Məhkəmə qərarları › İş №2-1(112)-3263/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3263/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3263/2024 07.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən yaşayış binasının sökülməsinə görə ədalətli kompensasiya ödənilməsi barədə inzibati akt qəbul edilməsinin cavabdeh Bakı şəhəri Cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bakı şəhəri Nərimanov rayonunun sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Bakı şəhəri Cavabdeh başçısının 2018-ci il 21 avqust tarixli 327 nömrəli sərəncamının icrası məqsədilə, "xxxx" MTK Cavablandırılan, şəxsə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimova küç., ev. 12/18, köhnə evin sökülərək çoxmərtəbəli binanın tikilməsi, onun layihələndirilməsi və tikintisi, kompensasiyanın ödənilməsi məqsədilə ev sakinləri köçürülmüş, onlara müvəqqəti yaşamaq üçün icarə haqqı ödənilməmişdir. Lakin "xxxx" MTK rəhbərliyi ədalətli kompensasiya vermək istəməyərək, faktiki olaraq onları aldatmışlar. Sonuncu, "xxxx" MTK rəhbərliyinin əmisi X7 ədalətli kompensasiya veriləcəyini vəd etməsi ilə ifadə olunur. Bununla bağlı xx.xx.2018-ci il tarixdə onunla 58-12K/18 saylı müqavilə bağlanıb ki, ona əsasən "xxxx" MTK onun mənzilini söküb, əvəzinə 16-cı mərtəbənin birinci girişində sahəsi 28 kv.m. olan bir otaqlı mənzili sökür, ümumi sahəyə 20% əlavə etməklə, ona ümumi sahəsi 35 kv.m olan 1 (bir) otaqlı mənzil verəcək. Lakin mənzil almaq vaxtı çatanda başqa şəxsə verilib. Daha sonra, 08 may 2023-cü il tarixdə MTK rəhbərliyi X2 notarial qaydada təsdiq edilmiş ərizəsini götürüb, ona əsasən, onunla Cavid-2016 MTK arasında 02 aprel 2018-ci il tarixli 58- 12KM8 saylı müqavilə bağlanıb, xitam verilməlidir və eyni müqavilə iddiaçı ilə - qardaşının qızı ilə bağlanmalıdır. 08 may 2023-cü il tarixli sözügedən müraciətdə X9 aşağıdakıları bildirir: İddiaçı ilə "xxxx" MTK (əvvəlki adı "xxxx" MMC) arasında 02 aprel 2018-ci il tarixdə 58-12KM8 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 28 kv\m olan mənzili "xxxx" MTK söküntü üçün ondan qəbul etmiş və əvəzində həmin ərazidə inşa edəcəyi 1-ci binanın, 1-ci giriş, 15-ci mərtəbəsində ümumi sahəsi 35 kv\m olan təmirli mənzili verməyi öhdəsinə götürmüşdür. Həmin mənzil əslində iddiaçıya məxsus olmamışdır. Mənzil X12 adlı şəxsin mülkiyyətində olmuş və həmin mənzili faktiki olaraq qardaşı X8 mülkiyyətinə vermişdir. Mənzili bağışlama yolu ilə qardaşı X8 adına rəsmiləşdirmək üçün mülkiyyətçi X12 Rusiya Federasiyasının Tver şəhərinin notariusu tərəfindən təsdiq edilmiş 28 iyun 2000-ci il tarixli reyetr nömrəsi 8868 olan etibarnamə göndərmiş və həmin etibarnamə ilə X13 adlı şəxsə həmin mənzili O.A.Rzayevə bağışlamaq üçün tələb olunan səlahiyyətlərini vermişdir. Lakin qardaşı səhlənkarlıq edərək həmin dövrdə mənzili öz adına rəsmiləşdirməmişdir. X11 19 iyul 2002-ci ildə vəfat etmişdir. Həmin mənzil qardaşının vəfatından sonra onun ailəsinə çatmalıdır. Ona görə də onunla "xxxx" MTK arasında bağlanmış 02 aprel 2018-ci il tarixdə 58-12KM8 saylı müqavilə ləğv olunmalı, qardaşının qızı X10 ilə həmin mənzilə dair eyni müqavilə bağlanmalıdır. O həmin mənzildən mənzilin əsil sahibi X3 (AAO193236) xeyrinə imtina etmişdir. İddiaçıyla "xxxx" MTK arasında bağlanmış 02 aprel 2018-ci il tarixli 58-12K\18 saylı müqavilənin ləğv edilməsini və qardaşının qızı İddiaçı ilə həmin mənzilə dair eyni müqavilə bağlanılması xahiş edilmişdir. Gələcəkdə həmin mənzilə dair məhkəmədə "xxxx" MTK-ya və İddiaçı ilə bağlanacaq müqaviləyə dair hər hansı şəxsə qarşı iddia qaldırmayacaq, digər orqanlarda həmin müqaviləni mübahisələndirməyəcəkdir. İddiaçı "xxxx" MTK (əvvəlki adı "xxxx" MMC) arasında bağlanmış 02 aprel 2018-ci il tarixli 58-12KM8 saylı müqaviləni naməlum səbəblərdən itirmişdir. “Gələcəkdə MTK Cavid-2016 MTK-nı məhkəməyə verməyəcək və bu razılaşmanı başqa orqanlarda mübahisələndirməyəcəkdir. MTK Cavid- 2016 (keçmiş MMC Cavid-2016) ilə onun arasında bağlanmış 02 aprel 2018-ci il tarixli 58-12KM8 saylı müqavilə yuxarıda göstərilən səbəblərdən etibarsız hesab edilmişdir.” İcra Hakimiyyəti birinci müqavilənin və ikinci müqavilənin mövcudluğundan xəbərdar idi və səssizcə onunla razılaşmışdır. Üstəlik, bu fakt videoya çəkilib. Lakin bu sənəd ortaya çıxandan sonra "xxxx" MTK işçiləri aldadıblar. Aldatma ondan ibarət idi ki, ona hansısa cinayət sxemi təklif etdilər, yəni iddiaçı yeni tikilmiş mənzillə təminat şəklində kompensasiya təklif etmədilər, sadəcə olaraq, bu mənzili tanımadığı şəxsə 47 min manata satmağı təklif etdilər. Bununla bağlı hətta müqavilə də tərtib olunub ki, həmin müqaviləyə əsasən mənzili X1 olmuşdur. Belə ki, "xxxx" MTK rəhbərliyi Bakı şəhəri Cavabdehin açıq-aşkar razılığı ilə iddiaçının mənzilini ucuz qiymətə ödəyərək mənimsəmək üçün açıq-aşkar qanunsuzluq edir. İddiaçı cavabdehə müraciəti ilə onları ifşa edəndə cavabdeh cavab vermişdir ki, bu mənzil onun adına qeydiyyata alınmayıb və ona görə də gələcək sövdələşmədə nalayiq tərəf olmuşdur. Belə çıxır ki, "xxxx" MTK yaşayış binalarının sökülməsinə görə verilən az miqdarda kompensasiya ilə kifayətləndikləri üçün İcra Hakimiyyətinin açıq razılığı ilə onları ya müqavilə bağlayaraq, ya da dəyişdirərək yarı yolda qarşılayıblar, əslində onlara bağışlanmışdır. İddiaçı onların saxtakarlığını ifşa edəndə isə mənzilin qeydiyyatda olmamasına istinad etməyə başladılar. Yəni əvvəllər inanırdılar ki, mülkiyyətçi mənzili etibarnamə ilə onlara verir, amma ifşa olunduqdan sonra birdən-birə mənzilin sahibi tərəfindən onlara verilməsi faktının tamamlandığına inanmırlar. Aldatma və saxtakarlıq faktı əsasında İcra Hakimiyyətinə müraciət etsə də, müraciəti əsassız olaraq təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir və etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhəri, Nərimanov rayonunun sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən, Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 327 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov, K.Rəhimov, Bakuvi və Qafur Rəşad küçələrinin kəsişməsində yerləşən ərazidəki qəzalı vəziyyətdə olan evlərin sökülərək onların yerində yeni yaşayış binalarının tikintisinə və sakinlərin həmin binalarda yeni mənzillərlə təmin olunmasına icazə verilmişdir. Bundan əvvəl isə Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 393 nömrəli Sərəncamı ilə göstərilən ərazidə, hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının layihələndirilməsi haqqında sərəncam verilmişdir. Sərəncamlar "xxxx" MTK tərəfindən qanunvericiliyin norma və tələblərinin qorunması ilə icra edilmişdir. Bütün sənədləşmələr tikinti norma və qaydalarının tələbləri çərçivəsində aparılmışdır. Cavabdeh tərəfindən 2.15 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixli, 20/17 №-li Ayrıc Aktı ilə "xxxx" MTK-ya ayrılmışdır. Tikintinin layihə sənədləri AR FHN Nazirliyinin Tikintidə Təhlükəsizliyə X4 müvafiq ekspertiza mərkəzində ekspertizadan müsbət rəy almaqla keçmişdir. Dövlət şəhərsalma və Arxitektura Komitəsi Tikintilərin Dövlət Reyestri Tikinti Obyektlərinə verilən koda dair "xxxx" MTK-ya şəhadətnamə verilmişdir. İş üzrə mübahisə tərəfləri arasında qarşılıqlı razılaşma əsasında müqavilə bağlanmışdır. Hazırda mübahisəli ərazidə tikinti işləri başa çatmışdır. xx.xx.2018-ci il tarixli, 58-12K/18 №-li müqavilə üzrə Nərimanov RİH müqavilə tərəfi deyildir, Nərimanov RİH-in hər hansı müqavilə öhdəliyi olmamış və yaranmamışdır. Qeyd edilənlərlə əlaqədar, iddia tələbinin Nərimanov RİH-ə münasibətdə mümkünsüz hesab edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf hazırkı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. İMP-nin istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Hazırkı işin hallarından müəyyən olunur ki, X5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 02 aprel 2018-ci il tarixdə bağlanmış 58-12K/18 nömrəli müqavilənin 1.1.1-ci maddəsinə görə "xxxx" MMC ünvan 3 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda mülkiyyətçiyə məxsus mənzilin söküntüsü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada «Mülkiyyətçi»-nin söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 2 (iki) otaqlı, 28 kv.m mənzilin dövlət reysterində çıxarışda göstərilmiş ( və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20% əlavə etməklə 1-ci girişində 16-ci mərtəbədə tam təmirli 1 (bir) otaqlı, ümumi sahəsi 35 m olan mənzili «Mülkiyyətçi»-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülkiyyətçi həmin mənzili qəbul etməyi öz öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddiaçı qismində çıxış edən İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış binasının sökülməsinə görə ədalətli kompensasiya ödənilməsini mübahisələndirsə də iddiaçı sözügedən yaşayış sahəsinin ona məxsusluğuna dair hüquqmüəyyənedici sənədi təqdim etməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə əsasən təsdiq edilmiş memarlıq layihələrini qeydiyyatdan keçirmək (bənd 4.11.11.1.); memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını memarlıqplanlaşdırma tapşırıqları verən orqanla razılaşdırmaqla təsdiq etmək (bənd 4.11.11.2); qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllinin bütün dəyişikliklərinə razılıq vermək və nəzarət etmək (bənd 4.11.11.3); tikinti üçün sənədlərin tərtibatı və ya memarlıq obyektinin inşası zamanı müəllifin razılığı ilə memarlıq layihəsinə edilən dəyişikliklər memarlıq-planlaşdırma tapşırığının tələblərindən və ilkin razılaşdırma layihəsindən kənara çıxdıqda, bu dəyişiklikləri təsdiq etmək (bənd 4.11.11.4) yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları (bundan sonra - Qaydalar) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndinə görə dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli səviyyədə yerli icra hakimiyyəti orqanları bu Qaydalara uyğun olaraq həyata keçirirlər. Qaydaların 4.2-ci bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. Sadalanan normalardan müəyyən olunur ki, cavabdeh yerli icra hakimiyyəti orqanının memarlıq və şəhərsalma sahəsində nəzarəti ümumi tənzimləməni nəzərdə tutur və əsasən ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən ibarətdir. Yerli icra hakimiyyətinin bu sahədə fəaliyyəti ilə bağlı mübahisə inzibati məhkəmə icraatında o halda baxıla bilər ki, həmin orqan tikinti layihələndirmə iştirakçılarına münasibətdə hər hansı qanunsuz inzibati akt qəbul etmiş və ya faktiki xarakterli hərəkətə yol vermiş olsun. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhəri, Nərimanov rayonunun sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən, Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 327 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov, K.Rəhimov, Bakuvi və Qafur Rəşad küçələrinin kəsişməsində yerləşən ərazidəki qəzalı vəziyyətdə olan evlərin sökülərək onların yerində yeni yaşayış binalarının tikintisinə və sakinlərin həmin binalarda yeni mənzillərlə təmin olunmasına icazə verilmişdir. Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 393 nömrəli sərəncamı ilə göstərilən ərazidə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının layihələndirilməsi haqqında sərəncam verilmişdir. Cavabdehin adıçəkilən sərəncamı icra hakimiyyətinin layihələndirmə ilə bağlı nəzarətinə əsasən ərazinin və obyektin tikintisi üçün eskiz layihəsinin memarlıqplanlaşdırma bölməsi ilə razılaşdırılması, razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsinin tikintiyə icazə verilməsi barədə sərəncamın və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması, sifarişçi ilə torpağın icarə müqaviləsinin bağlanması, tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı məsələləri əhatə edir. Hazırkı iş üzrə iddiaçı məhz "xxxx" MTK (əvvəlki adı "xxxx" MMC) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 58-12K/18 №-li müqavilə tələblərinin yerinə yetirilmədiyi və bu əsasdan mənzilə dair kompensasiya ödənilməsini tələb edir. Lakin işdən müəyyən olunur ki, tikinti-layihələndirmə, mənzilin əvəzinin ödənilməsi işlərinin “"xxxx" MTK tərəfindən bağlanmış müqavilənin tələblərinə uyğun icra edilibedilmədiyi mübahisəlidir və bu mübahisə tikinti şirkəti ilə mülki qaydada həll edilmədiyi halda hazırkı tələblə iddia qaldırıla bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Başqa sözlə, tikinti şirkətinin müqavilə şərtlərinə riayət edilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə iddia qaldırılmaqla mübahisənin həllinə nail olunması mümkündür. İddiaçının tələbinin əsaslandığı zərərin ödənilməsi ilə bağlı dəlilləri mülki iş üzrə cavabdeh “"xxxx" MTK-ya qarşı irəli sürülə və baxılıb qiymətləndirilə bilən məsələlərdir. Beləliklə, hazırkı iddiası ilə iddiaçı inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Buna görə də iddia tələbi mümkün iddia kimi qəbul edilə bilməz. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar