Məhkəmə qərarları › İş №2-1(112)-3269/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3269/2022

24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3269/2022 24.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vəsaitin iddiaçının şəxsi hesab vərəqəsinə qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikası Ali Məhkəməinin qərarını icra etməyib iddiaçının ƏDV sub-uçot hesabını qanunsuz blokda saxladığına görə müqavilə öhdəliyini icra etmək məcburiyyətində qalan iddiaçının xx.xx.2016-cı ildən xx.xx.2018-ci ilədək nağd şəkildə "xxxx" QSC-nin ƏDV sub-uçot hesabına ödədiyi 4.278.650.95 AZN əsas və 1.561.689.3 AZN vergi faizi olmaqla, 5.849.291 AZN məbləğdə vəsaitin iddiaçının şəxsi hesab vərəqəsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1315/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş xx.xx.2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli sərəncam verilmiş, sərəncam İddiaçı iddia ərizəsində qeyd etdiyi ünvanlara göndərilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçının məlum olan mobil nömrəsinə elektron məhkəmə informasiya sistemi vasitəsilə SMS bildiriş göndərilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli sərəncamı ilə birlikdə göndərdiyi prosessual hüquq və vəzifələrin izahı barədə bildirişdə İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinin tələblərinə dair qeydlər göstərilmişdir. xx.xx.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı iştirak etməmiş və iştirak etməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həmin tarixli məhkəmə iclası iddiaçının iştirakının təmin edilməsi üçün xx.xx.2022-ci il tarixə təxirə salınmışdır. xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya xx.xx.2021-ci il tarixli məhkəmə bildirişi və iddiaçının məlum olan mobil nömrəsinə elektron məhkəmə informasiya sistemi vasitəsilə SMS bildiriş göndərilmişdir. Məhkəmə bildirişində inzibati məhkəmə icraatında prosessual hüquq və vəzifələr sadalanmış, eyni zamanda İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinin tələblərinə dair qeydlər göstərilmişdir. xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı iştirak etməmiş və iştirak etməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həmin tarixli məhkəmə iclası iddiaçının iştirakının təmin edilməsi üçün xx.xx.2022-ci il tarixə təxirə salınmışdır. xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya xx.xx.2022-ci il tarixli məhkəmə bildirişi göndərilmişdir. Həmin məhkəmə bildirişində İnzibati Prosessual Məcəllənin 55.3 və 55.5-ci maddələrinin tələbləri izah edilmiş və eyni zamanda həmin normaların tələbindən çıxış edərək iddiaçıya xəbərdarlıq edilmişdir ki, xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş hazırkı iddia üzrə iddiaçının məhkəmə icraatının davam etdirilməsinə hüquqi marağını ifadə edən müvafiq hərəkətlərin edilməsi, o cümlədən iddianı müdafiə etmək, bununla bağlı məhkəmə iclaslarında iştirak edərək müvafiq izahatlar vermək, sübutlar təqdim etmək zəruridir. İddiaçının qeyd edilən zəruri hərəkətləri etmədiyi, ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığı təqdirdə iddianın məhkəmə tərəfindən geri götürülmüş sayılmaqla iş üzrə icraata xitam veriləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı iştirak etməmiş və iştirak etməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həmin tarixli məhkəmə iclası iddiaçının iştirakının təmin edilməsi üçün xx.xx.2022-ci il tarixə təxirə salınmışdır. xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya xx.xx.2022-ci il tarixli məhkəmə bildirişi göndərilmişdir. Həmin məhkəmə bildirişində İnzibati Prosessual Məcəllənin 55.3 və 55.5-ci maddələrinin tələbləri izah edilmiş və eyni zamanda həmin normaların tələbindən çıxış edərək iddiaçıya xəbərdarlıq edilmişdir ki, xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş hazırkı iddia üzrə iddiaçının məhkəmə icraatının davam etdirilməsinə hüquqi marağını ifadə edən müvafiq hərəkətlərin edilməsi, o cümlədən iddianı müdafiə etmək, bununla bağlı məhkəmə iclaslarında iştirak edərək müvafiq izahatlar vermək, sübutlar təqdim etmək zəruridir. İddiaçının qeyd edilən zəruri hərəkətləri etmədiyi, ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığı təqdirdə iddianın məhkəmə tərəfindən geri götürülmüş sayılmaqla iş üzrə icraata xitam veriləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı iştirak etməmiş və iştirak etməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həmin tarixli məhkəmə iclası iddiaçının iştirakının təmin edilməsi üçün xx.xx.2022-ci il tarixə təxirə salınmışdır xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya xx.xx.2022-ci il tarixli məhkəmə bildirişi göndərilmişdir. Həmin məhkəmə bildirişində İnzibati Prosessual Məcəllənin 55.3 və 55.5-ci maddələrinin tələbləri izah edilmiş və eyni zamanda iddiaçının məhkəmə icraatının davam etdirilməsinə hüquqi marağını ifadə edən zəruri hərəkətləri etmədiyi, ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığı təqdirdə iddianın məhkəmə tərəfindən geri götürülmüş sayılmaqla iş üzrə icraata xitam veriləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixli hazırkı məhkəmə iclasında iddiaçı iştirak etməmiş və iştirak etməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi hazırkı iddia tələbinin geri götürülmüş sayılmaqla iş üzrə icraata xitam verilməsinə etiraz etmədi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iddia geri götürülmüş sayılmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 55.5-ci maddəsinin müddəalarına görə, məhkəmə icraata xitam verilməsi haqqında qərardadın qəbul edilməsindən öncə iddianın geri götürülmüş sayılması barədə qənaətə gəlməlidir. Bu İPM-in 55.3-cü maddəsinin məzmununa görə qərardadla rəsmiləşdirilməlidir. Hüquqi texnika baxımından, habelə İPM-in 55.5-ci maddəsinin ikinci cümləsinə görə, bu, məzmunca və prosessual baxımdan fərqli, lakin bir-biri ilə bağlı iki qərardad bir sənədlə ifadə oluna bilər. Lakin vahid qərardadın nəticəvi hissəsində hər ikisi və onlardan irəli gələn hüquqi nəticələr ayrı-ayrı bəndlərdə əks olunmalıdır. Belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: -məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); -tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; -tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); -tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Yuxarıda göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər”. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi xx.xx.2021-ci il tarixdən inzibati iş məhkəməyə daxil olmuş, məhkəmə iddia ilə bağlı məhkəmə icraatına başlayaraq məhkəmə iclasları təyin etmiş, məhkəmə bildirişləri vasitəsilə iddiaçını məhkəmə iclaslarına dəvət etmiş, məhkəmə bildirişlərində iddiaçının inzibati məhkəmə icraatındakı hüquq və vəzifələri, eləcə də İnzibati Prosessual Məcəllənin 55-ci maddəsinin tələblərini bildirmiş, bildirişlərdə geniş şəkildə iddiaçının məhkəmə icraatının davam etdirilməsinə hüquqi marağını ifadə edən müvafiq hərəkətlərin edilməsi, o cümlədən iddianı müdafiə etmək, bununla bağlı məhkəmə iclaslarında iştirak edərək müvafiq izahatlar vermək, sübutlar təqdim etməyin zəruri olması ilə bağlı mütləq tələb irəli sürmüş, iddiaçının qeyd edilən zəruri hərəkətlərin etmədiyi, ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığı təqdirdə iddia məhkəmə tərəfindən geri götürülmüş sayılmaqla iş üzrə icraata xitam veriləcəyi barədə xəbərdarlıq etmişdir. Lakin iddiaçı qeyd edilən xəbərdarlıqlara baxmayaraq zəruri hüquqi hərəkətləri etməmiş, bilavasitə məhkəmə icraatından yayınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının məhkəmə icraatının davam etdirilməsinə hüquqi marağının müəyyən olunmadığını nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia geri götürülmüş sayılmalı, iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia geri götürülmüş hesab edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vəsaitin iddiaçının şəxsi hesab vərəqəsinə qaytarılması” tələbinə dair 2-1(112)-3269/2022 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar