Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3266/2023 23.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “protokol və qərarın təqdim edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “protokol və qərarın təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmışdır. İş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iş üzrə icraata xitam verilməsi məsələsi müzakirə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi cavabdeh tərəfindən təmin olunduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçının iddia tələbi ** UO *** nömrəli avtomobilə dair tərtib olunmuş İXP4836854 saylı protokol və onun əsasında qəbul edilmiş qərarın surətinin iddiaçıya verilməsi barədə qərar qəbul edilməsidir. İş materiallarından görünür ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə xx.xx.2022-ci il tarixli 2-1(112)-13611/2022 nömrəli sorğu göndərilmiş, İXP4836854 saylı protokol və protokol əsasında qəbul edilmiş sənədərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022cü il tarixli məktubla İXP4836854 saylı protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2022-cü il tarixli qərar məhkəməyə təqdim edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdehin xx.xx.2022-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlərin surəti iddiaçıya təqdim edilmişdir. Göründüyü kimi iddiaçının iddia tələbində qeyd etdiyi protokol və qərarın surəti məhkəmə tərəfindən cavabdehdən alınaraq iddiaçıya təqdim edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, hazırki iş üzrə mübahisə qalmadığı iş materialları ilə müəyyən edillir və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və İPM-nin 67 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “protokol və qərarın təqdim edilməsi” tələbinə dair 2-1(112)-3266/2023 saylı işi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-3266/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3266/2023
23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver