Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3271/2020 04.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 (Astara rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, baş mütəxəssis-böyük inspektor vəzifəsində işləyir), iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Bakı şəhəri Suraxanı rayon şöbəsinin) Cavabdeh Əliəşrəf oğluna qarşı üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi cəlb edilməklə “artıq alınmış pensiya məbləğinin geri qaytarılması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi Cavabdeh Əliəşrəf oğluna qarşı “artıq alınmış pensiya məbləğinin geri qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Əliəşrəf oğlu xx.xx.2001-ci il tarixdən Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsindən xüsusi rütbəli şəxs kimi pensiya aldığı barədə heç bir məlumat vermədən xx.xx.2008-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə müraciət etmiş, şöbə tərəfindən ona 2-ci dərəcəli əlil kimi əmək pensiyası təyin edilmişdir. Hər iki şöbədən pensiya aldığına görə xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 38893,77 manat pensiya artıq almışdır. A.Ə. Mehdiyev artıq aldığı məbləği geri qaytarmaqdan imtina etmişdir. Odur ki, Cavabdeh Əliəşrəf oğlunun artıq aldığı 38893,77 manat məbləğin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin Kapital bank Suraxanı filialının yığım hesabına (271120) geri qaytarılmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh və 3-cü şəxs məhkəmə bахışınа gəlməmiş, öz nümаyəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Odur ki, məhkəmə işə cavabdehin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi F.Həmidova iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli, 02/xx/xx-2150 nömrəli məktubunda qeyd olunmuşdur ki, Cavabdeh Əliəşrəf oğluna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi tərəfindən 30 aprel 2018-ci il tarixədək pensiya ödənilmişdir. Pensiyanın aylıq məbləği 356,27 manat təşkil etmişdir. Pensiyanın ödənişi 01 may 2018-ci ildən iddiaçının müraciəti əsasında dayandırılmışdır. Cavabdeh Əliəşrəf oğluna xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 38893,77 manat pensiya artıq ödənilmişdir. Cavabdeh Əliəşrəf oğlunun DSMF-nin Hərbi Qulluqçularla və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentində (indiki Xüsusi Şəxslərlə Təyinat İdarəsi) olan şəxsi hesab vərəqəsinə əsasən, xx.xx.2008-ci ildə 285,09 manat, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci ilədək 300,04 manat, xx.xx.2011-ci il tarixdən 335,16 manat, xx.xx.2016-cı ildən ömürlük 365,27 manat, xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək 365,27 manat, xx.xx.2017-ci ildən ömürlük olaraq 365,27 manat məbləğində hərbi qulluqçu kimi əliliyə görə əmək pensiyası təyin olunmuşdur. Cavabdeh Əliəşrəf oğlunun DSMF-nin Suraxanı rayon şöbəsində olan pensiyaçının uçot vərəqəsinə əsasən, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh xx.xx.2008-ci ildə 230,39 manat, xx.xx.2012-ci il tarixdən 283,92 manat, xx.xx.2011-ci il tarixdən 305,82 manat, xx.xx.2016-cı ildən 350,13 manat, xx.xx.2017-ci ildən 435,40 manat, xx.xx.2018-ci ildən 458,33 manat 2-ci dərəcəli əlilliyə görə əmək pensiyasını almışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, Cavabdeh Əliəşrəf oğlu Azərbaycan Respublikası vətəndaşıdır, 1964-cü il təvəllüdlüdür, 2-ci dərəcəli əlildir, xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Dövlət Sosial Müdafiə Fondunun həm Hərbi Qulluqçularla və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentindən (indiki Xüsusi Şəxslərlə Təyinat İdarəsi) həm Suraxanı rayon şöbəsindən əlilliyə görə əmək pensiyasını almışdır. Cavabdehə DSMF tərəfindən 38893,77 manat artıq pensiya ödənilmişdir. Həmin məbləğin qaytarımasına dair tərəflərin arasında razılıq əldə edilmədiyindən, DSMF məhkəmədə hazırki iddianı qaldırmaq məcbiriyyət qarşısında qalmışdır. Məhkəmə iddia ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Həmin Məcəllənin 34.1.-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu müəyyən edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; “Əmək pensiyaları haqqında” Qanunun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. İşin faktiki hallarına əsasən cavabdeh 10 ilə yaxın müddət ərzində eyni zamanda həm hərbi qulluqçu kimi əlilliyə görə, həm ümumi qaydada əlilliyə görə əmək pensiyasını almış, DSMF-yə bu haqda məlumat verməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 38-ci maddəsində göstərilmişdir: ”38.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur.38.2. İşəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir.” “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2.-ci maddəsinə əsasən, bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, əmək pensiyaçısına ödənilməli olan məbləğin 20 faizindən artıq ola bilməz. Həmin Qanunun 39.3.-ci maddəsinə əsasən bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Həmin Qanunun 39.4.-cü maddəsinə əsasən, borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. İddiaçının təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, cavabdeh həqiqətən də, xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 38893,77 manat pensiya artıq almışdır. Qanunvericiliyin tələblətinə əsasən artıq ödənilmiş pensiya məbləği müəyyən edilmiş qaydada cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 15.1-ci maddəsinə əsasən, İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Bakı şəhəri Suraxanı rayon şöbəsinin) iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh Əliəşrəf oğlundan artıq aldığı 38893,77 manat pensiya məbləği tutularaq iddiaçının Kapitalbankın Suraxanı filialının yığım hesabına geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 33-cü, 68-ci, 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Əliəşrəf oğlundan artıq aldığı 38893,77 manat pensiya məbləği tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Bakı şəhəri Suraxanı rayon şöbəsinin) Kapitalbankın Suraxanı filialının yığım hesabına geri qaytarılsın. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinə Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3271/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3271/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver