Məhkəmə qərarları › İş №2-1(112)-3268/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3268/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3268/2023 08.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: X9) qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən yaşayış binasının 96 saylı mənzilinin dövlət reyestrində X5 adına ilkin özəlləşdirilməsinin əsassız hesab edilməsi, etibarsızlığının tanınmasını və X5 adına aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, X9, ona və qızları X6 və X7 qarşı “mənzildən çıxarılma tələbi barədə” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər İddiaçı, X3 və X4 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən yaşayış binasının 96 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmalarını xahiş etmiş, 2(004)-58/2021 saylı 16 mart 2021-ci il tarixli qətnamə ilə iddia təmin edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdehlərin çıxarılması tələb olunan mənzil iddiaçının mülkiyyətindədir və cavabdehlərin mənzildən istifadəsi iddiaçının qanunla qorunan maraqlarına ziddir. Həmin 16 mart 2021-ci il tarixli qətnamə yuxarı instansiya məhkəmələrində mübahisələndirilsə də, birinci instansiya məhkəməsinin iş üzrə nəticəsi dəyişdirilmədən saxlanılmışdır. O, həmin məhkəmə mübahisələri zamanı daima mənzilin mülkiyyətçisi olmalı olduğunu iddia etsə də və bunu mənzilin dəyərinin vaxtı ilə onun pulları hesabına ödənildiyini bildirsə də, bunun təsdiqi olaraq əlində heç bir sübutu olmadığı üçün məhkəmələr onun bu iddiasını formal olaraq qəbul etmişdir. Lakin qısa müddət öncə evin boşaldılması məqsədi ilə yıryığış zamanı sözügedən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən yaşayış binasının 96 saylı mənzilinə dair İH-nin orderini tapmışdır. Həmin orderdə iki nəfərin - X5 və onun, İddiaçı adları yazılmışdır. Məhkəmə qətnamələrində sözügedən mənzilin ilkin özəlləşdirilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilmiş surətinə əsasən mənzilin X5 adına dövlət reyestrində özəlləşdirilməsinə əsas olmuş sənədlərin içərisində order olmamışdır, yəni mənzil özəlləşdirilərkən sənəd kimi protokoldan çıxarış və mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı kifayət etmişdir. Mənzilin dəyərini X1 təqdim etdiyindən (baxmayaraq ki həmin pulları o verib) mənzilə görə kooperativə borcun olmadığı barədə maliyyə arayış da onun adına yazılmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya yazılı etirazda iddia tələbinin mümkün sayılmaması barədə qəbul edilməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçı müvafiq tələblə bağlı xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddia tələbində qeyd olunan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 saylı evin 96 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, bununla bağlı İdarədə heç bir məlumat aşkar edilməmişdir. Bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli, **********46 saylı cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur(İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, hazırkı halda iddia iddianın mümkünlüyü şərtlərinə cavab vermir. Çünki işdən cavabdehin iddiaçının hüquqlarını pozmasına yönəlmiş hər hansı hərəkətə yol verməsi müəyyən edilmir. Belə ki, işdə olan Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 7-6182/17 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş 15 fevral 2006-cı il tarixli, 010415 nömrəli orderin surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 30 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncamı əsasında Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36 ünvanında yerləşən 6 otaqdan ibarət 96 saylı mənzil X8 ailə tərkibi 1 nəfər olmaqla (özü) yaşamaq üçün verilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 1 ünvanında yerləşən yaşayış binasının 96 saylı mənzilinin X5 adına dövlət reyestrində qeydiyyatının, özəlləşdirilməsinin qanunsuz olduğunu və bu qanunsuz qeydiyyatın ləğv edilməsini xahiş etmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müraciətinə baxılaraq xx.xx.2022ci il tarixli **********46 nömrəli məktubla bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hansı məlumat İdarədə aşkar olunmamışdır. Eyni zamanda məhkəmə sorğusuna cavab olaraq cavabdehin təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********27 nömrəli məktubda da ünvan 2 ünvanının dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilmədiyi bildirilmişdir. Göründüyü kimi, iddiaçı hazırkı halda Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən yaşayış binasının 96 saylı mənzilinin X5 adına aparılmış qeydiyyatının ləğv edilməsini xahiş etsə də, işin məhkəmə araşdırması ilə müəyyən olunur ki, həmin əmlakla bağlı üçüncü şəxsin adına heç bir qeydiyyat aparılmamışdır. Belə olan halda aydın olur ki, iddiaçının tələbinin faktiki əsası, onun məhkəməyə müraciət etməsi üçün hüquqlarının pozulması halı mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 4alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar