Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3261/2020 30.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı (Sumqayıt şəhərində qeydiyyatdadır, ixtisası: çilingər, yol fəhləsi işləyir),cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır. Sığorta kapitalı əsasında hesablanan pensiya təyinatı şöbəsində böyük mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (X7 üzrə Mərkəzi Filialına) qarşı “2018-ci il mart ayının 13-də iddiaçının 57 yaşı tamam olduğu tarixdən ona güzəştli şərtlərlə pensiya təyin olunması” barədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (X7 üzrə Mərkəzi Filialına) qarşı “2018-ci il mart ayının 13-də iddiaçının 57 yaşı tamam olduğu tarixdən ona güzəştli şərtlərlə pensiya təyin olunması” vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Əfqanıstan müharibəsi iştirakçısı olmaqla yanaşı, uzun illər bir sıra zərərli müəssisələrdə çalışmış və güzəştli əsaslarla pensiyaya çıxmaq üçün yetərincə əmək stajına malikdir. İddiaçı 1983-cü ildən 1995-ci ilədək Sumqayıt şəhər Boru Yayma zavodunda, 1995-2005-ci illərdə Sumqayıt şəhər Sintez Kauçuk zavodunda 2017-ci ildən hal-hazırki vaxta kimi Dəmiryol Şimal vaqon «Şuşa» şirkətində çilingər vəzifəsində çalışır. İddiaçı hərbi xidmətləri və əmək fəaliyyəti ilə bağlı müvafiq sənədləri toplayaraq cavabdeh təşkilata təqdim etmiş, lakin cavabdeh təşkilat iddiaçının güzəştli əsaslarla pensiyaya çıxmağı üçün xx.xx.2006-cı il tarixə kimi - yetərincə əmək stajı olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydiyyata alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmasını səbəb kimi göstərməklə iddiaçının xahişini təmin etməmişdir. İddiaçı həmin imtinanı əsassız hesab edir. Buna görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndu Аzərbаycаn Rеspublikаsının İnzibаti- Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamına əsasən iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu İddiaçı münasibətdə tətbiq edilə bilməz. Çünki, onun xx.xx.2006-cı il tarixədək topladığı güzəştli iş stajı 12 il 6 aydan azdır. Belə ki, iş materiallarında olan “xxxx” ASC tərəfindən təşdim edilmiş xx.xx.2017-ci il tarixli 72 nömrəli güzəştli arayışda iddiaçinin işləmiş olduğu peşə (metal çeşidləyən və təhvil verən”) ilə Nazirlər Kabinetinin Qərarının 2 nömrəli siyahısının 2040400а—1753b şifrə ilə qeyd edilən peşə (metalın və hazır məhsulun düzəldilməsi və çeşidlənməsi ilə məşğul olan fəhlələr və briqadirlər) üst-üstə düşmür. Bundan başqa, “xxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli 71 nömrəli güzəştli arayış ilə iddiaçının əmək kitabçasındakı qeydlər arasında uyğunsuzluq mövcuddur. İddiaçının əmək kitabçasına əsasən xx.xx.1984 – xx.xx.1988-ci illər ərzində iddiaçı “boru yayma sexində isti şöbədə yaymaçı köməkçisi (подручный вальцовщика) peşəsində işləmişdir. Halbuki, Nazirlər Kabinetinin Qərarında həmin peşə belə qeyd edilmişdir: 1 nömrəli siyahı, 1030400а—11344 şifr - boruların isti yayma sianlarının yaymaçıları.İddiaçının güzəştli iş stajına yalnız xx.xx.1990 - xx.xx.1995ci illər ərzində işlədiyi (boru yayma sexində isti şöbədə yaymaçı) müddət daxildir. xx.xx.2006-cı il tarixədək iddiaçının topladığı güzəştli iş stajı 12 il 6 aydan azdır. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərərk, tərəflərin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1961-ci ildə doğulmuşdur. Cavabdehin xx.xx.2019-cu il tarixli imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, onun güzəştli əsaslarla pensiyaya çıxmağı üçün xx.xx.2006-cı il tarixə kimi ümumi iş stajı 25 il təşkil etsə də, fərdi hesabının sığorta hissəsində qeydiyyata alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmasını səbəb kimi göstərməklə iddiaçının xahişini təmin etməmişdir. Аzərbаycаn Rеspublikаsının Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş MV seriyalı 00340 saylı vəsiqədən görünür ki, iddiaçı veteranlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququna malikdir. Аzərbаycаn Rеspublikаsının Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi tərəfindən verilmiş 325 saylı xx.xx.2019-ci il tarixli arayışdan görünür ki, İsmayılov X4 Demokratik Respublikasınında gedən döyüşlərdə iştirak etmişdir və “Veteranlar haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququna malikdir. İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, HЗ seriyalı ******* saylı hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixdə hərbi xidmətdə olmuşdur. “xxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli 72 nömrəli güzəştli arayışdan görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1990-ci il tarixədək boru yayma sexində “metal çeşidləyən və təhvil verən” vəzifəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının 3-cü bölməsinin 4a yarımbölməsinin 2040400a-1753b şifrə ilə güzəştli şərtlərlə pensiya almaq hüququ verir. “xxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli 71 nömrəli güzəştli arayışdan görünür ki, İddiaçı xx.xx.1984-ci il tarixdən xx.xx.1988-ci il, xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək “boru yayma sexində isti şöbəsində yayıcı peşəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1993-cu il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının 3-cü bölməsinin 4a yarımbölməsinin 1030400a-11344 şifrə ilə güzəştli şərtlərlə pensiya almaq hüququ verir. İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixə qədər 1 saylı trestdə 2-ci dərəcə ilə fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixə qədər boru-yayma sexinə q.m.-l 3-cü dərəcə 250-1 boru-yayma dəzgahı avtomat dəzgahına boruların qaynar yayması üzrə dəzgahların yaymaçısı köməkçisi, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cu il tarixə qədər 250-1 metal dəzgahının hazırlanmasının metal sahəsində çeşidləyici-çatdırıcı, xx.xx.1990-cu il tarixdən xx.xx.1995-ci il tarixə qədər 250-1 boru-yayma dəzgahında qaynar yayma avtomat-dəzgahının yaymaçısı, 16.061996-cı il tarixdən xx.xx.2001-ci il tarixə qədər 5 saylı X5 İdarəsində 2-ci dərəcəli qaynaqçı, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər 5 saylı X5 İdarəsində 4-cü dərəcəli qaynaqçı, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə qədər “X8 X11 Çelik Konstruksiyon ve Gida San.Tic.Lim” şirkətinin Azərbaycan Respublikasının nümayəndəliyənə usta, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci tarixə qədər Şirvan İstismar vaqon Deposu H.Z.Tağıyev çeşidləmə CTS-nə 4-cü dərəcəli çilingər, xx.xx.2018-ci il tarixdən xx.xx.2018 H.Z.Tağıyev çeşidləmə sexində hərəkət heyətinin təmiri üzrə çilingər, xx.xx.2018-cil tarixdən X9 Təmir-Tikinti İdarəsində yol fəhləsi peşələrində çalışmışdır. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1963-cü il təvəllüdlüdür, xx.xx.2020-ci il tarixində onun 57 yaşı tamam olmuşdur, həmin tarixə onun 27 ildən çox ümumi iş stajı olmuş, həmin müddətin 12 il 6 aydan çox hissəsini o, güzəştli əmək pensiyası hüququ verən boruların isti yayma stanlarının yaymaçı köməkçisi, isti boru yayması ilə məşğul olan boru yaymaçıları, metalın və hazır məhsulun düzəldilməsi və çeşidlənməsi ilə məşğul olan fəhlə, qaynaqçı peşələrində işləmişdir. İddiaçı ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulan peşələrdə (boruların isti yayma stanlarının yaymaçı köməkçisi, isti boru yayması ilə məşğul olan boru yaymaçıları, metalın və hazır məhsulun düzəldilməsi və çeşidlənməsi ilə məşğul olan fəhlə, qaynaqçı) iş stajı 20 il 11 ay 1 gün olduğu halda, ümumi iş stajı (27 il 08 ay 4 gün olduğu üçün) 25 ildən çox olduğu üçün onun 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu - xx xxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (X7 üzrə Mərkəzi Filialına) həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33-cü, 68-ci, 69cu, 85-ci, 110- cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiа tələbi təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu - xx xxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (X7 üzrə Mərkəzi Filialına) həvalə edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-3261/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3261/2020
30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver