Məhkəmə qərarları › İş №2-1(112)-325/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-325/2022

18.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-325/2022 18.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi) “cavabdehin xx.xx.2020-ci il tarixli **********098500 nömrəli, xx.xx.2020-ci il tarixli **********099200 nömrəli; xx.xx.2020-ci il tarixli **********9121400 nömrəli; xx.xx.2020-ci il tarixli **********9122100 nömrəli; xx.xx.2022-ci il tarixli **********807300 nömrəli; xx.xx.2022-ci il tarixli **********809700 nömrəli; xx.xx.2022-ci il tarixli **********811800 nömrəli; xx.xx.2022ci il tarixli **********812500 nömrəli; xx.xx.2022-ci il tarixli **********813200 nömrəli; xx.xx.2022-ci il tarixli **********923300 nömrəli; xx.xx.2022-ci il tarixli **********814900 nömrəli; xx.xx.2022-ci il tarixli **********889000 nömrəli; xx.xx.2022-ci il tarixli **********8993500 nömrəli; xx.xx.2022-ci il tarixli **********929500 nömrəli; xx.xx.2022-ci il tarixli **********074300 nömrəli; xx.xx.2022-ci il tarixli **********072900 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə kameral vergi yoxlaması qərarlarının ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq “cavabdehin xx.xx.2020-ci il tarixli **********098500 nömrəli, xx.xx.2020-ci il tarixli **********099200 nömrəli; xx.xx.2020-ci il tarixli **********9121400 nömrəli; xx.xx.2020-ci il tarixli **********9122100 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə kameral vergi yoxlaması qərarlarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin (bundan sonra - Departament) xx.xx.2020-ci il tarixli **********098500 nömrəli qərarı ilə 2019-cu ilin sentyabr ayı üzrə kameral vergi yoxlaması ilə 341.553,21 manat, xx.xx.2020-ci il tarixli **********099200 nömrəli qərarı ilə 2019-cu ilin oktyabr ayı üzrə kameral vergi yoxlaması ilə 79.312,08 manat, xx.xx.2020-ci il tarixli **********9121400 nömrəli qərarı ilə 2019-cu ilin noyabr ayı üzrə kameral vergi yoxlaması ilə 55.147,04 manat, xx.xx.2020-ci il tarixli **********9122100 nömrəli qərarı ilə 2019-cu ilin dekabr ayı üzrə kameral vergi yoxlaması ilə 72.120,28 manat, ümumilikdə 548132.61 manat məbləği həcmində əlavə hesablanmış vergi və ya sığorta haqqı borc olaraq “X2” Şirkətinin Azərbaycan Respublikasındakı filialına (bundan sonra - Şirkət) hesablanmışdır. Qeyd edilən kameral vergi yoxlamaları üzrə hesablanmış məbləğlərlə bağlı qərarlarda göstərilən səbəblər və məlumatlar araşdırlımışdır, lakin göstərilən həmin məlumatlarla Şirkətin sərəncamında olan həqiqi məlumatlar uyğun gəlməmişdir. O cümlədən Şirkət kameral yoxlama üzrə qərarlarda Departament tərəfindən əsas olaraq gətirilmiş arqumentləri qüvvədə olan Vergi və digər qanunvericilik aktlarına uyğun saymır və əsassız olduğu üçün həmin qərarlarla razılaşmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmənin sərəncamına əsasən təqdim edilmiş iddiaya dair xx.xx.2020-ci il tarixli etirazında göstərmişdir ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. İddiaçı vergi ödəyicisi tərəfindən 2019-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün təqdim edilmiş əlavə dəyər vergisi (ƏDV) bəyannamələrində müvəqqəti idxal rejimində malların saxlanması üzrə ödənilmiş məbləğlər üzrə gömrük bəyannamələri əvəzləşdirilməsi üçün bəyannamə məlumatlarına əlavə edilmişdir. Nəticədə vergi qanunvericiliyinin tələblərinə zidd olaraq sentyabr ayı üzrə 341553,21 manat, oktyabr ayı üzrə 79312,08 manat, noyabr ayı üzrə 55147,04 manat, dekabr ayı üzrə 72120,28 manat artıq vəsait əvəzləşməyə təqdim edildiyindən vergi orqanı tərəfindən həmin əvəzləşmələr ləğv edilmiş və kameral vergi yoxlaması ilə ümumilikdə 548132,61 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 13.2.31 -ci maddəsinə əsasən malların idxalı gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsidir.Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Göründüyü kimi, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Qeyd olunanlara əsasən müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan vergilər üzrə aylıq ödəniş məbləğləri əvəzləşdirilmir. Bununla yanaşı, müvəqqəti idxal edilmiş mallar sərbəst dövriyyə üçün buraxıldığı halda vergi ödəyicisi tərəfindən ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən əvəzləşdirilə bilər. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının (bundan sonra - Qaydalar) 7.5-ci bəndinə əsasən gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Qaydaların 7.8-ci bəndinə əsasən müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən, yaxud digər gömrük proseduru altında yerləşdirilərkən ödənilmiş aylıq ödənişlər geri qaytarılmır. Qaydaların 7.10-cu bəndinə əsasən gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan aylıq ödənişlərin ümumi məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinə bərabər olduqda, həmin mallar Gömrük Məcəlləsinin 164.2.2-ci maddəsinin tələblərinə riayət edilməsi şərtilə sərbəst dövriyyə üçün buraxılmış mallar hesab olunur. Eyni zamanda müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən ödənilmiş aylıq ödənişlər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir. Əlavə olaraq qeyd edirik ki, Vergi Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur. Vergi Məcəlləsinin 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi mə ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Müvəqqəti idxal Gömrük Məcəlləsinin 192-194-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları" ilə tənzimlənir. Gömrük Məcəlləsinin 192.1-ci maddəsinə əsasən təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. Gömrük Məcəlləsinin 193.2-ci maddəsinə əsasən malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Gömrük Məcəlləsinin 193.4-ci maddəsinə əsasən bu Məcəllənin 193.1-193.3-cü maddələrində nəzərdə tutulmuş müddət başa çatanadək, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edilməli və ya başqa gömrük proseduru altında yerləşdirilməlidir. Gömrük Məcəlləsinin 194.1-ci maddəsinə əsasən gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır. Qeyd olunan müddəalardan göründüyü kimi, iddiaçı tərəfindən aparılan ödənişlər malların müvəqqəti gömrük rejimində saxlanması ilə əlaqədar həyata keçirilən aylıq ödənişlərdir ki, bu da ödənilməli vergi və rüsumların 3 faizini təşkil edir. Mallar yalnız müvvəqəti saxlama rejimindən çıxıb sərbəst dövriyyəyə buraxıldıqda ödənilmiş məbləğlər idxalda ödənilmiş ƏDV sayılır. Beləliklə, müvəqqəti idxalda Vergi Məcəlləsinə əsasən vergitutma baxımından ƏDV-nin ödənilməsi tələbi olmadığından bu əməliyyatlar vergi tutulan əməliyyat sayılmır. Vergi Məcəlləsinin 175-ci maddəsi vergi tutulan əməliyyatlar üzrə əvəzləşməni nəzərdə tutduğundan vergitutmadan azad edilmiş müvəqqəti idxal rejimində ödənilən icbari gömrük ödənişlərinin əvəzləşdirilməsi qanunvericiliyə ziddir. İddia ərizəsində qeyd olunanlarla bağlı bildirilir ki, iddiaçı aparılan hesablamalarla razılaşmadığını və hesablamaların əsassız olduğunu bildirsə də heç bir konkret dəlilə istinad edilməmişdir. Vergi orqanı tərəfindən aparılan hesablamaların qanunvericiliyin hansı maddələrini pozması ilə bağlı heç bir münasibət bildiriməmişdir. ddia ərizəsində qeyd olunanlar məhkəmə işi zamanı iddiaçı tərəfindən iddia ərizəsi üzrə dəqiqləşmə təqdim edilərək əvvəlki ərizədə mübahisələndirilən 2019-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları ilə yanaşı əlavə olaraq 2020-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları əlavə dəyər vergisi bəyannamələri üzrə əlavə vergi hesablaması barədə qərarları eyni əsaslarla mübahisələndirilmişir. İddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Mübahisələndirilən məsələnin mahiyyəti ilə bağlı bildirilir ki, iddiaçı, vergi ödəyicisi tərəfindən təqdim edilmiş əlavə dəyər vergisi (ƏDV) bəyannamələrində müvəqqəti idxal rejimində malların saxlanılması üzrə ödənilmiş məbləğlərin əvəzləşdirilməsi üzrə sənədlər qanunvericiliyin tələblərinə zidd olduğundan vergi orqanı tərəfindən həmin əvəzləşmələr ləğv edilmiş və kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablanmışdır. İddiaçının tələbinə əsasən müvəqqəti idxal rejimində malların saxlanması üzrə ödənilmiş məbləğlər əlavə dəyər vergisi üzrə məbləğlərdir və bu cür ödəniş sənədləri ƏDV üzrə əvəzləşməyə əsas verir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni təqdim edərək cavabdehin xx.xx.2020-ci il tarixli **********098500 nömrəli, xx.xx.2020-ci il tarixli **********099200 nömrəli; xx.xx.2020-ci il tarixli **********9121400 nömrəli; xx.xx.2020-ci il tarixli **********9122100 nömrəli; xx.xx.2022-ci il tarixli **********807300 nömrəli; xx.xx.2022-ci il tarixli **********809700 nömrəli; xx.xx.2022-ci il tarixli **********811800 nömrəli; xx.xx.2022-ci il tarixli **********812500 nömrəli; xx.xx.2022-ci il tarixli **********813200 nömrəli; xx.xx.2022-ci il tarixli **********923300 nömrəli; xx.xx.2022-ci il tarixli **********814900 nömrəli; xx.xx.2022-ci il tarixli **********889000 nömrəli; xx.xx.2022ci il tarixli **********8993500 nömrəli; xx.xx.2022-ci il tarixli **********929500 nömrəli; xx.xx.2022-ci il tarixli **********074300 nömrəli; xx.xx.2022-ci il tarixli **********072900 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə kameral vergi yoxlaması qərarlarının ləğv edilməsini xahiş etmişdir. Belə ki, departament eyni predmet və eyni hesablama pozisiyaları üzrə xx.xx.2022-ci il tarixli **********807300 nömrəli qərarı ilə 2020-ci ilin yanvar ayı üzrə kameral vergi yoxlaması ilə 132.662,86 manat; xx.xx.2022-ci il tarixli **********809700 nömrəli qərarı ilə 2020-ci ilin fevral ayı üzrə kameral vergi yoxlaması ilə 183.376,03 manat; xx.xx.2022-ci il tarixli **********811800 nömrəli qərarı ilə 2020-ci ilin mart ayı üzrə kameral vergi yoxlaması ilə 270.742,42 manat; xx.xx.2022-ci il tarixli **********812500 nömrəli qərarı ilə 2020-ci ilin aprel ayı üzrə kameral vergi yoxlaması ilə 130.344,93 manat; xx.xx.2022-ci il tarixli **********813200 nömrəli qərarı ilə 2020-ci ilin may ayı üzrə kameral vergi yoxlaması ilə 548.308,03 manat; xx.xx.2022-ci il tarixli **********923300 nömrəli qərarı ilə 2020-ci ilin iyun ayı üzrə kameral vergi yoxlaması ilə 160.574,00 manat; xx.xx.2022-ci il tarixli **********814900 nömrəli qərarı ilə 2020-ci ilin iyul ayı üzrə kameral vergi yoxlaması ilə 29.802,99 manat; xx.xx.2022-ci il tarixli **********889000 nömrəli qərarı ilə 2020-ci ilin avqust ayı üzrə kameral vergi yoxlaması ilə 43.609,99 manat; xx.xx.2022-ci il tarixli **********8993500 nömrəli qərarı ilə 2020-ci ilin sentyabr ayı üzrə kameral vergi yoxlaması ilə 49.764,82 manat; xx.xx.2022-ci il tarixli **********929500 nömrəli qərarı ilə 2020-ci ilin oktyabr ayı üzrə kameral vergi yoxlaması ilə 91.318,69 manat; xx.xx.2022-ci il tarixli **********074300 nömrəli qərarı ilə 2020-ci ilin noyabr ayı üzrə kameral vergi yoxlaması ilə 53.295,16 manat; xx.xx.2022-ci il tarixli **********072900 nömrəli qərarı ilə 2020-ci ilin dekabr ayı üzrə kameral vergi yoxlaması ilə 102.269,68 manat ümumilikdə 1796069.60 manat məbləği həcmində əlavə hesablanmış vergi və ya sığorta haqqı borc olaraq Şirkətə hesablanmışdır. Qeyd edilən kameral vergi yoxlamasının predmetləri və hesablama pozisiyaları məhkəməyə təqdim edilmiş kameral vergi yoxlamasının predmetləri və hesablama pozisiyaları ilə tam üst-üstə düşdüyündən, həmin qərarların da hazırkı məhkəmə işinə əlavə edilməsi bir məhkəmə işi çərçivəsində baxılmasına zərurət yaranmışdır. İddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı cavabdehin iddiaya dair xx.xx.2020-ci il tarixli etiraz ərizəsinə etirazı məhkəməyə təqdim edərək göstərmişdir ki, ƏDV bəyannamələrinin bəyannamə məlumatlarında əlavə edilmiş məbləğlər müvəqqəti idxal xüsusi gömrük proseduru rejimində ödənilmiş ƏDV məbləğləridir və bu məbləğlər Şirkət tərəfindən vergi və gömrük qanunvericiliyin tələblərinə, həm də gömrük orqanlarının vergi və gömrük qanunvericiliyinə haqlı əsaslanmış olan göstərişlərinə əsasən ödənilmişdir. Şirkət tərəfindən məhkəməyə təqdim edilmiş gömrük sənədlərindən və ödəniş sənədlərindən də bu aydın şəkildə görünür. O cümlədən, şirkət həmin yük gömrük bəyannamələrini əvəzləşdirmə üçün bəyannamə məlumatlarına, qanunvericiliyin tələblərinə tam uyğun olaraq əvəzləşdirmişdir. İddiaçı Gömrük Məcəlləsinin 194.1, 192.1, 192.2-ci maddələrinə istinad edərək qeyd edilən maddələrdən qismən azad edilmə halında qismən ƏDV tətbiq edildiyini qeyd edir. Vergi orqanı gömrük qanunvericiliyində açıq və aydın şəkildə əks olunan qismən azad edilmə zamanı vergilərin hissəvi (hər ay 3%) ƏDV-nin ödənilməsini qəbul etməyərək müvafiq məbləğlərdə özündən “müvəqqəti idxal xüsusi gömrük proseduru rejimində malların saxlanması” adını verərək gərəzli şəkildə Şirkətə vergilər hesablamışdır. Vergi orqanı Vergi Məcəlləsinin normalarını və Vergi Məcəlləsinin idxal-ixrac əməliyyatları zamanı tətbiq edilməli olan qanunvericilik kimi gömrük qanunvericiliyinin normalarını nəzərə almamaqla və Vergi Məcəlləsinin 159.3-cü maddəsini düzgün şərh etməməklə o nəticəyə gəlir ki, müvəqqəti idxal xüsusi gömrük proseduru rejimində mallar heç bir zaman ƏDV-yə cəlb edilmir. Halbuki, qanunvericilik mallarının müvəqqəti idxal xüsusi gömrük proseduru altında idxalında qismən azadetmə zamanı vergi və rüsumların dövlət büdcəsinə ödənilməsini tələb edir. Vergi Məcəlləsinin 159.3-cü maddəsi elə şərh olunmalıdır ki, müvəqqəti idxal xüsusi rejimi altında gətirilən mallar idxal zamanı tam həcmdə (18%) ƏDV-yə cəlb olunmamalıdır və vergi ödəyicisi gömrük qanunvericiliyində nəzərdə tutulmuş qaydada ƏDV-ni yalnız qismən ödəməlidir. Odur ki, Vergi Məcəlləsinin müddəalarına əsasən müvəqqəti idxal xüsusi gömrük proseduru rejimində ölkə ərazisinə idxal olan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilməsə belə, Vergi Məcəlləsinin istinad etdiyi gömrük qanunvericiliyinin yuxarıda qeyd edilən müddəalarına əsasən bu əməliyyat vergi ödəyicisinə qismən ƏDV öhdəliyi yaradır. Cavabdeh orqan Şirkət tərəfindən aparılan ödənişlərin “icbari gömrük ödənişi” olması nəticəsinə gəlir və həmin ƏDV kimi ödənilən məbləğlərin əvəzləşdirməsini qanunvericiliyə zidd sayır. Gömrük Məcəlləsinin 1.0.17-ci maddəsinə istinad edərək həmin “icbari gömrük ödənişlərinin əvəzləşdirməsi qanunvericiliyə ziddir” nəticəsini qanunazidd və əsassız sayır. ƏDV-nin əvəzləşdirilməsi Vergi Məcəlləsinin 175-ci maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 175.10-cu maddəsi ilə idxalda ƏDV-nin əvəzləşdirilməsinin yeganə şərti müəyyən edilmişdir ki, bu da ƏDV-nin ödənildiyini göstərən idxal sənədlərinin mövcud olmasıdır, hansı ki, Şirkət tərəfindən məhkəməyə təqdim edilmişdir. Vergi orqanı həmin məbləğləri ƏDV yox, digər ödənişlər kimi qəbul etməklə ƏDV bəyənnamələrində əvəzləşdirilmə üçün bəyannamə məlumatlarına əlavə edilən əvəzləşmə məbləğləri ləğv edilmiş və nəticədə Şirkətə qanunsuz olaraq vergilər hesablanmışdır. Nəticədə qanunvericiliyin tələbləri pozulmuşdur. Şirkət tərəfindən ödənilmiş ƏDV-nin onun tərəfindən əvəzləşdirilməsinə yol verilməməsi şirkət üçün əlavə maliyyə yükünə çevrilir. Şirkətin müvəqqəti idxal xüsusi gömrük rejimində idxal etdiyi mallar Azərbaycana daimi idxal olunmaması səbəbindən o təyinatı üzrə istifadəsi bitdikdən sonra Respublika ərazisindən təkrar ixrac olunacaq. Bu səbəbdən onun son istehlakçısı Azərbaycanda olmadığından, həmin müvəqqəti idxal gömrük prosedura rejimində ödənilən ƏDV məbləğləri Şirkət tərəfindən əvəzləşdirilməlidir. Vergi orqanı bu günə qədər, yəni qeyd edilən kameral vergi yoxlamalarının həyata keçirilməsinə qədər həmişə müvəqqəti idxal xüsusi gömrük prosedurunda idxal olunmuş malların qismən vergi və rüsumlardan azad olunması halında ümumi ƏDV-nin aylıq ödənilən 3% hissəsini ƏDV kimi tanıyırdılar və bugünə qədər Şirkətin tarixində heç bir zaman həmin məbləğlərin əvəzləşdirilməsi ilə problem yaşanmamışdır. Şirkət ilə vergi orqanları arasında müvəqqəti idxalda ƏDV əvəzləşməsi məsələləri müzakirə edilib və vergi orqanları təsdiq ediblər ki, həmin ödənilən ƏDV ümumi ƏDV-nin bir hissəsidir və göstərişləri ondan ibarət olub ki, əvəzləşdirilməlidir. Üçünca şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddia ərizəsinə münasibətdə bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********098500 nömrəli qərarı ilə 2019-cu ilin sentyabr ayı üzrə kameral vergi yoxlaması ilə 341.553,21 manat, xx.xx.2020-ci il tarixli **********099200 nömrəli qərarı ilə 2019-cu ilin oktyabr ayı üzrə kameral vergi yoxlaması ilə 79.312,08 manat, xx.xx.2020-ci il tarixli **********9121400 nömrəli qərarı ilə 2019-cu ilin noyabr ayı üzrə kameral vergi yoxlaması ilə 55.147,04 manat, xx.xx.2020-ci il tarixli **********9122100 nömrəli qərarı ilə 2019-cu ilin dekabr ayı üzrə kameral vergi yoxlaması ilə 72.120,28 manat, ümumilikdə 548132.61 manat məbləği həcmində əlavə hesablanmış vergi və ya sığorta haqqı borc olaraq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına hesablanmışdır. Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********121400 nömrəli 16 iyul 2020-ci il tarixli Qərarının “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” hissəsində qeyd edilmişdir ki, əvəzləşmə üçün təqdim edilmiş **********0217 nömrəli gömrük bəyannaməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən vergi orqanına daxil olmuş məlumatlarda mövcud deyil. Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşməyə təqdim edilmiş **********0483, **********2535, **********1258,**********1983,**********2897,**********9293,**********5359,**********2973, **********1276, **********0336, **********3423, **********1688,**********7291,**********4929,**********6911,**********0808,**********5928.**** ******4176,**********5426,**********2109,**********2971,**********6663,**********9352,******** **1425,**********1430,**********1439, **********1443, **********1467, **********1501, **********1507, **********7493, **********1747, **********7046 və **********0398 nömrəli gömrük bəyannaməsi üzrə ƏDV məbləği Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən isə eyni nömrəli gömrük bəyannaməsi üzrə ƏDV məbləği 0.0 manat təşkil etdiyi üçün kənarlaşma yaranmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********099200 nömrəli 16 iyul 2020-ci il tarixli Qərarının “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” hissəsində qeyd edilmişdir ki, təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşməyə təqdim edilmiş **********2871, **********7251, **********8587, **********6071,**********6161,**********6209,**********0276,**********9293,**********8715,**** ******3778,**********3333,**********8485,**********5296,**********9980,**********7944,******** **1431,**********2628,**********429,**********6972,**********3079,**********8338,**********49 50,**********9759, **********0995, **********1369, **********6639, **********7585 və **********3108 nömrəli gömrük bəyannaməsi üzrə ƏDV məbləği Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən isə eyni nömrəli gömrük bəyannaməsi üzrə ƏDV məbləği 0.0 manat təşkil etdiyi üçün kənarlaşma yaranmışdır. Dövlət Gömrük Komitəsinin məlumat bazasında **********0217 qeydiyyat nömrəli gömrük bəyannaməsi haqqında məlumat yoxdur və **********3536 qeydiyyat nömrəli gömrük bəyannaməsi ləğv olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək inzibati iş üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddianı qəbul etməyərək iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək inzibati iş üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı tərəfindən iddianı təsdiq edən sübut qismində məhkəməyə cavabdehin xx.xx.2020-ci il tarixli **********098500 nömrəli, xx.xx.2020-ci il tarixli **********099200 nömrəli; xx.xx.2020-ci il tarixli **********9121400 nömrəli; xx.xx.2020-ci il tarixli **********9122100 nömrəli; xx.xx.2022-ci il tarixli **********807300 nömrəli; xx.xx.2022-ci il tarixli **********809700 nömrəli; xx.xx.2022-ci il tarixli **********811800 nömrəli; xx.xx.2022-ci il tarixli **********812500 nömrəli; xx.xx.2022-ci il tarixli **********813200 nömrəli; xx.xx.2022-ci il tarixli **********923300 nömrəli; xx.xx.2022-ci il tarixli **********814900 nömrəli; xx.xx.2022-ci il tarixli **********889000 nömrəli; xx.xx.2022ci il tarixli **********8993500 nömrəli; xx.xx.2022-ci il tarixli **********929500 nömrəli; xx.xx.2022-ci il tarixli **********074300 nömrəli; xx.xx.2022-ci il tarixli **********072900 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə kameral vergi yoxlaması qərarlarının, , 2019-cu ilin sentyabr, okryabr, noyabr, dekabr ayları üçün ödənilmiş ƏDV-ləri təsdiq edən ödəniş və gömrük sənədləri, 2016 və 2017-ci il ərzində müvəqqəti idxal xüsusi gömrük proseduru altında ödənilmiş ƏDV-lərin vergi orqanı tərəfindən qəbul edilməsi barədə və əvəzləşdirilməsini təsdiq edən sənədlər və Şirkətin təsis sənədlərinin, iddiaçı tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə, Bakı Baş Gömrük İdarəsi Sahil Gömrük postuna ödənilmiş məbləğləri özündə əks etdirən sənədlər, iddiaçının Milli Gəlirlər Departamentinə ünvanladığı məktublar, “Azərbaycan Beynəlxalq Bank”ın qəbzlərinin surətləri təqdim edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin xx.xx.2020-ci il tarixli **********098500 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı ilə 2019-cu ilin sentyabr ayı üzrə kameral vergi yoxlaması ilə 341553,21 manat məbləğində; Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin xx.xx.2020-ci il tarixli **********9121200 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı ilə 2019-cu ilin oktyabr ayı üzrə kameral vergi yoxlaması ilə 79312,08 manat məbləğində; Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin xx.xx.2020-ci il tarixli **********9121400 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı ilə 2019-cu ilin noyabr ayı üzrə kameral vergi yoxlaması ilə 55147,04 manat məbləğində; Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin xx.xx.2020-ci il tarixli **********9122100 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı ilə 2019-cu ilin dekabr ayı üzrə kameral vergi yoxlaması ilə 72120,28 manat məbləğində; Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin xx.xx.2022-ci il tarixli **********807300 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən 2020-ci ilin yanvar ayı üzrə kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi və ya sığorta haqqı 132.662,86 manat məbləğində; Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin xx.xx.2022-ci il tarixli **********809700 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən 2020-ci ilin fevral ayı üzrə kameral vergi yoxlaması ilə 183.376,03 manat məbləğində ; Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin xx.xx.2022-ci il tarixli **********811800 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən 2020-ci ilin mart ayı üzrə kameral vergi yoxlaması ilə 270.742,42 manat məbləğində ; Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin xx.xx.2022-ci il tarixli **********812500 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən 2020-ci ilin aprel ayı üzrə kameral vergi yoxlaması ilə 130.344,93 manat məbləğində; Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin xx.xx.2022-ci il tarixli **********813200 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən 2020-ci ilin may ayı üzrə kameral vergi yoxlaması ilə 548.308,03 manat məbləğində; Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin xx.xx.2022-ci il tarixli **********923300 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən 2020-ci ilin iyun ayı üzrə kameral vergi yoxlaması ilə 160.574,00 manat məbləğində; Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin xx.xx.2022-ci il tarixli **********814900 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən 2020-ci ilin iyul ayı üzrə kameral vergi yoxlaması ilə 29.802,99 manat məbləğində; Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin xx.xx.2022-ci il tarixli **********889000 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən 2020-ci ilin avqust ayı üzrə, kameral vergi yoxlaması ilə 43.609,00 manat məbləğində;. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin xx.xx.2022-ci il tarixli **********893500 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən 2020-ci ilin senryabr ayı üzrə kameral vergi yoxlaması ilə 49.764,29 manat məbləğində ; Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin xx.xx.2022-ci il tarixli **********929500 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən 2020-ci ilin oktyabr ayı üzrə kameral vergi yoxlaması ilə 91.318,69 manat məbləğində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin xx.xx.2022-ci il tarixli **********074300 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən 2020-ci ilin noyabr ayı üzrə kameral vergi yoxlaması ilə 53.295,16 manat məbləğində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin xx.xx.2022-ci il tarixli **********072900 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən 2020-ci ilin dekabr ayı üzrə kameral vergi yoxlaması ilə 102.269,68 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. Cavabdeh etirazını təsdiq edən sübut qismində kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktublar, vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə kameral vergi yoxlamasına dair qərarların, səlayyətlərin verilməsi barədə əmrin, gömrük bəyannamələrinin surətlərini təqdim etmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Vergi Xidməti vergi qanunvericiliyinin tənzimlənməsinə dair məktubu ilə bildirmişdir ki, müvəqqəti idxal edilən mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmədiyindən ƏDV-nin vergitutma obyektini yaratmır. Buna əsasən müvəqqəti idxal gömrük proseduru ilə bağlı ödənilən 3 faiz miqdarında aylıq ödənişlər malların gömrük dəyərindən 18 faiz dərəcə ilə hesablanaraq ödənilməli olan ƏDV məbləği hesab edilmədiyindən belə aylıq ödənişlərin əvəzləşdirilməsi Vergi Məcəlləsində nəzərdə tutulmur. Qeyd olunanlar Vergi Məcəlləsinin 159-cu, 175-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları ilə tənzimlənir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi cavab məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********098500 nömrəli 16 iyul 2020-ci il tarixli Qərarının “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” hissəsində qeyd edilmişdir ki, təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşməyə təqdim edilmiş **********6607, **********1702, **********1685, **********1674, **********1662, **********0168, **********5865, **********0855, **********6085, **********1483, **********6972, **********2115, **********3103, **********3324 və **********5059 nömrəli gömrük bəyannaməsi üzrə ƏDV məbləği Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən isə eyni nömrəli gömrük bəyannaməsi üzrə ƏDV məbləği 0.0 manat təşkil etdiyi üçün kənarlaşma yaranmışdır. Əlavə olaraq bildirilmişdir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında **********0217 qeydiyyat nömrəli gömrük bəyannaməsi haqqında məlumat yoxdur və **********3536 qeydiyyat nömrəli gömrük bəyannaməsi ləğv olunmuşdur. Göstərilənləri nəzərə alaraq, işin obyektiv araşdırılması məqsədilə Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən qeyd olunan gömrük bəyannamələrinin və onları müşayiət edən sənədlərin surətləri məhkəməyə təqdim olunmuşdur. Beləliklə, işin hallarından məhkəmə müəyyən etdi ki, cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2020-ci il tarixli **********098500 nömrəli, xx.xx.2020-ci il tarixli **********099200 nömrəli; xx.xx.2020-ci il tarixli **********9121400 nömrəli; xx.xx.2020-ci il tarixli **********9122100 nömrəli; xx.xx.2022-ci il tarixli **********807300 nömrəli xx.xx.2022-ci il tarixli **********809700 nömrəli; xx.xx.2022-ci il tarixli **********811800 nömrəli; xx.xx.2022-ci il tarixli **********812500 nömrəli ; xx.xx.2022-ci il tarixli **********813200 nömrəli; xx.xx.2022-ci il tarixli **********923300 nömrəli; xx.xx.2022-ci il tarixli **********814900 nömrəli; xx.xx.2022-ci il tarixli **********889000 nömrəli; xx.xx.2022ci il tarixli **********8993500 nömrəli ; xx.xx.2022-ci il tarixli **********929500 nömrəli ; xx.xx.2022-ci il tarixli **********074300 nömrəli; xx.xx.2022-ci il tarixli **********072900 nömrəli qərarları ilə iddiaçıya 2019-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün cəmi 548132.61 manat ƏDV-si, 2020-ci ilin 12 ay üçün 1796069.60 manat məbləğində ƏDV hesablanılmışdır. Hazırda iddiaçı həmin qərarların qanunvericiliyə zidd olması əsası ilə mübahisələndirir. Vergi qanunvericiliyinə əsasən, hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur. Həmin Məcəllənin 23-cü maddəsində isə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək kimi vergi orqanlarının hüquqları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 12.1. və 12.1.1-ci maddəsinə əsasən, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və vergitutma elementi olan vergitutma obyekti müyyən edilmiş olsun. İşin hallarından göründüyü kimi iddiaçı 2019-cu ilin sentyabr, oktyabr, hoyabr, dekabr ayları, 2020-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, hoyabr, dekabr ayları üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrində müvəqqəti idxal gömrük proseduru altında idxal etdiyi mallara görə ödənilmiş məbləğləri əvəzləşdirilməsi üçün bəyannamə məlumatlarına əlavə etmiş, vergi orqanı tərəfindən həmin əvəzləşmələr ləğv edilmiş və kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablanmışdır. Cavabdehin mövqeyinə görə müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilən mallara görə ödənilmiş məbləğlər ƏDV təşkil etmir. Müvəqqəti idxal şəklində ölkə ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmir, həmin mallara görə ödənilən aylıq ödəniş məbləğlərinin əvəzləşdirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. İddiaçı hesab edir ki, müvəqqəti idxal xüsusi gömrük proseduru altında idxal edilmiş mallara Gömrük Məcəlləsində və “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdırılməsi Qaydaları”nda nəzərdə tutulmuş qismən azadolma tətbiq olunmuş və Gömrük Məcəlləsinin 194.1-ci maddəsinə və Qaydaların 7.5-ci bəndinə əsasən malların müvəqqəti idxal xüsusi gömrük prosedur rejimi altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyə buraxılışı üçün ödənilməli olan ƏDV məbləğinin aylıq əsasla 3 faiz miqdarında məbləğ ƏDV- yə cəlb edilmişdir. ƏDV bəyannamələrinin məlumatlarında qeyd edilmiş məbləğlər müvəqqəti idxal xüsusi gömrük proseduru rejimində ödənilmiş ƏDV məbləğləridir və iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş gömrük sənədlərindən və ödəniş sənədlərindən də görünür ki, iddiaçı tərəfindən vergi və gömrük qanunvericiliyinin tələblərinə əsasən bu ƏDV və gömrük rüsumları ödənilmişdir. ƏDV üzrə vergitutma obyektinin müəyyən edilməsinin əsasları Vergi Məcəlləsinin 159-cu maddəsində göstərilmişdir. Belə ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, vergi tutulan idxal vergitutma obyektidir. Vergi Məcəlləsinin 159.3.-ci maddəsinə əsasən, malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Vergi Məcəlləsinin 153.1. –ci maddəsinə əsasən, əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Beləliklə, qanunvericiliyin müddəalarından göründüyü kimi, ƏDV idxaldan ödənilir, əvəzləşmənin aparılması idxalda ƏDV-nin ödənilməsini təsdiq edən sənədlərə əsaslanmalıdır. Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Belə ki, Vergi Məcəlləsinin 13.2.31. –ci maddəsinə əsasən, malların idxalı - gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi. Müvəqqəti idxal Azərbaycan Respublikası Gömrük Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdırılməsi Qaydaları” ilə tənzimlənir. Gömrük Məcəlləsinin 192.1 -ci maddəsinə əsasən təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. Həmin Məcəllənin 192.2-ci maddəsinə əsasən, mallar bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından tamamilə azad olunduğu halda, onlar həmçinin, əlavə dəyər vergisindən və aksizlərdən də azad edilirlər. Həmin Məcəllənin 193.1.-ci maddəsinə əsasən, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət qədər olmalıdır. Həmin Məcəllənin 193.1.-ci maddəsinə əsasən, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət qədər olmalıdır. Həmin Məcəllənin 194.1. –cü maddəsinə əsasən, gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır. Həmin Məcəllənin 194.3-cü maddəsinə əsasən müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş "Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 7.1-ci maddəsinə əsasən, müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi həmin malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verildikdə, gömrük orqanı tərəfindən bu Qaydalara uyğun olaraq müəyyənləşdirilir. Həmin Qaydaların 7.5-ci bəndinə əsasən gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Qaydaların 7.8-ci bəndinə əsasən müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən, yaxud digər gömrük proseduru altında yerləşdirilərkən ödənilmiş aylıq ödənişlər geri qaytarılmır. Qaydaların 7.9-cu bəndinə əsasən gömrük rüsumlarının və vergilərin ödənilməsindən qismən azad edilməklə, müvəqqəti idxal edilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi zamanı hesablanmış gömrük rüsumlarının və vergilərin məbləğindən həmin mallara görə ödənilmiş aylıq ödənişlərin məbləği çıxılmalıdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.56-ci maddəsinə əsasən vergilər dedikdə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş əlavə dəyər vergisi, yol vergisi və aksizlər başa düşülür. Həmin Məcəllənin 224.1-ci maddəsinə əsasən bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 224.1.1. gömrük rüsumları;224.1.2. əlavə dəyər vergisi ;224.1.3. aksizlər;224.1.4. yol vergisi;224.1.5. gömrük yığımları;224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. Həmin Məcəllənin 228-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara əlavə dəyər vergisi bu Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 333-cü maddəsinə əsasən gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, dövlət rüsumu, əlavə dəyər vergisi, yol vergisi və aksizlər bu Məcəllədə və müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət büdcəsinə köçürülür. Göründüyü kimi, gömrük orqanları tərəfindən alınan vergi növləri sırasında 3 faiz ödənişlərin adı çəkilmir. Qeyd edilən qanunvericilik normalarına əsasən müvəqqəti idxal rejimində saxlamaya görə ödənişlər ayrıca vergi və ya rüsum deyildir, həmin aylıq ödənişlər malların bu prosedur altında yerləşdiyi tarixdə sərbəct dövriyyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləği əsasında müəyyən olunan məbləğdir. Sözügedən aylıq ödənişlər gömrük rüsumları və vergilər üzrə hesablansa da ƏDV deyildir. Aylıq ödənişlərin ödənilməsi üçün tələb olunan əməliyyat yuxarıda qeyd edildiyi kimi müvəqqəti idxaldır. Qeyd edilənlərə əsasən müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan aylıq ödəniş məbləğlərinin əvəzləşdirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Müvəqqəti idxal edilmiş mallar sərbəst dövriyyə üçün buraxıldığı halda vergi ödəyicisi tərəfindən ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 176.5-ci maddəsinə əsasən əvəzləşdirilə bilər. İddiaçı əməliyyatın müvəqqəti idxal olduğunu inkar etmədən, idxalda əvəzləşməni tənzimləyən Vergi Məcəlləsinin 175.10-cu maddəsinə istinad edir. Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir. Beləliklə, müvəqqəti idxalda Vergi Məcəlləsinə əsasən vergitutma baxımından ƏDV- nin ödənilməsi tələbi olmadığından bu əməliyyatlar vergi tutulan əməliyyat sayılmır. Vergi Məcəlləsinin 175-ci maddəsi vergi tutulan əməliyyatlar üzrə əvəzləşməni nəzərdə tutduğundan müvəqqəti idxal rejimində ödənilən məbləğlərin əvəzləşdirilməsi qanunvericiliyə ziddir. Qeyd edilən normaların əlaqəli təhlili nəticəsində məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının müvəqqəti idxal rejimində ödənilən məbləğlərin Vergi Məcəlləsində nəzərdə tutulan 18 % dərəcə təşkil edən ƏDV ilə eyniləşdirilməsi qanunvericiliyə ziddir. Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən bununla da müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan 3% miqdarınd aylıq ödənişlər malların gömrük dəyərindən 18 faiz dərəcə ilə hesablanaraq ödənilməli olan ƏDV məbləği hesab edilmədiyindən əvəzləşdirilmir. Nəticədə, iddiaçı vergilərin və vergitutma obyektinin yalnız Vergi Məcəlləsi ilə müəyyən edilməsini, ƏDV-nin müvəqqəti idxala deyil yalnız idxal əməliyyatlarına tətbiq edilməsini, ƏDV dərəcəsinin 18% müəyyən edilməsi, ƏDV əvəzləşməsi mexanizminin Vergi Məcəlləsi ilə tənzimlənməsi barədə qanunvericiliyin müddəalarını nəzərə almayaraq, Gömrük Məcəlləsi və Vergi Məcəlləsi arasında bu sahədə ziddiyyət olduğu barədə səhv qənaətə gəlmişdir. İdxal-ixrac əməliyyatları zamanı vergi orqanlarının səlahiyyətlərinin gömrük orqanları tərəfindən həyata keçirilməsini, Gömrük Məcəlləsinə əsasən müvəqqəti idxal rejimində mallara aylıq 3% ödənişlərin tətbiq edilməsi halını əsassız olaraq Vergi Məcəlləsində nəzərdə tutulmuş ƏDV ilə eyniləşdirmiş və vergi öhdəliklərini azaltmışdır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 67-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının düzgün tətbiq edilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından mübahisələndirilən qərarların qanuna zidd və ya əsassız qəbul edilməsi müəyyən edilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli **********098500 nömrəli, xx.xx.2020-ci il tarixli **********099200 nömrəli; xx.xx.2020-ci il tarixli **********9121400 nömrəli; xx.xx.2020-ci il tarixli **********9122100 nömrəli; xx.xx.2022-ci il tarixli **********807300 nömrəli; xx.xx.2022-ci il tarixli **********809700 nömrəli; xx.xx.2022-ci il tarixli **********811800 nömrəli; xx.xx.2022-ci il tarixli **********812500 nömrəli; xx.xx.2022ci il tarixli **********813200 nömrəli; xx.xx.2022-ci il tarixli **********923300 nömrəli; xx.xx.2022-ci il tarixli **********814900 nömrəli; xx.xx.2022-ci il tarixli **********889000 nömrəli; xx.xx.2022-ci il tarixli **********8993500 nömrəli; xx.xx.2022-ci il tarixli **********929500 nömrəli; xx.xx.2022-ci il tarixli **********074300 nömrəli; xx.xx.2022-ci il tarixli **********072900 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə kameral vergi yoxlaması qərarlarının ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar