Məhkəmə qərarları › İş №2-1(112)-3250/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3250/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3250/2024 22.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 nömrəli X3 öncə xx.xx.2022-ci il tarixində təqdim edmiş 2748003AAAB6 nömrəli TQS№088 də və sonra xx.xx.2023-cü il tarixində təqdim edilmiş J00110615SSZ nömrəli TQS№088 də göstərilən xəstəliklərinə görə İİ qrup əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1991-ci il tarixdə Beylaqan rayonu, Aşıqalılar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra xx.xx.2009xx.xx.2011, xx.xx.2014-xx.xx.2019-cu il tarixinədək (172 saylı hərbi hissədə) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Hərbi xidmət dövründə xx.xx.2016-cı il tarixində Lələtəpə istiqamətində gedən döyüşlərdə qapalı Kəllə beyin travması “Partlayış travması" keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı posttravmatikensefalopatiya, Barotravma, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli dacamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 5(beş) metr, sağ qulaqda 5.5 (beş tam onda beş) metr məsafədən eşitməsi, öd daşı xəstəliyi, xroniki kalkulyoz xolisistet pozulması diaqnozu ona təyin edilmişdir. İddiaçı özünü həmin tarixdən narahat hiss edir. Bununla bağlı bir sıra müalicə də alımışdır. Bundan sonra yenidən ağrıları başlamışdır. 2 nömrəli X7 tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş (Arayış) verilmiş və bunun əsasında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona xx.xx.2023-cü ildə imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya təyin olunan sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağrılaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barədə diaqnozu əlillik əlamətini özündə əks etdirmir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 nömrəli X3 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi kəskin şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları, isterik daxilolmalar və özünü kəsmələrlə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1991-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0085003AAD6B nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: **********8). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 1605 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə" Partlayış travması (xx.xx.2016): Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. Barotravma (xx.xx.2016): İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 5 (beş) metr, saq qulaqda 5,5 (beş tam onda beş) metr məsafədən eşitməsi ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi və “İV dərəcəli alimentar-konstitusional piylənmə BÇİ-45,1, Öd daşı xəstəliyi, xroniki kalkulyoz xolesistitə görə aparılmış laparoskopik xolesistektomiyadan (xx.xx.2017) sonrakı bərkimiş dəri çapığı. Hər iki gözün miopiyası M1,0D nəticəsində görmə itiliyinin 0,7-yə gədər azalması, korreksiya ilə 1,0 olmağla. 26, 36-cı dişlərin olmaması" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı emosional labillik və səidlərin iç səthlərində köhnə, tək-tək səthi, zəif seçilən, köndələn kəsik izləri qeyd olunsa da, epikrizlərdə Qeyd olunmuş diaqnozlarla klinik əlamətlərin uyğunsuzluğu, simulyasiya elementləri müəyyən edilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları izlənilməmişdir. Boyu 7 78 sm, çəkisi 150 kq, BÇİ48 qeyd olunmuş, bununla əlaqədar tibbi sənədlər təqdim etməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ əlinin tamamilə, sol əlinin 2-ci və 5-ci barmaqlarının sarğıda olduğu müşahidə olunmuşdur. Şikayət olaraq cəmiyyətdə özünə yer tapa bilmədiyini, insanların onu başa düşmədiyini söyləmişdir. Anamnezində ailə üzvləri ilə hər gün ünsiyyət problemi yaşadığını, yalnız həkiminin (Fuad İsmayılov) onu başa düşdüyünü bildirmiş, həyat yoldaşı yandığı üçün onu xilas etmək istədiyini, ona görə də əllərinin yandığını söyləmişdir. Yoldaşının hal-hazırda 5 saylı xəstəxanada müalicə aldığını bildrimişdir. Araşdırmalar nəticəsində yoldaşının məişət zəminində qəza nəticəsində yandığı və xəstənin əllərinin zədələnmədiyi məlum olmuşdur. Medikamentoz preparatlardan Ketilept, Sonomax, Depakin qəbul etdiyini bildirmişdir. Hazırkı psixi statusunda monoton, yorğun, astenik şəxs kimi qiymətləndirilmiş, intihar cəhdləri barəsində məlumat verməmişdir. Təqdim edilmiş müalicə və müayinə sənədlərində qeyd edilmiş diaqnozlar anamnestik və klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10347961 nömrəli Xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Baş beynin üzvi xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları” kimi qeyd edilmiş, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 356 nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi (2016-cı il aprel döyüşləri zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) kəskin şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları, isterik daxilolmalar və özünü kəsmələrlə. Anamnezində suiqəsd cəhdləri ilə” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. “Real Hospital"ın xx.xx.2023-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “EEQ müayinəsi zamanı beyinin bioelektrik aktivliyi dəyişilibdir. Beyinin diferensial strukturları nahiyyəsində diffuz olaraq paroksizmal ocaqlar qeyd olunur” kimi qeyd edilmişdir. 2 nömrəli X3 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 7127/23 nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (döyüş travması) nəticosində şəxsiyyətin kəskin dəyişikliyi, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları və özünəxəsarət yetirmələrlə yaddaşın zəifləməsi ilə” kimi qeyd olunmuş, müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik və klinik olaraq əlillik təyinatına əsas verən psixi dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı onun barəsində əlverişli inzibati aktın qəbul edilməsi üçün qaldırdığı bu iddia məcburetmə haqqında iddia olmaqla inzibati mübahisədir. İddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İşdən görünür ki, iddiaçı ona əlillik təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixdə əyani müayinə edilməklə iddiaçıya əlillik təyin edilməsindən imtina etmiş, iddiaçı bu müraciətinə xx.xx.2023-cü il tarixdə imtina cavabı verildiyini bildirməklə, hazırkı iddia ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli qərarın hansı tarixdə iddiaçıya təqdim edilməsinə dair sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə hazırkı iddianı qaldırmaq üçün müəyyən edilmiş prosessual müddəti ötürməmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:

1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.

2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.

3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İş materiallarında olan 181 saylı Hərbi hissənin xx.xx.2021-ci il tarixli, 5230 nömrəli travma haqqında arayışından görünür ki, 2016-cı ilin aprel ayında Lələtəpə istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən kiçik çavuş İddiaçı "Barotravma. Qapalı kəllə beyin travması” xəsarətini almışdır. xx.xx.2022-ci il tarixli, 1605 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.2016-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Lələtəpə istiqamətində gedən döyüşlərdə “Barotravma. Qapalı kəllə-beyin travması" xəsarətini almışdır (əsas: N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 5230 nömrəli travma haqqında arayış). Deməsinə görə, psixi vəziyyəti ilə əlaqədar dəfələrlə ambulator müalicələr almışdır. xx.xx.2019-cu il tarixində hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. xx.xx.2021-xx.xx.2021 və xx.xx.2021-xx.xx.2022-ci il tarixlərədək Respublika Psixiatriya xəstəxanasında "Üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu, (kəllə-beyin travması nəticəsində) kəskin dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, teztez baş verən dekompensasiyalarla, isterik daxilolmalarla, depressiv sindrom, retroqrad amneziya” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 067656 və 071934 nömrəli çıxarış epikrizləri). Şəhadətnamənin 12-ci bəndinə əsasən Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: İV (dördüncü) dərəcəli alimentar-konstitusional piylənmə BÇl-45,1. Partlayış travması (xx.xx.2016): keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. Barotravma (xx.xx.2016): ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 5 (beş) metr, sağ qulaqda 5.5 (beş tam onda beş) metr məsafədən eşitməsi ilə. Öd daşı xəstəliyi, xroniki kalkulyoz xolesistitə görə aparılmış laparoskopik xolesistektomiyadan (xx.xx.2017) sonrakı bərkimiş dən çapığı Hər iki gözün miopiyası M1,0D nəticəsində görmə itiliyinin 0.7-yə qədər azalması, korreksıya ilə 1,0 olmaqla. 26, 36-cı dişlərin olmaması; 13-cü bəndinə əsasən HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: "Xəstəliklər cədvəli"nin 13a, 14a, 23b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi- həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır kimi müəyyən edilmişdir. Şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı aşağıdakı kimi olmuşdur:

1. Diaqnoz: “Partlayış travması (xx.xx.2016): Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. Barotravma (xx.xx.2016): İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 5 (beş) metr, saq qulaqda 5,5 (beş tam onda beş) metr məsafədən eşitməsi ilə" - “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır";

2. Diaqnoz: “İV dərəcəli alimentar-konstitusional piylənmə BÇİ-45,1, Öd daşı xəstəliyi, xroniki kalkulyoz xolesistitə görə aparılmış laporoskopik xolesistektomiyadan (xx.xx.2017) sonrakı bərkimiş dəri çapığı. Hər iki gözün miopiyası M1,0D nəticəsində görmə itiliyinin 0,7-yə gədər azalması, korreksiya ilə 1,0 olmaqla 26, 36-cı dişlərin olmaması" -“Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır”. İşdə olan “Respublika Psixiatriya Xəstəxanası” X11 Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 356 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə" əmrinə uyğun olaraq Ağayev X6 Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (2016-cı il aprel döyüşləri zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) kəskin şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları, isterik daxilolmalar və özünü kəsmələrlə. Anamnezində suiqəsd cəhdləri ilə F 07.0. İşdən görünür ki, iddiaçı barəsində sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 2 nömrəli X7 tərəfindən əlilliyin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə J00110615SSZ nömrəli göndəriş verilmiş, göndərişdə əsas diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi kəskin şəxsiyyət pozuntusu, tez-tez Diaqnozun mətni: baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları, isterik daxilolmalar və özünü kəsmələrlə.” kimi müəyyən edilmiş, cavabdeh isə xx.xx.2023-cü il tarixdə Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bundan sonra iddiaçının müraciəti əsasında o, xx.xx.2023-cü il tarixdə əyani müayinə edilmiş və xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən yenidən diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, “Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı sağ əlin tamamilə, sol əlinin 2-ci və 5-ci barmaqlarının sarğıda olduğu müşahidə olunmuşdur. Şikayət olaraq cəmiyyətdə özünə yer tapa bilmədiyini, insanların onu başa düşmədiyini söyləmişdir. Anamnezində ailə üzvləri ilə hər gün ünsiyyət problemi yaşadığını, yalnız həkiminin (Fuad İsmayılov) onu başa düşdüyünü bildirmiş, həyat yoldaşı yandığı üçün onu xilas etmək istədiyini, ona görə də əllərinin yandığını söyləmişdir. Yoldaşının hal-hazırda 5 saylı xəstəxanada müalicə aldığını bildirmişdir. Araşdırmalar nəticəsində yoldaşının məişət zəminində qəza nəticəsində yandığı və xəstənin əllərinin zədələnmədiyi məlum olmuşdur. Medikamentoz preparatlardan Ketilept, Sonomax, Depakin qəbul etdiyini bildirmişdir. Hazırkı psixi statusunda monoton, yorğun, astenik şəxs kimi qiymətləndirilmiş, intihar cəhdləri barəsində məlumat verməmişdir. Təqdim edilmiş müalicə və müayinə sənədlərində qeyd ediimiş diaqnozlar anamnestik və klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10347961 nömrəli Xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Baş beynin üzvi xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları” kimi qeyd edilmiş, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 356 nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi (2016-cı il aprel döyüşləri zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) kəskin şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları, isterik daxilolmalar və özünü kəsmələrlə. Anamnezində suiqəsd cəhdləri ilə” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. “Real Hospital”ın xx.xx.2023-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “EEQ müayinəsi zamanı beyinin bioelektrik aktivliyi dəyişilibdir. Beyinin diferensial strukturları nahiyyəsində diffuz olaraq paroksizmal ocaqlar qeyd olunur” kimi qeyd edilmişdir. 2 nömrəli X3 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 7127/23 nömrəli Çıxarışında diaqnoz ‘Baş beynin üzvi xəstəliyi (döyüş travması) nəticəsində şəxsiyyətin kəskin dəyişikliyi, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları və özünəxəsarət yetirmələrlə yaddaşın zəifləməsi ilə” kimi qeyd olunmuş, müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik və klinik olaraq əlillik təyinatına əsas verən psixi dəyişikliklər aşkar edilməmişdir.” Göründüyü kimi, cavabdeh iddiaçının əyani müayinəsi zamanı onda “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Baş beynin üzvi xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları” diaqnozun klinik olaraq öz təsdiqini tapmadığına istinad edərək, ona əlillik təyin etməkdən imtina etmişdir. Lakin işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X3 xx.xx.2023-cü il tarixli, 1/6201 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü İddiaçı Psixi Sağlamlıq Mərkəzinin göndərişinə əsasən ilk dəfə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X4 müayinə və müalicədə olmuşdur. Diaqnoz: “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, isterik daxilolmalar ilə”. Təkrarən, İddiaçı Psixi Sağlamlıq Mərkəzinin göndərişinə əsasən xx.xx.2022-ci il tarixində Bakı şəhəri 2 nömrəli X4 müayinə olunmuşdur. Diaqnoz: “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, isterik daxilolmalar və özünükəsmələr ilə”. Təkrarən, İddiaçı Psixi Sağlamlıq Mərkəzinin göndərişinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X4 müayinə və müalicədə olmuşdur. Diaqnoz: “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, isterik daxilolmalar və özünükəsmələr ilə”. Sonuncu dəfə, İddiaçı Psixi Sağlamlıq Mərkəzinin göndərişinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək Bakı şəhəri 2 nömrəli X4 müayinə və müalicədə olmuşdur. Diaqnoz: “Baş beyinin üzvi xəstəliyi (döyüş travması) nəticəsində şəxsiyyətin kəskin dəyişikliyi, tez- tez başverən dekompensasiyalarla, kobud davranış pozuntuları və özünə xəsarət yetirmələr ilə, yaddaşın zəifləməsi ilə”. İddiaçı 2 nömrəli X4 Həkim Məsləhət Komissiyasından keçmişdir və Forma 88 sənədi xx.xx.2023-cü il tarixdə xəstəxana tərəfindən TSEK-ə göndərilmişdir. Göründüyü kimi, cavabdehdən fərqli olaraq, iddiaçı barəsində göndəriş verən müəssisə iddiaçının sağlamlıq vəziyətinin ona qoyulmuş diaqnoza uyğun olduğunu, bunun Həkim Məsləhət Komissiyası tərəfindən təsdiq edildiyini bildirmişdir. Məsələnin araşdırılması məqsədilə həmçinin məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli qərardad ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1 ekspertlərinə həvalə edilmişdir. Həmin qərardadın icrası ilə bağlı X2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 333 saylı rəydə göstərilmişdir ki, yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlinir ki, İddiaçı hal-hazırda üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalar, kobud davranış pozuntuları, isterik daxilolmalar və anamnezində sui-qəsd cəhdləri ilə (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri - 2016-cı ildə “Aprel döyüşləri” zamanı kəllə-beyin travması alması (5230 nömrəli travma haqqında arayışa əsasən), bundan sonra əsəbi, qıcıqlara qarşı həssas olması, münaqişələrə meylli olması, əsəbi gərginlik anlarında özünə xəsarət yetirməsi, davranış pozuntuları ilə əlaqədar dəfələrlə SN “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də və 2 nömrəli X4 “Üzvi şəxsiyyət pozuntusu” diaqnozu ilə stasionar müalicə olunması, MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilərək həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməsi, əvvəllər keçirilmiş EEQ və MRİ müayinələrində üzvi zədələnmə əlamətlərinin müəyyən edilməsi, 2 nömrəli KPX tərəfindən əlillik dərəcəsinin təyin edilməsi üçün TSEK-ə göndərilməsi, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətlər və aşkar olunan əlamətlər -təfəkkürünün müfəssəlliyi və rigidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhval-ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssaslığının artması, əhəmiyyətsiz səbəblərdən qıcıqlanması, davranışı üzərində nəzarətinin zəifləməsi, maraq dairəsinin məhdud olması, koqnitiv funksiyalarının zəifləməsi və s. sübut edir. Rəydə ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılmışdır: - 1-ci sual: 2016-cı ildə aldığı travma nəticəsində xx.xx.1991-ci il təvəllüdlü İddiaçı hazırda travma mənşəli post-travmatik zədələnmə varmı (iddiaçının baş beyin MRT müayinəsi həyata keçirilməklə cavablandırılsın)? Cavab: İddiaçı hal-hazırda üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalar, kobud davranış pozuntuları, isterik daxilolmalar və anamnezində sui-qəsd cəhdləri ilə aşkar olunur. İddiaçı qeyd olunan üzvi şəxsiyyət pozuntusu travma mənşəlidir və posttravmatik (travmadan sonrakı) fəsadlarla təzahür edir. İddiaçı hazırkı ekspertiza zamanı MRT müayinəsi aparılmamışdır. Belə ki, SN Məhkəmə X8 PHŞ-də MRT müayinəsi yoxdur. Eyni zamanda qeyd olunmalıdır ki, İddiaçı diaqnozunun müəyyən edilməsində onun əvvəllər keçirdiyi MRT müayinəsinin (müayinənin adı MRİ ( Magnetic resonance imaging) kimi göstərilmişdir) və EEQ müayinəsinin nəticələri nəzərə alınmışdır. - 2-ci sual: xx.xx.1991-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla müəyyən edilsin ki, xx.xx.2023-cü il tarixli göndərişdə İddiaçı qoyulmuş “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi kəskin şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları, isterik daxilolmalar və özünü kəsmələrlə” diaqnozu və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu? Cavab: İddiaçı xx.xx.2023-cü il tarixli göndərişdə qoyulmuş “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi kəskin şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları. İsterik daxilolmalar və özünü kəsmələrlə” diaqnozu onun hazırkı sağlamlıq vəziyyətinə uyğundur. - 3-cü sual: Əgər həmin göndərişdəki diaqnoz iddiaçının hazırkı sağlamlıq vəziyyətinə uyğundursa, aşağıda göstərilən hallardan hansı iddiaçıda müşahidə olunur: 3.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı), 3.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq): təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti: 3.3. Üzvi mənşəli şəxsiyyət pozuntusunun olmasını təsdiq edən digər əlamətlər (dəqiq göstərilməklə). - Cavab: İddiaçı diaqnozunu təsvir edən əlamətlər rəyin motivləşdirici hissəsində təsvir olunmuşdur. Sualda göstərilən digər xüsusatlar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinə aid olan meyarlar olduğundan məhkəmə psixiatrik eksperizası tərəfindən cavablandırıla bilməz. Beləliklə, qeyd olunanlardan görünür ki, cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina edərkən onun sağlamlıq vəziyyətinin “üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalar, kobud davranış pozuntuları, isterik daxilolmalar və anamnezində sui-qəsd cəhdləri ilə” diaqnozuna uyğun gəlməməsinə istinad etsə də, iş materialları və ekspert rəyi ilə bu hal tam təkzib olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndnə görə əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə olan “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 7.6-ci bəndinə əsasən - Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular: 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu – F07.0 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları – F07.8 orqanizmin funksiyalarının 35-80 faiz pozulması- 2 il müddətinə əlillik təyini üçün əsasdır. Göründüyü kimi, Meyarlar şəxsdə XBT-10 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) kodu üzrə F07.0 diaqnozuna uyğun xəstəliyin olmasını əlilliyin təyini üçün əsas hesab etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, işin yuxarıda sadalanan halları ilə iddiaçıda həmin xəstəliyin olması müəyyən edilir, deməli, cavabdehin iddiaçıda həmin xəstəliyin aşkar edilməməsi əsası ilə əlillik təyin etməsindən imtinası qanunsuz və əsassız olmuşdur. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda ona ikinci dərəcə əlillik təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əlilliyin müəyyən olunması meyarları”na əsasən 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz pozulması barədə qərar, şəxsdə əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) olması halında (7.6.1.-ci bənd), orqanizmin funksiyalarının 65-80 faiz pozulması barədə qərar isə məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti (7.6.2-ci bənd) olduğu halda təyin edilir. İş materiallarına əsasən iddiaçının hazırkı sağlamlıq vəziyyətinin daimi müşahidə zərurəti tələb etməsi ilə bağlı hər hansı bir hal aşkar edilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçıya orqanizmin funksiyalarının 65-80 faiz pozulması deyil, orqanizmin funksiyalarının 35-60 faiz pozulması ilə əlllik təyin edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-i n 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı orqanizmin funksiyalarının 35-60 faiz pozulması ilə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar