Məhkəmə qərarları › İş №2-1(112)-3254/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3254/2024

02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3254/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "qərarın ləğv edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiya ödənişinin dayandırılması haqqında qərarı ləğv edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 yanvar 2015-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qərarına əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya ödənişi dayandırılmışdır. Bununla bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiya ödənişinin dayandırılması barədə qərarın ləğv edilməsi və pensiya hüququnun bərpa edilməsi barədə müraciətləri nəticəsiz qalmışdır. Bu səbəbdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının mənə güzəştli şərtlərlə yaşa görə əmək pensiya ödənişinin dayandırılması barədə qəbul etmiş olduğu qərarında istinad etdiyi hallar qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Araşdırma zamanı, iddiaçıya dair 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2006-cı il üzrə 1 ay, 2007-ci il üzrə 3 ay, 2008-ci il üzrə 8 ay, 2010-cu il üzrə 7 ay və 2014-cü il üzrə 9 ay (ümumilikdə 2 il 4 ay) fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığından həmin ayları onun sosial sığorta stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 20 ildən az (18 il 8 ay 9 gün(xx.xx.1978-xx.xx.1989-cu il, xx.xx.2001-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2010-cu il və xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az (8 il 2 ay 9 gün (xx.xx.2001-xx.xx.2006-cı il, xx.xx.2006xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2008xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2010-cu il və xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 01.01,2015-ci il tarixindən Fondun Sabunçu rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Eyni zamanda Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Eyni zamanda bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 10 iyul 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmişdir. Bundan sonra əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi və əmək pensiyasının dayandırılması haqqında qərarlar qəbul edilmişdir. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixli dəqiqləşmə ərizəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 12 iyul 2023-cü il tarixli, 3-17-1/3-3-14767/2023 saylı “Əmək pensiyasının dayandırılması haqqında” və 12 iyul 2023-cü il, tarixli, 3-17-1/3-3-14765/2023 saylı “Əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi haqqında” qərarların ləğv edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququmun bərpa edilməsi barədə qərar barədə qərar qəbul olunmasını xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İddiaçıya aid pensiya işi və inzibati icraat materiallarının surətindən görünür ki: -Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2014-cü il tarixli 137 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2015-ci il tarixindən ömürlük 133.15 manat dəyərində yaşa görə güzəştli pensiya təyin edilmişdir. -Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı departamentinə ünvanlanmış xidməti məktubda bildirilmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "b" bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Araşdırma zamanı, vaxtilə İddiaçı pensiya təyin edilərkən təqdim etdiyi əmək kitabçasında qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajının 10 ildən az (9 il 1 ay 26 gün) təşkil etdiyi müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, 1 yanvar 2006-cı il tarixindən bugünədək adıçəkilən şəxsə dair ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2006-cı il üzrə 1 ay, 2007-ci il üzrə 2 ay, 2008- ci il üzrə 2 ay və 2010-cu il üzrə 2 ay olmaqla (ümumilikdə 7 ay) pensiya sığorta kapitalının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilib. Buna görə də həmin ayları onun sosial sığorta stajına daxil etmək mümkün deyil. Eyni zamanda bildiririk ki, İddiaçı əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasının 1-ci və 41-ci səhifələrində NT-1 913458, digər səhifələrində isə NT-1 913456 nömrəsi qeyd olunmuşdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona xx.xx.2015-ci il tarixindən Fondun Sabunçu rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla ona ümumilikdə 9903,26 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-N-146139/2023 nömrəli Əmək pensiyası hüququna baxılmasında mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında təqdim olunmuş məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N°-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Araşdırma zamanı, sizə dair 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2006-cı il üzrə 1 ay, 2007-ci il üzrə 3 ay, 2008-ci il üzrə 8 ay, 2010-cu il üzrə 7 ay və 2014-cü il üzrə 9 ay (ümumilikdə 2 il 4 ay) fərdi hesabınızın sığorta hissəsində öz əksini tapmadığından həmin ayları sosial sığorta stajınıza daxil etmək mümkün deyil. Bu səbəbdən də sizin ümumi iş stajınız 20 ildən az (18 il 8 ay 9 gün (xx.xx.1978-xx.xx.1989-cu il, xx.xx.2001-xx.xx.2006-cı il, xx.xx.2006xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2008xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2010-cu il və xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajınız isə 10 ildən az (8 il 2 ay 9 gün (xx.xx.2001xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2010-cu il və xx.xx.2014xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, sizə xx.xx.2015-ci il tarixindən Fondun Sabunçu rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Eyni zamanda bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, sizə vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 10 iyul 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyiniz xahiş olunur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli aktına əsasən “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş İddiaçı (bundan sonramaraqlı şəxs) vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb. Həmin Qanunun 21.2-ci maddəsinın tələblərinə uyğun qaydada maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-17-1/2-N- 146136/2023 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunub. 2. Maraqlı şəxs xx.xx.2023cü il tarixində Mərkəzi Filiala gəlmiş və aşağıda imza edən vəzifəli şəxslər tərəfindən qəbul edilib. Maraqlı şəxsə araşdırma zamanı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən baxılmasına dair ətraflı məlumat verildi. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənildi. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 pensiyasının dayandırılması haqqında xx.xx.2023-cü il tarxli 3-17-1/3-3-14767/2023 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2015-ci il tarixdə təyin olunmuş pensiya məbləği 327 manat 21 qəpik təşkil edir. Dayandırmanın səbəbi xidməti araşdırma. -Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-14765/2023 nömrəli Qərarına əsasən 1.Vətəndaş əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmiş, 2.Adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılsın və ona artıq ödənilmiş pensiyanın məbləği müəyyən edilməsi, 3.“İnzibati icraat haqqında” Qanununun 67.13-cü maddəsinin tələblərinə uyğun qaydada şəxsə məlumat verilməsi, 4.Artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülməsi qərara alınmışdır. -Ödənilmiş məcburi dövlət sosial sığorta haqları haqqında xidməti məruzədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sığortaolunan İddiaçı (SSN: **********003) fərdi şəxsi hesabında yaranmış uyğunsuzluqla bağlı Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ünvanladığı müraciətinə baxılmışdır. İddiaçı fərdi şədi şəxsi hesabında yaranmış uyğunsuzluqla bağlı 21 iyul 2023- cü il tarixində 3-17-1/1-N- 181858/2023 nömrəli müraciətinə əsasən Filial tərəfindən Fonda müraciət edilmişdir. Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamenti tərəfindən Filiala ünvanlanmış cavab məktubunda sığortaedən, Bakı Baş Səhiyyə İdarəsi Suraxanı rayon 9 saylı X1 Poliklinikası (SUN: **********0) tərəfindən təqdim edilmiş 2007-2008-ci illər üzrə illik məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlara əsasən 2007-ci ilin dekabr ayı və 2008-ci ilin iyul-dekabr ayları üçün məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqlarının müəyyən edilmiş faizlə hesablandığı, lakin sığortaedən tərəfindən həmin illər ərzində ödənilmədiyi və 2007-2008-ci illər üzrə təqdim edilmiş illik hesabatlara əsasən məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış debitor borca uyğun olaraq 2009-cu ildə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarından borc ödənişi kimi bölüşdürülməli olduğu halda İddiaçı fərdi şəxsi hesabında 2009-cu ilin yanvar-aprel aylarında cari ödənişlərlə birlikdə cəmlənərək əks olunduğu bildirilmişdir. İddiaçı fərdi şəxsi hesabı ilə bağlı təqdim edilmiş məlumatların nəzərə alınması üçün X2 təminatı departamentinə aidiyyəti üzrə göstəriş verməyi xahiş edilmişdir. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 18-1-1/2- 8763/2023 nömrəli “DOST” Agentliyinə ünvanlanmış məktubunda bildirilmişdir ki, ləğv olunmuş 9 nömrəli X1 Poliklinikası aidiyyəti üzrə təhkim olunduğu ərazi üzrə yaşayan əhaliyə pullu tibbi xidmət göstərmiş və poliklinika pullu tibbi xidmətdən əldə etdiyi daxili gəlirləri hesabına fəaliyyət göstərmişdir. Eyni zamanda ləğv olunmuş 9 nömrəli X1 Poliklinikası öz VÖEN-i olan və sərbəst balansda fəaliyyət göstərən müstəqil bir tibb müəssisəsi olmuşdur. Hal-hazırda Ləğv olunmuş 9 nömrəli X1 Poliklinikasının binasında fəaliyyət göstərən "xxxx" MMC-nin arxivində saxlanılan və onlar tərəfindən "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsin Maliyyə departamentinə təqdim edilən mövcud arxiv sənədlərinə əsasən poliklinikanın keçmiş işçisi İddiaçı qeyd olunan dövrləri əhatə edən müddətdə, yəni xx.xx.2007-ci il və xx.xx.2008-ci il tarixindən hər dəfə 30 təqvim günü olmaqla növbəti əmək məzuniyyətində olmuş, lakin ona növbəti əmək məzuniyyətinə görə orta əmək haqqı hesablanmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-N-228598/2023 nömrəli məktubunda bildirmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 Ne-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Araşdırma zamanı, 1 yanvar 2006-cı il tarixindən bugünədək sizə dair ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2006-cı il üzrə 1 ay, 2007-ci il üzrə 2 ay, 2008-ci il üzrə 2 ay və 2010-cu il üzrə 7 ay olmaqla (ümumilikdə 1 il) pensiya sığorta kapitalının fərdi hesabınızın sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilib. Buna görə də həmin ayları sizin sosial sığorta stajınıza daxil etmək mümkün deyil. Bu səbəbdən də sizin ümumi iş stajınız 20 ildən az (19 il 6 ay 9 gün (xx.xx.1978-xx.xx.1989-cu il, xx.xx.2001-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2010-cu il və xx.xx.2013-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajınız isə 10 ildən az (9 il 6 gün (xx.xx.2001xx.xx.2006-cı il, xx.xx.2006- xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008xx.xx.2008-ci il, xx.xx.2008- xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2010-cu il və xx.xx.2013xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, sizə xx.xx.2015-ci il tarixindən Fondun Sabunçu rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla sizə ümumilikdə 9903,26 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. “İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Cavabdeh mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarlarından iddiaçının hansı vaxtdan məlumatlı olduğu sübuta yetirilmədiyi sürəcə hesab olunur ki, iddiaçıya qərarlar rəsmi şəkildə təqdim edilməmiş, iddiaçı mübahisələndirdiyi inzibati aktlara münasibətdə iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İşin hallarından görünür ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2014-cü il tarixli 137 nömrəli qərarı ilə xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh yenidən inzibati icraat zamanı iddiaçıya pensiya təyin edilərkən məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrü çıxmaqla onun ümumi iş stajının 20 ildən və güzəştli iş stajının tələb olunan 10 ildən az olduğunu müəyyən etmiş, bundan sonra cavabdeh özünün 12 iyul 2023-cü il tarixli, 3-17-1/3-3-14767/2023 saylı qərarı ilə təyin edilmiş pensiyanı dayandırmış, eyni zamanda 12 iyul 2023-cü il, tarixli, 3-17-1/3-3- 14765/2023 saylı qərarı ilə pensiyanın təyin edilməsi haqqında xx.xx.2014-cü il tarixli qərarını ləğv etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin adlarıçəkilən qərarlarının ləğvini mübahisələndirir. Hüquq münasibətlərinin yarandığı dövr (iddiaçıya pensiya təyin edildiyi vaxt) qüvvədə olmuş (xx.xx.2017-ci il tarixədək qüvvədə olan) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Beləliklə, iddiaçının vəziyyətində 2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının həmin tarixədək 20 il ümumi iş stajı toplamalı, bunun 10 ilini ayını zərərli işlərdə işləməli, həmçinin 52 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67- ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir Hazırkı halda işin mübahisələndirilən halı 2006-cı il üzrə 1 ay, 2007-ci il üzrə 2 ay, 2008-ci il üzrə 2 ay və 2010-cu il üzrə 7 ay olmaqla pensiya sığorta kapitalının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığından həmin dövr staja daxil edilmədiyi, bununla da iddiaçının ümumi iş stajı 20 ildən az- 19 il 6 ay 9 gün, güzəştli iş stajı isə 10 ildən az- 9 il 6 gün təşkil etməsidir. Halbuki, iddiaçıya aid əmək kitabçası, məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatdan müəyyən olunur ki, iddiaçı xx.xx.2001-ci ildə Suraxanı rayonu 9 saylı stomatoloji poliklinkada xx.xx.2001-ci il tarixdən 0.5 ştat vahidi ilə tibb bacısı vəzifəsinə götürülmüş, 0.5 ştat vahidi ilə rentgen laborant vəzifəsinə qəbul edilmiş, xx.xx.2010-cu ildən həmin vəzifədən azad edilmişdir. Eyni zamanda məhkəmə sorğusu əsasında əldə edilmiş məcburi sosial sığorta haqları ilə bağlı əldə edilmiş fərdi hesab məlumatından görünür ki, iddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövründə 2006-cı ilin avqust ayı, 2007-ci ilin iyul və avqust ayları, 2008-ci il üzrə yanvar və aprel ayları, 2010-cu ilin iyun və iyul ayları üçün işəgötürən sığortaedən tərəfindən ödəniş edilməmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2006-cı il tarixdən qanunun tələbinə əsasən sığorta stajına yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr daxil edilsə də hazırkı işdən görünür ki, iddiaçı xx.xx.2001-ci ildən xx.xx.2010-cu ilədək Suraxanı rayonu 9 saylı stomatoloji poliklinkada fasiləsiz işləmiş və müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqları əsasən mütəmadi olaraq ödənilmişdir. Hazırkı halda mübahisələndirilən dövr üzrə ilk növbədə nəzərə alınmalıdır ki, məcburi sosial sığorta ödəmələri ilə bağlı əsasən 2006-2008-ci illər üzrə müəyyən aylardır ki, qeyd edilən aylar əsasən fədi uçotun yarandığı, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin tələb edildiyi, fərdi uçot sisteminin işə salındığı ilk vaxtlara təsadüf edir. Bundan əlavə, iş üzrə yuxarıda sadalanan hallardan müəyyən olunur ki, xx.xx.2007-ci il və xx.xx.2008-ci il tarixindən iddiaçıya hər dəfə 30 təqvim günü olmaqla növbəti əmək məzuniyyəti verilmiş və əmək məzuniyyətinə görə orta əmək haqqı hesablnamadığından həmin aylar onun gəlir əldə etdiyi aylar kimi qəbul edilə və və məcburi sosial sığorta haqları hesablana bilməz. Eləcə də müəyyən olunur ki, 9 saylı X1 Poliklinikası (SUN: **********0) tərəfindən təqdim edilmiş 2007-2008-ci illər üzrə illik məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlara əsasən 2007-ci ilin dekabr ayı və 2008-ci ilin iyuldekabr ayları üçün məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları həmin illərdə ödənilməsə də debitor borca uyğun olaraq həmin məbləğlər İddiaçı fərdi şəxsi hesabında 2009-cu ilin yanvar-aprel aylarında cari ödənişlərlə birlikdə cəmlənərək əks olunmuşdur. Qeyd edilənlərlə yanaşı nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi həmin müəssisə tərəfindən sonrakı illərdə hazırkı tarixədək məcburi sığorta haqlarının ödənilməsi davam etmiş və digər aylar üzrə sığorta haqlarının ödənilməməsi halı isə müəyyən olunmamışdır. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, müəssisənin aylıq məcburi sosial sığorta məbləğlərinin cavabdehə ödənilməməsi ilə bağlı nəzarətin həyata keçirilməsi, cavabdehin özünə aid, üzərində olan bilavasitə vəzifəsidir. Buna görə də, həmin məsələnin iddiaçının ziyanına təfsir edilməsi qanuna uyğun deyildir. Cavabdeh inzibati orqan iddiaçının barəsində əliverişli inzibati aktın ləğvini şərtləndirən halları araşdırmadan, məcburi sosial sığorta haqlarının sonrakı dövrlər üzrə ödənildiyini aydınlaşdırmadan qanunsuz əlverişsiz inzibati aktlar qəbul etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi əsaslı olmuşdur. Cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması, pensiyanın ləğv edilməsi barədə qərarları qanunsuz, əliverişsiz inzibati aktlardır. Yuxarıda da qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt hər bir halda ləğv edilməli və onun hüquqi nəticələri aradan qaldırılmalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 12 iyul 2023-cü il tarixli, 3-17-1/3-3-14767/2023 saylı “Əmək pensiyasının dayandırılması haqqında” və 12 iyul 2023-cü il, tarixli, 3-17-1/3- 3-14765/2023 saylı “Əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi haqqında” qərarları ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 12 iyul 2023-cü il tarixli, 3-17-1/3-3-14767/2023 saylı “Əmək pensiyasının dayandırılması haqqında” və 12 iyul 2023-cü il, tarixli, 3-17-1/3-3-14765/2023 saylı “Əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi haqqında” qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar