Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3258/2024 04.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək: - xx.xx.2015-ci il tarixdə pensiyaya çıxdıqdan sonra Aztelekom MMC tərəfindən ödənilmiş 5949 (beş min doqquz yüz qırx doqquz) manat pul vəsaiti nəzərə alınmaqla yenidən hesablanması. - xx.xx.2015-ci il tarixə qədər köçürülmüş 18838.14 (on səkkiz min səkkiz yüz otuz səkkiz) manat 14 qəpik pul vəsaitini nəzərə almaqla yenidən hesablanması və həmin artırımların miqdarı qədəri xx.xx.2015-ci il tarixdən hesablanaraq ödənilməsi. - 2023-cü ilin fevral ayında əsassız pensiyasının azalmasına səbəb olan hal aradan qaldırılaraq qanunla müəyyən edilmiş qaydada pensiyasının bərpa edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İş üzrə xx.xx.2024-cü il tarixli qəraradad ilə iddia tələbi “Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “əmək pensiyasının təyin edilməsi haqqında” (faktiki olaraq əmək pensiyasının yenidən hesablanması haqqında) xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, axırıncı iş yeri olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra Aztelekom MMC) 1999-cu ildən xx.xx.2019-cu il tarixinə qədər işləmişdir. Həmin müddət ərzində xx.xx.2015-ci il tarixdə Aztelekom MMC-dən pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra Aztelekom MMC-də xx.xx.2019-cu il tarixə qədər işini davam etdirmişdir. 2006-cı ilə qədər sığorta stajı 37 il 1 ay olmuş, xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci tarixə qədər isə sosial yığımları azaltmaqla pensiya hesablanmışdır. Belə ki, 2015-ci ilə qədər hesablanmış sığorta kapitalı 25648.33 (iyirmi beş min altı yüz qırx səkkiz) manat 33 qəpik olmuş, köçürülmüş vəsait isə 18838.14 (on səkkiz min səkkiz yüz otuz səkkiz) manat 14 qəpik olmasına baxmayaraq 16449.12 (on altı min dörd yüz qırx doqquz) manat 12 qəpiklə hesablanmışdır. Bu rəqəmin haradan götürüldüyü, nəyə görə azaldılması məlum deyil. Bundan əlavə, sosial sığortanın hesablanması ilə sığorta ödənişi arasında 5949 (beş min doqquz yüz qırx doqquz) manat məbləğində vasaitin az olması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əhalinin Sosial Müdafiəsi Fonduna (bundan sonra DSMF) rəsmi müraciət etdi. DSMF-nin məktubu əsasında 2016-cı ildə Aztelekom MMC tərəfindən iddiaçının sosial hesabına ödənilməmiş 5949 (beş min doqquz yüz qırx doqquz) manat pul vəsaiti DSMF-yə köçürüldü. Lakin xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci tarixə qədər işlədiyi müddət üzrə ödənilməmiş 5949 (beş min doqquz yüz qırx doqquz) manat pulun ödənilməsinə baxmayaraq, həmin müddət üçün pensiyasına əlavələr edilmədi. Yəni ödənilmiş pul vəsaiti nəzərə alınmadı. Bununla da 2015-ci ildən sonra alacağı əlavə puldan məhrum oldu. “X2” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddə bildirilir. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Pensiyaya çıxdıqdan sonra xx.xx.2015-ci il tarixdən xx.xx.2019cu il tarixə qədər işləyib sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün sığorta yığımı ilə əlaqədar əmək pensiyası yenidən hesablandı. Lakin yenə də DSMF adəti üzrə qanundan kənar özünə məxsus hesablamalar aparıldı. Belə ki, DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli 3-12- 1/2 m 80746/2023 saylı məktubdan görünür ki, yekunda yenə də Aztelekom MMC tərəfindən ödənilmiş 5949 (beş min doqquz yüz qırx doqquz) manat pul vəsaiti nəzərə alınmadı. Bütün bunlar azmış deyə 2020-ci ildə hesablanıb ona verilən 830 manat pensiyanı xx.xx.2023-cü il tarixdə azaldılaraq 746 manata endirilmişdir. Bununla bağlı etdiyi rəsmi müraciətinə cavab məktubunda heç bir açıqlama vermədən səbəb göstərmədən bildirilir ki, ona artıq pul ödənişini müəyyən etmişdir. Bu qərarla razı olmadığı halda məhkəməyə müraciət edə bilər.
4. Azərbaycan Respublikası Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında məktubda bildirilmişdir ki, “X2” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2015-ci il tarixində qüvvədə olan tələblərinə əsasən ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək 37 il 1 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 16.449,12 manat və Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2015-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 19.006,02 manat pensiya kapitalı əsasında əmək pensiyanı yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən 648,19 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 722,09 manata, xx.xx.2022-ci il tarixindən 746,64 manata çatdırılmışdır. Həmin Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanın məbləği xx.xx.2023-cü il tarixindən 763,30 manat müəyyən edilib, Qanunun 29.1-ci maddəsinə əsasən 875,51 manata çatdırılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, ona hesablanmış məcburi dövlət sosial sığorta haqları ilə fərdi hesabının sığorta hissəsində qeydə alınmış (ödənilmiş) məcburi dövlət sığorta haqları arasında uyğunsuzluq yaranmışdır. Nəticədə, yaşa görə əmək pensiyanın məbləğində xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək artıqvermə aşkar edilib. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş etirazda qeyd etmişdir ki, İddiaçı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarına əsasən pensiyanın azaldılmasının qanunsuz olduğunu və pensiyanın azaldılmamaq şərtilə yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edilmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: İddiaçı ərizə ilə cavabdehə müraciət etmişdir. Ərizə və ona əlavə olunmuş sənədlərə Mərkəzi Filialada baxılmışdır. Qeyd edilmişdir ki, İddiaçı “xx.xx.2015-ci il tarixdə yaşa görə əmək pensiyası görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. İddiaçının pensiya işində olan sənədlərin surətlərinə əsasən xx.xx.2006-cı il tariədək 37 il 1 ay sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək 9 il sığorta stajına uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış 12925,04 manat və iddiaçı xx.xx.2019-cu il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 19006,02 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2020-ci il tarixdən 648,19 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddəyə əsasəniddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 722,09 manata, xx.xx.2022-ci il tarixdən 746,64 manata çatdırılmışdır. Həmin Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 763,30 manat müəyyən edilib, Qanunun 29.1-ci maddəsinə əsasən 875,51 manata çatdırılmışdır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bildiririlmişdir ki, iddiaçıya pensiya təyin olunarkən xx.xx.2006-cı il tarixdən xx.xx.2015ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12925,04 manat olduğu halda, 15557,21 manat, eyni zamanda xx.xx.2019-cu il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyilə əlaqədar pensiya yenidən hesablanarkən xx.xx.2015- ci il tarixdən xx.xx.2019-cu il tarixədək pensiya kapitalı 19006,02 manat olduğu halda, 21355,02 manat nəzərə alınaraq hesablanmışdır. Nəticədə, iddiaçının yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödəmə aşkar edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Hazırki qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Hazırki qərara qanunla nəzərdə tutulmuş aşağıdakı müddətlərdə münasibət bildirilməməsi onun nəticələrinin şərtsiz qəbul edilməsi kimi qiymətləndirilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Sözügedən Qanunun 63.4-cü maddəsinə əsasən inzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli 2195 nömrəli qərar ilə 652,82 manat olan əmək pensiyası yenidən hesablanaraq 706,42 manat olmuşdur.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli əmək pensiyasının təyin edilməsi haqqında qərarı ilə İddiaçı əmək pensiyasının xx.xx.2023-cü il tarixində 830,377 manat olan əmək pensiyası yenidən hesablanaraq 763,30 manat olmuşdur. (Qeyd: PSK uyğunsuzluğu nəticəsində artıq vermə yaranmışdır.)
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-32724/2023 nömrəli qərar ilə 875,51 manat olan əmək pensiyası yenidən hesablanaraq 875,51 manat olmuşdur.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərar ilə 875,51 manat olan əmək pensiyası yenidən hesablanaraq 875,51 manat olmuşdur. (Qeyd: xx.xx.2006-cı ilədək 37 il 1 ay sığorta stajı tam nəzərə alınmışdır. xx.xx.2006-cı ildən pensiya hüququ yarandığı xx.xx.2015-ci ilə qədər 9 il sığorta stajına uyğun olaraq 37952,88 PSK (2019-cu il vəziyyətinə 16449,12 PSK: 144=114,23 manat hesablanmalı olduğu halda 19799,02:144=137,49 manat hesablanmışdır. Pensiya hüququ yarandığı xx.xx.2015-ci ildən əmək fəaliyyətinə xitam verildiyi xx.xx.2019-cu ilə qədər 19006,02 PSK:87 (işlədiyi ayların sayının 144-ə fərqi)= 218,46 manat hesablanmalı olduğu halda 21355,02:87=245,46 manat hesablanmışdır.)
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1-M-221487/2023 nömrəli qərar ilə 875,51 manat olan əmək pensiyası yenidən hesablanaraq 875,51 manat olmuşdur. (Qeyd: xx.xx.2023-cü il tarixli qərar düzgün qəbul edilmişdir. PAS-da qeydə alınan pensiya kapitalında heç bir fərq olmamışdır. Pensiya məbləği 875,51 manat təşkil edir.)
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/1-M-35755/2024 nömrəli qərar ilə 973,57 manat olan əmək pensiyası yenidən hesablanaraq 973,57 manat olmuşdur. (Qeyd: Yenidən hesablama zamanı pensiya məbləği dəyişmir. AR NK 21 noyabr 2023-cü il tarixli 424 nömrəli qərarına əsasən xx.xx.2023-cü il tarixində aşkarlanmış 2290,76 manat artıq vermə məbləğindən indeksasiya zamanı yaranmış fərq məbləği (98,06 manat) ilə 2290,76 manatdan azaldılaraq əvəzləşdirilmişdir. (875,51+11,2%= 973,57-98,06=875,51))
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli fərdi şəxsi hesab haqqında məktubda bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığortaedən "xxxx" MMC (SUN: **********0) tərəfindən 2006-2016-cı illər, 2017- 2019-cu illərin l-İV rübləri üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda və “Məcburi dövlət sosial sığortası üzrə hesabatlarda məcburi dövlət sosial sığorta sığortasına cəlb olunan gəlirlərinə nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları **********873 nömrəli fərdi şəxsi hesabında tam məbləğdə öz əksini tapmışdır.
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli məhkəmənin sorğusunun cavablandırılması haqqında məktubda bildirilmişdir ki, Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı yaşa görə əmək pensiyasında artıq vermə aşkar edilmişdir.
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış sorğunun cavablandırılması haqqında xx.xx.2024-cü il tarixli xidməti məktubda bildirilmişdir ki, “X2” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2015-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən İddiaçı həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçının pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 973,57 manata çatdırılmışdır. Bildirilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək 37 il 1 ay sığorta stajı və xx.xx.2006cı il tarixindən xx.xx.2015-ci il tarixinədək 9 il sığorta stajına uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış 12925,04 manat (2015-ci il tarixinə indeksləşdirilmiş) və xx.xx.2019-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2015-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 19006,02 manat (2019-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında onun əmək pensiyası yenidən hesablanmış və pensiya məbləğində (973,57 manat) dəyişiklik olmamışdır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı pensiya təyin olunarkən xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12925,04 manat olduğu halda 15557,21 manat, eyni zamanda xx.xx.2019-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsiylə əlaqədar pensiyası yenidən hesablanarkən xx.xx.2015-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək pensiya kapitalı 19006,02 manat olduğu halda 21355,02 manat nəzərə alınaraq hesablanmışdır. Nəticədə İddiaçı yaşa görə əmək pensiyasının məbləğində ci il tarixindən xx.xx.2023-cü il tarixinədək artıq ödəmə aşkar edilmişdir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Eyni zamanda bildirilmişdir ki, İddiaçı əmək pensiyası üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək artıq ödənilmiş vəsaitin bir hissəsi Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi nəticəsində ötən dövr üzrə (xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək) yaranmış fərq məbləği ilə əvəzləşdirilmişdir.
15. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məhkəmə sorğusunun cavablandırılması haqqında məktubda bildirilmişdir ki, müraciətə əlavə edilmiş cədvəldəki məlumatlar ilə İddiaçı MEİS-in “Sığorta (Hesabat)” altsisteminin “Statistika” bölməsinin “Sığortaolunanların fərdi şəxsi hesabına baxış” bölməsində əks olunan məlumatları eynilik təşkil edir. Eyni zamanda bildirilmişdir ki, İddiaçı sığortaedən "xxxx" MMC-də (SUN: **********0) əmək fəaliyyəti ilə məşğul olduğu 2006-2019-cu illər ərzində məcburi dövlət sosial sığortasına cəlb olunan cəmi 161631,88 manat gəlirinə nisbətdə hesablanmış 40407,97 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı sığortaedən tərəfindən tam məbləğdə ödənilmişdir. Əlavə olaraq bildiririlmişdir ki, xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə prosesində Mərkəzi Filialın mütəxəsissinin iştirakı təmin edilmiş və mütəxəssis tərəfindən suallar cavablandırılmışdır.
16. Məhkəmə iclasında pensiya hesablamasını həyata keçirən mütəxəssis C.Nağıyev izahat verərək bildirdi ki, “X2” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanına əsasən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi, “X2” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununa əsasən, yeni redaksiyada 1.0.8-ci maddə verildikdən sonra həmin Fərman ləğv edildiyindən, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faiz nəzərə alınmalıdır. Qeyd edilən normaların tələbinə uyğun olaraq həmin dövrdə toplanmış sığorta kapitalı əsasında pensiya hesablanmış, daha sonra işəgötürən tərəfindən ödənilmiş sığorta kapitalı məbləği dürüstləşdirilərək, yəni digər sığortalılar arasında bərabər bölündükdən sonra vətəndaşın pensiya məbləği dəqiqləşdirilmiş və artıq verilmə müəyyən edilmiş məbləğ vətəndaşın pensiyasından tutulmamışdır.
17. Cavabdeh tərəfindən təqdim edilmiş arayışda bildirilmişdir ki,
işə daxil olma işdən azad olma il ay gün il ay gün
68 10 9 ə/k 69 8 28 69 9 1 diplom 74 7 1 74 8 9 ə/k 85 10 31 85 11 5 ə/k 99 4 26 99 5 3 ə/k 106 1 1
395 43 27 433 30 87 Ümumi sığorta stajı il ay gün xx.xx.1992-ci ilədək 23 1 7 xx.xx.1992-ci ildən xx.xx.2006-dək 13 11 23
Cəmi xx.xx.2006-dək 37 1 0 xx.xx.2006-cı ildən pens, hüq-dək
xx.xx.2006-cı il tarixədək sığorta stajı 37 1 0 "X2" Qanunun 7, 10 və 37.3.1-ci maddələrinə əsasən pensiyanın hesablanması qaydası: I. xx.xx.2006-cı il tarixədək olan stajdan hesablanan pensiyanın sığorta hissəsi: PSK 37 il 01 ay x 170 = 6304,17 man ->indekləşdirilir 2019-cu il vəziyyətinə = 14885,29 sığorta hissəsi -14898,59 :144 = 103,46 manat II. 2019-cu il vəziyyətinə pensiyanın baza hissəsi -119,76 manat III. 2006-2014 və 2015-2019-cu il üzrə pensiya kapitalından hesablanan cəmi sığorta hissəsi: SH = 114,23 + 218,46 = 332,69 manat (cədvəl № 1-ə əsasən) Pensiyanın hesablanması: - xx.xx.2019-dan - 119,76 + 103,46 + 332,69 = 555,91 man, - 01.01.2020 - 555,91 x 16,6 % = 648,19 man, - xx.xx.2021 - 648,19 x 11,4 % = 722,08 man, - xx.xx.2022 - 722,08 x 3,4 % = 746,64 man, - xx.xx.2023 - 746,64 + 16,66 man = 763,3 x 14,7 % = 875,50 man, - xx.xx.2024 - 875,50 x 11,2 % = 973,57 man, S.İddiaçı hal-hazırda aylıq 973,57 manat "yaşa görə" əmək pensiyası ödənilir.
18. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
20. İddia tələbi pensiyanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli əmək pensiyasının təyin edilməsi haqqında qərarın (faktiki olaraq əmək pensiyasının yenidən hesablanması haqqında) ləğv edilməsidir.
21. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 22.Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. 23.İddia tələbi mübahisələndirmə növündə iddiadır.
24. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
25. X4 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
26. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);
27. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
28. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113);
29. “X2” Azərbaycan Respublikası Qanunu: 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;
30. “X2” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən, həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır.
31. “X2” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununa əsasən, 1.0.8-ci maddə aşağıdakı redaksiyada verilmişdir: “1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir.
32. “X2” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi və “X2” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1 may 2017-ci il tarixli 1352 nömrəli Fərmanı ilə 2.9-cu bənd ləğv edilmişdir.
33. İddiaçı xx.xx.1952-cı ildə anadan olub və xx.xx.2015-ci il tarixindən əmək pensiyası hüququ yaranmışdır.
34. İddiaçı iddia tələbi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “əmək pensiyasının təyin edilməsi haqqında” (faktiki olaraq əmək pensiyasının yenidən hesablanması haqqında) xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi ilə bağlıdır. Cavabdeh qurum tərəfindən məhkəməyə bildirilmişdir ki, təqdim etdiyi sənədlərin surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək 37 il 1 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 16.449,12 manat və Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2015-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 19.006,02 manat pensiya kapitalı əsasında əmək pensiyanı yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən 648,19 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 722,09 manata, xx.xx.2022-ci il tarixindən 746,64 manata çatdırılmışdır. Həmin Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanın məbləği xx.xx.2023-cü il tarixindən 763,30 manat müəyyən edilib, Qanunun 29.1-ci maddəsinə əsasən 875,51 manata çatdırılmışdır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçının pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 973,57 manata çatdırılmışdır.
35. Məhkəmə qeyd edir ki, iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli 2195 nömrəli qərar ilə 652,82 manat olan əmək pensiyası yenidən hesablanaraq 706,42 manat olmuşdur.
36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 63.1. İnzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər.
37. Cavabdeh orqan pensiya sığorta kapitalında uyğunsuzluq mövcud olduğu üçün xx.xx.2023-cü il tarixli əmək pensiyasının təyin edilməsi haqqında qərarı qəbul etmiş və həmin qərar nəticəsində İddiaçı əmək pensiyasının xx.xx.2023-cü il tarixində 830,377 manat olan əmək pensiyası yenidən hesablanaraq 763,30 manat olmuşdur.
38. Məhkəmə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə istinad edərək hesab edir ki, inzibati orqan pensiya sığorta kapitalında uyğunsuzluq aşkar etdiyi üçün xx.xx.2023-cü il tarixli qərarı qəbul etmək hüququ mövcud olmuşdur. Bu zaman iddiaçının inzibati orqana dəvət edildiyi, dinlənilmə hüququnun təmin edildiyi, yaranmış uyğunsuzluğun aradan qaldırılmalı olduğu izah edilmişdir.
39. İddiaçı faktiki olaraq fərdi hesabın yığım hissəsində qeydə alınmış pensiya kapitalı tam şəkildə nəzərə alınmaqla pensiyasının hesablanmalı olduğu qənaətindədir. Lakin normaların təhlili onu deməyə əsas verir ki, “X2” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanına əsasən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi, “X2” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununa əsasən, yeni redaksiyada 1.0.8-ci maddə verildikdən sonra həmin Fərman ləğv edildiyindən, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faiz nəzərə alınmalıdır.
40. Digər tərəfdən məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, yenidən hesablama zamanı pensiya məbləği dəyişməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2023-cü il tarixli 424 nömrəli qərarına əsasən xx.xx.2023-cü il tarixində aşkarlanmış 2290,76 manat artıq vermə məbləğindən indeksasiya zamanı yaranmış fərq məbləği (98,06 manat) ilə 2290,76 manatdan azaldılaraq bir ay əvəzləşdirilmişdir. Odur ki, iddiaçı həmin 98,06 manat fərq məbləğinin ödənilməsini cavabdehdən tələb etməyə haqlıdır. Həmin tələb iddia ərizəsi ilə əhatə olunmur.
41. Odur ki, məhkəmə pensiyanın yenidən hesablanması zamanı cavabdehin hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan hüquqlarını pozulduğunu müəyyən etmir.
42. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
43. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
45. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva