçinin adları qeyd olunan vətəndaşların hazırda qeydiyyatları mövcuddur və şəxsiyyət vəsiqələri aktivdir.” Göründüyü kimi, cavabdeh tərəfindən görülmüş tədbiri nəticəsində, iddiaçıların hazırda qeydiyyatları mövcuddur və şəxsiyyət vəsiqələri aktivdir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir, cavabdeh tərəfindən iddiaçılar qeydiyyata alınmaqla şəxsiyyət vəsiqələri ilə təmin olunduğu üçün, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39, 67, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı « qeydiyyata alınması” barədə iddia ərizəsi üzrə iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3247/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3247/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver