Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3267/2022 31.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı dürüstləşmə adı ilə düzgün silinməmiş məbləğin artıq ödəmə kimi bərpa edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-dən “Vergi ödəyicilərinin 2017ci il 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 30.12.2016-cı il tarixli, 4747-VQ nömrəli Qanununa istinad edərək, “dürüstləşmə” adı ilə 6286352,51 manat məbləğində faiz məbləğinin silinməsinin qanunsuz hesab edilərək, həmin məbləğin cəmiyyətin şəxsi hesab vərəqəsində artıq ödəmə kimi bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İzibati Məhkəməsinin 2-1(118)-1259/2021 saylı, 13.09.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respubliaksı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vəsatəti təmin edilmiş, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respubliaksı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı İddiaçı MMC-dən “Vergi ödəyicilərinin 2017-ci il 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azəbraycan Respublikasının 30.12.2016-cı il arixli, 4747-VQ nömrəli Qanununa istinad edərək “dürüstləşmə” adı ilə 6286352.51 manat məbləğində faiz məbləğinin silinməsinin qanunsuz hesab edilərək həmin məbləğin cəmiyyətin şəxsi hesab vərəqəsində artıq ödəmə kimi bərpa edilməsi tələbinə dair iddiası üzrə 2-1(118)-1259/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən keçirilmiş kameral vergi yoxlanılmalarının nəticələri üzrə iddiaçıya 31.03.2015-ci il tarixli, **********189400, **********190800 saylı; 14.12.2015-ci il tarixli, **********841700, **********843100 saylı; 21.12.2015-ci il tarixli **********028700, **********25600, **********032200, **********037700, **********030800, **********031500, **********042900, **********45000, **********230200 saylı; 18.01.2016-cı il tarixli, **********159900, **********155100, **********160300 saylı; 11.02.2016-cı il tarixli, **********103100, **********104800, **********106200, **********105500, **********107900, **********108600; 12.02.2016-cı il tarixli, **********796700; 01.04.2016-cı il tarixli, **********326100, **********328500, **********340300, **********341000, **********343400; 09.06.2016-cı il tarixli, **********124000, **********179000, **********183500, **********185900, **********180400, **********127100, 18.08.2016-cı il tarixli, **********512600, **********511900, **********513300 nömrəli “Vergilərin hesablanması barədə” qərarlarla ümumilikdə 7804600,41 manat məbləğində vergi hesablanmışdır. Cəmiyyət qeyd olunan qərarlarla razı olmadığı üçün yuxarıda adları qeyd olunan qərarların ləğv edilməsi, həmin qərarlarla hesablanmış 1282842.89 manat vergilərin və həmin vergilərə görə hesablanmış faizlərin cəmiyyətin şəxsi hesab vərəqəsindən silinməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 17.10.2016-cı il tarixli, 2-1(85)-846/2016 saylı qərarı ilə Cəmiyyətin iddia ərizəsi təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 19.12.2017-ci il tarixli, 2-1(105)-52/2017 saylı qərarı ilə vergi orqanı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra, vergi orqanı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 14 mart 2018-ci il tarixli, 2-1(102)-791/2018 saylı qərarı ilə vergi orqanının kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, vergi orqanı tərəfindən Ali Məhkəməsinin qərarının icrasından sonra ləğv edilmiş “Vergilərin hesablanması barədə” Qərarlara uyğun olaraq müvafiq dövrlər üzrə azalmalar verilmiş və cəmiyyətin şəxsi hesab vərəqəsi üzrə göstərilər iddia ərizəsində göstərilmiş cədvəldəki şəkildə olmuşdur. Göründüyü kimi, 12-13 aprel 2018-ci il tarixlərdə Ali Məhkəmənin qərarının icrası nəticəsində vergi orqanının ləğv edilmiş qərarlarına uyğun olaraq müvafiq dövrlər üzrə azalmalar verildikdən sonra cəmiyyətdə əvvəlcədən heç bir məlumat vermədən və qanuni əsas olmadan Azərbaycan Respublikasının 30.12.2016-cı il tarixli, 474-VQ nömrəli Qanunu” – dürüstləşmə adı ilə 6286352.51 manat vəsait silmiş və cəmiyyətin şəxsi hesab vərəqəsi üzrə göstəricilər iddia ərizəsində göstərilən cədvəldəki kimi olmuşdur. Hesab edirlər ki, vergi orqanı tərəfindən “Azərbaycan Respublikasının 30.12.2016-cı il tarixli, 474-VQ nömrəli Qanunu (f) dürüstləşmə” adı ilə 6286352.51 manat vəsaitin silinmsəinə heç bir qanuni əsas olmamış və bu silinmə əsassız olduğundan həmin məbləğ cəmiyyətin şəxsi hesab vərəqəsində artıq ödəmə kimi bərpa edilməlidir. Belə ki, ilk öncə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarınn tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2016-cı il tarixli, 74-VQ nömrəli Qanuna nəzər salınsa, bu Qanunun pleambulasında Qanunun əsas məqsədi Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stiullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılmasından ibarət olduğu açıq aşkar göstərilmişdir. Həmin Qanununun 1-ci maddəsində qeyd edilmişdir ki, vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Hətta, Qanunun 3-cü maddəsində göstərilmişdir ki, bu Qanunun müddəaları vergi ödəyicilərinin bu Qanunun 1-ci və 2-ci maddələri müəyyən edilmiş borcların məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan ödənilməmiş hissələrinə də, şamil edilir. Göründüyü kimi, sözügedən Qanunla vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikası Vergi Məcələsi ilə müəyyən edilmiş müddətdə ödənilməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borclarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinməsi imperativ qaydada müəyyən edilmiş və həmin faiz borclarının silməməsi ilə bağlı heç bir istisna hal nəzərdə tutulmamışdır. Qeyd olunan Qanunun tələblərinə uyğun olaraq vergi orqanı əvvəlcə 14.01.2017-ci il tarixdə 1 yanvar 2017ci il tarixə cəmiyyətin şəxsi vərəqəsi üzrə mövcud olan 4801882.18 manat faiz borcunu silmiş və silinmə cəmiyyətin şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Göründüyü kimi, vergi orqanı ilk öncə qeyd olunan Qanunun müddəalarına riayət etsə də, daha sonra cəmiyyətin məhkəmə mübahisəsinin yekunu üzrə müvafiq azalmalarının verilməsi nəticəsində şəxsi hesab vərəqəsi üzrə artıq ödəmə yarandıqdan sonra sözügedən Qanunun tələblərini kobud surətlə pozaraq qeyd olunan Qanun üzrə silinmiş məbləği yenidən heç bir əsas olmadan geri qaytarmış və artıq ödəmə məbləğindən çıxmışdır ki, bu da ümumiyyətlə cəmiyyətdə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2016-cı il tarixli, 474-VQ nömrəli Qanunun tətbiq edilməsinə dəlalət edir. Başqa sözlə, qeyd olunan Qanun üzrə silinmiş faiz borcunu sonradan həmin Qanunun tətbiqindən imtina edərkən artıq ödəmənin silinmsəi məqsədi ilə əvvəl silinmiş məbləğ yenidən hesablama kimi geri qaytarmaq sözügedən Qanunun və ümumiyyətlə vergi qanunvericiliyinin kobud surətdə pozulması deməkdir. Digər tərəfdən, məlumdur ki, vergi qanunvericiliyinin tələblərinə görə vergilər ya vergi ödəyicisi tərəfində bəyan edilərək, yadaki, vergi orqanı tərəfindən kameral və ya səyyar vergi yoxlaması nəticəsində hesablanır. Hazırki, məsələdə isə qeyd oluann halalrın heç biri mövcud olmamış, vergi orqanı 6286352.51 manat artıq ödəmənin “Azərbaycan Respublikasının 30.12.2016-cı il tarixli, 474-VQ nömrəli Qanunun (f) dürüstləşmə” adı altında silinməsi ilə kifayətlənmiş, həmin “dürüstləşmə”nin nədən ibarət olduğunu açıqlamamış və bu barədə cəmiyyətə ümumiyyətlə hər hansı məlumat verməmişdir. Cəmiyyətin şəxsi hesab vərəqəsinə nəzər saldıqda məlum olur ki, vergi orqanı əvvəlcə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azəbraycan Respublikasının 30 dekabr 2016-cı il tarixli, 474-VQ nömrəli Qanunun tələblərinə əsasən 1 yanvar 2017-ci il tarixə mövcud olan 6286352.51 manat faiz borcu qeyri-şərtsiz silsə də, daha sonra məhkəmə mübahisənin yekunu üzrə cəmiyyətin kifayət qədər məbləğdə artıq ödəmə çıxdığını gördükdə məhz bu artıq ödəmənin silinməsi məqsədilə heç bir qanuni əsası olmayan “dürüstləşmə” əməliyyatı uydurmaqla əvvəlcə silinmiş məbləği yenidən bərpa etmək artıq ödəməni azaltmış və bununla da, sözügedən Qanunu cəmiyyətə ümumiyyətlə tətbiq etməmişdir. Digər tərəfdən bildirilmişdir ki, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0.1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 59.2-ci maddəsinə görə bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə və cari vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi, məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. Qanunvericiliyin müdədalarından göründüyü kimi, vaxtında ödənilməmiş vergilərə 0.1 faiz məbləğində faiz bütün ötmüş müddətə, lakin 1 ildən çox olmayan müddətə tətbiq edilir. Buradan belə qənaətə gəlmək olar ki, vergi orqanı tərəfindən kameral vergi yoxlamasının nəticəsi üzrə hesablanmış ********.89 manat vergilərə görə ən çox 4680337.65 manat (12822842,89 × 0.1% × 365 gün) faiz hesablan abilər ki, bu da 1 yanvar 2017-ci il tarixə mövcud olan 6286352,51 manat faiz borcunun təxminən yarısını təşkil edir. Yəni, qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən silinmiş daha sonra yenidən geri qaytarılmış 6286352,51 manat faiz məbləği təkcə vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı hesablanmış və məhkəmədə mübahisələndirilən ********.89 manat faiz borcu (4680337.65 manat) məbləğindən ibarət olmamış, əksinə cəmiyyətin cari bəyannamələri üzrə bəyan edilmiş (və ya vergi orqanı tərəfindən hesablanmış) vergilərin vaxtında tam olaraq büdcəyə ödənilmədiyi üçün həmin vergilərə hesablanmş faizlərdən də, ibarət olub ki, vergi orqanı da, qeyd olunan halları ümumiyyətlə nəzərə almamışdır. Başqa sözlə, vergi orqanı məhkəmədə münbahisələndirilən ********.89 manat vergilərə görə hesablanmış faizlərdən başqa digər bəyan edilən (və ya vergi orqanı tərəfindən hesablanmış) vergilərə görə hesbalanmış faiz borcunu da “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2016-cı il tarixli, 474-VQ nömrəli Qanununa əsasən 14.01.2017-ci il tarixdə düzgün olaraq silsə də, daha sonra səhvən “dürüsləşmə” adı ilə yenidən şəxsi hesab vərəqədə bərpa etmiş və bununla da, qeyd olunan Qanunu ümumiyyətlə düzgün tətbiq etməmişdir. Beləliklə, yuxarıda qeyd olunanları təhlil edərək hesab edirlər ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2016-cı il tarilxi, 474-VQ nömrəli Qanununa əsasən silinmiş faiz borcu daha məhkəmə mübahisəsinin yekunu üzrə cəmiyyətin şəxsi hesab vərəqəsində yaranmış artıq ödəməyə təsir göstərməməli və həmin artıq ödəmənin silinməsinə yönəldilməməlidir. İş üzrə hazırlıq iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər-hansı bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflərindən təqdim edilmiş yazılı vəsatəti müdafiə edərək, iddia tələbinin düzgün cavabdehə qarşı yönəlmədiyini bildirərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini izahatını, vəsatətin dəlillərini, iddia ərizəsi və iş materialları ilə birgə araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh tərəfindən 24.11.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə daxil olmuş vəsatətdə göstərilənlər nəzərə alınaraq, məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü və 48-ci maddələrinə müvafiq olaraq hüquqi yardım məktubu göndərilərək, qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilmişdir və sözügedən hüquqi yardım məktubu iddiaçı tərəfindən 17.03.2021-ci il tarixdə poçt qəbzinə imza edilməklə qəbul edilmişdir. Lakin, iddiaçı tərəfindən məhkəmənin hüquqi yardım məktubunda göstərilənlər nəzərə alınmayaraq, bu barədə hər-hansı bir ərizə təqdim edilməmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı şəxsi hesab vərəqəsində dürüstləşmə adı ilə düzgün silinməmiş məbləğin artıq ödəmə kimi bərpa edilməsi barədə öhdəliyin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmşdir. Məhkəmə tərəfindən işin hallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində uçotda olduğuna görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya münasibətdə hər-hansı qərarın qəbul edilməsi, şəxsi hesab vərəqəsinə müdaxilənin edilməsi mümkün deyil, eyni zamanda vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına (sənədlərinə) baxış hüquqları yoxdur (uçot barədə məlumat əlavə olunmuşdur). Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki iddia tələbi ona cavab verməli olan inzibati orqana qarşı yönəldilmədiyindən, Bu hal isə, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna etdiyindən, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı MMC-nin iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3267/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3267/2022
31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver