Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3261/2025 30.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiaysının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin imtinasının qanunsuz hesab edilməklə onun ümumi əmək stajının xx.xx.2013-cü ilədək (50 yaşı tamam olan günədək) 26 il 04 ay 27 gün və bu müddətdən də 23 il 07 ay 07 gün güzəştli (xüsusilə zərərli və ağır) iş şəraitində işlədiyi nəzərə alınmaqla, həmin tarixdən, yəni xx.xx.2013-cü ildən başlayaraq ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1963-cü ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olmuş və hal-hazırda 62 yaşındadır. Orta məktəbi bitirənədək yay tətillərində kolxozda işləmiş, sonra isə Bakı şəhərində yerləşən 37 saylı Bakı Texniki Peşə Məktəbinə əyani (xx.xx.1980-xx.xx.1981) təhsil almış (07 ay 25 gün). xx.xx.1981- ci ildən xx.xx.1983-cü ilədək hərbi xidmətdə olmuşdur (02 il 01 ay 26 gün). xx.xx.1984-cü ildən Bakı şəhərində yerləşən "Azərelekrikişıq" İstehsalat Birliyində "lyuminisent lampalarının yığılması" sexində X4 Avadanlıqları (yarım avtomat ayaqcıqlar) üzrə sazlayıcı peşəsinə işə qəbul olunmuş və xx.xx.2007-ci il tarixədək həmin peşə üzrə işləmişdir (23 il 07 ay 07 gün). İşlədiyi avadanlıqlarda zəhərli maddə olan civə metalından istifadə olunurdu. Bu səbəbdən də, iş yerlərində civə buxarı normadan dəfələrlə artıq idi və "xüsusilə zərərli və ağır iş şəraiti" hesab olunurdu. Xüsusilə zərərli işdə işlədiyinə görə də, hər gün onlara süd-qatıq verilirdi, hər ay iş yerləri "marqansovka" (kalium permanqanat) adlanan kimyəvi məhlulla yuyulurdu.O, vaxtlar həmin işlərdə işləyən kişilər üçün güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün 10 il əmək stajı lazım idi. Onun isə həmin sexdə "xüsusilə zərərli və ağır iş şəraiti"ndə olan əmək stajı 23 il 07 ay 07 gün (xx.xx.1984-xx.xx.2007) olmuşdur. xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək (07 ay 08 gün), xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilədək (02 il 04 ay 10 gün) müxtəlif təşkilatlarda yükdaşıyan işləmiş, xx.xx.2023-cü ildən hal-hazıradək (xx.xx.2024-ü ilədək) isə “SOCAR"-da yükdaşıyan işləyir (08 ay 28 gün). Hal-hazıradək (xx.xx.2024-cü ilədək) 32 10 ay 14 gündən artıq ümumi əmək stajı vardır ki, bununla da " xüsusilə zərərli və ağır iş şəraiti"ndə olan stajı 23 il 07 ay 07 gündür. xx.xx.2006-cı ilədək ("Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək) ümumi əmək stajı 24 il 09 aydan 2 artıq olmuşdur ki, bununla da,“xüsusilə zərərli və ağır iş şəraitində" olan əmək stajı isə 23 il 07 ay 07 gün olmuş, lakin, həmin vaxtlar onun 43 yaşı olduğundan güzətli şərtlərlə əmək pensiyası almaq hüququ əldə etsə də, 50 yaşı tamam olmadığından pensiyaya çıxmaq mümkün deyildi. 50 yaşı tamam olandan sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq məqsədilə DSMF-nun Nizami rayon Şöbəsinə müraciət etdikdə isə ona dedilər ki, hələ sənin yaşın çatmır, vaxtı gələndə məlumat verəcəklər. O da, illərlə gözlədikdən sonra cavabdeh tərəfindən məlumat almadığından yenidən cavabdehə müraciət etməli olmuşdur. Onun işlədiyi X4 Avadanlıqları (yarım avtomat ayaqcıqlar) üzrə sazlayıcı peşəsi fəhlələr kateqoriyasına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cu il tarixlı 320 nomrəlı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısının 1130000a-17531 kodu üzrə “civə tətbiq etməklə cihaz və məmulatlar hazırlanan iş sahələrində məşğul olan fəhlələr” peşəsinə uyğundur. Qeyd olunan faktlar (xüsusilə zərərli iş şəraitində işləməsi və ümumi əmək stajı barədə) ərizəsinə əlavə olunan sənədlərlə, habelə xx.xx.1984-cü il tarixli, İT-İ ******* saylı əmək kitabçası ilə tam təsdiq olunur. 2024-cü ilin yay aylarında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün yenidən hazırda cavabdeh olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yenidən müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/2-A-207522/2024 saylı məktubla qanunsuz və əsassız olaraq olaraq ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün lazım olan ümumi iş stajının 25 ildən az (20 il 10 ay 17 gün) və güzəştli şərtlərlə iş stajının olmaması, habelə fərdi sığorta hesabında qeydə alınan pensiya kapitalının az olması (40320,00 manat əvəzinə 21039,35 manat) əsası ilə imtina etmişdir. Cavadeh imtinasını belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun (bundan sonra Qanunun) 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqannın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Daha sonra cavabdeh imtina məktubunda qeyd edir ki, tərəfindən Mərkəzi Filiala təqdim edilmiş məlumatlarda xx.xx.1984-xx.xx.2007-ci illərdə "xxxx" ASC-də işlədiyi qeyd olnmuşdur. Həmin məlumatlar Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi müəyyən müddətlərdə işləmədiyim, habelə 1994-cü ildən sonrakı dövrlərə aid əmək haqqı cədvəllərinin Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi müəyyən edilib. Eyni zamanda, çoxsaylı yoxlamalar zamanı həmin müəssisənin işçilərinin zərərli iş şəraitində işləməsini təsdiq edən hər hansı sənədin mövcud olmadığı, həmçinin xx.xx.1995-ci il tarixindən etibarən işlədiyi sexlərin fəaliyyətinin dayandırıldığı müəyyən edilib. Göstərilən səbəblərdən də, cavabdeh ümumi iş stajının 25 ildən az (20 il 10 ay 17 gün) və güzəştli şərtlərlə iş stajının olmaması, habelə fərdi sığorta hesabında qeydə alınan pensiya kapitalının az olması (40320,00 manat əvəzinə 21039,35 manat) əsası ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Cavabdehin imtinasını tam qanunsuz və əsassız hesab edir. Belə ki, yuxarıda qeyd etdiyi kimi onun əmək stajı, o cümlədən xüsusilə zərərli və ağır iş şəraitində olan sığorta stajı cavabdehə təqdim etdiyi sənədlərlə (əmək kitabçası və digər sənədlərlə) tam təsdiq olunur. Belə ki, 50 yaşının tamam (xx.xx.2013-сü ilədək) olduğu vaxt ümumi sığorta (əmək) stajı 26 il 04 ay 27 gün təşkil edir ki, bu müddətdən də 23 il 07 ay 07 gün güzəştli (xüsusilə zərərli və ağır) iş şəraitində işləmişdir. Ona görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir və hesab edir ki, ona 50 yaşı tamam olduğu vaxtdan (xx.xx.2013-cü ildən) güzəştli şərtlərlə pensiya təyin olunması və ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Bir daha belə hesab edir ki, cavabdehin imtinası tam qanunsuz və əsassızdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, yuxarıda qeyd etdiyim kimi onun işlədiyi peşələr ağır və xüsusilə ağır zərərli iş şəratində olan işlərə aiddir və bu fakt həm əmək kitabçası, həm də Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli, 320 nömrəli Qərarında təsdiqini tapmışdır. Ona iş yeri tərəfindən verilmiş arayışda da, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş və 23 yanvar 2007-ci il tarixinədək qüvvədə olmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı"nda onun işlədiyi peşə 1130000a-17531 saylı kodla (civə tətbiq etməklə cihaz və məmulatlar hazırlanan iş sahələrində məşğul olan fəhlələr) göstərilmişdir. Cavabdehin adı çəkilən imtina məktubunda qeyd olunan fərdi hesabın sığorta hissəsində qeydə olunan pensiya kapitalı ilə də razı deyildir. Belə ki, adı çəkilən Qanunda pensiya hüququ yarandığı vaxtlarda pensiya kapitalı yığımı tələb olunmurdu, həmin dəyişiklik xx.xx.2017-ci ildən qüvvəyə minmişdir və ona heç bir aidiyyəti yoxdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Mərkəzi Filial tərəfindən 29 avqust 2024-cü il tarixli 3-17-1/2-A-207522/2024 nömrəli imtina məktubu ilə qanunvericiliklə tələb olunan ümumi və güzəştli stajının olmadığı bildirilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "a" bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 No-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini xüsusilə zərərli və ağır işlərdə çalışan 50 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13 iyun 1997-ci il tarixli 321- İQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 453) ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.Qanunun 9.8-ci maddəsi üzrə kişilərə 52 yaşdan pensiya təyin edilməsi üçün isə aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunur: 1. İddiaçının 52 yaşı tamam olmalıdır (yaş tələbi); 2. İddiaçı xx.xx.2006-cı il tarixədək ən azı 20 il ümumi sığorta stajına malik olmalıdır (ümumi staj tələbi); 3. İddiaçı 2-ci bənddə qeyd edilən stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli staj tələbi). İşin faktiki hallarından məlum olur ki, iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş və xx.xx.2015-ci il tarixdə 52 yaşı tamam olmuşdur. Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1- ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 47-ci maddəsinə əsasən bu Qanun xx.xx.2006-cı il tarixdən qüvvəyə minmişdir. Deməli, "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müddəaları əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iddiaçı xx.xx.2006-cı il tarixədək həmin qanunla tələb olunan ümumi və güzəştli sığorta stajını qazanmış olmalıdır. İş üzrə inzibati icraatın nəticələrindən müəyyən olunur ki, iddiaçı Mərkəzi Filiala müraciət edərkən "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli LP-01-0424 nömrəli arayışını təqdim edərək xx.xx.1984-cü il tarixdən xx.xx.2007-ci il tarixədək lüminisent lampalarının yığım sexində operator (sazlayıcı) vəzifəsində işlədiyini iddia edir. Qeyd olunan iddia tələbinə münasibətdə bildirirlər ki, Mərkəzi Filialın mütəxəssisləri tərəfindən arayışda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı 1989-cu ilin əməkhaqqı cədvəllərində iddiaçının adına rast gəlinmədiyi, 1990-cı ilin fevral, 1991-ci ilin sentyabr, 1994-cü ilin dekabr ayları üzrə əməkhaqqı ödənilmədiyi, 1994-cü il tarixdən sonrakı dövrlər aid əməkhaqqı cədvəllərinin Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi müəyyən edilmişdir. Qeyd olunan fakt Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli aktı ilə təsdiq edilmişdir. Eyni zamanda çoxsaylı yoxlamalar zamanı həmin müəssisənin işçilərinin zərərli iş şəraitində işləməsini təsdiq edən hər hansı sənədin mövcud olmadığı, həmçinin xx.xx.1995-ci il tarixdən etibarən iddiaçının işlədiyi sexlərin fəaliyyətinin dayandırıldığı aşkar edilmişdir. Göstərilən səbəblərdən iddiaçının ümumi stajı 25 ildən az (20 il 10 ay 17 gün (xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1990- cı il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrlər və 2006-2024-cü illər üzrə 8 il 4 ay nəzərə alınmaqla) təşkil edir. Əlavə olaraq qeyd edirlər ki, İddiaçı güzəştli stajı mövcud deyil. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 21039,35 manat təşkil edir. Xüsusilə vurğulayırlar ki, iddiaçının əvvəlki müraciətləri əsasında aparılmış inzibati icraatın nəticələrindən onun xx.xx.1997xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmiş, bu fakt "xxxx" ASC-nin 14 oktyabr 2020-ci il tarixli aktı ilə təsdiq edilmişdir materiallarına əlavə edilir). Bildirirlər ki, qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən ("Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddəti sığorta stajina daxil edilə bilməz. Mübahisələndirilən dövrlərdə münasibətləri tənzimləyən qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsində iş stajına daxil edilən əmək fəaliyyəti dövrləri arasında işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrlərin iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Oxşar inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1100/2022 nömrəli qərarında qeyd edilir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinə əsasən stajına daxil edilən əmək fəaliyyətinin növlərinin arasında sosial məzuniyyət və ödənişsiz məzuniyyət hesab olunan dövrlər nəzərdə tutulmadığından həmin dövrlər sığorta stajına daxil edilmir. Ali Məhkəmə öz mövqeyini həmin müddətlərdə iddiaçının əmək fəaliyyəti ilə məşğul olmadığını qeyd edərək əsaslandırmışdır. Qeyd edirik ki, ödənişsiz məzuniyyətlərin sığorta stajına daxil edilməsi ilə bağlı qanunvericilikdə hər hansı bir norma müəyyən olunmamış, bunun əksinə ödənişsiz məzuniyyət hüququndan istifadə zamanı əmək fəaliyyəti ilə məşğul olunmadığından və həmin dövrlərdə əməkhaqqı saxlanılmadığından qeyd edilən dövrlərin sığorta stajına daxil edilməməsi ilə bağlı həm qanunvericilik normaları, həm də formalaşmış məhkəmə təcrübəsi mövcud olmuşdur. Bundan başqa analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafie Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1031/2023 nömrəli, 3 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair iş üzrə 02 avqust 2023-cü il tarixli 2-1(102)-1597/2023 nömrəli qərarında məhkəmə iddiaçının "Bakı Təcrübə Eksperimental Zavodu"nda işlədiyi vaxt əmək kitabçasında qeyd edilən xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə ödənişsiz məzuniyyətdə olmasına münasibət bildirirərkən ödənişsiz məzuniyyətlə bağlı iddiaçının məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsində əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilməsinin nəzərdə tutulduğunu, 1999-2005-ci illərdə işlədiyi dövrdə qüvvədə olmuş Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinə görə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bildiyini, həmçinin həmin Məcəllənin 128- ci maddəsinə görə qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququnun olduğunu bildirmişdir. Həmçinin, sözügedən analoji qərardadda iddiaçının ödənişsiz məzuniyyətinin qısa müddətli olmadığı və ödənişsiz məzuniyyətin verilməsinə əsas olan halların mövcud olmadığı qeyd olunmuşdur. Sonuncu qərarda məhkəmə "Məcburi dövlet sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Qanuna da aydınlıq gətirərək bildirmişdir ki, adı çəkilən Qanunda ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsindən bəhs olunur. Bu işdə iddiaçının xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə faktiki olaraq "Bakı Təcrübə Eksperimental Zavodu"nda işləməsi, ona əmək haqqı hesablanması,əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulması, lakin ödənilməməsi, nəticədə borc yaranmasına dair hər hansı məlumat mövcud deyildir. Apelyasiya məhkəməsinin istinad etdiyi Qanunun 1-ci maddəsində sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsindən bəhs olunur. İddiaçı xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə "Bakı Təcrübə Eksperimental Zavodu"nda işləmədiyi halda uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclardan söhbət gedə bilməz. Bu səbəbdən hazırkı mübahisəyə "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Qanunun müddəaları tətbiq edilə bilməz. Həmin qərarın 44-cü və 45-ci bəndlərində məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, həm "Vətəndaşların pensiya təminatı haqqında" Qanunda, həm də "Əmək pensiyaları haqqında" Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır. Həmçinin Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Bundan başqa onu da qeyd edirlər ki, iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-A-207522/2024 nömrəli məktubla imtina edilmişdir.
7. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür.
8. İş materiallarına iddiaçının adına xx.xx.1984-cü il tarixdə açılmış ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçası əlavə edilmişdir.
9. Ləğvetmə prosesində olan "xxxx" ASC tərəfindən verilmiş 11 mart 2020-ci il tarixli arayışa əsasən 1963-cü ildə anadan olmuş İddiaçı ondan ötrü ki, O həqiqətən xx.xx.1984cü il tarixindən "Azərlektroişıq" X3 lampaların yığım sexinə operator (sazlayıcı) vəzifəsinə işə qəbul olaraq əmək fəaliyyətinə başlamışdır. xx.xx.2007-ci il tarixində (Əmr № 46a, xx.xx.2007-ci il) Azərbaycan Respublikasının Ə.M-nin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Eyni zamanda bildirirlər ki, onun işlədiyi sexdə ətraf mühitə civə buxarının buraxıla bilən normadan yüksək olduğundan həmin sex zərərli iş sahəsi hesab olunurdu. Bu səbəbdən, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1-ci siyahının 1130000a-17531 (civə tətbiq etməklə cihaz və məmulatlar hazırlanan iş sahələrində məşğul olan fəhlələr) maddəsinə əsasən güzəştli pensiya hüququna malikdir.
10. Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 11 oktyabr 2024-cü il tarixli, 3-48- 33RA/2-A-42/2024 nömrəli arayışa əsasən İddiaçı, xx.xx.1978-ci il tarixli 81-49 saylı əmrlə, sabiq Telman adına tərəvəzçilik-südçülük sovxozunun 4 saylı tərəvəzçilik briqadasına mövsümü olaraq fəhlə qəbul edilmiş, xx.xx.1978-ci il tarixli 155/2-58 saylı əmrlə, mövsümü işlərin qurtarması ilə əlaqədar, işdən azad edilmişdir. xx.xx.1979-cu il tarixli 86-21 saylı əmrlə sovxozun 3 saylı tərəvəzçilik briqadasına, mövsümü olaraq fəhlə qəbul edilmiş, xx.xx.1979-cu il tarixli 180-37 saylı əmrlə, mövsümü işlərin qurtarması ilə əlaqədar, işdən azad edilmişdir. xx.xx.1980-ci il tarixli 83-8 saylı əmrlə sovxozun 4 saylı tərəvəzçilik briqadasına, mövsümü olaraq fəhlə qəbul edilmiş, xx.xx.1980-ci il tarixli 171-46 saylı əmrlə, mövsümü işlərin qurtarması ilə əlaqədar, işdən azad edilmişdir. İşlədiyi müddətdə, əlavə edilmiş cədvəldəki kimi əmək haqqları almışdır.
11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 9 yanvar 2025-ci il tarixli 3-48-2F/2-14/2025 nömrəli arxiv arayışına əsasən Dövlət Arxivinin Bakı filialında saxlanılan "xxxx"ASC-nin natamam arxiv sənədlərinin əmək haqqı cədvəllərində vət. İddiaçı 1984,1985,1986, 1987, 1988-ci illərə dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə qismən məlumatlar mövcuddur. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim olunur: 1984, 1985, 1986, 1987, 1988 - Yanvar ----- 218-84, 244-32, 196-60, 250-28; Fevral - 51-49, 182-25, 236-20, 226-72 289-30; Mart - 135-90, 234-39, 267-11, 336-53, 427-27, Aprel - 202-28, 222-89, 281-16, 223-94, 414-76; May - 197-20, 214-36, 220-79, 314-47, 427-49; İyun - 170-96, 253-71, 100-69, 83-68, 115-97; İyul - 181-37, 280-40, 288- 08, 213-11, 427-00; Avqust - 153-51, 219-45, 125-24, 318-34, 146-55; Sentyabr - 158-09, 216-98, 449-95, 80-96, 290-76; Oktyabr - 223-66, 392-34, 166, 335-41, 386-93 Noyabr - 234-43, 247-15, 257-73, 225-87, 139-51; Dekabr - 202-99, 197-09, 87-77, 247-99, 310-44. Dövlət Arxivinin Bakı Filialında saxlanılan "xxxx"ASC-nin natamam arxiv sənədlərinin 1989-cu ilə dair əmək haqqı cədvəllərində vət. İddiaçı barəsində heç bir məlumat yoxdur. "xxxx"ASC-nin əmr kitabları və 1995-2007-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
12. Cavabdeh inzibati orqanın və iddiaçının işlədiyi müəssisə olan "xxxx"ASC-nin nümayəndəsinin iştirakı ilə xx.xx.2020-ci il tarixli akta əsasən xx.xx.1997-ci l tarixdən iddiaçının işlədiyi sex öz fəaliyyətini dayandırdığı üçün o, xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək öz hesabına haqqı ödənilməyən məzuniyyətdə olmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
19. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ...
20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşüb): Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə; ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət. İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”—”z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13-cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 71. Pensiyaların əmək haqqına görə hesablanması Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır: işə qəbul olunduğu və işdən azad edildiyi natamam aylar; növbəti məzuniyyətlərə, o cümlədən tam olmayan, eləcə də ödənişsiz məzuniyyətlərə təsadüf edən aylar; əlil olduğu müddət və ya sağlamlığına zərər dəyməsi ilə əlaqədar zərərin ödənilməsi müddəti; uşağa qulluq üçün məzuniyyətdə olma müddəti; İ qrup əlilə, 16 yaşına qədər əlil uşağa və 70 yaşına çatmış qocalara qulluq müddəti; ali, orta ixtisas, texniki peşə məktəblərində, kadrlar hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kursların-da, aspiranturada, doktoranturada, klinik ordinaturada əyani təhsil müddəti; müddətli hərbi və ya alternativ xidmət müddəti; əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət alma müddəti; işsizlik müavinəti alma müddəti və ya işsizin yenidən peşə hazırlığı və təhsil müddəti. Bu halda pensiyaçının arzusu ilə çıxılmış aylar göstərilmiş 24 və 60 aylıq müddətdən əvvəlki və ya sonra gələn aylarla əvəz edilir. Pensiyaların məbləğləri və onlara əlavə hesablanarkən onların qəpik hissəsi manata qədər yuvarlaqlaşdırılır.
22. Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi (10 dekabr 1971 Maddə 74. Əmək haqqı saxlanılmadan məzuniyyət Ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və ya qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, bu məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində fəhlə və ya qulluqçu istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər (4, 6).
23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (1 sentyabr 2000-ci il) Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: ... x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək; ... Maddə 54. Əmək şəraitinin təmin edilməsi
1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: ... bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; ... Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar
1. İşəgötürən tərəfindən: ... məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 111. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları
1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.
2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər. Maddə 112. Məzuniyyətin növləri
1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: ... ç) ödənişsiz məzuniyyət. Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri
1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.
2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. 24 fevral 2009-cu il tarixli 771-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 129-cu maddənin 2-ci hissəsində “müddəti” sözündən sonra "xxxx" sözləri əlavə edilmişdir Maddə 146. Müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi
1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.
2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Maddə 169. Boşdayanma vaxtı əməyin ödənilməsi
1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
2. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir.
25. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Maddə 4. Bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Maddə 5. Bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir.
26. İddiaçı hazırda ona 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu bildirib, bununla bağlı ilk öncə cavabdehə sonra isə məhkəməyə müraciət etmişdir.
27. Mübahisə ilə bağlı cavabdehin etirazının dəlillərinə görə iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş və xx.xx.2015-ci il tarixdə 52 yaşı tamam olmuşdur. Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 47-ci maddəsinə əsasən bu Qanun xx.xx.2006-cı il tarixdən qüvvəyə minmişdir. Deməli, "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müddəaları əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iddiaçı xx.xx.2006-cı il tarixədək həmin qanunla tələb olunan ümumi və güzəştli sığorta stajını qazanmış olmalıdır. İddiaçı Mərkəzi Filiala müraciət edərkən "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli LP-01-0424 nömrəli arayışını təqdim edərək xx.xx.1984-cü il tarixdən xx.xx.2007-ci il tarixədək lüminisent lampalarının yığım sexində operator (sazlayıcı) vəzifəsində işlədiyini iddia edir. Mərkəzi Filialın mütəxəssisləri tərəfindən arayışda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı 1989-cu ilin əməkhaqqı cədvəllərində iddiaçının adına rast gəlinmədiyi, 1990-cı ilin fevral, 1991-ci ilin sentyabr, 1994-cü ilin dekabr ayları üzrə əməkhaqqı ödənilmədiyi, 1994-cü il tarixdən sonrakı dövrlər aid əməkhaqqı cədvəllərinin Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi müəyyən edilmişdir. Qeyd olunan fakt Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli aktı ilə təsdiq edilmişdir. Eyni zamanda çoxsaylı yoxlamalar zamanı həmin müəssisənin işçilərinin zərərli iş şəraitində işləməsini təsdiq edən hər hansı sənədin mövcud olmadığı, həmçinin xx.xx.1995-ci il tarixdən etibarən iddiaçının işlədiyi sexlərin fəaliyyətinin dayandırıldığı aşkar edilmişdir. Göstərilən səbəblərdən iddiaçının ümumi stajı 25 ildən az (20 il 10 ay 17 gün (xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1990- cı il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrlər və 2006-2024-cü illər üzrə 8 il 4 ay nəzərə alınmaqla) təşkil edir. Əlavə olaraq İddiaçı güzəştli stajı mövcud deyil. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.
28. Göründüyü kimi, iddiaçının hazırki tələbi xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 20 ildən çox, güzəştli iş stajının isə 10 ildən çox olmasına istinad edilməklə ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Məhkəmə ilk öncə bununla bağlı iddiaçının nəzərinə çatdırır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşüb) 13-cü maddəsinin yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilərin 50 yaşından pensiya hüququ xx.xx.1997-ci il tarixədək ümumi və güzəştli iş stajı toplanıldıqda mövcud olmuş, həmin tarixdən qanuna edilən dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Bununla da, xx.xx.2000-ci il tarixdən sonra həmin maddənin sözügedən bəndi üzrə kişilərin pensiya hüququnun yaranması 52 yaşdan müəyyən edilmişdir. Belə olan təqdirdə iddiaçının xx.xx.1997-ci il tarixədək 20 il ümumi iş stajının olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hissəsində əsassızdır.
29. İddiaçının topladığı ümumi və xüsusi iş stajına gəldikdə isə məhkməmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən əmək stajı dövrləri ümumilikdə 20 il 10 ay 17 gün (xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixden xx.xx.1983-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1990- cı il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrlər və 2006-2024-cü illər üzrə 8 il 4 ay nəzərə alınmaqla) olmaqla sözügedən əmək stajı müddəti 2024-cü il tarixədəkdir.
30. Məhkəmə cavabdehin ümumi əmək stajı ilə bağlı mövqeyi ilə razılaşaraq qeyd edir ki, həqiqətən iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur və onun 1997-1999-cu illərdə ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsində əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilməsi nəzərdə tutulmuşdur.
31. 1999-2007-ci illərdə işlədiyi dövrdə qüvvədə olmuş Əmək Məcəlləsinin 129- cu maddəsinin 2-ci bəndinə görə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
32. Həmçinin həmin Məcəllənin 128-ci maddəsinə görə qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
33. İşin hallarından görünür ki, iddiaçının ödənişsiz məzuniyyəti qısa müddətli olmamış və ödənişsiz məzuniyyətin verilməsinə əsas olan hallar mövcud olmamışdır. Eləcə də, iddiaçının ödənişsiz məzuniyyətdə, boşdayanma halının olması işəgötürənin təqsiri üzündən baş verməsi, habelə boşdayanmanın başlanması haqqında iddiaçının işəgötürənə məlumat verməsi, işəgötürən tərəfindən iddiaçıya ödəniş edilməsi iş materialları ilə sübut edilmir.
34. Bəhs olunanlara əsasən işin hazırkı vəziyyətində iddiaçının xx.xx.1997xx.xx.2007-ci illərdə (6 ay istisna olmaqla) ödənişsiz məzuniyyətdə olması dövrünün onun ümumi sığorta stajına daxil edilməsi yolverilməzdir.
35. Beləliklə, iddiaçıya istər 50 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi üçün (xx.xx.1997-ci il tarixədək 20 il ümumi, 10 il xüsusi), istər 52 yaşdan (20 il ümumi, 10 il xüsusi (1989, 1995-1997-ci illər nəzərə alınsa belə) istərsə də, 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün (25 il ümumi, 12 il 6 ay xüsusi) ümumi iş stajı olmadığından iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.
36. Oxşar hüquqi mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)- 1597/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında ifadə olunmuşdur.
37. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
38. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
39. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
40. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
41. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
43. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
46. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva