Məhkəmə qərarları › İş №2-1(112)-3268/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3268/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3268/2021 25.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxslər X4, X5, X2 cəlb olunmaqla) qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarıı tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X4, X5, X2 olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4, X5, X1 İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən mənzildən pasport qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən 16 iyun 2001-ci il tarixində verilmiş ÖM seriyalı 078662 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən İddiaçı mülkiyyətindədir. Maraqlı şəxslər X4, X5 və X2 2012-ci il tarixdə Bakı şəhərində qeydiyyat yerləri olmadığına görə bu ünvana qeydiyyata düşmüşdürlər. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 07 sentyabr 2020-ci il tarixli ******* nömrəli Arayışa əsasən İddiaçı və maraqlı şəxslər X4, X5 və X2 ünvan 5 ünvanında qeydiyyatdadır. Halhazırda maraqlı şəxslərin bu ünvanda formal qeydiyyatda qalmaları iddiaçının sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu səbəbdən Məhkəməyə pasport qeydiyyatından çıxarılması ilə müraciət etmişlər. Belə ki, iddiaçı əmlakı üzərində tam sərəncam verə bilmir, qeydiyyatda olan şəxsin razılığı tələb olunduğundan mənzili alqısatqı, bağışlama və sair qanuni yollarla özgəninkiləşdirə bilmir. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kooperativ Təsərrüfat İdarəsi 169№-li MTK-nin Arayışından da göründüyü kimi X4. X5 və X2 həmin mənzildə heç vaxt yaşamamışlar. Belə olan halda iddiaçı tərəfindən cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə ərizə ilə müraciət edilmiş və qeydiyyatda olan şəxslərin pasport qeydiyyatından çıxarılması barədə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Lakin, cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi xx.xx.2020-ci il tarixli cavab məktubunda "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun tələblərinə əsasən, vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız Məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılması barədə qətnaməsi əsasında həyata keçirildiyi qeyd edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, cavabdeh nümayəndəsini və üçüncü şəxs şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Lakin cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 078662 nömrəli qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 65 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 50 saylı reyestr kitabında 8019-cu səhifədə 30/12276 saylı nömrə ilə 16 iyun 2001-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X4, xx.xx.1939-cu il təvəllüdlü X2, xx.xx.1961-ci il təvəllüdlü X5 07 avqust 2005-ci il tarixdən İddiaçı məxsus ünvan 7 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kooperativ Təsərrüfat İdarəsi 169 №li MTK tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 05/10-020 saylı arayışdan görünür ki, X2 oğulları X4 və X5 ilə birlikdə 11 sentyabr 2012-ci il tarixdən qeyd olunan ünvanda qeydiyyatda olsalar da, lakin orada yaşamırlar. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 096-2868OH-1220 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşyış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndinə istinad olunaraq aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Beləliklə işin hallarından görünür ki, ünvan 6 ünvanında yerləşən 65 saylı mənzil Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 078662 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxslər X4, X5, X2 iddiaçı ilə heç bir qohumluq əlaqəsində deyillər, 2012-ci il tarixdə Bakı şəhərində qeydiyyat yerləri olmadığına görə qeyd edilən ünvana qeydiyyata düşmüşlər. Hazırki iddia tələbi üzrə iddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmalarını tələb edir ki, bu da həmin şəxslərin ona məxsus mənzildə yaşamaması, qeydiyyatlarının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X4, X5, X3 iddiaçıya məxsus ünvan 11 ünvanında yaşamadığı halda üçüncü şəxslərin həmin ünvanda formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxslərin ünvan 11 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Üçüncü şəxslər X4, X5, X1 İddiaçı məxsus Bakı şəhəri, ünvan 12 ünvanından pasport qeydiyyatından çıxarılmaları vəzifəsi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar