Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-325/2023 08.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan"na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: şəxsiyyət vəsiqəsinin surəti; ümumi iş stajını təsdiq edən sənədlərin əslləri; (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışının əsli; pensiya təyin edilməsi ilə bağlı ərizə. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən müvafiq sənədlər tam şəkildə Mərkəzi Filiala təqdim edildikdən sonra baxılacaqdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı xx.xx.2012-ci il tarixindən - 51 yaşından əmək pensiyası təyin edilməsi və həmin tarixdən bugünədək yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 (üç) il də daxil olmaqla pensiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx xxxxx 1961-ci il tarixdə anadan olmuşdur. 01 sentyabr 1978-ci il tarixdən 27 iyul 1979-cu il tarixinədək Azərbaycan SSRİ Bakı şəhəri 37 nömrəli texniki peşə məktəbində təhsil almış və həmin məktəbi ərzaq malları satıcısı peşəsi üzrə bitirmişdir. 28 avqust 1979-cu ildən 08 aprel 1980-ci il tarixinədək 65 nömrəli mağazada satıcı işləmişdir. 08 aprel 1980-ci il tarixindən 11 may 1982-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. 25 iyun 1982-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək Bakı Əlvan X4 müxtəlif peşələrdə (sink metalının kəsicisi, qablaşdıncı), o cümlədən 02 fevral 1987-ci il tarixdən 15 dekabr 1998-ci il tarixinədək əlvan metalların yayıcısı peşəsində işləmişdir. Hazırda qeyd olunan zavod fəaliyyətini dayandırmışdır. Onun təhsil müddəti, hərbi xidmətdə olduğu müddət və əmək fəaliyyəti nəzərə alındıqda xx.xx.1998-ci il tarixə 20 ildən çox ümumi stajı olmuşdur. Həmin tarixdə isə güzəştli şərtlərlə pensiya yaşı 51 yaş olmuşdur. Həmçinin Bakı Əlvan X4 işlədiyi peşələrin hamısı, xüsusilə də 02 fevral 1987-ci il tarixdən 15 dekabr 1998-ci il tarixinədək işlədiyi (11 il 10 ay 13 gün) əlvan metalların yayıcısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərərı ilə təsdiq edilmiş 1 saylı siyahıda (1 nömrəli siyahının 7-ci bölməsində 1072103а—17369 kod altında) nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərdən məlum olur ki, onun 15 dekabr 1998-ci il tarixinədək “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən azı 20 il ümumi, 10 il isə güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi iş stajını olmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli, **********0 nömrəli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Filial tərəfindən iddiaçıya ünvanlanmış cavab məktubunun məzmunundan göründüyü kimi, hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, əksinə müvafiq sənədlərin əsillərini tam şəkildə təqdim etdikdən sonra ona güzəştli pensiya təyinatının aparılması məsələsinə baxılacağını bildirilmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən iddiaçının müraciətinə verilən cavab imtina kimi qəbul edilə bilməz. Cavabdeh daha sonra xx.xx.2023-cü il tarixli etiraza əlavədə iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006-ci il tarixədək) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “a" bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatmalı, 2) xx.xx.2006-ci il tarixədək azı 20 il sığorta stajı olmalı, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir. Mərkəzi Filial tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli **********75 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı əmək kitabçası, diplom, hərbi biletinə əsasən, xx.xx.2006-cı il tarixədək 19 il 11 ay 26 gün stajı mövcuddur. Göründüyü kimi İddiaçı qanunla tələb olunan ümumi stajı tamamlanmır (20 il). İddiaçı "xxxx" ASC-də işləməsi faktı mübahisələndirilməsə belə, məhkəmə sorğusuna əsasən təqdim edilmiş məktublara münasibətdə aşağıdakı məqamlar qeyd edilmişdir: "X13 Emalı” ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 10 nömrəli məktuba əsasən bildirilmişdir ki, İddiaçı xx.xx.1982-xx.xx.1983-cü il tarixlərdə əlvan metallar sexinin sink kəsmə sahəsində İİ dərəcəli kəsici; xx.xx.1987-xx.xx.1992-ci il tarixlərdə 1 №-li sexdə İ dərəcəli voloçilşik (əlvan metalların çəkici, dartıcı); xx.xx.1992-xx.xx.1998-ci il tarixlərdə 2 № sexə İV dərəcəli yayıcı işlədiyini iddia etdiyi halda, "X13 Emalı” ASC tərəfindən bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə 1072103a-17889 koduna uyğunlaşdırılmışdır. Vətəndaşın əmək şəraiti zərərli və ağır işlərdə işləməsi faktı yuxarıda qeyd edilən Siyahıya uyğun bölmə, yarımbölmə (bənd), vəzifə uyğunluğu olduğu halda qəbul edilir. Müvafiq kod “Əlvan və qiymətli metalların emalı və təkrar emalı” bölməsi “Yayma istehsalatı” yarımbölməsi, “isti metal kəsiciləri” vəzifəsini ehtiva edir. xx.xx.1983xx.xx.1984-cü il tarixlərdə İİ dərəcəli voloçilşik (əlvan metalların çəkicisi, dartıcısı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahısı üzrə uyğunlaşdırılmışdır. xx.xx.1984-xx.xx.1987-ci il tarixlə əritmə sahəsində İİ dərəcəli fasovşik (qablaşdırıcı); xx.xx.1987-xx.xx.1987-ci il tarixlərdə 1 №li sexdə İ dərəcəli qablaşdırıcı yayıcı işlədiyini iddia etdiyi halda, "X13 Emalı" ASC tərəfindən bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə 1072103a-19293 koduna uyğunlaşdırılmışdır. Müvafiq kod “Əlvan və qiymətli metalların emalı və təkrar emalı" bölməsi "Sink tozunun və sink oksidinin alınması” yarımbölməsi, “sink tozu və sink oksidinin qablaşdırılması ilə məşğul olan bükücülər-qablaşdırıcılar” vəzifəsini ehtiva edir. Göründüyü kimi İddiaçı işlədiyini iddia etdiyi vəzifə ilə Siyahıda qeyd olunan vəzifə arasında uyğunsuzluq mövcuddur. Azəralüminium MMC-nin xx.xx.2023-cü il tarixli 13-5- 2/2-0266/2023 nömrəli məktubuna əsasən bildirilmişdir ki, İddiaçı xx.xx.1982-xx.xx.1982-ci il; xx.xx.1982-xx.xx.1983-cü il tarixlərdə sink metalının kəsicisi vəzifəsi Siyahının 1072103a-17889 koduna; xx.xx.1983-xx.xx.1984-cü il; xx.xx.1987-xx.xx.1998-ciil tarixlərdə yayıcı Siyahının 1072103a-17369 koduna uyğun gəldiyini qeyd etmişdirlər. Lakin bildiririk ki, 1072103a-17889 kodu “Əlvan və qiymətli metalların emalı və təkrar emalı” bölməsi “Yayma istehsalatı" yarımbölməsi, “isti metal kəsiciləri” vəzifəsini; 1072103a-17369 kodu "Bərk ərintilərin və çətinəriyən metalların istehsalı” yarımbölməsi, "isti metal yayıcıları” vəzifəsini ehtiva edir. Göründüyü kimi İddiaçı işlədiyini iddia etdiyi vəzifə ilə Siyahıda qeyd olunan vəzifə arasında uyğunsuzluq mövcuddur. Əlavə olaraq sözügedən məktubun ikinci abzasında qeyd edilmişdir ki, "Bakı Əlvan Metalların Emalı Zavodunun fəaliyyət istiqamətinin bizim müəssisənin fəaliyyət istiqaməti ilə uzlaşıb-uzlaşmaması barədə məlumatımız olmadığından bu məktubda qeyd olunanlar qənaətimizin səhihliyinə təminat vermir”. Belə olan halda sözügedən məktubun mötəbərliyi şübhə altına düşür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının tərəfindən pensiya mübahisələrinə dair bəzi işlər təhlil edilərək inzibati məhkəmələrə ünvanlanmış 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Həmçinin sözügedən icmal məktubda qeyd edilmişdir ki, müəssisənin məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varis olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırılmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər”. Göründüyü kimi qanunla tələb olunan ikinci və üçüncü şərtlər ödənilmir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza və etiraza əlavəyə uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” (bundan sonra - 1 nömrəli Siyahı) üzrə kişilərə 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxslərin 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuş, onun 52 yaşı xx.xx.2013-cü il tarixdə tamam olmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin xx.xx.1979-cu il tarixli 3878 nömrəli attestatından görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Azərbaycan SSR Bakı şəhəri 37 nömrəli texniki məktəbə daxil olmuş və xx.xx.1979-cu il tarixdə ərzaq malları satıcısı peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. İddiaçı məxsus xx.xx.1980-ci il tarixli НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, X3 xx.xx.1980-ci il tarixdən 11 may 1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1979-0xx.xx.1980-ci illərdə Əzizbəyov rayon Qarışıq mallar Ticarəti İdarəsində kiçik satıcı işləmiş, xx.xx.1982-ci ildə Azərbaycan SSR əlvan metallar idarəsinin Bakı şəhər X9 zavodunda mexaniki montaj işləri üzrə sink kəsmə üzrə çilingər təyin edilmiş, xx.xx.1982-ci ildə sink anodu sahəsi üzrə metal konstruksiyalar sexinə fəhlə, xx.xx.1982-ci ildə sink kəsmə sahəsi üzrə əlvan metallar sexinə kəsici, xx.xx.1983-cü ildə məftilçəkən, xx.xx.1984-cü ildə qablaşdırıcı, xx.xx.1987-ci ildə qablaşdırıcı, xx.xx.1987-ci ildə məftilçəkən, xx.xx.1992-ci ildə 2 nömrəli tökmə sexinə 4-cü dərəcəli yayıcı keçirilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Həmin Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Göstərilənlərə əsasən, məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək əmək kitabçasındakı qeydləri, hərbi xidmət və təhsil dövrünü əsas götürərək həmin dövrü iddiaçının iş stajı kimi qəbul edir. Belə olan halda müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 20 il 1 gün sığorta stajı olmuşdur. Deməli, iddiaçı 1 nömrəli siyahı üzrə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan birinci şərti ödəyir. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na əsasən kod 10721000- 18. Əlvan və qiymətli metalların emalı və təkrar emalı sahəsi üzrə: - kod 1072103a—17369 - isti metal yayıcıları; - kod 1072103a—17889 - isti metal kəsiciləri - kod 1072104a—11487 - isti məftilçəkmə ilə məşğul olan əlvan metal məftilçəkənləri; - kod 1072105a—19293 - sink tozu və sink oksidinin qablaşdırılması ilə məşğul olan bükücülər-qablaşdırıcılar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olan peşələrə aid edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********70 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Əlvan Metalların Emalı zavodunun bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 69,91 %-i özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil təsərrüfat subyekti olmaqla, cəmiyyətin maliyyətəsərrüfat fəaliyyətindən irəli gələn məsələlər müəssisə tərəfindən sərbəst şəkildə həyata keçirilir. Bu baxımdan, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müvafiq məlumatların əldə edilməsi məqsədilə aidiyyəti üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edilməsi məqsədəuyğundur. Nəzərinizə çatdırırıq ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bina və tikililəri Buzovna yol ötürücüsünün inşası ilə əlaqədar tamamilə ləğv olunduğundan, müəssisə hazırda fəaliyyət göstərmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********332000 nömrəli məktubundan görünür ki, dövlət reyestrində xx.xx.1997-ci il tarixdə D-2226 nömrə ilə dövlət qeydiyyatına alınmış Bakı Əlvan Metalların Emalı Zavodunun hüquqi varisi olan "xxxx" X10 Cəmiyyətinin (VÖEN **********) rəhbərinin X2, hüquqi ünvanının Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev (Buzovna qəs.), Mərdəkan-Buzovna şossesi, ev 23 olması barədə məlumat mövcuddur. Cəmiyyətin fəaliyyəti xx.xx.2018-ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli 4/1453 nömrəli məktubundan görünür ki, ləğv olunmuş Bakı Əlvan Metalların Emalı Zavodunun arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Göründüyü kimi, iddiaçı Bakı Əlvan X4 işləmişdir, hansı ki, həmin müəssisə artıq fəaliyyət göstərmir. Lakin məhkəmə hesab edir ki, bu hal iddiaçıya pensiya təyin edilməsindən imtina üçün əsas ola bilməz. Məsələnin araşdırılması ilə bağlı məhkəmə tərəfindən oxşar sahədə fəaliyyət göstərən müəssisə kimi “X13 Emalı” ASC-yə, «X11» QSC-yə və "xxxx" ASC-yə iddiaçının əmək kitabçasının surəti təqdim edilməklə, onun işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə imkan verib verməməsi barədə sorğular verilmişdir. Həmin sorğulara cavab olaraq təqdim edilmiş: - “X13 Emalı” ASC-nin xx.xx.2022-ci il tarixli 10 nömrəli məktubundan görünür ki, İddiaçı Bakı Əlvan X4 işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə və yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qəarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdən məktuba Əlavədə qeyd olunmuş peşələrə uyğunlaşdırmaq olar (tövsiyyə olunur): xx.xx.1982-xx.xx.1983- əlvan metallar sexinin Sink kəsmə sahəsində İİ dərəcəli kəsici – siyahı 2, bölmə 7.18 y/b 3a, kod 1072103a-17889; xx.xx.1983-xx.xx.1984- 2-ci dərəcəli voloçilşik (əlvan metalların çəkicisi, dartıcısı) – siyahı 1, bölmə 7.98 y/b a, kod 12092400a-11487; xx.xx.1984-xx.xx.1987- əritmə sahəsində İİ dərəcəli fasovşik (qablaşdırıcı) – siyahı 2, bölmə 7.18 y/b 5a, kod 1072105a-19293; xx.xx.1987-xx.xx.1987- 1 nömrəli sexdə İ dərəcəli qabaşdırıcı – siyahı 2, bölmə 7.18 y/b 5a, kod 1072105a-19293; xx.xx.1987-xx.xx.1992- 1 nömrəli sexdə İ dərəcəli voloçilşik (əlvan metalların çəkicisi, dartıcısı) – siyahı 1, bölmə 7.19 y/b a, kod 1072103a-17889; xx.xx.1992-xx.xx.1998-2 nömrəli sexə İV dərəcəli yayıcı- siyahı 1, bölmə 7.18 y/b 3a, kod 1072103a-17889. - “X13 Emalı” ASC-nin xx.xx.2022-ci il tarixli 77 nömrəli məktubunda isə göstərilmişdir ki, iddiaçı X1 Bakı yüngül metalların emalı zavodu və sonradan adlanan Bakı Əlvan metalların xəlitəsi emalı zavodunda voloçilşik işlədiyi dövrlərdəki peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarının 2 №- li siyahısının 2092304a-11487 koduna eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının bölmə 7. Yarım bölmə 7.18.4a-ya uyğun gəlir. Müəssisədə voloçilşik peşəsi olmadığından iş yerinin attestasiyasını təsdiq edən sənəd yoxdur. - «X11» QSC-nin xx.xx.2023-cü il tarixli X-Y-2698 nömrəli məktubundan görünür ki, «X11» QSC Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan qabaqcıl poladəritmə müəssisədir və qara metallurgiya sahəsi üzrə ixtisaslaşmışdır. İddiaçı əlvan metallurgiya sahəsində əmək fəaliyyəti ilə məşğul olduğundan məsələyə münasibət bildirilməsi imkan xaricindədir. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13-5-2/2-0266/2023 nömrəli məktubundan görünür ki, İddiaçı Bakı Əlvan X4 işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid olmasının müəyyən olunması ilə bağlı Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda nəzərdə tutulan peşələrdən (məktuba əlavə olunmuş əmək kitabçasının surətinə əsasən) onun 1979-1998-ci illər aralığında işlədiyi müddət ərzində a) xx.xx.1982-xx.xx.1982-ci və xx.xx.1982-xx.xx.1983-cü il tarixlərdə işlədiyi “sink metalının kəsicisi” vəzifəsi Siyahının 1072103a-17889 koduna müvafiq olaraq “isti metal kəsiciləri”; b) xx.xx.1983-xx.xx.1984-cü və xx.xx.1987-xx.xx.1998-ci il tarixlərdə işlədiyi vəzifələr (yayıcı) Siyahının 1072103a-17369 koduna müvafiq olaraq “isti metal yayıcıları” vəzifəsinə uyğun gəldiyi qənaətindədir. Bakı Əlvan Metalların Emalı Zavodunun fəaliyyət istiqamətinin müəssisənin fəaliyyət istiqaməti ilə uzlaşıb-uzlaşmaması barədə məlumat olmadığından bu məktubda qeyd olunan qənaətin səhihliyinə təminat vermir və bu qənaətin “Azəralüminium MMC-nin fəaliyyət istiqamətləri nəzərə alınmaqla formalaşdırıldığı bildirilir. Beləliklə, həm “X13 Emalı” ASC-nin, həm də "xxxx" ASC-nin təqdim etdiyi arayışlara əsasən iddiaçının 1 Nömrəli Siyahı üzrə 14 il 25 gün güzəştli iş stajı olmuşdur. Belə olan halda aydın olur ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 il ümumi əmək stajı vardır və onun 10 ildən artıq müddətini 1 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahədə işləmişdir. Deməli, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmək hüququ olmuşdur. Cavabdehin etirazından görünür ki, o, iddiaçının ümumi iş stajının 20 ildən az olduğunu iddia etmiş, məhkəmə iclasında cavabdehin nümayəndəsinin verdiyi izahatdan məlum olmuşdur ki, iddiaçıya pensiya təyin edilməsi üçün sığorta stajı hesablanarkən onun işdən çıxdığı gün əmək stajına daxil edilməmişdir. Halbuki Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, qanunverici işçinin işçdən azad edildiyi günü onun sonuncu iş günə aid etmişdir. İddiaçının güzəştli iş stajına gəldikdə cavabdeh Azəralüminium MMC-nin xx.xx.2023cü il tarixli məktubunda göstərilənlərdə uyğunsuzluq olduğunu, yəni 1072103a-17889 kodu “Əlvan və qiymətli metalların emalı və təkrar emalı” bölməsi “Yayma istehsalatı" yarımbölməsi, “isti metal kəsiciləri” vəzifəsini; 1072103a-17369 kodu "Bərk ərintilərin və çətinəriyən metalların istehsalı” yarımbölməsi, "isti metal yayıcıları” vəzifəsini ehtiva etdiyini qeyd etsə də, Siyahının “Yayma istehsalatı" yarımbölməsində (kod ********) 1072103a—17369 kodu ilə isti metal yayıcılarının göstərildiyini nəzərə almamışdır. Cavabdehin etirazında qeyd etdiyi "Bərk ərintilərin və çətinəriyən metalların istehsalı” yarımbölməsi 10722000 kodu, həmin sahə üzrə "isti metal yayıcıları” vəzifəsi isə 1072200a—17369 kodu altında göstərilmişdir, hansı ki, Azəralüminium MMC həmin kodlara istinad etməmişdir. Bundan başqa, cavabdeh etirazında Azəralüminium MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda Bakı Əlvan Metalların Emalı Zavodunun fəaliyyət istiqamətinin müəssisənin fəaliyyət istiqaməti ilə uzlaşıb-uzlaşmaması barədə məlumatı olmadığından məktubda qeyd olunanların səhihliyinə təminat verməməsinə istinad etmişdir. Məhkəmə cavabdehin bu dəlili ilə bağlı qeyd edir ki, iddiaçının işlədiyi müəssisənin artıq fəaliyyət göstərmədiyi, buna görə də onun işlədiyi vəzifələrin güzəştli pensiya hüququ verən işlərə aid olması barədə işəgötürənin arayışının əldə edilməsinin mümkünsüz olması işin mübahisəsiz halıdır. Lakin yuxarıda da qeyd edildiyi kimi, bu hal şəxsin pensiya hüququnun realizəsinə mane olmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi, qanunverici inzibati orqanın işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallarını araşdırmaq, əlavə sübutlar toplamaq vəzifəsini müəyyən etmişdir. İşin hallarından görünür ki, cavabdeh iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə müraciətinə baxarkən şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışının olmamasını bildirməklə kifayətlənmiş, belə bir arayışın təqdim edilməsinin mümkünsüzlüyünü nəzərə almamış, oxşar sahədə fəaliyyət göstərən müəssisələrə sorğu verməmiş, məhkəmə icraatında isə əldə edilmiş məlumatları əsaslı sübutlar təqdim etmədən şübhə altına almaqla kifayətlənmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının əlvan metallurgiya sənayesinin aparıcı şirkətlərdən olmaqla, gil-torpaqdan (aluminium oksidi), ilkin alüminium və aluminium yarımfabrikat (alüminium külçə, tökmə rulonları, soyuq yayma rulonları, lövhələri və zolaqları, həmçinin boyanmış rolunlar, pəncərə içlikləri) məhsullarının istehsalını həyata keçirir. Həmçinin “X13 Emalı” ASC əlvan metal emalı sahəsində əsas müəssisələrdən biridir. Həmin müəssisələrin iddiaçının fəaliyyət göstərdiyi sahəyə uyğun fəaliyyətə malik olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, onların təqdim ediyi arayışı şübhə alına almaq üçün əsas yoxdur. Buna görə də, sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən iddia tələbi əsaslıdır. İşdən görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə yanaşı, cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 il də daxil olmaqla əmək pensiyasının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini də xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ƏPQ-nin 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. ƏPQ-nin 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşdə olan cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubundan görünür ki, iddiaçı ona pensiya təyin edilməsi ilə bağlı cavabdeh orqana 03 may 2021-ci il tarixdə müraciət etmişdir. Deməli, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası onun hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən təyin edilsə də, pensiya ödənişi ƏPQ-nin 32.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən etibarən ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il də daxil olmaqla əmək pensiyasının hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-325/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-325/2023
08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver