Məhkəmə qərarları › İş №2-1(112)-3252/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3252/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3252/2025 28.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət Azərbaycan Respublikası Bakı şəhərinin İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən 35713 saylı müqavilə ilə verilmiş Binəqədi rayonu, Görədil ərazisindəki 255 ”i” nömrəli 12 sot bağ torpaq sahəsinə dair vəfat etmiş iddiaçının X1na hüququn məxsus olması barədə arayışın vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhərinin İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinini Bınəqədi rayonu, Göradil ərazisindəki 255 i nömrəli 12 sot bağ torpaq sahəsinə dair 24 avqust 2005-ci il tarixli 35713 saylı müqavilə əsasında torpaq sahəsi vəfat etmiş X1nun istifadəsinə verilmişdir. Qeyd olunan torpaq sahəsi X3 adına ayrıldıqdan bugünədək tam qanuni istifadəsindədir, bağ sahəsindən istifadə edir, bağ sahəsin sahiblik edir. X1 17 fevral 2017ci ildə vəfat etmiş və adına vərəsəlik işi açılmışdır. X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. xx.xx.2024-cü il tarixdə Abşeron rayonu 2 saylı notariat kontorunda miras əmlaka vərəsəlik işi açılmışdır. Atasının adına olan bağ sahəsi ilə bağlı həmin bağ sahəsinə qulluq etməyini, gəlib-getməyini, torpaq sahəsində abadlıq, sanitar ekoloji qaydalara uyğun təmizlik işlərin görməyini, torpaq sahəsinə qulluq etməyini qonşuları tərəfindən tam olaraq təsdiq oluna bilər. Bağ qonşuları tərəfindən həmin torpağa sahiblik hüququ qanuni olaraq tanınmış və heç bir fiziki və yaxud hüquqi şəxs tərəfindən, yəni dövlət və bələdiyyə orqanları tərəfindən bağ torpaq sahəsinə hər hansı bir mübahisə yaranmamışdır. Atasının vəfatından sonra anası tərəfindən cavabdeh inzibati orqana torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınması torpaq sahəsinə dair çıxarışın verilməsi üçün müraciət etmişdi, lakin anasının ağır xəstəliyinə görə atasından qalan miras əmlaka dair çıxarış alınmamışdır. xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, 255 “i” bağ sahəsi ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair anası tərəfindən müraciət edilmiş, lakin cavabdeh inzibati orqan tərəfindən imtina verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********47 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubu verilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, göstərilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb. Həmçinin, qeyd edilən ərazinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə, bağ sahənin bir hissəsi Novxanı-Pirşağı yoluna yaxın məsafəsində yerləşdiyi üçün aidiyyəti qurumun münasibət bildirməsi məqsədəuyğundur. İddiaçın imtinanı əsassız hesab edir. Belə ki, qeyd olunan torpaq sahəsi Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Goradil ərazisindəki 255 “i” nömrəli bağın istifadələrinə verilməsi haqqında 35713 saylı, 24 avqust 2005-ci il tarixli müqavilə bağlanılmışdır. Həmin bağ sahəsi 2005-ci ildən bu günə kimi daima istifadəsindədir. Tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədi ilə dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilsə də, müraciətləri cavabsız qalmış və məsələyə dair heç bir aydınlıq gətirilməmişdir. Binəqədi rayonu, Goradil massivi üzrə bağ torpaq sahələrinə dair verilmiş müqavilələr bağ-sıra nömrələri həmin ərazi və ünvan üzrə 255 rəqəmlər və hərflər üzrə ardıcıl davam edir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Goradil bağlar ərazisində olan və onunla qonşu olan müqavilə üzrə bağ nömrələri X14 255 “g” müqavilə nömrəsi 35710, Mirbabayeva Qizlarxanım 255 “e” (müqavilə nömrəsi 35711), X16 255 “ğ” (müqavilə nömrəsi 35712), X9 255”d” (müqavilə nömrəsi 35714), X11 255 “t” (müqavilə nömrəsi 35715), X21 255 “ç” (müqavilə nömrəsi 35716) bağ torpaq sahələri sıra nömrələri ilə müəyyən olunmuş qaydada ardıcıllıq təşkil edərək davam edir. Buda həmin ərazi üzrə sxematik xəritədə öz əksini tapmışdır.

3. Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, “tərəfinizdən göstərilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb. Həmçinin, qeyd edilən ərazinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etdir. Bundan əlavə, bağ sahənin bir hissəsi Novxanı-Pirşağı yoluna yaxın məsafəsində yerləşdiyi üçün aidiyyəti qurumun münasibət bildirməsi məqsədəuyğundur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 nömrəli, xx.xx.2015-ci il tarixli qərarının 1.2-ci bəndinə əsasən avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12.5 metr enində müəyyən edilir.”

4. Cavabdehin iddiaya dair yazılı etirazını onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb. Həmçinin qeyd edilən ərazinin faktiki yerləşməsi arxiv cizgisi ilə uyğunsuzluq təşkil etdir. Bundan əlavə, bağ sahənin bir hissəsi Novxanı- Pirşağı yoluna yaxın məsafəsində yerləşdiyi üçün aidiyyəti qurumun münasibət bildirməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Azərbaycan Respublikası Bakı şəhərinin İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentini Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən tərtib edilən 35713 saylı müqaviləyə əsasən Binəqədi rayonu, Goradil ərazisindəki 0.12 hektar torpaq sahəsi olan 255 ”i” nömrəli bağ X3 istifadəsinə verilmişdir.

6. X8 Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi Novxanı-Pirşağı avtomobil yolunun km 04+00 hissəsində Goradil kəndi ərazisindən keçən hissəsində yolun hərəkət istiqaməti mərkəzindən 11,5 metr aralı məsafədə sağ tərəfdə yerləşir. “Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələri hüdudları daxilində yerləşən avtomobil yollarının qorunma (mühafizə) zolağı istisna olunur. Avtomobil yolunun funksional təyinatına görə qeyd olunan torpaq sahəsi yolun təhkim zolağından kənarda yerləşir.

7. İV-JQ seriyalı 454179 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X5 ilə X10 arasında bağlanılmış nikah xx.xx.1988-ci il tarixdə qeydə alınmışdır.

8. AZ-İİ seriyalı 214746 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2021ci il tarixdə vəfat etmişdir.

9. AZ-İ seriyalı 853697 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.

10. ünvan 2 ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X3 vəfat etməsi ilə bağlı vərəsəlik işi açılmış və İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilir.

11. Cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, mərhum bağ sahəsi şərti göstərilmişdir, tikili yoxdur, bağ sahəsinin nömrəsi sxematik xəritədə öz əksini tapmayıb. Hüquqmüəyyənedici sənəd üzrə və faktiki sahə 1200 kv.m təşkil edir.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir

İİ. İddianın növü və mümkünlüyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

17. İddia mümkündür. İİ. Məhkəmənin mövqeyi

18. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Bakı şəhərinin İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentini Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin 35713 saylı müqaviləsinə əsasən Binəqədi rayonu, Goradil ərazisində olan 0.12 hektar torpaq sahəsində yerləşən 255 ”i” nömrəli bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005ci il tarixli 222 saylı sərəncamı əsasında mərhum X5 oğluna ayrılmışdır. X5 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. ünvan 2 ünvanlanmış məktubuna əsasən iddiaçı vəfat etmiş şəxsin varisidir. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

19. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

22. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

23. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

24. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

25. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

26. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

27. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

29. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

30. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

31. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Bakı şəhərinin İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin 35713 saylı müqaviləsinə əsasən Binəqədi rayonu, Goradil ərazisində olan 0.12 hektar torpaq sahəsində yerləşən 255 ”i” nömrəli bağ sahəsi mərhum X4 ayrılmışdır.

32. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, qeyd olunan bağ sahəsinin nörməsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır, ərazinin faktiki yerləşməsi və arxiv cizgisi arasında uyğunsuzluq mövcuddur, həmçinin, bağ sahənin bir hissəsinin Novxanı-Pirşağı yoluna yaxın məsafədə yerləşdiyi müəyyən edilmişdir.

33. Məhkəmə öz hüquqi mövqeyini bildirərək qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının mərhum atasının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

34. Belə ki, iddiaçının göstərdiyi torpaq sahəsi onun faktiki sahibliyində və istifadəsindədir. İddiaçının mərhum X1nun adına rəsmiləşdirilmiş Goradil qəsəbəsindəki sahəsi 0,12 ha olan 255 “i” saylı bağ sahəsinə dair bağlanmış müqavilənin və torpaq sahəsinin cizgisinin arxiv nüsxəsi mövcuddur, lakin göstərilən sahənin nömrəsi sxematik xəritədə aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, bağ sahəsinin sxematik xəritədə öz əksini tapmaması həmin sənədlərin mötəbərsizliyinə əsas verə bilməz. Həmin müqavilə iddiaçının iddia etdiyi torpaq sahəsinə hüququn qeydə alınması üçün əsas hesab olunur.

35. Eyni zamanda, bağ sahəsinin nömrəsinin sxematik xəritədə əskini tapması kimi imperativ tələb qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələrinin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin qaydalara əsasən: 2.1. Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. 2.2. Mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır.

36. Göründüyü kimi, bağ sahəsinin yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifələridir.

37. Bağ sahəsinin bir hissəsinin Novxanı-Pirşağı yoluna yaxın məsafədə yerləşməsi dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, avtomobil yolunun funksional təyinatına görə sözügedən torpaq sahəsi yolun təhkim zolağından kənarda - Novxanı-Pirşağı avtomobil yolunun km 04+00 hissəsində Goradil kəndi ərazisindən keçən hissəsində yolun hərəkət istiqaməti mərkəzindən 11,5 metr aralı məsafədə sağ tərəfdə yerləşir. Həmin yollar üçün isə qorunma (mühafizə) zolağı müəyyən edilmir.

38. “Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1. təhkim zolağı - avtomobil yolunun yerləşdirilməsi üçün ayrılmış torpaq sahələridir; qorunma (mühafizə) zolağı - təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir Maddə 15-1. Yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir.

39. Cavabdehin digər dəlili ilə bağlı isə qeyd edilməlidir ki, iddia olunan ərazinin faktiki yerləşməsi və arxiv cizgisi arasındakı uyğunsuzluğun nədən ibarət olması cavabdeh tərəfindən göstərilməmiş, buna dair sübut təqdim edilməmişdir.

40. İnzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilməlidir.

41. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

42. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinə dair hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) olmadığından cavabdeh orqan tərəfindən daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasından imtina əsassız olmuşdur.

43. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

44. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

45. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

47. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisindəki sahəsi 1200 kv.m olan 255 "i" saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar