Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3250/2023 04.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs “digər bağ sahəsinə dair qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın etibarsız hesab edilməklə ona məxsus bağ sahəsinə çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X23 Ağa qızının katibliyi, İddiaçı X5, Cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X17 işə cəlb edilməklə “bağ sahəsinə dair sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Resublikası Kənd Təsərrüfatı Nazirliyinin “Məhsul” Bağçılıq Yoldaşlığına və Cavabdeh3 qarşı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Məhsul” X8 ayrılmış bağ sahəsində ona 2010-cu ildə ayrılmış 202 saylı bağ sahəsinə dair bütün aktların ləğv edilməsi və həmin sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən xx.xx.2010cu il tarixdə ilkin qeydiyyatın və həmin qeydiyyat nəticəsində verilmiş mülkiyyətə dair çıxarışın etibarsız sayılması, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Türkan qəsəbəsindəki “Məhsul” X6 ərazisində yerləşən A sektorundakı 15-ci sırada yerləşən 120 nömrəli bağ sahəsini özəlləşdirmək və mülkiyyətə dair çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1976-1989-cu illərdə Azərbaycan Respublikası Meyvə Tərəvəz Təsərrüfatı Nazirliyində və Aqrar Sənaye Komitəsində arbitr və baş arbitr vəzifələrində işləmişdir. 28 dekabr 1987-ci il tarixdə Azərbaycan Respublikası özünün Azad Həmkarlar Komitəsinin 24 nömrəli birgə qərarı ilə öz işçilərinə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu, Türkan qəsəbəsi, “Məhsul” bağçılıq yoldaşlıq müəssisəsi üçün ayrılmış torpaq sahəsindən ona 0,06 ha ölçüdə 120 saylı bağ sahəsi ayrılmışdır. 120 saylı bağ sahəsi A sektorunun 15-ci sırasında yerləşmişdir. Həmin bağa dair “Məhsul” bağçlıq yoldaşlıq müəssisəsi tərəfindən üzvlük kitabçası verilmişdir. Göstərilən bağçılıq yoldaşlığa üzv olmaq üçün ilkin olaraq həmin dövrdə 100 (yüz) AZN manatı ödəmiş, sonrakı illər üçün isə 1988-ci ildə 33 manat, 1989-cu ildə 22 manat, sonra 1990-cı ildən 1999-cu ilədək hər il üçün 10 manat, cəmi 100 (yüz) manat, 2000- 2011-ci illər üçün isə 120 (yüz iyirmi) manat, ümumiyyətlə 1987-ci ildən 2011-ci ilədək cəmi 375 (üç yüz yetmiş beş) manat üzvlük haqqı ödəmiş və bunlar hamısı onun imzası ilə bağın kitabçasında qeyd olunub və “Məhsul” bağçlıq yoldaşlığın möhürü ilə təsdiqlənib. O, 4 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 120 saylı bağ torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi özünün **********69 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə torpaq sahəsinə dair sənədlərin əsli ilə Əmlak Xidmətləri Məkanına müraciət etməyini bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə sənədlərin əslini Əmlak Xidmətləri Məkanına təqdim etmişdir. Həmin müraciətə xx.xx.2022-ci il tarixdə yenə 1 saylı Bakı Ərazi İdarəsi məktubla bildirmişdir ki, İdarənin arxiv məlumatına əsasən, “Məhsul” bağçılıq yoldaşlıq təsərrüfatı nəzdində siyahıya uyğun olaraq ona bir torpaq sahəsi (202 saylı) ayrılmış və həmin torpaq sahəsi adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə bildirdirmişdir ki, ona ayrılmış bağ sahəsi 120 saylıdır, 202 saylı bağ onda olmamışdır. Ona görə də, həmin bağ sahəsinin özəlləşdirilməsinə əsas verən alt sənədlərinin ona təqdim etmələrini xahiş etmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi özünün **********63 saylı 20 sentyabr 2022-ci il tarixli məktubu ilə sənədləri təqdim etmədən bildirmişlər ki, Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Türkan qəsəbəsi, “Məhsul” b-y-nın 02,06 ha torpaq sahəsi olan 202 saylı bağ sahəsi o, X1 nümayəndəsi Cavabdeh3 xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi ilə təqdim etdiyi “Dövlət-aqrarsənaye” Komitəsinin rəhbərliyi və Həmkarlar Komitəsinin birgə yığıncağının xx.xx.1987-ci il tarixli 24 saylı protokoldan çıxarışı, 202 nömrəli üzvlük kitabçası və xx.xx.2010-cu il tarixdə 19232 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədləri əsasında xx.xx.2010-cu il tarixdə onun adına ilkin qeydiyyata alınmış və daha sonra özgəninkiləşdirilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona qanuni ayrılmış 120 saylı bağ sahəsinə mülkiyyətə dair çıxarış verməkdən imtinasını aşağıdakı səbəblərə görə əsassız hesab edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, ona Azərbaycan Respublikası “Dövlətaqrarsənaye” Komitəsinin rəhbərliyi və Həmkarlar Komitəsinin birgə yığıncağının xx.xx.1987-ci il tarixli 24 saylı protokolu ilə A sektorunun 15-ci sırasında 120 nömrəli bağ sahəsi ayrılmışdır (təsdiqləyici sənədlər təqdim edilir). Ona məxsus 202 nömrəli bağ sahəsi və ona dair üzvlük kitabçası olmamışdır. Bu dolaşıq məsələyə o, özlüyündə məntiqi cəhətdən yanaşaraq belə nəticəyə gəlir ki, burada həqiqətən sənədlərin saxtalaşdırılmasına yol verilmişdir. Nəyə görə belə nəticəyə gəlməsi ondan ibarətdir ki, 2010-cu ildə mərhum Mirsani Seyidov “Məhsul” bağçılıq yoldaşlığın sədri ona müraciət etmişdir ki, bütün bağçılığın üzvlərinə aid olan bağ sahələrini özəlləşdirib hər birinə çıxarış paylayacaqdır. Bunun üçün üzvlük kitabçasının əslini və Cavabdeh3 adına etibarnamə vermək lazımdır. O, ona inanıb kitabçanın əslini və etibarnaməni vermişdir. Onlar lazımi sənədləri ondan aldıqdan sonra onun adına qanuni 120 saylı bağ sahəsi olduğu və həmin bağ sahəsində yaşayış evi olduğunu bilə-bilə saxta yolla ikinci 202 saylı bağ sahəsi sənədləşdirilərək 1 saylı Bakı Ərazi İdarəsində onun adına ilkin qeydiyyata alınmasına nail olmuşlar və onun adından alğı-satqı yolu ilə digər şəxsin adına özgəninkiləşdirilmişdir. Hesab edir ki, onu aldatmaqla qeyri-qanuni əqdlər bağlamışlar. Hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi lazımi araşdırma aparmadığı üçün müəyyən edə bilməmişdir ki, X21 Komitəsi 1992-ci ildə ləğv edildiyi halda, 2010-cu ildə ikinci dəfə onun adına 0,06 ha torpaq sahəsi necə ayıra bilərdi? Hesab edir ki, məhkəmə ədalətli araşdırma apararaq 2010-cu ildə onun adına sənədləşdirilən 202 nömrəli bağ sahəsinə dair sənədlərin saxtalığını müəyyən edəcək və həmin sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən onun adına verilmiş çıxarışı etibarsız sayacaq.
3. Məhkəmənin 2-1(112)-3250/2023 saylı 29 mart 2023-cü il tarixli qərardadı ilə X17 inzibati iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
4. Məhkəmənin 2-1(112)-3250/2023 saylı 04 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbi cavabdehlər Azərbaycan Resublikası Kənd Təsərrüfatı Nazirliyinin “Məhsul” Bağçılıq Yoldaşlığına və Cavabdeh3 münasibətdə mümkün sayılmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən “Məhsul” bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində siyahıya uyğun olaraq iddiaçıya bir torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi (202 saylı) iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Bu barədə vətəndaşa **********89 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Əlavə olaraq bildiririk ki, Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Türkan qəsəbəsi, “Məhsul” b/ynın 0.06 ha torpaq sahəsi olan 202 saylı bağ sahəsi X15 (sənəddə olduğu kimi) oğlunun səlahiyyətli nümayəndəsi Cavabdeh3 xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə təqdim etdiyi “Dövlətaqrarsənaye” Komitəsinin rəhbərliyi və Həmkarlar Komitəsinin birgə yığıncağının xx.xx.1987-ci il tarixli 24 saylı protokoldan çıxarışı, 202 nömrəli üzvlük kitabçası və xx.xx.2010-cu il tarixdə 19232 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2010-cu il tarixdə X7 adına ilkin qeydiyyata alınmışdır, daha sonra özgəninkiləşdirilmişdir. Bundan əlavə, təqdim edilmiş üzvlük kitabçası 2022-ci ildə təsdiq edilmişdir. Həmçinin, İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı müəyyən olmuşdur ki, ümumi sahə hüquqmüəyyənedici sənəd üzrə 0.06 ha təşkil etsə də, faktiki sahə 0.0822 ha təşkil etməklə 222 kv.m artıqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
9. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq 3-cü şəxs məhkəmə iclasına gəlməmişdir. Gəlməməsinin səbəbi barəsində hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
10. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********89 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişə əsasən İdarənin arxiv məlumatlarına əsasən “Məhsul” bağçılıq yoldaşlıq təsərrüfatı nəzdində siyahıya uyğun olaraq ona bir torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi (202 saylı) onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişir.
11. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********63 nömrəli məktuba əsasən bildirilmişdir ki, Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Türkan qəsəbəsi, “Məhsul” bağçılıq yoldaşlığın 0.06 ha torpaq sahəsi olan 202 saylı bağ sahəsi X5 (sənəddə olduğu kimi) səlahiyyətli nümayəndəsi Cavabdeh3 xx.xx.2010-cu il tarixli ********* qeydiyyat nömrəli ərizə ilə təqdim etdiyi “Dövlətaqrarsənaye” Komitəsinin Rəhbərliyi və Həmkarlar Komitəsinin birgə yığıncağının xx.xx.1987-ci il tarixli 24 saylı protokoldan çıxarışı, 202 nömrəli üzvlük kitabçası və xx.xx.2010-cu il tarixdə 19232 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüü sənədi əsasında xx.xx.2010-cu il tarixdə X7 adına ilkin qeydiyyata alınmışdır, daha sonra özgəninkiləşdirilmişdir. Həmçinin bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinin tələblərinə uyğun olaraq daşımaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.
12. “Məhsul” Bağçılıq Yoldaşlığın qərarından çıxarışa əsasən 28 dekabr 1987-ci il tarixli 24 nömrəli qərarla X9 ailə üzvləri ilə birlikdə Türkan Üzümçülük sovxozu ərazisində A sektor, 15-ci sırada, 120 nömrəli, 600 kv.m-lik sahə ayrılmışdır.
13. “Məhsul” Bağçılıq Yoldaşlığı tərəfindən iddiaçının adına 120 nömrəli üzlük kitabçası verilmişdir. Üvlük kitabçasında 1988, 1989, 1990, 1991, 1992, 1993, 1994, 1995, 1996, 1997, 1998, 1999-2011-ci illər üzrə ödəniş aparılması ilə bağlı qeydlər mövcuddur.
14. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********11 nömrəli məktuba əsasən İddiaçı adına “Məhsul” Bağçılıq-Yoldaşlıq Birliyi nəzdində Xəzər rayonu, Türkan qəsəbəsində 120 saylı bağ sahəsinin ayrılmasına dair sənədlərin (üzvlük kitabçası, protokoldan çıxarış və s.) İdarənin arxivində aşkar edilmədiyi bildirilmiş, sorğunun icrası ilə əlaqdar “Məhsul” Bağçılıq-Yoldaşlıq Birliyinə aid sənədlərin və dövlət reyestrində qeydiyyata alınmış Xəzər rayonu, türkan qəsəbəsi, 202 saylı bağ evinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən xx.xx.2023-cü il tarixli 3165/611-4209/2023 nömrəli məktubla “Xəzər rayonu, Türkan qəsəbəsində 120 saylı bağ sahəsi”-nin alğısatqısına dair Bakı şəhəri 18 saylı dövlət notariat ofisində 08 may 2010-cu il tarixdə 4Ə- 03-361 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq cavabdeh inzibati orqana müraciət etdilmişdir. Cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
22. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək “Məhsul” Bağçılıq-Yoldaşlıq Birliyi tərəfindən ona 120 saylı bağ sahəsinin ayrılmasını bildirərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış eyni tarixli və nömrəli qərarla ona ayrılmış 202 saylı bağ sahəsinə dair ilkin qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın etibarsız sayılmasını xahiş etmişdir. İddiaçı bununla bağlı onda olan ona 120 saylı bağ sahəsinin ayrılmasına dair “Məhsul” Bağçılıq-Yoldaşlıq Birliyi tərəfindən verilmiş çıxarışı və üzvlük kitabçasını təqdim etmişdir. Lakin, məhkəmə araşdırması zamanı cavabdeh İdarənin arxivindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, İdarənin arxivində X3 adına “Məhsul” Bağçılıq-Yoldaşlıq Birliyi nəzdində Xəzər rayonu, Türkan qəsəbəsində 120 saylı bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) aşkar edilməmiş, əksinə İdarənin arxivində olan bütün sənədlərdə onun Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Həmkarlar Komitəsinin 24 nömrəli xx.xx.1987-ci il tarixli qərarına əsasən yoldaşların üzvlüyünə qəbul edilməsi və Türkan üzümçülük sovxozu ərazisindən 600 kv.m ümumi sahəsi olan 202 nömrəli sahə ayrılması, bununla bağlı Azərbaycan SSR “Dövlətaqrarsənaye” Komitəsinin rəhbərliyi və Həmkarlar Komitəsinin birgə yığıncağının 28 dekabr 1987-ci il tarixli 24 nömrəli protokolundan çıxarış, üzvlük kitabçası aşkar edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 01 oktyabr 2009-cu il tarixli B-40 nömrəli arayışda iddiaçının həqiqətən “Məhsul” bağçılıq yoldaşlığın üzvü olması, Kənd Təsərrüfatı Nazirliyinin Türkan qəsəbəsindəki torpaq sahəsindən ona 24 nömrəli xx.xx.1987-ci il tarixli qərarı ilə 6 sot, 202 nömrəli bağ sahəsi ayrılması, həmin bağın həbs olunması, girov qoyulması və ailə üzvləri tərəfindən heç bir münaqişəli sənəd daxil olmaması, bağın şəxsi mülkiyyətə keçirilməsinə “Məhsul” Bağçılıq-Yoldaşlığının etiraz etməməsi bildirilmişdir. Həmin bağ sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X18 Kitabında xx.xx.2010-cu il tarixdə 19232 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, xx.xx.2010-cu il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə iddiaçının həmin bağ sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu barədə iddiaçıya reyestrdən MA seriyalı ******* nömrəli Çıxarış təqdim edilmişdir. Bundan sonra iddiaçı tərəfindən sözügedən “202” saylı bağlı sahəsi notarial qaydada təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən X2. Alğı-satqı müqaviləsi iddiaçının adından etibarnamə əsasında çıxış edən Cavabdeh3 tərəfindən rəsmiləşdirilmişdir.
23. Məhkəmənin sorusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən təqdim edilmiş sözügedən alğı-satqı müqaviləsi ilə bağlı notariat işinin təsdiq edilmiş surətlərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, notariat işində olan AR-İ seriyalı 085320 nömrəli, 29 sentyabr 2009-cu ildə təsdiq edilmiş etibarnaməyə əsasən İddiaçı “Məhsusl” Bağçılıq Yoldaşlığının 1993-cü il tarixli 202 nömrəli üzvlük biletinə əsasən ona məxsus olan Bakı şəhəri, Türkan üzümçülük sovxozu ərazisində yerləşən ümumi sahəsi 600 kv.m olan 202 nömrəli bağ sahəsinə və həmin sahədə tikiləcək tikilələrə aid sənədləri toplamağı, təqdim etməyi, özəlləşdirməyi, reyestrdən çıxarış və forma 1 arayış almağı və gələcəkdə üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, əvəzindən imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 50 (əlli) il müddətinə verilmiş və iyirmi doqquz sentyabr ikimin əlli doqquzuncu ilədək qüvvədə olmuşdur.
24. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş və işdəki sübutlarla öz təsdiqini tapan hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyinin əksinə İdarənin arxivində olan bağçılıq-yoldaşlığın sənədlərində ona 120 saylı bağlı bağ sahəsinin ayrılmasına dair heç bir sənəd aşkar edilməmişdir. Bağçılıq-yoldaşlıq tərəfindən iddiaçıya ayrılmış bağ sahəsinin nömrəsi bütün sənədlərdə 202 qeyd edilmiş və 202 saylı bağ sahəsinə dair sənədlərin etibarsız olması ilə bağlı iş materiallarında hər hansı bir sübut müəyyən edilməmişdir. Əlavə olaraq işdəki sənədlərə əsasən iddiaçının həmin bağ sahəsi barədə məlumatının olması (həmin bağ sahəsinə dair Cavabdeh3 50 il müddətinə verilmiş etibarnamə və s.) işdəki kifayət qədər sübutlarla öz təsdiqini tamışdır. Bununla da, “202” saylı bağ sahəsinə dair cavabdeh tərəfindən aparılmış ilkin qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
25. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzrəində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ...
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:
14. Sübut etmə vəzifəsi: ... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
30. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
31. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva