Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3251/2025 31.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, üçüncü şəxslər X5 və X7 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon Bələdiyyəsi, X10, X5, X15) qarşı “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 410 saylı qərarına əsasən Binəqədi rayonu, 7 mikrorayon S.S. Axundov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə X13 ayrılan 2000 kv.m torpaq sahəsi torpaq sahəsinə dair çıxarışın, plan və ölçüsünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə Bakı şəhəri Səbail Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. İddiaçının nümayəndəsinin ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 410 saylı qərarına əsasən Binəqədi rayonu, 7 mikrorayon, S.S. Axundov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə ayrılan 2000 kv.m torpaq sahəsinin mərhum X13 məxsus olmasına dair arayışın və plan-ölçünün iddiaçıya verilməsi” kimi dəyişdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 410 saylı qərarı ilə Binəqədi rayonu, 7 mikrorayon S.S. Axundov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2000 kvm torpaq sahəsi vəfat etmiş əri X13 torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsi haqqında qərar qəbul edilmişdir. Qərarda qeyd olunur ki, vətəndaş X11 ərizəsindəki məlumatlar bələdiyyənin müvafiq orqanları tərəfindən yerində tələb olunan qaydada yoxlanılmış, müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi mümkündür. X9 İnkişaf daimi komissiyasının xx.xx.2005-ci il tarixli iclasında ərizəyə baxılaraq xx.xx.2005-ci il tarixli 17 saylı ümumi iclasında vətəndaş X13 2000 kvm torpaq sahəsi ayrılması məqsədə uyğun hesab edilmişdir. Qeyd olunanlara əsasən, “X2 haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 17 saylı ümumi iclasında qərara alınmışdır. Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2000 kvm torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq (hər kv.m üçün 25.000 iyirmi beş min manat ödəmək şərti ilə) X11 mülkiyyətinə ayrılsın. Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinə tapşırılsın ki, X17 ilə müvafiq alqı-satqı müqaviləsi bağlanılsın. Ayrılmış torpaq sahəsində tikinti işlərinə, tikiləcək obyektin layihəsi, habelə mühəndiskommunikasiya pasportu rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra başlanılsın. X13 tapşırılsın ki, sahənin sanitar-texniki və digər normalarının tələblərinə uyğun saxlanılmasını təmin etsin. Qərarın təsdiq edilmiş nüsxələri vətəndaşa, Bələdiyyənin maliyyə, vergi ödənişlər və Bələdiyyə Mülkiyyətinin idarəedilməsi şöbələrinə verilsin. Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin sədri N.A.Məmmədov tərəfindən imzalanaraq möhürlənmiş, və təsdiqlənmişdir. Bildirmək istəyir ki, əri X17 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 1 saylı notariat kontorunda miras əmlaka dair v-99/2022 saylı vərəsəlik açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsini və X2 haqqında Azərbaycan Respublikası Qanunun 6,7,9, və 20-ci maddələrini əsas tutaraq 23 noyabr 2005-ci il tarixli 356 №-li müqavilə ilə Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin, İnzibati ərazisi 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən 2000 kvm torpaq sahəsinin alqı-satqı yolu ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı yolu ilə mülkiyyətə ayrılan torpaq sahəsinin sərhədləri və dönmə nöqtələri yerində müəyyənləşdirilərək naturaya və xəritəyə keçirilmiş, torpaq sahəsinin plan-cizgisi alanın yəni ki vəfat etmiş əri X11 hesabına hazırlanmışdır. Torpağın satış qiyməti, bazar məzənnəsi, tələb və təklif, sahənin təyinatı, coğrafi yeri, ölçüsü keyfiyyəti və digər amillər nəzərə alınmaqla tərəflər arasında sahənin hər bir kv.m üçün 25.000 (iyirmi beş min) məbləğində razılaşdırılmış və X17 tərəfindən ödənilmişdir. Bakı şəhəri Binəqədi rayonu X3 ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 30 dekabr 2005-ci il tarixli 356 saylı alqı-satqı müqaviləsi X17 tərəfindən imzalanmış, sədr Məmmədov. N.A tərəfindən imzalanaraq möhürlənmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı fərmanı ilə təsdiq edilmiş “torpaqların alqı-satqısı" qaydalarına əsasən torpaqların alqı-satqısına dair akt tərtib edilərək bağlanmışdır. Həmin akta əsasən X17 tərəfindən edilmiş müraciət əsasında Bakı Şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ərazisində yerləşən 2000 kvm torpaq sahəsinin satılması barədə 23 noyabr 2005-ci il tarixli 410 saylı qərar qəbul edilmiş və həmin qərara əsasən bunun müqabilində ********** saylı hesaba əvvəlcədən 50.000.000 (əlli milyon manat) haqq ödənilmişdir. Tərəflər arasında akt imzalandıqdan sonra möhürlənərək təsdiqlənmişdir. Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X13 təklif olunan 2000 kvm torpaq sahəsinin situasiya planı, yerləşmə sxemi (cizgisi) tərtib edilərək natura və xəritəyə keçirilmiş və nəzərdə tutulan sahə xəritədə qeyd edilmişdir. Bələdiyyə mülkiyyətinin idarəedilməsi şöbəsinin mühəndis-memarı Qulamov F. Ə tərəfindən imzalanmış Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi tərəfindən möhürlənərək təsdiqlənmişdir. Nəzərinizə çatdırmaq istəyir ki, tam qanuni yolla sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı əsasında mülkiyyətə ayrılan torpaq sahəsinə artıq 20 ilə yaxın müddətdir ki torpaqla bağlı bütün sanitar, ekoloji qaydalara tərəfindən riayət edilmiş və heç bir hüquqi və ya fiziki şəxslə habelə dövlət və yerli özünüidarəetmə bələdiyyə orqanları tərəfindən mülkiyyətə ayrılan torpaq sahəsi ilə bağlı heç bir mübahisə yaranmamış əksinə mülkiyyəti bilinərək tanınmışdır. Eyni zamanda torpaqla bağlı müntəzəm olaraq yararlı vəziyyətdə saxlanılması üçün tərəfindən vəsait xərclər çəkmişik. Qeyd etməyin zəruriliyini vurğulayaraq bildirmək istəyir ki, tərəfindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına edilmiş sorğu-müraciət əsasında 21 fevral 2022-ci il tarixli № BA-00919-2022 saylı arxivdən çıxarışla Bakı Şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin alqı-satqı yolu ilə mülkiyyətə ayrılan torpaq sahəsinə dair xx.xx.2005-ci il tarixli 410 saylı qərarı və əlavə edilmiş sənədlərin Dövlət Arxivinin Bakı filialında mövcudluğu təsdiq olunaraq elektron təsdiqli surətləri ona təqdim edilmişdir. Bildirmək istəyir ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və torpaq sahəsinə dair çıxarışın, plan və ölçünün verilməsinə dair ********** saylı ərizə məktub ilə müraciət etmişdir. Cavabdeh İnzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli **********88 saylı məktubla hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, tərəfindən təqdim edilmiş hüquq müəyyənedici sənəddə ləğv edilmiş X14 Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Hüququn tətbiqindən imtina edilməsinə görə Konstitusiyada təsbit edilən hüquq və azadlıqlarımın, o cümlədən xüsusi qanunvericilik bazasıyla qorunan mülkiyyət hüquqlarının pozulması halı kimi qəbul etdiyi qanunsuz inzibati aktın təqdim etdiyi sübutlar əsasında ləğv olunmasını tələb etsə də, ona məhkəməyə müraciət etməyini bildirilmişdir. Zəruriliyini xüsusi ilə vurğulayaraq bildirmək istəyir ki, inzibati orqan tərəfindən hazırki imtina edilən qanunsuz inzibati aktla heç bir araşdırılma aparılmadan və nəzərə alınmadan Azərbaycan Respublikası qanunvericiliyinin bütün tələbləri pozulmuşdur. Belə ki, 2005-ci ildən tam qanuni yolla alqı-satqı əsasında torpağı alan vəfat etmiş əri X11 mülkiyyətinə ayrılan torpaq sahəsinin ərazi olaraq yaxınlığında yerləşən torpaq sahələrinə dair ailə üzvləri tərəfindən təqdim edilən analoji hüquqmüəyyənedici sənədlər əsasında torpaq sahəsinə dair hüquqlarımız heç bir maneəsiz və tərəddüdsüz imtinasız Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. (ərizəyə əlavə edilir) Bildirmək istəyir ki, sözügedən qeydiyyatdan keçən torpaq sahələri eyni analoji hüquqmüəyyənedici sənədlər əsasında qeydiyyata alınmışdır və həmin torpaq sahələri ilə indiki vəziyyətdə müraciət olunan ərazi yaxın yerləşir.
5. Cavabdehin iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd edilmişdir ki, “torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir.”
6. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, təqdim edilmiş “torpaqların alqısatqısına dair akt” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş, həmçinin təqdim olunan yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Bundan əlavə elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır, bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir. Bundan əlavə göstərilən sahəyə dair digər şəxsin adına (X10) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədinin baza məlumatı mövcuddur. Qeyd olunanlar yanaşı bildiririk ki, sahənin daxilindən orta təzyiqli (159 mm) qaz xətti keçir. Həmçinin məlumat üçün bildiririk ki, qeyd olunan torpaq sahəsinə dair 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(81)-5007/2014 saylı qərarı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1609 saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən torpaq sahəsinin iddiaçı X4 adına plan və ölçüsünün verilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə olunması qərara alınmışdır. Həmin qərar Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən icra olunmuş, X6 torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. X1 və X15 vəsatətlə məhkəməyə müraciət edərək, onların üçüncü şəxs kimi icraata cəlb edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5007/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. İş hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.
7. Məhkəmənin qərardadı ilə iş üzrə X10, X5, X15 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər.
8. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil şifahi vəsatət ilə məhkəməyə müraciət edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.
9. Məhkəmənin qərardadı hazırkı iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X5 və X15) “torpaq sahəsinə plan və ölçünün verilməsi” tələbinə dair 2-1(103)-30/2025 saylı iş üzrə mübahisə qərar qanuni qüvvəsini alana kimi dayandırılmışdır.
10. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı inzibati işin icraatı xx.xx.2025-ci il tarixli 2-1(112)- 3251/2025 saylı qərardad ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-30/2025 saylı inzibati iş üzrə mübahisəyə dair yekun məhkəmə qərarı qanuni qüvvəsini alana kimi dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-30/2025-ci il tarixli qərarı ilə təmin edilməyən tələb üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinə verilən kassasiya şikayəti 2-1(102)-1825/2025 saylı xx.xx.2025-ci il tarixli qərar ilə "Kassasiya şikayəti təmin edilmədən qərar isə dəyişdirilmədən" saxlanılmışdır. Qeyd olunan halları nəzərə alaraq 2- 1(112)-3251/2025 saylı iş üzrə icraatın təzələnməsinə dair qərardad qəbul edilməsi xahiş edilir.
11. Məhkəmənin qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir.
12. Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 410 nömrəli qərarında qeyd edilmişdir ki, Binəqədi rayonu, 7 mkr., S.S.Axundov küçəsində, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2000 kv.m. torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq (hər kv.m. üçün 25.000 manat ödəmək şərti ilə) vət. X11 mülkiyyətinə ayrılması qərar alınmışdır.
13. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Binəqədi rayonu, 7 mkr., S.Axundov küçəsində faktiki olaraq göstərilən torpaq sahəsinin sərhədləri, bir tərəfdən qonşu sahənin sərhədi ilə, bir tərəfdən 0,3m-0,6 m hündürlükdə mişar daşla, iki tərəfdən şərtidir. Tikili yoxdur.
14. Ədliyyə Nazirliyi ünvan 1 ünvanlandığı xx.xx.2024-cü il tarixli 364 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X8 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı onun qanun üzrə vərəsəsi İddiaçı tərəfindən Bakı şəhəri 11 saylı notariat ofisinə müraciət daxil olmuşdır. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 410 nömrəli qərarına əsasən mərhum X11 adına ünvan 2 ünvanında ayrılmış 2000 kv/m ölçülü torpaq sahəsinə dair mülkiyyət hüququ onun ölümünə qədər Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. ünvan 3 ünvanında ayrılmış 2000 kv.m ölçülü torpaq sahəsinə dair mərhum X11 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Arayış (çıxarış) verilməsi xahiş edilir.
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X5 və X7 nümayəndəsi və vəkili iddianın təmin edilməməsini xahiş etdi.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxlər Bakı şəhəri Binəqədi rayon Bələdiyyəsi, X10 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
18. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
19. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
20. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
21. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
22. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
23. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 410 nömrəli qərarı ilə Binəqədi rayonu, 7 mkr., Binəqədi rayonu, 7 mkr., S.S.Axundov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2000 kv.m. torpaq sahəsi X13 ayrılmışdır. Həmin ayrılmış torpaq sahəsinin yerləşdiyi yerin cizgisi müəyyən edilmişdir. X17 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 11 saylı Notariat Ofisi cavabdehə məktub ünvanlayaraq iddiaçının vəfat etmiş şəxsin varisi olmasını bildirmiş, sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənədin verilməsini xahiş etmişdir.
24. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.
27. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
31. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mərhum ərinin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
32. Məhkəmə hesab edir ki, Binəqədi rayonu, 7 mkr., S.S.Axundov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2000 kv.m. torpaq sahəsinin X11 mülkiyyətinə ayrılmasına dair Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 410 nömrəli qərarı iddiaçının mərhum ərinin qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin qərar ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir.
33. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi dəlillər odur ki, torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır, bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir.
34. Məhkəmə cavabdehin etirazının əsası kimi göstərdiyi sahənin bələdiyyə ərazisi olması barədə məlumatın aşkar olunmaması, sahənin dövlət mülkiyyətində olmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri yaşayış məntəqələri torpaqlarına aid edilmiş və həmin sahələrə dair digər şəxslərin adına bələdiyyə qərarı əsasında çıxarışlar verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan bərabərlik hüquqlarının təməl prinsipini pozaraq iddiaçıya münasibətdə fərqli mövqeyini nümayiş etdirmişdir ki, məhkəmənin qənaətinə görə bu hal iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir.
35. Həmçinin, torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
36. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.
37. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir.
38. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
39. Məhkəmə qeyd edir ki, cavabdehin etirazda torpaq sahəsinin bələdiyyə ərazisi olmaması ilə bağlı hər hansı sübüt təqdim edə bilmədi.
40. Qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid deyil. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir.
41. Cavabdehin etirazın digər əsası kimi istinad etdiyi dəlil odur ki, torpaq sahəsinə dair təqdim edilmiş alqı-satqı aktı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş, həmçinin təqdim olunan yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir.
42. Qeyd edilməlidir ki, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə dair qərar qüvvədədir və ölçülərini göstərən yerləşmə cizgisi mövcuddur. Həmin cizgidə dəqiq istinad və məsafələr qeyd olunaraq torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyən etməyə imkan verir.
43. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən imtinasının dəlili olaraq yerləşmə sxemində dəqiq istinadların qeyd olunmamasının bildirilməsi (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən işlər inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir.
44. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
45. Cavabdehin etirazın digər əsası kimi istinad etdiyi dəlil odur ki, göstərilən sahəyə dair digər şəxsin adına (X10) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədinin baza məlumatı mövcuddur.
46. Bununla bağlı məhkəmə qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-5007/2014 saylı qərarı ilə iddia təmin edilmiş, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1609 saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən torpaq sahəsinin iddiaçı X4 adına plan və ölçüsünün verilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə olunması qərara alınmışdır.
47. Bakı İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2-1(81)-5007/2014 saylı qərardadı ilə X5 və X7 vəsatəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2014-cü il tarixli 2-1(81)-5007/2014 saylı qərarının ləğv edilməsi, X5 və X7 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi, hazırki işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır.
48. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2103/2022 nömrəli, 23 avqust 2022-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.
49. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-30/2025 nömrəli, 6 fevral 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2103/2022 saylı 23 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(102)-1825/2025 qərararı ilə kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-30/2025 nömrəli, 6 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
51. Göründüyü kimi üçüncü şəxsə verilmiş plan-ölçü sənədi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ləğv edilmişdir.
52. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
53. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
54. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
55. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
56. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 410 saylı qərarına əsasən Binəqədi rayonu, 7 mikrorayon, S.S. Axundov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış 2000 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X13 məxsus olmasına dair arayışın və plan-ölçünün İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva