Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-327/2023 10.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:
1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********145001 nömrəli və Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli **********681700 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, iddia tələbinin Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********145001 nömrəli Qərarının əlavə dəyər vergisi üzrə əlavə hesablanmış 353397,45 manat və həmin məbləğə tətbiq edilmiş 176698,72 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi qəbul edilmişdir.
3. İddia tələbi bununla əsaslandırılmışdır ki, aktın 17-ci səhifəsində də qeyd edildiyi kimi Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən malların Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən alınması, təqdim edilməsi və təsərrüfatdaxili yerdəyişməsinə nəzarət edilməsi məqsədilə Cəmiyyətdə xx.xx.2020-ci il tarixli, **********7748 nömrəli qərarla operativ vergi nəzarəti tədbirləri keçirilmiş və xx.xx.2020-ci il tarixdə yoxlamanın yekunları barədə müvafiq olaraq akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda qeyd olunan mallar yoxlama dövrünün (yoxlanılan dövr xx.xx.2017xx.xx.2020) sonuna mal qalığı olaraq nəzərə alınmış, yoxlama dövründə alınan, lakin qalıqda olmayan mallar satış kimi qiymətləndirilmiş və nəticədə 1559030,17 manat ƏDVyə cəlb edilən dövriyyə aşkar edilərək 280625,43 manat ƏDV hesablanmışdır. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" Qərarda da qeyd edildiyi kimi Operativ vergi nəzarəti “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfat daxili yerdəyişmə qaimə fakturası tərtib edilməsinə nəzarət edilməsi” məqsədilə siyahı tərtib etmişdir. Həmin siyahıda isə yalnız sənədi (qaimə fakturası, gömrük bəyannaməsi) olmayan mallar əks olunaraq cərimə tətbiq edilməsi nəzərdə tutulur. Yəni istintaq orqanının Cəmiyyətin mal materiallarının inventarizasiyasını aparmaq hüququ yoxdur və belə inventarizasiya da aparılmamışdır. Tərtib edilmiş siyahı səyyar vergi yoxlaması zamanı mal qalığını təsdiq edən sənəd sayıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli qərarı ilə “Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması Qaydaları”na əsasən yoxlamanı keçirdən vergi orqanı əməkdaşı səyyar vergi yoxlaması zamanı Cəmiyyətin aldığı malların sahibliyində olubolmamasını inventarizasiya aktı ilə müəyyən etməli və aşkar olunmayan mallarla bağlı qanunvericiliklə tədbirlər görməli idi. Səyyar vergi yoxlaması aktının 6-cı səhifəsində də qeyd edildiyi kimi xx.xx.2017-ci il tarixə və xx.xx.2017-ci il tarixə olan mal qalıqları Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmişdir. Əgər vergi orqanı həmin qalıqları şübhə altına alırsa, inventarizasiya aparmalı idi. Qeyd edilənlərdən əlavə İstintaq orqanının Operativ vergi nəzarətinin nəticəsi üzrə xx.xx.2020-ci il tarixli, **********8167 nömrəli qərarından Cəmiyyət tərəfindən məhkəməyə şikayət verilmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2275/2021 nömrəli qərarı ilə ləğv edilmişdir. Göründüyü kimi, hesablamaya əsas olan vergi orqanının qərarı Məhkəmə tərəfindən ləğv edilmişdir və həmin akt heç bir hüquqi nəticə yarada bilməz. Yoxlanılan dövrdə Cəmiyyət tərəfindən təqdim edilmiş e-qaimələr üzrə Tarif şurası tərəfindən təsdiq olunmuş qiymətlər tətbiq edilmiş, nəticədə 168382,67 manat əlavə dövriyyə müəyyən edilmişdir. Əlavə müəyyən edilmiş dövriyyə üzrə 30308,88 manat ƏDV hesablanmışdır. AR NK-nın 2005-ci il 30 dekabr tarixli, 247 nömrəli qərarı ilə “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na nəzər yetirdikdə qeyd edilən hal üzrə tarif qiymətlərinin tətbiq edilməsi qanunsuz və yol verilməzdir. Belə ki, Cəmiyyəti topdançı olaraq malı idxal edir və öz növbəsində digər topdansatış müəssisəsinə satır. Malı alan topdançı şirkət öz mənfəətini nəzərə alaraq pərakəndə satış həyata keçirən digər şirkətə topdansatış edir. Tarif qiyməti topdançıdan pərakəndə satana tətbiq edilməli idi. Cəmiyyətdə xx.xx.2016-cı il tarixli qərar əsasında keçirilən inventarizasiyanın nəticələri əsas götürülmüş xx.xx.2016-cı il tarixə olan mal qalığı ilə xx.xx.2017-ci il tarixə olan mal qalığı üzləşdirilmiş və xx.xx.2017-ci il tarixədək 210140,02 manat əlavə dövriyyə müəyyən edilmiş və 2020-ci ilin mart ayına 37825,20 manat ƏDV hesablanmışdır. Səyyar vergi yoxlaması ilə əhatə edilən yoxlama dövrü həm səyyar vergi yoxlaması qərarında, həm də səyyar vergi yoxlaması aktında qeyd edildiyi kimi 2017-ci ilin aprel ayından 2020-ci ilin mart ayı da daxil olmaqla 3 (üç) illik dövrü əhatə edir. Lakin vergi orqanı özünün qəbul etdiyi qərardan kənara çıxmaqla yoxlama ilə əhatə edilmyən yəni 2017-ci ilin aprel ayına qədər olan dövrü yoxlamış, yoxlama ilə əhatə olunmayan dövr üzrə müəyyən etdiyi vergiləri 2020-ci ilin mart ayına hesablamışdır.
4. Cavabdeh orqan xx.xx.2021-ci il tarixdə iddiaya yazılı etirazı məhkəməyə təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, yoxlanılan dövrdə (xx.xx.2017-xx.xx.2020) vergi ödəyicisi tərəfindən 1451303,09 manat (ƏDV-siz) dövriyyə göstərilmişdir. Vergi ödəyicisinin həm mənfəət üzrə, həm də ədv üzrə gəlirləri ilkin araşdırmaya əsasən yoxlanılan dövrdə (xx.xx.2017-xx.xx.2020) ƏDV-yə cəlb olunan dövriyyəsinin e-VHF və e-QF əsasında 2017-ci il üzrə 4907,16 manat, 2018-ci il üzrə 42.395,03 manat və 2019-cu il üzrə 894.667,78 manat malların təqdim edilməsi üzrə, 2019-cu il üzrə 711,87 manat (ƏDV-siz) obyektin icarəyə verilməsi üzrə olmuşdur. 2020-ci ilin 3 ayı (yanvar, fevral, mart) üzrə isə vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrində göstərilmiş 171665,82 manat (ƏDV-siz) olmaqla daxil olmuş məbləğlər əsasında formalaşdığı müəyyən olunmuşdur. Beləliklə, yoxlama ilə vergi ödəyicisinin dövriyyəsi ilkin məlumatlar əsasında 1114347,66 manat (ƏDV-siz) olmuşdur. Nəticədə, hər iki dövriyyənin müqayisəsi zamanı büdcəyə əlavə olaraq ******* manat ƏDV hesablandığı müəyyən olunmuşdur. Yoxlama zamanı vergi ödəyici tərəfindən əvəzləşməyə artıq salınan və ya salınmayan məbləğlər müqayisə olunmuş və müvafiq dövrlərə uyğun dürüstləşmə aparılmışdır. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********7748 nömrəli qərarına əsasən malların Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən alınması, təqdim edilməsi və təsərrüfatdaxili yerdəyişməsinə nəzarət edilməsi məqsədilə vergi ödəyicisində Operativ vergi nəzarəti tədbirləri keçirilmiş və xx.xx.2020-ci il tarixdə yekunları barədə müvafiq olaraq akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda qeyd olunan mallar yoxlama dövrünün (xx.xx.2017xx.xx.2020) sonuna mal qalığı olaraq nəzərə alınmış, onların miqdarı və digər məlumatlar keçirilən səyyar vergi yoxlaması zamanı araşdırılmışdır. Yoxlama dövrünün sonuna operativ vergi nəzarəti zamanı müəyyən edilmiş mal qalıqları miqdarı və malların adlarına uyğun çıxılmaqla, yerdə qalan fərqə (miqdara) ekspert tərəfindən təqdim olunmuş rəyə əsasən göstərilmiş qiymətlər (ƏDV-siz) və Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlər tətbiq edilməklə 1.559.030,17 manat dövriyyənin, 280625,43 manat ƏDV-nin azaldıldığı müəyyən edilmişdir. Tarif (Qiymət) Şurası tərəfindən təsdiq olunmuş qiymətlərin ancaq vergi ödəyicisi tərəfindən aylar üzrə təqdim edilmiş mallara (e-VFH və ya e-QF) tətbiq edilməklə müqayisəsi zamanı 2018-ci ildə 79,44 manat, 2019-cu ildə 20.193,46 manat, 2020-ci ildə isə 148.109,77 manat cəmi 168382,67 manat ƏDV-yə cəlb olunan dövriyyənin azaldılması müəyyən olunmuşdur. Bununla da, büdcəyə hesablanmalı ƏDV 30308,88 manat azaldılmışdır. Yoxlama dövrünün əvvəlinə inventarizasiya zamanı xx.xx.2016-cı il tarixə vergi ödəyicisinin 200.364,3 manat mal qalığı, xx.xx.2016-cı ildən xx.xx.2017-ci il tarixədək idxal olunmuş 16.805,72 manat (ƏDV-siz) mallarla həmin dövrdə bəyan edilmiş 7.030,0 manat (ƏDV-siz) dövriyyə müqayisəsi nəticəsində isə 210.140,02 manat (ƏDV-siz) ticarət əlavəsi olmadan dövriyyə kənarlaşmasının olduğu müəyyən edilmişdir. Beləliklə, büdcəyə 37825,20 manat ƏDV hesablanmışdır. Vergi ödəyicisi tərəfindən 498.566,79 manat (ƏDV-siz) elektrik vergi hesab fakturalar əsasında dərman və dərman vasitələri alınmış, həmçinin invoys dəyəri, digər vergi və rüsumlarda nəzərə alınmaqla 762.488,5 manat (ƏDV-siz) isə yük gömrük bəyannamələrinə əsasən isə dərman və dərman vasitələri idxal olunmuşdur.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir.
8. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2021-ci il tarixli qərarın mübahisələndirilməsi üçün ilk öncə yuxarı vergi orqanına, yuxarı vergi orqanı xx.xx.2021-ci il tarixli qərarla şikayətini təmin etmədikdən sonra isə xx.xx.2021-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1).
9. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********200062 nömrəli qərardan görünür ki, İddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə aprel 2017-mart 2020 vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi qərara alınmışdır.
10. KY201455377 nömrəli xx.xx.2020-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə məlumat xx.xx.2020-ci il tarixdə reyestrə daxil edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi göstərilmişdir.
11. 07.01.2021-ci il tarixli, **********136792 nöməli səyyar vergi yoxlaması aktından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********200062 saylı qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi 2-ci dərəcəli müfəttiş X1 tərəfindən İddiaçı üzrə siyahısı verilən tədiyyə və dövrlərdə Vergilər Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Akta əsasən: -1.1. Yoxlama xx.xx.2020-ci il tarixdə başlamış, xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. -1.9.1. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2020 tarixli **********200245 nömrəli Tələbnamə verilmiş, lakin vergi ödəyicisi yoxlanılan dövr üzrə Tələbnamədə göstərilən sənədlərdən heç birini yoxlamaya təqdim etməmiş və Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən Sənədlərin təqdim olunmasından imtina barədə xx.xx.2020-ci il tarixli akt tərtib olunmuşdur. -1.9.2. Vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir. - 1.9.3. Vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilməmişdir. - 1.9.4. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********138211 nömrəli Ekspertizanın təyin edilməsi haqqında Qərarına əsasən yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən təqdim olunmuş (satılmış) malların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə "xxxx" MMC-nin əməkdaşı X4 ekspert kimi dəvət olunmuşdur. Ekspert tərəfindən keçirilmiş ekspertizanın nəticələri barədə Rəy tərtib olunmuş və vergi orqanına təqdim olunmuşdur. - 2.1. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə əlavə dəyər vergisi bəyannamələri vergi orqanına vaxtında təqdim edilmişdir. Əlavə dəyər vergisi bəyannamələrinin düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən edildi. Cəmiyyət ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizə ilə xx.xx.2011-ci il tarixdə vergi orqanına müraciət edərək, xx.xx.2011-ci il tarixdən ƏDV ödəyicisi kimi qeydiyyata alınmasını xahiş etmişdir. Vergi orqanı cəmiyyəti xx.xx.2011-ci il tarixli **********8 saylı "ƏDV-nin qeydiyyat bildirişi" əsasında qeydiyyatdan keçirmişdir. Vergi ödəyicisinin ƏDV qeydiyyatı xx.xx.2011-ci il tarixdən qüvvəyə minmişdir. Kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğləri də araşdırılmaqla vergi ödəyicisinin ƏDV-yə cəlb olunan dövriyyəsinin e-VHF və e-QF əsasında 2017-ci il üzrə 4907,16 manat, 2018-ci il üzrə 42.395,03 manat və 2019-cu il üzrə 894.667,78 manat olmaqla malların təqdim edilməsi, 2019-cu il üzrə 711,87 manat (ƏDV-siz) obyektin icarəyə verilməsi, 2020-ci ilin 3 ayı (yanvar, fevral, mart) üzrə isə vergi ödəyicisi tərəfindən təqdim olunmuş və ƏDV bəyannamələrində göstərilmiş 171665,82 manat (ƏDV-siz) olmaqla daxil olmuş məbləğlər əsasında formalaşdığı müəyyən olunmuşdur. Beləliklə, yoxlama ilə vergi ödəyicisinin dövriyyəsi ilkin məlumatlar əsasında 1114347,66 manat (ƏDV-siz) olmuşdur. Nəticədə, hər iki dövriyyənin müqayisəsi zamanı büdcəyə əlavə olaraq ******* manat ((14513xx.xx-1114347.66)x18%) ƏDV hesablandığı müəyyən olunmuşdur. İcarəyə verən “AZ-İS" MMC ilə (VÖEN: **********) icarəyə götürən "xxxx" MMC (VÖEN: **********) arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən aylıq 300.0 (üç yüz) manat olmaqla İddiaçı MMC tərəfindən “Anbar” icarəyə verilmiş və yoxlanılan dövrdə cəmi 711.87 manat (ƏDV-siz) məbləğ vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb olunaraq dövriyyədə göstərilmişdir. Həmçinin, həmin məbləğ 2019-cu ilin Mənfəət vergisi bəyannaməsinin gəlirlər hissəsində də göstərilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən əvəzləşməyə artıq salınan və ya salınmayan məbləğlər müqayisə olunmuş və müvafiq dövrlərə uyğun dürüstləşmə aparılmışdır. Yoxlanılan dövrdə vergi ödəyicisi dərman və dərman vasitələrinin topdan satışı fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə yoxlamaya ekspert dəvət olunmuşdur. Həmçinin, vergi ödəyicisi tərəfindən topdan satılmış (e-VHF, e- QF və ilkin sənədlər) dərman və dərman vasitələri araşdırılarkən aylar üzrə Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən qiymətləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən qiymətlərindən aşağı göstərilib-göstərilməməsi araşdırılmışdır. Yoxlama zamanı vergi ödəyicisinin aldığı mallardan (ƏDV-siz) təqdim olunmuş mallar və yoxlama dövrünün sonuna İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********7745 nömrəli və xx.xx.2020-ci il tarixli **********7748 nömrəli Qərarlar əsasında keçirilmiş Operativ vergi nəzarəti zamanı müəyyən edilmiş mal qalıqları miqdar və malların adlarına uyğun çıxılaraq, yerdə qalan fərqə (miqdara) ekspert tərəfindən təqdim olunmuş rəyə əsasən göstərilmiş qiymətlər (ƏDV-siz) və Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər tətbiq olunmuşdur. Beləliklə, ƏDV-yə cəlb olunan dövriyyə 1559030.17 manat ƏDV-si 280625.43 manat azaldılmışdır. Azaldılmış dövriyyə Vergi Məcəlləsinin 67.15-ci maddəsinin müddəaları nəzərə alınmaqla müvafiq olaraq 2020-ci ilin mart ayı üzrə ƏDV bəyannaməsində göstərilmişdir. Yoxlama zamanı Tarif Şurası tərəfindən təsdiq olunmuş qiymətlərin ancaq vergi ödəyicisi tərəfindən aylar üzrə təqdim edilmiş mallara (e-VHF və ya e-QF) tətbiq edilməklə müqayisəsi zamanı 2018-ci ildə - 79.44 manat, 2019-cu ildə - 20193.46 manat, 2020-ci ildə isə 148109.77 manat olmaqla, cəmi 168382,67 manat ƏDV-yə cəlb olunan dövriyyənin azaldılması müəyyən olundu. Bununla da, büdcəyə hesablanmalı ƏDV 30308.88 manat azaldılmışdır. Yoxlama zamanı Vergilər Nazirliyi yaranda Bakı Vergilər Departamentinin xx.xx.2016cı il tarixli **********055138 nömrəli “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyinedilməsi haqqında” Qərarına əsasən İnventarizasiya keçirilmiş və nəticələri barədə xx.xx.2016-cı il tarixli AKT tərtib olunmuşdur. İnventarizasiya zamanı xx.xx.2016-cı il tarixə vergi ödəyicisinin 200364.30 manat mal qalığının olduğu müəyyən olunmuşdur. İnventarizasiya zamanı müəyyən edilmiş 200364.30 manat mal qalığı, xx.xx.2016-cı ildən xx.xx.2017-ci il tarixədək idxal olunmuş 16805.72 manat (ƏDV-siz) mallarla həmin dövrdə bəyan edilmiş 7030.0 manat (ƏDV-siz) dövriyyə müqayisə olunmuş və 210140.02 manat ticarət əlavəsi olmadan dövriyyə kənarlaşması olmuşdur. Beləliklə, büdcəyə 37825.20 manat ƏDV hesablanmışdır. Kənarlaşan dövriyyə Vergi Məcəlləsinin 159.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla müvafiq olaraq ƏDV 2020-ci ilin mart ayı üzrə ƏDV bəyannaməsində göstərilmişdir. Beləliklə yoxlama zamanı ƏDV müqayisəsi nəticəsində ümumilikdə, ƏDV-nin 353082.45 manat azaldılması və 65223.84 manat artıq hesablanması müəyyən edilmiş, nəticədə büdcəyə əlavə olaraq 287858.61 manat ƏDV hesablanmışdır. Azaldılmış 353082.45 manat məbləğə Vergi Məcəlləsinin 58,1-ci maddəsinə əsasən 50% miqdarında yəni, 176 541.23 manat maliyyə sanksiyasının tətbiqi təklif olunmuşdur. - Aktdan görünür ki, onu tərtib edən aktın doğruluğunu imzası ilə təsdiq etmişdir. Vergi ödəyicisinin nümayəndəsi aktı imzalamaqdan və onun bir nüsxəsini almaqdan imtina etmişdir.
12. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********145001 nömrəli qərarından görünür ki, cavabdeh Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini rəhbər tutaraq, iddiaçının cəmi, büdcəyə çatası vergilərin və icbari ödənişlərin 353397.45 manat (əlavə dəyər vergisinin 353082.45 manat və ödəmə mənbəyindən tutulan verginin 315.0 manat) azaldılmasını və 112417.14 manat (əlavə dəyər vergisinin 65223.84 manat və mənfəət vergisinin 47193.30 manat) artıq hesablanması müəyyən edərək, iddiaçıya 240980.31 manat məbləğində əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə, əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabında göstərilməli məbləğinə nisbətən azaldılmasına görə azaldılmış 353397.45 manat məbləğin 50 faizi miqdarında yəni 176698.73 manat, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 40.0 manat olmaqla, ümumilikdə 176738.73 manat maliyyə sanksiyası tətbiq etmişdir.
13. İddiaçı hazırda bu qərarın əlavə dəyər vergisi üzrə hesablanmış vergi və ona tətbiq edilmiş maliyyə sanksiyası hissəsində ləğv edilməsini xahiş edir.
14. Məhkəmə qeyd edir ki, səyyar vergi yoxlaması aktından görünür ki, iddiaçıya əlavə dəyər vergisi hesablanarkən vergi ödəyicisinin aldığı mallardan (ƏDV-siz) təqdim olunmuş mallar və yoxlama dövrünün sonuna İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********7745 nömrəli və xx.xx.2020-ci il tarixli **********7748 nömrəli Qərarlar əsasında keçirilmiş Operativ vergi nəzarəti zamanı müəyyən edilmiş mal qalıqları miqdar və malların adlarına uyğun çıxılaraq, yerdə qalan fərqə (miqdara) ekspert tərəfindən təqdim olunmuş rəydə göstərilmiş qiymətlər (ƏDV-siz) və Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər tətbiq olunmuşdur.
15. Belə ki, işdə olan operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********7748 nömrəli qərardan görünür ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri, pul vəsaitinin uçotdan gizləşdilməsi və ya uçotdan alınması hallarına nəzarət edilməsi, malların Vergi Məcəlləsinin 58.8-ci madəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxli yerdəyişməqaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (xx.xx.2020-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.
16. İş materiallarında olan “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malları elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektlərindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2020ci il tarixli, 014328 nömrəli aktdan görünür ki, İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən anbarda vergi ödəyicisinin nümayəndəsinin iştirakı ilə operativ vergi nəzarəti keçirilmiş və xx.xx.2020-ci il tarixdə vergi ödəyicisinə məxsus anbarda 408.910 manat dəyərində mal qalığı aşkar edilmişdir. Həmin mal qalığından 106254,42 manat dəyərində malın sənədsiz olduğu müəyyən edilmişdir. AR VM-in 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində VM-in 58.8-ci maddəsinə əsasən 10625,44 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. Həmçinin vergi ödəyicisinə malları onların alışını təsdiq edən sənədlər əsasında alınması və satılması tövsiyə olunmuşdur. Aktı tərtib edənlər aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. Vergi ödəyicisinin nümayəndəsi aktın bir nüsxəsi əlavələrlə birlikdə almış, bu barədə “Nəzarət kitabçası”nda qeyd aparılmışdır.
17. Akta əlavə edilmiş İddiaçı MMC-nin direktoru Nümayəndə xx.xx.2020-ci il tarixli izahatında qeyd etmişdir ki, MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən anbarda olan bütün mallar İddiaçı MMC-yə məxsusdur. Anbar icarə müqaviləsi əsasında icarəyə götürülmüşdür. Lakin hal-hazıra qədər bu anbar vergi orqanında təsərrüfat subyekti kimi uçota alınmamışdır. Anbarda olan xx.xx.2020-ci il tarixə mal qalığının siyahısı onun iştirakı ilə tərtib edilmiş, malların alış və satış qiymətləri onun tərəfindən sənəd əsasında alış qiyməti və faktiki tərtib etdiyi satış qiymətlərinə görə deyilmişdir. xx.xx.2020-ci il tarixə anbarda 408.910,0 manat dəyərində mal qalığı vardır. Operativ vergi nəzarətinin keçirilməsi haqqında qərar, təlabnamə, sənəd götürmə qərarı, reyestrdən çıxarış ona təqdim edilmiş, hüquq və vəzifələri ona aydındır. xx.xx.2020-ci il tarixdə anbarda olan 408910,0 manat dəyərində mal qalığından 106254,42 manat dəyərində malların alışını təsdiq edən sənədləri (YGB,EQF və.s) olmadığına görə yoxlamaya təqdim edə bilməyib.
18. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********7988 nömrəli qərarından görünür ki, İddiaçı MMC-nin AR VM-in 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 10625.44 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2020 tarixədək 10625.44 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
19. İş materiallarında olan Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin inzibati şikayətin qismən təmin edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********238300 nömrəli qərarından görünür ki, Cəmiyyətin rəhbəri Cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı mağazada olan malların düzgün sayılmadığını, malların alışına dair sənədlərin tam olaraq nəzərə alınmadığını, ona hədə qorxu etməklə və aldatmaqla akta qol çəkdirdiklərini, bundan əlavə aşkar edilmiş malların “AZ-İS" MMC-yə deyil, "xxxx" MMC-yə (VÖEN **********) məxsus olduğunu bildirərək, Cəmiyyətin barəsində tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsini xahiş etmiş, izahatında operativ vergi nəzarətini həyata keçirən vergi orqanı əməkdaşlarının obyektdə tibbi maska axtardıqlarını, tibbi maska olmadığına əmin olduqdan sonra tələsik sayıma başladıqlarını, işləri yekunlaşdıqdan sonra Cəmiyyətə 10000,0 manat cərimə tətbiq edəcəklərini, ona narahat olmamağını bildirdiklərini, növbəti gün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə gedərək onda olan sənədləri təqdim etdiyini, Operativ vergi nəzarətinin nəticələrinə dair aktın surətinin xx.xx.2020-ci il tarixdə saat 15:39-da ona təqdim edildiyini, bundan əlavə, malların siyahısında sənədsiz mal kimi qeyd edilən Nisit və Foliton kapsul adlı dərman vasitələrini idxal etdiyini, həmin dərman vasitələrinin yük gömrük bəyannamələrinin olduğunu, həmin bəyannamələri operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi işçilərinə təqdim etdiyini, alış sənədi olmayan malların siyahısında göstərilən dərmanların "xxxx" MMC-yə deyil, "xxxx" MMC-yə məxsus olduğunu, "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Malların anbara müvəqqəti saxlama müqaviləsi”nə əsasən "xxxx" MMC-nin Cəmiyyətə saxlamaq məqsədi ilə 10 adda dərman preparatları verdiyini qeyd etmiş və müqaviləni izahatına əlavə etmişdir. Bundan əlavə, izahatında operativ vergi nəzarəti tədbirini həyata keçirən əməkdaşlara saxlanc müqaviləsinin olmasını bildirdiyini, lakin sənədlərin bir hissəsinin mühasibdə olduğunu, mühasibin isə Qəbələ rayonunda olduğunu, pandemiya ilə əlaqədar Bakı şəhərinə gələ bilmədiyi üçün yoxlamaya təqdim edə bilmədiyini söylədiyini, operativ vergi nəzarəti zamanı izahatı vergi işçilərinin bildirdikləri kimi yazdığını, malların qiymətlərinin onun şifahi qaydada bildirdikləri əsasında qeyd edildiyini, operativ vergi nəzarətinin nəticələrinə görə tərtib edilmiş sənədlərə qol çəkərkən aktda qeyd yazmaq üçün ona imkan verilmədiyini, operativ vergi nəzarəti zamanı ona heç bir fiziki təzyiq olmadığını, lakin malların sayılması mərhələsində iştirak etməyinə şərait yaradılmadığını bildirmiş, eyni zamanda bunları təsdiq edən konkret sübutunun olmadığını bildirmişdir. Qərara əsasən aparılmış araşdırma ilə operativ vergi nəzarəti tədbiri zamanı anbarda aşkar edilmiş 106254,42 manat dəyərində mallardan 6213,72 manat dəyərində Foliton, 3319,88 manat dəyərində Nisit adlı, ümumilikdə 9533,6 manat dəyərində dərman vasitələrinin alışına dair yük gömrük bəyannamələrinin mövcud olduğu, 96720,82 manat dəyərində malların isə alışına dair sənədlərin olmadığı müəyyən edilmişdir. Bundan əlavə araşdırmaya təqdim edilmiş "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Malların anbarda müvəqqəti saxlama müqaviləsi”nə əsasən "xxxx" MMC tərəfindən Cəmiyyətə saxlamaq məqsədi ilə 10 adda dərman preparatları verdiyi göstərilsə də, müqavilədə həmin malların "xxxx" MMC-yə aid olan hansı ünvanda saxlanılması barədə məlumatların, həmçinin qeyd edilən müqavilə əsasında tapşıranın saxlayıcıya ödəyəcəyi xidmət haqqı barədə məlumatların qeyd edilmədiyi, eyni zamanda "xxxx" MMCnin "xxxx" MMC-yə göstərdiyi saxlama xidmətləri ilə bağlı elektron qaimə-fakturanın verilmədiyi müəyyən edilmişdir. Həmçinin araşdırma zamanı 9533,6 manat dəyərində malların alışına dair yük gömrük bəyannamələrinin mövcud olduğu müəyyən edilmişdir. Həmçinin, "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Malların anbarda müvəqqəti saxlama müqaviləsində malların "xxxx" MMC-yə aid olan hansı ünvanda saxlanılması barədə məlumatların, həmçinin qeyd edilən müqavilə əsasında göstərilən xidmətə görə xidmət haqqının qeyd edilmədiyi, eyni zamanda "xxxx" MMC-nin "xxxx" MMC-nə göstərdiyi saxlama xidmətləri barədə elektron qaimə-fakturanın verilmədiyi müəyyən edilmişdir. Nəticədə "xxxx" MMC-nin operativ vergi nəzarəti tədbirlərinin nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2020-ci il tarixli inzibati şikayəti qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixli, 014328 nömrəli akt əsasında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********7988 nömrəli qərar 953,36 maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi, qərarın digər hissədə, yəni 9672,08 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
20. İş materiallarında olan Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi haqqında xx.xx.2020-ci il tarixli, **********8152 nömrəli qərarından görünür ki, “AZ-İS" MMC-nin fəaliyyəti üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticələri barədə «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» çıxarılmış xx.xx.2020 tarixli, **********7988 nömrəli qərar ləğv edilmişdir.
21. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********8167 nömrəli qərarından görünür ki, "xxxx" MMC-nin AR VM-in 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 9672.08 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2020 tarixədək 9672.08 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
22. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)- 1237/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın 01 oktyabr 2020-ci il tarixli, **********8167 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2275/2021 nömrəli, 26 may 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək cavabdehin 1 oktyabr 2020-ci il tarixli **********8167 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2297/2021 nömrəli, 2 dekabr 2021-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2275/2021 nömrəli, 26 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2297/2021 nömrəli, 2 dekabr 2021-ci il tarixli qərarı ləğv edilərək, cavabdehin 1 oktyabr 2020-ci il tarixli, **********8167 nömrəli qərarı ləğv olunmuşdur. Məhkəmə qərarında göstərmişdir ki, “Cavabdeh tərəfindən inzibati icraat zamanı Vergi Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun imperativ tələblərinə riayət edilməmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin hala nəzər yetirməmişdir. Belə ki, cavabdeh operativ nəzarət tədbirini 26 mart 2020-ci il tarixli **********7748 nömrəli qərar əsasında həmin tarixdə həyata keçirsə də, mübahisələndirilən inzibati akt 1 oktyabr 2020ci il tarixdə qəbul edilmişdir. Bundan daha əvvəl qəbul edilmiş 6 aprel 2020-ci il tarixli **********7988 nömrəli inzibati akt isə cavabdehin 1 oktyabr 2020-ci il tarixli **********8152 nömrəli qərarı ilə ləğv edilmişdir. Cavabdeh bu zaman İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 16 sentyabr 2020-ci il tarixli **********238300 nömrəli qərarına istinad etmişdir. Lakin iş materiallarında mövcud olan həmin qərarla müəyyən olunur ki, əvvəlki inzibati aktın tam deyil, 953,36 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, qərar digər hissədə, 9672,08 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanmışdır. Cavabdeh isə 6 aprel 2020-ci il tarixli inzibati aktı tamamilə ləğv etmişdir. Bunun üçün faktiki və hüquqi əsasların olmadığına baxmayaraq, 6 aprel 2020-ci il tarixli **********7988 nömrəli qərarın ləğv edilməsi haqqında 1 oktyabr 2020-ci il tarixli **********8152 nömrəli qərar iddiaçı üçün əlverişli inzibati aktdır və mübahisələndirilmir. İddiaçının mübahisələndirdiyi 1 oktyabr 2020-ci il tarixli, **********8167 nömrəli qərara gəldikdə, əvvəla, işdən göründüyü kimi, iddiaçıya hər hansı məlumat verilmədən inzibati icraata başlanılmış və nəticədə qanunvericiliyin tələblərinə zidd qaydada inzibati akt qəbul edilmişdir. Digər tərəfdən, həmin inzibati aktı qəbul edərkən cavabdeh əvvəlki inzibati icraat zamanı tərtib olunmuş 26 mart 2020-ci il tarixli 014328 nömrəli akta və digər sənədlərə istinad etmişdir. Həmin sənədlərə isə vergi ödəyicisinin yazılı izahatı da daxildir. Deməli, vergi orqanı yoxlama materiallarına baxılması barədə vergi ödəyicisini məlumatlandırmalı idi (VM-in 39.7-ci, “İnzibati icraat haqqında” Qanunun 21.1, 21.2-ci maddələri). Hazırkı halda bu, baş verməmiş, qərar işin faktiki hallarına uyğun əsaslandırılmamışdır”.
23. Beləliklə, işin istinad olunan halları ilə müəyyən olunur ki, cavabdehin iddiaçının ekspert rəyi də nəzərə alınmaqla ƏDV-yə cəlb olunan dövriyyəsinin 1559030.17 manat təşkil etməsi barədə qənaətə gələrkən istinad etdiyi operativ vergi yoxlamasının nəticələri qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ləğv edilmişdir.
24. İddiaçının nümayəndəsinin həmin yoxlama zamanı verdiyi izahata gəldikdə məhkəmə qeyd edir ki, Nümayəndə xx.xx.2020-ci il tarixli izahatında xx.xx.2020-ci il tarixə anbarda 408.910,0 manat dəyərində mal qalığı olduğunu, mal qalığından 106254,42 manat dəyərində malların alışını təsdiq edən sənədləri (YGB,EQF və.s) olmadığına görə yoxlamaya təqdim edə bilmədiyini qeyd etsə də, sonradan inzibati şikayət üzrə araşdırma zamanı 9533,6 manat dəyərində malların alışına dair yük gömrük bəyannamələrini cavabdehə təqdim etmiş, malların sayılması mərhələsində iştirak etməyinə şərait yaradılmadığını bildirmiş, xx.xx.2020-ci il tarixdə səyyar vergi yoxlaması keçirilərkən isə MMC-nin xx.xx.2020-ci il tarixə 898 215,63 manat dəyərində mal qalığının olması barədə siyahını yoxlayıcılara təqdim etmişdir.
25. Göründüyü kimi, sonradan təqdim edilmiş sənədlər MMC-nin nümayəndəsi Q.Əliyarbəyovun izahatında qeyd edilənləri təkzib etsə də, cavabdeh bu halları araşdırmamış, qanunvericiliklə ona verilmiş səlahiyyətləri yerinə yetirməyərək iddiaçının nümayəndəsinin xx.xx.2020-ci il tarixli izahatına istinad etməklə kifayətlənmiş, buna səlahiyyəti olduğu halda inventarizasiya həyata keçirməmişdir.
26. Halbuki vergi ödəyicisinin vergi hüquq pozuntularına görə təqsirli olub-olmaması onun izahatına əsasən deyil, iş üzrə toplanmış və araşdırılmış sübutlara əsasən müəyyən edilməlidir.
27. Belə ki, Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
28. Məhkəmə qeyd edir ki, səyyar vergi yoxlaması vergi orqanı tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə getməklə aparılan yoxlamadır və həmin yoxlama zamanı vergilərin düzgün hesablanması üçün vergi orqanının bir sıra hüquqları, o cümlədən inventarizasiyanın aparılması hüququ mövcudur. Qanunverici vergi orqanına belə bir imkan tanımaqla icraatın tam aparılması, işin hərtərəfli araşdırılması, bu zaman yuxarıda qeyd edildiyi kimi vergi ödəyicisi üçün əlverişli olan halların da aydınlaşdırması məqsədi daşıyır.
29. Lakin işdən görünür ki, cavabdeh bu imkanından istfadə etməmiş, yalnız iddiaçının nümayəndəsinin izahatına istinad edərək iddiaçının yoxlanılan dövrün sonuna mal qalığının 408.910,0 manat olması qənaətinə gəlmişdir, baxmayaraq ki, yuxarıda qeyd olunanlardan məlum olur ki, bu izahat ziddiyyətli olmuş, həqiqi vəziyyəti əks etdirməmişdir.
30. O da qeyd edilməlidir ki, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin...Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır...”
31. Konstitusiya Məhkəməsinin istinad olunan qərarındakı hüquqi mövqeni nəzərə almaqla məhkəmə qeyd edir ki, faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatı bütün hallarda əsaslı sübut kimi qəbul edilmir. İlk öncə etiraf da, digər sübutlar kimi, hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Əgər iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edilərsə, yalnız bu zaman həmin etiraf - izahatın sübut kimi qəbuledilənliyi məhkəmə üçün labüd olur. Real həyat müşahidələri də göstərir ki, etiraf, hər zaman şəxsin sərbəst iradəsini ifadə etmir. Mümkündür ki, əhəmiyyətli yanılma və ya digər hallarda hər hansı faktla bağlı izahat verilsin. Lakin sonradan işin əsli məlum olduğunda müəyyən korreksiyaların edilməsi və ya fərqli məzmunda mövqe göstərişi istisna olunmur. Məhz bu baxımdan yanaşdıqda, məhkəmə cavabdehin hazırki mübahisə üzrə mal qalığı barədə əsas sübut kimi istinad etdiyi iddiaçının nümayəndəsinin izahatını iş üzrə yekun nəticəyə gəlmək üçün yetərli hesab etmir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1950/2022 saylı qərarı).
32. Bundan əlavə, işdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “İcraçı” adlanacaq "xxxx" MMC bir tərəfdən və sonradan "xxxx" adlanacaq AZ-İS MMC digər tərəfdən aktı tərtib etdilər ki, İcraçı” “24” Fevral 2022- cu il tarixli 27/2022 saylı müqaviləyə uyğun olaraq “25” Fevral 2022- ci il tarixində qəbul olunmuş 40 m³ (qırx kub metr) həcmində vaxtı keçmiş, satışa yararsız dərman preparatlarının və qida əlavələrinin utilizasiyası üzrə işləri tam həcmdə icra edərək "xxxx"yə təhvil verilmişdir və "xxxx" həmin icra edilmiş işləri qəbul etmişdir. Bu akt maliyyə -təsərrüfat sənədidir və “İcraçı”ya 5664.00 (beş min altı yüz altmış dörd manat 00 qəpik ƏDV ilə birlikdə) AZN məbləğində ödənişin edilməsi üçün əsasdır.
33. İstinad olunan hallar, eyni zamanda işdə olan həmin xx.xx.2022-ci il tarixli utilizasiya aktını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçının yoxlama zamanı olan mal qalığını düzgün müəyyən etməmiş, bu da vergi ödəyicisinə əsassız əlavə vergi hesablanmasına səbəb olmuşdur.
34. İşdən görünür ki, iddiaçıya əlavə vergi hesablanmasına əsaslarından birini yoxlama zamanı dəvət edilən ekspertin iddiaçı tərəfindən satılan dərman vasitələrinə Tarif Şurası tərəfindən tənzimlənən qiymətlərin tətbiq edilməsi olmuşdur. Məsələn, işdə olan cavabdeh tərəfindən təqdim edilmiş cədvəldən görünür ki, iddiaçı tərəfindən “Adalzit gel” adlı dərmanın satış qiyməti 12,74 manat göstərilmiş, ekspert bu məbləği qəbul etməyərək, həmin dərmanın Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2020-ci il 19 iyun tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş topdan satış qiyməti olan 16,57 manatı (ƏDV-li) əsas götürməklə iddiaçıya 49013,64 manat kənarlaşma hesablamışdır.
35. Məhkəmə bu hesablaşma ilə razılaşmayaraq qeyd edir ki, yoxlama dövründə iddiaçı əczaçılıq mallarının topdan satışı ilə məşğul olmuşdur.
36. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 1.0.10. topdansatış əczaçılıq müəssisəsi - bu Qanunun tələbləri nəzərə alınmaqla dərman vasitələrinin topdansatışını həyata keçirən hüquqi şəxs; - 1.0.11. aptek təşkilatı - bu Qanunun tələbləri nəzərə alınmaqla dərman vasitələrinin pərakəndə satışını (dərman vasitələrinin fərdi sifarişlər əsasında hazırlanması da daxil olmaqla) həyata keçirən fiziki və hüquqi şəxs; - 1.0.12. dərman vasitələri istehsalçısı - bu Qanunun və Azərbaycan Respublikasında qüvvədə olan müvafiq standartların tələbləri nəzərə alınmaqla dərman vasitələrini sənaye üsulu ilə istehsal edən hüquqi şəxs; - 4.6. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na əsasən: - 1.1. Bu Qayda “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.6-cı maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında dərman vasitələrinin qiymətlərinin tənzimlənməsini və onlara nəzarətin həyata keçirilməsi qaydalarını müəyyən edir. - 1.2. Bu Qayda “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-1.0.12-ci maddələrində nəzərdə tutulmuş şəxslərə şamil edilir. - 1.3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (bundan sonra - Şura) tərəfindən tənzimlənir. -2.1. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçirilir. Bazis qiymət dərman vasitəsinin dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla müxtəlif ölkələrdə topdansatış əczaçılıq müəssisələrinə rəsmi satış qiymətlərinin müqayisəsi əsasında müəyyən edilən qiymətdir. - 3.1. Dərman vasitəsinin ƏDV-siz topdansatış qiyməti ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinə bu Qaydanın 3.4-cü bəndinin cədvəl hissəsində topdansatış əczaçılıq müəssisəsi üçün nəzərdə tutulan müvafiq əlavələr edilməklə hesablanır. Dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiyməti Şura tərəfindən istinad üçün müəyyən edilən tarixə milli valyutanın ABŞ dollarına olan rəsmi məzənnəsi, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsbit edilən satış məzənnəsi üçün yuxarı hədd və nəzarət markasının qiyməti nəzərə alınmaqla bazis qiymət əsasında hesablanan qiymətdir. - 3.2. Dərman vasitəsinin ƏDV-siz pərakəndə satış qiyməti dərman vasitəsinin ƏDVsiz topdansatış qiymətinə bu Qaydanın 3.4-cü bəndinin cədvəl hissəsində aptek təşkilatı üçün nəzərdə tutulan müvafiq əlavələr edilməklə hesablanır. - 5.3. Dərman vasitələrinin tənzimlənmiş qiymətləri və tətbiqi tarixi barədə məlumat 2 (iki) iş günü müddətində Şuranın rəsmi internet saytında yerləşdirilir. - 5.4. Şura tərəfindən təsdiq edilmiş qiymətlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən dərman vasitələri haqqında məlumatlarda əks olunur. - 5.7. Dərman vasitələri üzrə təsdiq edilən qiymətlər Şuranın qərarı ilə müəyyən edilən tarixdən qüvvəyə minir.
38. İstinad olunan normalardan görünür ki, dərman vasitələrinin bazis qiyməti müvafiq metoda əsasən təqdim edilən məlumatlar əsasında Şura tərəfindən müəyyən edilir və həmin dərmanın topdan və pərakəndə satış qiyməti müəyyən edilmiş qiymət nəzərə alınmaqla Qaydanın 3.4-cü bəndinin cədvəl hissəsində nəzərdə tutulan müvafiq əlavələr edilməklə hesablanır.
39. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərini müəyyən edən “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” qərarlarından, o cümlədən yuxarıda istinad edilən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2020-ci il 19 iyun tarixli 1 nömrəli qərarından görünür ki, həmin qərarlarla dərman vasitələrinin aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətləri təsdiq edilmişdir. Tarif Şurasının həmin qərarlarının (o cümlədən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2020-ci il 19 iyun tarixli 1 nömrəli qərarının) 2-ci hissəsində müəyyən edilir ki, qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən qiymətləri tənzimlənmiş dərman vasitələri üzrə onların ticarət adını, təsiredici maddəsinin adını, dozasını, farmasevtik formasını, ticarət qablaşdırmasını, qablaşdırma miqdarını, istehsal ölkəsini, istehsalçı şirkətini, aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətini və qüvvəyə minmə tarixini əks etdirən icmal siyahıdır.
40. Belə olan halda aydın olur ki, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən yalnız aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiyməti təsdiq edilir.
41. İşdən görünür ki, iddiaçı topdan satış formasında satdığı malları aptek təşkilatlarına deyil, aptek təşkilatlarına topdan satışı həyata keçirən şirkətlərə (məsələn, "xxxx" QSC-yə, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına, "xxxx" QSC-yə və sair) təqdim etmişdir.
42. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh ekspert rəyinə əsasən iddiaçının satdığı həmin mallara Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətləri tətbiq etməkdə haqlı olmamışdır.
43. Bundan əlavə yoxlama aktından görünür ki, cavabdeh yoxlama dövrünün əvvəlinə inventarizasiya zamanı xx.xx.2016-cı il tarixə vergi ödəyicisinin 200.364,3 manat mal qalığı, xx.xx.2016-cı ildən xx.xx.2017-ci il tarixədək idxal olunmuş 16.805,72 manat (ƏDV-siz) mallarla həmin dövrdə bəyan edilmiş 7.030,0 manat (ƏDV-siz) dövriyyə müqayisəsi nəticəsində isə 210.140,02 manat (ƏDV-siz) ticarət əlavəsi olmadan dövriyyə kənarlaşmasının olduğunu müəyyən etmiş, buna görə də büdcəyə 37825,20 manat ƏDV hesablayaraq həmin məbləği 2020-ci il mart ayı üzrə ƏDV bəyannaməsində göstərmişdir.
44. Məhkəmə qeyd edir ki, VM-nin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir.
45. Bu maddə VM-ə 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş, həmin Qanun xx.xx.2019-cu ildən qüvvəyə minmişdir.
46. Cavabdeh isə xx.xx.2019-cu il tarixdə qüvvəyə minən normanı 2017-ci il üzrə yaranmış kənarlaşmaya tətbiq etmiş, bunula da qanunvericiliyin tələbini pozmuşdur.
47. Bundan başqa, işdə olan xx.xx.2018-ci il tarixli **********9081800 nömrəli vergilərin hesablanması barədə qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2018ci ilin may ayı ƏDV hesabat dövrü üzrə 55981,9 manat ƏDV hesablanmışdır.
48. Həmin qərar bununla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı 2018-ci ilin əvvəlinə 239,1 min manat məbləğində mal qalığı olduğu, xx.xx.2018-xx.xx.2018-ci il ərzində tərəfindən 72,3 min manat məbləğində malların alındığı müəyyən edilmişdir. Eyni zamanda, satılmış mallara ticarət əlavəsi tətbiq edilməklə müvafiq dövr üzrə tərəfindən vergiyə cəlb edilən dövriyyənin 0,4 min manat göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
49. Göründüyü kimi, cavabdeh artıq 2018-ci ilin may ayında iddiaçının 2018-ci ilin əvvəlinə mal qalığının 239,1000 manat olmasını müəyyən etmiş, bu mal qalığına həmçinin xx.xx.2016-cı il tarixə olan 200.364,3 manat mal qalığı da aid olmuş (vergi orqanının verdiyi məlumata əsasən iddiaçının 2017-ci il üzrə ƏDV-yə cəlb edilən dövriyyəsi 49.07,16 mnat təşkil etmişdir) və vergiyə cəlb edilən dövriyyənin az olmasına istinadən həmin mal qalığına görə iddiaçıya 55981,9 manat əlavə ƏDV hesablamışdır.
50. Cavabdeh səyyar vergi yoxlaması nəticəsində hazırda mübahisələndirilən qərar üzrə həmin dövrə münasibətdə əlavə 37825,20 manat ƏDV hesablamaqla, eyni vergitutma obyektindən iki dəfə vergi hesablanmışdır. Halbuki, vergi qanunvericiliyinə əsasən eyni vergitutma obyektindən iki dəfə vergilərin hesablanmasına yol verilmir.
51. Beləliklə, işin istinad oluna halları ilə müəyyən olunur ki, cavabdeh mübahisəli qərarı qəbul edərkən vergi qanunvericiliyinin maddi və prosessual normalarının tələblərini pozmuş, iddiaçıya qanunsuz olaraq əlavə vergi hesablamışdır.
52. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 9/3866 nömrəli ekspert rəyində də bu hallar öz təsdiqini tapmış, ekspert tərəfindən cavabdehin iddiaçıya hesabladığı verginin düzgün olmadığı müəyyən edilmişdir.
53. Belə ki, ekspert, qarşısında qoyulmuş 1-ci sual üzrə göstərmişdir ki: -Tədqiqat zamanı iş materiallarında olan Cəmiyyətin yoxlama dövründə aldığı və təqdim etdiyi e-qaimələr, kassa çıxarışları, elektron vergi hesab fakuraları, bank sənədləri, ƏDV sub-uçot hesabından çıxarış, ƏDV bəyannamələri və digər sənədlər araşdırılaraq Cəmiyyətin 2017-ci ildə ümumilikdə 4907,16 manat ƏDV dövriyyəsi (ƏDV 883,29), 4356,23 manat əvəzləşdirilən ƏDV məbləği bəyan etdiyi, bununla büdcədən qaytarılmalı olan ƏDV məbləği 3472,94 manat təşkil etdiyi, tədqiqat nəticəsində isə, Cəmiyyətin 2017ci ildə əvəzləşdirməli olduğu ƏDV məbləğinin 4238,21 manat təşkil etdiyi və büdcədən qaytarılmalı məbləğ 3354,92 manat olduğu üçün 118,02 manat məbləğin artıq əvəzləşdirildiyi müəyyən edilmişdir. -Cəmiyyət 2018-ci ildə ümumilikdə 42395,03 manat ƏDV dövriyyəsi (ƏDV 7631,11), 20649,75 manat əvəzləşdirilən ƏDV məbləği bəyan etmişdir ki, bununla büdcədən qaytarılmalı olan ƏDV məbləği 13018,64 manat təşkil etmişdir. Tədqiqat nəticəsində isə, Cəmiyyətin 2018-ci ildə əvəzləşdirməli olduğu, ƏDV məbləğinin 20670,29 manat təşkil etdiyi və büdcədən qaytarılmalı məbləğ 13039,18 manat olduğu üçün 20,54 manat məbləğin artıq hesablandığı müəyyən edilmişdir. - Cəmiyyət 2019-cu ildə ümumilikdə 891215,98 manat ƏDV dövriyyəsi (ƏDV 160418,88), 129394,0 manat əvəzləşdirilən ƏDV məbləği bəyan etmişdir ki, bununla büdcəyə hesablanmalı olan ƏDV məbləği 31024,88 manat təşkil etmişdir. Tədqiqat nəticəsində isə, Cəmiyyətin 2019-cu ildə ƏDV dövriyyəsinin 894399,29 manat (ƏDV 160991,87), əvəzləşdirməli olduğu ƏDV məbləğinin 127521,38 manat təşkil etdiyi və büdcəyə hesablanmalı məbləğ 33470,49 manat olduğu üçün 2445,62 manat məbləğin az hesablandığı müəyyən edildi. -Həmçinin, Cəmiyyət 2020-ci ilin yanvar-mart aylarında ümumilikdə 171665,82 manat ƏDV dövriyyəsi (ƏDV 30899,85), 44568,21 manat əvəzləşdirilən ƏDV məbləği bəyan etmişdir ki, bununla büdcədən qaytarılmalı olan ƏDV məbləği 13668,36 manat təşkil etmişdir. Cəmiyyətin bəyan etdiyi bu göstəricilər tədqiqatla təsdiqini tapmışdır. Bununla, yoxlama dövrü üzrə Cəmiyyətin bəyan etdiyi ümumilikdə 1110184,0 manat ƏDV dövriyyəsi (ƏDV 199833,1), 198968,2 manat əvəzləşdirilməli ƏDV məbləği, yekun nəticədə büdcəyə hesablanmalı ƏDV məbləği 635,5 manat təşkil etmişdir. Tədqiqat nəticəsində isə, Cəmiyyətin yoxlama dövründə ƏDV dövriyyəsinin 1113367,3 manat (ƏDV 200406,1), əvəzləşdirməli olduğu ƏDV məbləğinin 196998,1 manat təşkil etdiyi və büdcəyə hesablanmalı olan ƏDV məbləğinin 2543,10 manat təşkil etdiyi müəyyən edilmişdir. 2-ci sual üzrə göstərmişdir ki: -Səyyar vergi yoxlaması aktının 1.9.2-ci bəndinə əsasən müəyyən edilir ki, yoxlama zamanı vergi ödəyicisinin əmlakının inventarizasiyası həyata keçirilməmişdir. Həmçinin, yoxlama aktının 1.9.3-ci bəndinə əsasən müəyyən edilir ki, vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilməmişdir. Həmçinin, aktın 6-cı səhifəsində vergi ödəyicisi tərəfindən yoxlama dövrü üzrə mal qalıqları barədə sənədlərin götürüldüyü qeyd olunmuşdur.Qeyd olunanlardan göründüyü kimi, vergi ödəyicisi tərəfindən mal qalığı barədə məlumat təqdim edildiyi halda vergi orqanı həmin göstəriciləri əsas götürməmişdir. Bu halda yoxlama zamanı inventarizasiya həyata keçirilməli olduğu halda, operativ vergi nəzarəti tədbirinin göstəricilərinə istinad olunmuş, həmçinin 37825,20 manat ƏDV hesablanması hissəsində əvvəlki səyyar vergi yoxlaması zamanı aparılan inventarizasiyanın nəticələri yoxlama dövrünün əvvəlinə uyğunlaşdırılaraq satış dövriyyəsi müəyyən olunmuşdur. Halbuki, qeyd olunan formada vergi ödəyicisinin mal qalığının və satış dövriyyəsinin müəyyən olunması mühasibat uçotu və vergilərə dair qanunvericilik aktlarında nəzərdə tutulmamışdır. Vergi orqanı tərəfindən hazırki səyyar vergi yoxlaması dövrünü əhatə etməyən əvvəlki yoxlamanın inventarizasiya göstəricilərinə istinad olunması əsassızdır. Eyni zamanda, iş materiallarında olan alqı-satqı sənədlərindən, xx.xx.2022-ci il tarixli utilizasiya aktı və ona əlavə olunan digər sənədlərdən müəyyən olunur ki, operativ vergi nəzarəti tədbiri zamanı Cəmiyyətin mal qalığı düzgün müəyyən olunmamışdır. Bu səbəbdən hazırki yoxlama ilə operativ vergi nəzarəti tədbiri zamanı tərtib olunan malların siyahısı əsas götürülməklə mal qalığının çıxarılması və satış dövriyyəsi kimi müəyyən olunması əsaslı olmamışdır. Əlavə olaraq onu da bildiririk ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)-1237/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə vergi orqanı tərəfindən ƏDV-nin hesablanması əsaslarından biri olan operativ vergi nəzarəti tədbiri nəticəsində qəbul olunan qərar ləğv edilmişdir. Bundan başqa, vergi orqanı tərəfindən 30308,88 manat məbləğində ƏDV-nin hesablanmasının Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən olunan qiymətlərə əsasən aparıldığı aktda qeyd olunsa da, bununla bağlı əsaslandırılmış izah aktda əksini tapmamışdır. Göstərilənlərə əsasən ekspert tədqiqatı zamanı Cəmiyyətə yoxlama dövrü üzrə hesablanmış 353082,45 manat ƏDV məbləğinin düzgünlüyü müəyyən edilmir.
54. Cavabdeh Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3866 nömrəli ekspert rəyinə xx.xx.2022-ci il tarixli, **********034700 nömrəli yazılı mülahizəsini məhkəməyə təqdim edərək, ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməməsini xahiş etmiş, iddiaya etirazda göstərilən dəlillərini təkrarlamışdır, hansı ki, bu dəlillər yoxlama aktı ilə müəyyən edilənlərə uyğun olmuş, həmin hallara məhkəmə tərəfindən yuxarıda artıq qiymət vermişdir.
55. Cavabdeh həmin mülahizəsində əlavə olaraq, ekspertin istinad etdiyi alqı-satqı sənədlərinin və utilizasiya aktının səyyar vergi yoxlaması zamanı təqdim edilmədiyinə istinad etmiş və bildirmişdir ki, səyyar vergi yoxlaması zamanı təqdim edilməyən sənədlərin məhkəmə çəkişməsi zamanı ekspertə təqdim edilməsi həmin sənədlərin mötəbərliyini şübhə altına alır. Digər tərəfdən, hər hansı alqı-satqı sənədi mövcuddursa, həmin sənəd də vergi ödəyicisi tərəfindən malların təqdim edildiyini, təqdim edilməni qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirmədiyini təsdiq edir. xx.xx.2022-ci il tarixli utilizasiya aktına əsasən iddiaçı “AZ-İS" MMC tərəfindən istifadə müddəti bitmiş dərman vasitələri və digər mallar yandırılaraq məhv edilməsi üçün "xxxx" MMC-yə təhvil verilmişdir. "xxxx" MMC tərəfindən iddiaçıya elektron qaimə-fakturanın təqdim edilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərin həqiqətə uyğun olmadığını sübut edir.
56. Məhkəmə cavabdehin bu dəlili ilə bağlı qeyd edir ki, utilizasiya aktı xx.xx.2022-ci il tarixdə tərtib edildiyindən onun səyyar vergi yoxlaması zamanı təqdim edilməsi mümkünsüz olmuşdur.
57. "xxxx" MMC tərəfindən iddiaçıya elektron qaimə-faktura təqdim edilməsə belə, həmin akt və iş materiallarına əlavə edilən görüntülər həmin dərman vasitələrinin iddiaçıda səyyar vergi yoxlamasından sonra da mövcud olduğunu, bununla da cavabdehin yoxlama dövrünə olan mal qalığını düzgün müəyyən etmədiyini göstərir.
58. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
59. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin.
60. Hazırkı halda cavabdeh orqan maddi hüquq normaları ilə yanaşı, prosesual normalarının tələblərinə də əməl etməmiş, bununla da iddiaçı barəsində qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir.
61. VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: - 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 62.İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (iddiaçı mübahisəli qərarın əlavə dəyər vergisi və ona tətbiq edilən maliyyə sanksiyası hissəsində ləğv edilməsini xahiş etmişdir). Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 63.Beləlikə, göstərilənlərə əsasən cavabdehin qəbul etdiyi qərarın əsaslandığı hallar vergi qanunvericiliyinə uyğun olmadığından və iş materialları ilə təsdiq edilmədiyindən, cavabdeh bununla bağlı konkret faktları və bu faktları təsdiq edən sübutları təqdim etmədiyindən məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. 64.İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə¬sinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********145001 nömrəli qərarı əlavə hesablanmış 353082,45 manat əlavə dəyər vergisi və həmin məbləğin yayındırılmasına görə tətbiq edilən 176541,23 manat maliyyə sanksiyası hissəsində ləğv edilsin. İş üzrə 150 (bir yüz əlli) manat məhkəmə ekspertizası xərci cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq dövlət büdcəsinə (X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Səlma Salahova