Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3250/2021 06.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Nizami rayon polis idarəsinə qarşı İsmayılov Faiq Fikrət oğlu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “yaşayış yeri üzrə qeydiyyatın bərpa olunması” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Nizami rayon polis idarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatın bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon polis idarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və onun Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 49 saylı evin 387 saylı mənzilinə olan qeydiyyatının bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayılov Faiq Fikrət oğlu ona qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 49 saylı evin 387 saylı mənzilinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 12.11.2018-ci il tarixli 2(007)-3871/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, onun Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 49 saylı evin, 387 saylı mənzilinə istifadə hüququnun itirilməsi və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qət edilmişdir. O, həmin qətnamədən narazı qaldığından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 27.02.2019-cu il tarixli 2(103)-1986/2019 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.11.2018ci il tarixli 2(007)-3781/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İsmayılov Faiq Fikrət oğlunun ona qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən İsmayılov Faiq Fikrət oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.08.2019cu il tarixli 2(102)5174/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27.02.2019-cu il tarixli 2(103)-1986/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instasiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 30.09.2019-cu il tarixli 2(103)-12435/2019 saylı qətnaməsi ilə Bakı şəhər Nizami Rayon Məhkəməsinin 12.11.2018-ci il tarixli 2(007)3871/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İsmayılov Faiq Fikrət oğlunun ona qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İsmayılov Faiq Fikrət oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.03.2020-ci il tarixli 2(102)1240/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 30.09.2019-cu il tarixli, 2(103)-12435/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin məhkəmə qətnamələri onun xeyrinə olmasına, yəni onun Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 49 saylı evin 387 saylı mənzilindən qeydiyyatdan çıxarılmağı barədə iddia tələbi olunmamasına baxmayaraq, Bakı şəhəri Nizami rayon polis idarəsi məhkəmə qətnamələrini nəzərə almadan onu Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 49 saylı evin 387 saylı mənzilindən qeydiyyatdan çıxarmışdır. Bakı şəhəri Nizami rayon polis idarəsinin 25.01.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.11.2018-ci il tarixli 2(007)-3871/2018 saylı qətnaməsi əsasında o, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 49 saylı evin, 387 saylı mənzilindən 23.01.2019-cu il tarixdən qeydiyyatdan çıxarılmışdır. Halbuki, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunmuşdur. O, həmin ünvana yenidən qeydiyyata salınmağı ilə bağlı Bakı şəhəri Nizami rayon polis idarəsinə müxtəlif tarixlərdə müraciət etsə də, ona yeni qətnamənin qəbul edilməsinin zəruri olduğu və bunun üçün məhkəməyə müraciət etməli olduğunu bildirərək, imtina məktubları verilmişdir. Cavabdehin imtinasının qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 18.12.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 24 fevral 2020-ci il tarixli qərardadı ilə İsmayılov Faiq Fikrət oğlunun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqanın və üçüncü şəxsin iddiaya dair münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, müvafiq olaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə iclasına gəlməmiş, gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və iddiaçını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 24.11.1969-cu ildə doğulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli 2(103)-1986/2019 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İsmayılov Faiq Fikrət oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonunun, E.Süleymanov küçəsindəki 49 saylı evin, 387 saylı mənzilinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Nizami rayonunun E.Süleymanov küçəsindəki 49 saylı evin, 387 saylı mənzilindən istifadə hüququnun itirilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2019-cu il tarixli 2(103)-1986/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli 2(007)-3871/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı İsmayılov Faiq Fikrət oğlunun cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli 2(102)-5174/2019 saylı qərarından müəyyən olunur ki, İsmayılov Faiq Fikrət oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, Ali Məhkəmənin 26 iyul 2019-cu il tarixli 2(102)-5174/2019 saylı Qərarı ilə X2 şikayətinin qismən təmin olunması və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işn yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli 2(103)-12435/2019 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə qətnamə qəbul edilməsi, iddiaçı İsmayılov Faiq Fikrət oğlunun cavabdeh İddiaçı qarşı “cavabdeh İddiaçı onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, E.Süleymanov küçəsindəki 49 saylı evin, 387 saylı mənzilinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.03.2020-ci il tarixli 2(102)- 1240/2020 saylı qərarından müəyyən olunur ki, İsmayılov Faiq Fikrət oğlu tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(013)12435/2019 nömrəli iş üzrə 30 sentyabr 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(013)-12435/2019 nömrəli iş üzrə 30 sentyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nizami rayon polis idarəsinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış 25.01.2019-cu il tarixli 087-2297-1U9 №li məktubundan müəyyən olunur ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-3871/2018 saylı 12.11.2018-ci il tarixli qətnaməsi əsasında 24.11.1969-cu il təvəllüdlü İddiaçı ünvan 4 ünvanından yaşayış yeri üzrə 23.01.2019-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Nizami rayon polis idarəsi tərəfindən İddiaçı ünvanlanmış 19 aprel 2019-cu il tarixli ***-*******-3219 №li məktubda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1986/2019 saylı 27 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli 2(007)-3871/2018 saylı qətnaməsinin ləğv olunduğu, bununla əlaqədar, həmin ünvana pasport qeydiyyatına bərpa olunmağı üçün Bakı Apellyasiya Məhkəməsinin iş üzrə yeni qətnamə qəbul etməsi zəruriliyi, təkrar qətnamə qəbul edilib icraya yönəldildikdən sonra, onun həmin ünvana pasport qeydiyyatına bərpa olunması məsələsinə tərəflərindən baxılacağı qeyd olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlamış 12.07.2019-cu il tarixli 049-1979/4H-3219 №li məktubda qeyd olunur ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, X1 ünvan 8 ünvanından Nizami Rayon Məhkəməsinin 12.11.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, Nizami rayon polis idarəsi tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır. Nizami Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən ləğv edilməsi haqqında, qanuni qüvvəyə minmiş qətnaməsi və ya icra vərəqəsi icra olunması üçün Nizami rayon polis idarəsinə daxil olmadığından, göstərilən ünvana qeydiyyata alınmağı mümkün olmamışdır. Qeyd olunan qətnamə Nizami rayon polis idarəsinə daxil olduğu halda yaşadığı mənzilə qeydiyyata alınmağı müsbət qaydada həll olunacaqdır. Müraciətində vətəndaş Faiq İsmayılov tərəfindən qeyd olunan mənzilin qanunsuz olaraq xüsusi mülkiyyət kimi sənədləşdirilməsi ilə əlaqədar, Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın Dövlət reyestri xidmətinə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı müraciətlərinə 26.07.2019-cu il tarixli 049-19791/5H-3219 №-li, 14.08.2019-cu il tarixli 049-19791/6H-3219 №-li, 18.05.2020-ci il tarixli 049-25771H-3220 №li və 03.06.2020-ci il tarixli 049-25771/2H-3220 nömrəli məktublarla eyni məzmunlu cavablar verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 25.12.2020-ci il tarixli 018-25771/311-3220 №-li məktubunda Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12.11.2018-ci il tarixli 2(007)-3871/2018 nömrəli qətnaməsinə əsasən qeydiyyatdan çıxarıldığı ünvan 4 ünvanına qeydiyyatının qətnamənin icrasından əvvəlki vəziyyətə qaytarılması və ya yenidən həmin ünvana qeydiyyata alınmağı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və ya qətnamə üzrə verilmiş icra vərəqəsi Bakı şəhəri Nizami rayon polis İdarəsinə daxil olduğu təqdirdə qeydiyyatının bərpa edilməsi məsələsinə baxılacağı qeyd olunmuşdur. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Bakı şəhəri Nizami rayon polis idarəsi tərəfindən İddiaçı ünvanlanmış 30.10.2020-ci il tarixli ***-*******-3220 №-li məktubda Bakı Apellyasiya Məhkəməsinin 30.09.2019-cu il tarixli, 2(103)-12435/2019 nömrəli qətnaməsində göstərildiyi kimi, ünvan 11 ünvanına qeydiyyatının bərpa olunması üçün iş üzrə yeni qətnamənin qəbul olunmasından ötrü aidiyyəti üzrə yenidən məhkəmə orqanlarına müraciət etməyinin zəruri olduğu qeyd olunmuşdur. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsaslıdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri -tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının hazırki tələblə bağlı müraciətlərinə verilmiş cavab məktublarından müəyyən olunur ki, iddiaçının mübahisəli mənzildən qeydiyyatdan çıxarılmasına əsas “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tələblərdən biri (yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında) olmuşdur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edi ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəlləinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. İşin araşdırılan hallarından da göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçının mübahisəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslandığı qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən sonuncunun apellyasiya şikayəti əsasında həmin qətnamə ləğv olunmuşdur. Lakin qeyd olunanları nəzərə almayan hazırki iş üzrə cavabdeh inzibati orqan heç bir qanuni əsas olmadığı (məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədiyi) halda iddiaçını həmin qətnamə əsasında mübahisəli mənzildən qeydiyyatdan çıxarmaqla qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı ünvan 12 ünvanına qeydiyyatının bərpa olunması vəzifəsi cavabdeh Bakı şəhər Nizami rayon polis idarəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 4 ünvanına yaşayış yeri üzrə qeydiyyatının bərpa olunması vəzifəsi cavabdeh Bakı şəhər Nizami rayon polis idarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3250/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3250/2021
06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver