Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3251/2021 01.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiаçı İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, "xxxx" ASC-də işləyir), iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 02 iyun 2020-ci il tarixli, 29/469 saylı qərarının ləğv olunması barədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 02 iyun 2020-ci il tarixli, 29/469 saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanda yaşayır. Qeyd edilən mənzil üzrə əmlak vergisindən yayınmağı ilə bağlı Binəqədi Bələdiyyəsi tərəfindən 02 iyun 2020-ci il tarixdə 29/469 saylı Qərar qəbul olunmuş və həmin qərar 5 aydan sonra, yəni 06 noyabr 2020-ci il tarixdə icra olunması üçün Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qəbul edilmiş qərar barədə iddiaçıya məlumat verilməmişdir. 02 iyun 2020-ci il tarixdə iddiaçı barəsində vergi ödənilməsi üzrə qərar qəbul edilsə də, bələdiyyə tərəfindən bu barədə ötən 5 aydan artİq müddət ərzində ona heç bir məlumat verilməmişdir. Bələdiyyə tərəfindən 2020-ci il tarixdə dəfələrlə ünvanına bildiriş göndərilmiş və hər bir bildirişdə bir-birindən fərqli vergi məbləğləri qeyd edilmişdir. Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən iddiaçı barəsində icraata başlamaq haqqında qərar onun ünvanına çatandan sonra ( 05 dekabr 2020-ci il) qeyd edilən bələdiyyənin qərarından iddiaçı xəbər tutmuşdur. Bundan sonra bələdiyyənin iddiaçı barədə olan qərarını əldə etmişdir. Qərarda vergi, vergi qanunvericiliyinin tələbləri pozulmaqla hesablanmışdır. Həmin qərar üzrə qeydiyyatda olduğu və hazırda yaşadığı mənzil üzrə 52,7 manat əmlak vergisi borcu müəyyən edilmişdir. Qərarda mənzilin neçə kvadrat metrdən ibarət olması, hansı sahə üzrə verginin hesablanması, vergi borcunun hansı illər üzrə və hansı qaydada hesablanması və.s zəruri məlumatlar göstərilməmişdir. Bu isə bələdiyyə tərəfindən xəyali hesablamalar əsasında vergi məbləğinin müəyyən edilməsini göstərir. Hansı ki, vergi qanunvericiliyinə əsasən əmlak vergisi son 3 il üzrə mənzilin müəyyən sahəsi üzrə hesablanıb tələb edilə bilər. Qeyd edilən məsələlərin, o cümlədən verginin hansı illər üzrə və hansı qayda ilə hesablanılmasının dəqiqləşdirilməsi məqsədilə Binəqədi Bələdiyyəsinin bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinə yaxınlaşaraq onlara mənzilin mülkiyyət sənədi olmadan, habelə iddiaçının mülkiyyətində olan mənzilin sahəsi barədə məlumatları olmadan verginin hansı yolla hesablandığını soruşmuş və xəyali hesablamalar əsasında 2020-ci il ərzində eyni dövr üzrə müxtəlif vergi məbləğlərinin hesablanıb iddiaçıya göndərilməsinin qanunvericiliyə zidd olmasını bildirmişdir. Cavabdeh isə qərarda məbləğin səhv hesablandığını dolayı ilə təsdiq etmiş və “şikayət edə bilirsən get hara istəyirsən şikayət et” deyərək, iddiaçıya kobud şəkildə cavab vermişlər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncama əsasən iddia tələbinə dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçıya dəfələrlə borcunun ödənilməsi barədə məlumat, xəbərdarlıq edilməsinə baxmayaraq o vergi borcunu ödəməkdən yayınmışdır. Eyni zamanda qərarın icrasını göstərilən müddətdə iddiaçının xahişi ilə ləngitmələri səlahiyyətləri çərçivəsində olmuş və bu vətəndaşın narazı qalmaması üçün edilmişdir. Əmlak vergisinin hesablanmasına gəldikdə isə, mənzilə dair əmlak vergisi vergi qanunvericiliyinə əsasən hər kv.m üçün 0,38 qəpik təşkil edir. İddiaçının 57 kv.m mənzil sahəsinin 30 kv.m –nə dövlət tərəfindən güzəşt edilməsi nəzərə alınmaqla vergi hesablanması aparılmamışdır, qalan 27 kv.m sahəni 0,38 qəpiyə vurduqda bir illik vergi borcu 10,26 (on manat iyirmi altı qəpik) təşkil edir. Həmin məbləği 3 il geriyə hesabladıqda iddiaçı 27 kv.m-ə görə 30 manat 78 qəpik vergi ödəməli idi. Eyni zamanda həmin məbləğin ödənilməsi gecikdirildiyindən hər gecikdirilmiş günə ümumi məbləğin 0,1 faizini hesabladıqda bu rəqəm 11,23 qəpik təşkil edir. Həmçinin 2021ci il üçün 10,26 qəpik əmlak vergi borcunuda topladıqda cəmi toplanmış vergi borcu 52,27 manat təşkil etmişdir. Cavabdeh iddia tələbinin əsassız və qanunsuz olduğunu bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında şəxsə rəsmi məlumat verməyə borcludur, rəsmi məlumat inzibati aktın şəxsə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir, qərar iddiaçıya rəsmi təqdim olunmamışdır, qərarın mövcud olması barədə icra məmurlarından xəbər tutmuşdur, qərar qəbul olunduğu gündən sonra 10 gün müddətində göndərilməli olan halda, qərar iki aydan sonra icra şöbəsinə göndərilmişdir, bundan əlavə vergi borcu hansı dövrü əhatə edir, verginin hesablanması qaydası və s. qərarda göstərilməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiаçının izahat və çıxışlarını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia tələbi əsaslıdır. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhər Binəqədi rayon İcra və Probasiya şöbəsinin iddiaçıya ünvanladığı 12.11.2020-ci il tarixli, 192022/2020-2 nömrəli “Tələbin könüllü icrası haqqında” bildirişə əsasən, 12.11.2020-ci il tarixli qərarla icraata başlanılmış Binəqədi rayon Bələdiyyəsinin 29/469 nömrəli, 02.06.2020-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuşdur. Məhkəmənin 04 mart 2021-ci il tarixli sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarında olan: -cavabdehin Binəqədi rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 12.01.2020-ci il tarixli məktubuna əsasən əmlak vergisini ödəməkdən yayınan Əşrəfov Elşad Zabit oğlu barədə inzibati aktın qəbul edilməsi xahiş edilmişdir; -Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29/469 nömrəli, 02 iyun 2020-ci il tarixli qərarına əsasən, bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin təqdimatının Binəqədi rayonu F.Məlikov, 1E, mənzil 35 üzrə əmlak vergisini (kod – 10011EEZE35) ödəməkdən yayınan İddiaçı 52.7 manat borcunun ödənilməsi barəsində tədbir görülməsi üçün verginin tutulması barədə qərarın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır; -Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Aynurəxanım Ağalarova tərəfindən qəbul edilmiş 12.11.2020-ci il tarixli “İcraata başlamaq haqqında” Qərara əsasən 29/469 nömrəli, 02.06.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Məhkəmə iddiaçının iddia ərizəsi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə uyğun olaraq, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 67.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə uyğun olaraq, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 51.1.-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 51.2-ci maddəsinə əsasən bu Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Həmin Qanunun 51.3-cü maddəsinə əsasən bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İlkin olaraq məhkəmə qeyd edir ki, cavabdeh mübahisələndirilən qərarı (inzibati aktı) qəbul edən zaman iddiaçını bu barədə məluamtlandırmamış, bununla da “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinin tələblərini pozmuşdur. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). Həmin Məcəllənin 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Həmin Məcəllənin 5.0-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur:5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması);5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması);5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır:8.1.2. fiziki şəxslərin əmlak vergisi;.. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən vergi nəzarətini bu Məcəllədə və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yerli vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 197.1-ci maddəsinə əsasən aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri; Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin Məcəllənin 200.4-cü maddəsinə əsasən bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Həmin Məcəllənin 200.5-ci maddəsinə əsasən cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır. Göründüyü kimi qanunvericilikdə bələdiyyə tərəfindən hesablanmış vergi, faiz və maliyyə sanksiyasının vergi ödəyicisinə əvvəlcədən göndərilmiş bildiriş əsasında tutulması nəzərdə tutulmuşdur. Lakin belə bir bildirişin iddiaçıya göndərilməsi inzibati işin materialları ilə təsdiqlənməmişdir, eyni zamanda cavabdeh tərəfindən əmlak vergisinin hesablandığı əmlakın sahəsinin müəyyən edilməsi üçün əsas götürülmüş sənədlər barədə məlumat məhkəməyə verilməmiş və belə sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya vergi hesablanması barədə cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən qərarı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin normaları pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, cаvаbdеh Binəqədi rayon Bələdiyyəsinin 02 iyun 2020-ci il tarixli 29/469 saylı qərarı ləğv edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 68-ci,69-cu, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Binəqədi rayon Binəəqədi Bələdiyyəsinin 02 iyun 2020-ci il tarixli, 29/469 saylı qərarı ləğv edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3251/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3251/2021
01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver