Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3250/2020 17.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı əmək pensiyasının yenidən hesablanması barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona “Vətəndaşların pensiya təminatı haqqında” Azəbraycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanunu ilə 10 fevral 1993-cü il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin həmin Qanunun tələblərinə uyğun olaraq yenidən hesablanaraq müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək kitabçasının surətindən görünür ki, o, 10 iyul 1961-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 01 dekabr 1987-ci il tarixdən 01 aprel 1993-cü il tarixinədək N.Nərimanov adına NQÇİ-də neft və qaz çıxarma üzrə operator vəzifəsində, 01 aprel 1993-cü il tarixdən 01 sentyabr 2006-cı il tarixinədək “Bulla-Dəniz” NQÇİ-də Neft və Qaz Çıxarma üzrə operator və 01 setnyabr 2006-cı il tarixdən 20 may 2009cu il tarixinədək N.Nərimanov adına NQÇİ-də neft və qaz çıxarma üzrə operator vəzifəsində işləmişdir. Ona 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşı tamam olduğu 10 fevral 1993-cü il tarixdən təyin olunmuşdur. Lakin, qanunvericilikdə nəzərdə tutulduğu kimi, aylıq pensiya haqqının məbləğində orta aylıq əmək haqqında olan sonrakı artımlar həmin Qanunun tələblərinə müvafiq surətdə nəzərə alınmamış, sözügedən Qanunun tələblərinə əməl olunmamışdır. 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən, pensiyaların məbləği respublikada orta aylıq əmək haqqının yüksəlməsi ilə əlaqədar olaraq müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qanunvericilikdə müəyyən edilmiş qaydada artırılır. Güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yarandığı vaxtdan, yəni ona pensiya təyin edildikdən sonrakı dövrdə onun çalışdığı peşələrdə işləyən işçilərin orta aylıq əmək haqlarındakı artımlar barədə məlumat əldə edilməsi məqsədilə “Azneft” İB-nə müraicətlərinə cavab olaraq verilmiş arayışda sonuncu illər üzrə artımlar öz əksini tapmışdır. Həmin arayışa əsasən, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışan digər işçilərin, yəni “neft və qaz hasilatı üzrə operator”ların orta aylıq əmək haqqı 2015-ci ildə 1007.56 manat, 2016-cı ildə 1073.54 manat, 2017-ci ildə 1111.46 manat, 2018-ci ildə isə 1210.33 manat təşkil etmişdir. Göründüyü kimi, orta aylıq əmək haqqında olan sonrakı artımlar onun aylıq pensiya haqqında öz əksini tapmamışdır, əks halda aylıq pensiya haqqı məbləği 1000 manatdan artıq bir məbləğ olardı. Ona 10 fevral 1993-cü il tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləği “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 100%-i miqdarında müəyyən edilmişdir. Hazırda aylıq pensiya haqqının məbləği 485.0 manat təşkil edir. Bu isə sözügedən Qanunun tələblərinə uyğun deyildir. Bu səbəbdən də, aylıq pensiya haqqının yenidən hesablanaraq müəyyən edilməsinə zərurət yaranmışdır. Göstərilənlərə əsasən ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanunu ilə 01 aprel 1993-cü il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin həmin Qanunun tələblərinə uyğun olaraq yenidən hesablanaraq müəyyən edilməsi barədə cavabdehə müraciətinə cavab verilməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı ildən qüvvədən düşmüşdür. Buna görə də, iddiaçının pensiyasının hal-hazırda qüvvədə olmayan Qanunun müddəaları tətbiq edilməklə hesablanması qanunsuzdur. “2017ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyaları “Əmək pensiyaları haqqında” Qanunun 26cı maddəsinə əsasən hesablanır. Məhz bu səbəbdən də iddiaçı xx.xx.2009-cu il tarixdə işdən azad olunması ilə əlaqədar həmin tarixədək onun fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla DSMF-nun Qaradağ rayon Şöbəsi tərəfindən əmək pensiyası xx.xx.2019-cu il tarixdə yenidən hesablanmaqla ona 337.20 manat müəyyən edilərək xx.xx.2019-cu il tarixədək ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxıla bilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin mülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1941-ci il tarixdə anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.2009-cu il tarixdək müxtəlif peşələrdə işləmişdir. Ona xx.xx.1994-cü il tarixdə ona əmək pensiyası təyin edilmişdir. İşdə olan “Azneft” İB N.Nərimanov adına NQÇİ tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş 07 oktyabr 2019-cu il tarixli məktubdan görünür ki, X1 01 aprel 2002-ci il tarixindən 01 aprel 2004-cü il tarixinədək aylıq əmək haqqının məbləği cədvəlinə əsasən, N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin quru sahəsində işləyən 5-ci dərəcəli “Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru”na 2015-ci ildə 462.12, 2016-cı ildə 499.34, 2017-ci ildə 509.30, 2018-ci ildə isə 567.93 manat, dəniz obyektlərində çalışan 5-ci dərəcəli “elektrik qaz qaynaqçı”sına 2015-ci ildə 902.85, 2016-cı ildə 1054.02, 2017-ci ildə 1042.48, 2018-ci ildə isə 1099.04 manat orta aylıq əmək haqqı hesablanmışdır. Həmçinin 5-ci dərəcəli “neft və qaz hasilatı üzrə operator”una 2015-ci ildə 1007.56, 20116-cı ildə 1073.54, 2017-ci ildə 1111.46, 2018-ci ildə isə 1210.33 manat ortaq aylı əmək haqqı hesablanmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia ərizəsinə və iş materiallarına baxış keçirilən zaman məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 52 yaşdan güzəştli şərtlərlə, orta aylıq əmək haqqının 100%-i miqdarında əmək pensiyası təyin edilmişdir. Onun xx.xx.2009-cu il tarixdə işdən azad olunması ilə əlaqədar həmin tarixədək fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla DSMF-nun Qaradağ rayon Şöbəsi tərəfindən əmək pensiyası xx.xx.2019-cu il tarixdə yenidən hesablanmaqla ona 337.20 manat müəyyən edilərək xx.xx.2019-cu il tarixədək ödənilmişdir. Göründüyü kimi, iddiaçıya cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyası təyin edilmiş və ödənilmişdir. Məhkəmə hesab edir ki, artıq əmək pensiyası qanunvericiliyində, pensiyanın orta aylıq əmək haqqı əsasında yenidən hesablanmasını tənzimləyən norma qüvvədən düşdüyündən, iddiaçıya təyin olunan pensiyanın artıq mövcud olmayan qaydalar əsasında yenidən hesablanması maddi hüquq normalarının tələblərinə uyğun deyildir. Bu səbəbdən də, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3250/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3250/2020
17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver