Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3268/2024 06.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpaq sahəsinin istifadəyə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün ona torpaq sahəsinin ayrılması və yaxud ayrılmış torpaq sahəsinə sənəd verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı-Məhəmmədli yolunun sol kənarında yerləşən torpaq sahəsinin ona istifadəsinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ailə üzvlərilə birlikdə məlum hadisələrlə bağlı Ağdam rayonundan məcburi köçkün düşmüş və məcburi köçkün kimi ünvan 1 ünvanda məskunlaşmışdır. Onun üç övladı var, ailəlidirlər və azyaşlı uşaqları vardır, ailəsinin yaşayış səviyyəsi çox aşağıdır. Yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün torpaq sahəsi ayrılması lazımdır. Həmin torpağı əkib-becərib ərzaq bolluğu yaradaraq ailə vəziyyətini yaxşılaşdırmaq olar. O, uzun müddət təhsil sistemində çalışmış, 50 illik iş stajı var. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmiş, Qarabağ müharibəsi və əmək veteranıdır. Həmçinin müharibədə şəhid, əlil olmuş, “Milli Qəhrəman” adı almış qohumları vardır. İddiaçının hal-hazırda yaşadığı ərazidə istifadəsiz torpaq sahələri mövcuddur, həmin torpaq sahələrindən onun ailəsinə ayrılması mümkündür və belə olan təqdirdə ayrılmış sahədə torpağı əkib-becərərək həyat şəraitini yaxşılaşdırmaq mümkündür. Məcburi köçkün olmasına baxmayaraq, o da Azərbaycan Respublikasının vətəndaşıdır, vətəndaşlar üçün Konstitusiyada təsbit edilmiş hüquqlardan istifadə etmək və yararlanmaq arzusundadır. Bakı şəhəri, Pirşağı qəsəbəsi, Pirşağı-Məmmədli avtomobil yolunun sol kənarında yerləşən 0.05 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçıya ayrılması üçün Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində ilkin sənədlər hazırlanmış və rəy bildirilməsi üçün Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin 30 avqust 2018-ci il tarixli H-15/108- 038/33 nömrəli məktubu ilə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə göndərilmişdir. X4 Rayon İcra Hakimiyyətinə bildirilmişdir ki, qeyd olunan torpaq sahəsinin ayrılması üçün sifarişçinin vəsaiti hesabına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən yerquruluşu qaydasında həmin torpaq sahəsinin hüdudları yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Həmin işlər başa çatdıqdan və müvafiq sənədlər təqdim edildikdən sonra qeyd edilən məsələyə münasibət bildiriləcəkdir. Deməli, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən də İddiaçı torpaq ayrılmasına imtina olunmamışdır. Lakin bütün bunlara baxmayaraq Sabunçu Rayon İcra Hakimiyyəti öhdəsinə düşən vəzifələri yerinə yetirməmişdir. Sabunçu rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri tərəfindən iddiaçının adına Pirşağı qəsəbəsi, Pirşağı-Məmmədli yolunun sol kənarında ona verilməsi təklif olunan torpaq sahəsinin cizgisi tərtib edilmişdir. Həmçinin ona Sabunçu Rayon İcra Hakimiyyəti başçısının İ müavini tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş cavabda Pirşağı qəsəbəsində yaşadığı evin yaxınlığında torpaq sahəsi ayrılması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə müraciət edilməsi göstərilmişdir. Lakin indiyədək Sabunçu Rayon İcra Hakimiyyətindən torpağın tam olaraq mənə verilməsi və rəsmiləşdirilməsi üçün hər hansı bir nəticə edə bilmədiyindən, bu inzibati orqanın fəaliyyətsizliyindən narazıdır və Bakı Şəhər İcra Hakimiyyətini cavabdeh orqan kimi məhkəməyə cəlb etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddiaçı düzgün cavabdehə qarşı iddia qaldırmamışdır. Çünki iddiaçının iddia tələbi hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə daxil deyil. Belə ki, iddiaçı hazırda faktiki sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı-Məhəmmədli yolunun sol kənarında yerləşən torpaq sahəsinin onun istifadəsinə verilməsini xahiş edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı madəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 291 saylı Fərmanının 1-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı maddəsinin beşinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə dövlət ehtiyaclarının təmin edilməsi məqsədilə geri alınması səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqların (sənaye və yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə verilməsi barəsində – Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi. İstida olunan normadan görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti yalnız o torpaq sahəsini istifadəyə və ya icarəyə verə bilər ki, həmin torpaq sahəsi:
1. dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqdır;
2. özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqdır;
3. və ya hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqdır. Hazırkı iş üzrə mübahisəli torpaq sahəsi yuxarıda qeyd olunan torpaq sahələrindən heç birinə aid olmadığından məhkəmə belə qənaətə gəlir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin həmin torpaq sahəsini iddiaçının istifadəsinə verməsi ilə bağlı səlahiyyəti mövcud deyil. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələblərə cavab vermədiyindən məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 3 Salahova