Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3272/2020 12.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X12 X9 İdarəsinin nümayəndəsi X3 iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X12 X2rşı “hesablanmış pensiya üzrə fərq məbləğinin ödənilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X12 X2rşı məhkəməyə müraciət edərək, 2012-ci ilin fevral ayının 10-dan 2015-ci ilin fevral ayının 10-na qədər 36 ay pensiyanın ödənilməyən fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, dekabr 1986-dekabr 1988-ci illərdə Sovet ordusunda xidmət etmiş, xx xxxxxx 1993-ci ildn xx xxxxxx 1995-ci ilədək 704 saylı hərbi hisssədə xidmət etmiş, 1994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. 2-ci qrup Azərbaycan Resublikasının müdafiəsi ilə əlaqədar əlilldir. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına müraciət etmiş və ona xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travmanın alınması qərarı verilmişdir. xx.xx.2016-cı il tarixdə Dövlət X11 və Reabilitasiya Xidmətinə müraciət etmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X12 X1 375.20 manat əmək pensiyası təyin edilmişdir. Lakin onun hərbi qulluqçı kimi pensiya almaq hüququ 1994-cü ildən yarandığı üçün qanuna müvafiq olaraq 2012-ci ilin fevral ayının 10-dan 2015-ci ilin fevral ayının 10-na qədər 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsi mümkündür.Cavabdehin imtina məktubu əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X12 X9 İdarəsinin nümayəndəsi və vəkili X5 yazılı etiraz təqdim edərək bildirmişdir ki, xx xxxxxx 2015-ci il tarixli 078571 saylı TSEK-də müayinə aktından çıxarışa əsasən iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar 2-ci qrup əlillik təyin edilib. Növbəti müayinə tarixi xx xxxx 2016-cı il müəyyən edilib. DSMF-nin Suraxanı rayon şöbəsinin 194 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı ilədək ümumi qaydada (yəni hərbi qulluqçu kimi deyil) əlilliyə görə pensiya təyin edilmişdir. Müdafiə Nazirliyi tərəfindən cavabdeh İdarəyə xx.xx.2016-cı il tarixli Məlumat vərəqi ünvanlanıb. Həmin Məlumat vərəqində iddiaçının MAHHX çavuşu kimi 02 il 07 ay xidmət müddəti olması və təminat xərcliyinin 469 manat təşkil etməsi öz əksini tapıb. İdarənin 16/5148 saylı, xx.xx.2016- cı il tarixli Qərarı ilə iddiaçı “Əmək pensiyaları haqqında” qanunun 20.16.1-ci maddəsinə əsasən, xx.xx.2016-cı il tarixdən 2-ci qrup əlilliyə görə təminat xərcliyinin 80 faizi miqdarında əmək pensiyası təyin edilib. İddiaçıya əlillik TSEK-in müvafiq qərarı əsasında xx.xx.2015-ci ildə təyin edildiyindən İdarə tərəfindən pensiya yenidən hesablanmış və 5.310,45 manat fərq məbləği xx.xx.2017-ci ildə İddiaçıya ödənilmişdir.İddiaçının Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətə görə əlil olmasıı təsdiqləyən inzibati akt - 5 nömrəli X13 Komissiyasının xx xxxxxx 2015-ci il tarixli qərarıdır. Yalnız bundan sonra İddiaçının müraciəti əsasında Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası 785 saylı, xx.xx.2016-cı il tarixli qərar qəbul etmişdir. NK-nın x xxxxxx 2016-cı il tarixli, 36 nömrəli Qərarı ilə təsdiqlənmiş “Tibbi-Sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.26-cı bəndinə əsasən, “Əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır”. Göründüyü kimi, İddiaçının əlilliyini və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtı TSEK tərəfindən müəyyən edilməlidir. İddiaçının Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarət nəticəsində İİ qrup əlil olması TSEK-in qərarının qəbul edildiyi xx.xx.2015-ci il tarixdən müəyyən edilmişdir. Həmin tarixdən,yəni xx.xx.2015-ci ildən əvvələ iddiaçının Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarət nəticəsində İİ qrup əlil olmasına dair qüvvədə olan hər hansı başqa inzibati akt mövcud deyildir. Cavabdeh iddia tələbini əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1967-ci il tarixdə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş 622142 nömrəli pensiyaçının uçot vərəqinin surətindən görünür ki, xx xxxx 1967-ci il təvəllüdlü İddiaçı xx xxxxxx 2015-ci il tarixdə pensiya təyin edilmişdir, sonradan isə 16/5148-023606 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, ona 2 qrup əlilliyə görə xx xxxxxx 2016-ci il tarixdə pensiya yenidən təyin edilmiş, xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2016-cı ilədək olan pensiyanın fərqi İddiaçı ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxxxxx 2016-cı il tarixli 785 nömrəli qərarında qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağrılmış, vətəndaş Müstafayev Zöhrab Mustafa oğlunun döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi 26 Bakı Komissarı adına Bölmə xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma (MN Mərkəzi Hərbi Poliknikasından verilmiş xx.xx.1994-cü il tarixli 3977 nömrəli arayış.....)- “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi X13 Komissiyası tərəfindən verilmiş ilk dəfə əlillik müəyyən edilmiş şəxslər üçün SER TSE-01 seriyalı 078571 saylı müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx xxxxxx 2015-ci il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilərək növbəti müayinə tarixi xx.xx.2016-cı il müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X12 X9 İdarəsinin İddiaçı ünvanlandığı xx xxxxxx 2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixində idarəyə hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün ərizə ilə müraciət etmiş, idarə tərəfindən edilmiş sorğuya əsasən Dövlət X10 Suraxanı rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 229 nömrəli məktubunda ona İİ qrup əlilliyə görə əmək pensiyasının xx.xx.2016-cı il tarixədək ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqəsinə əsasən xx.xx.2016-cı il tarixindən Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə bağlı İİ qrup əlilliyə görə təminat xərcliyinin 80 faizi, yəni 375,20 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert və Reabilitasiya Xidməti tərəfindən ona ilkin olaraq Azərbaycan Resublikasının müdafiəsi zamanı alınmış xəsarətə görə əlillik xx.xx.2015-ci il tarixdən təyin olunduğundan aldığı pensiya qanuna müvafiq olaraq həmin tarixdən sonrakı dövr üçün yenidən hesablanmışdır. Onun əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 5310,45 manat məbləğində fərq xx.xx.2017-ci il tarixdə müvafiq kart hesabına köçürülmüşdür. Beləliklə, iş materiallarında olan sənədlərdən Məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Azərbaycan Dövlət X10 Suraxanı rayon şöbəsi tərəfindən iddiaçıya xx xxxxxx 2015-ci il tarixdən ilk dəfə İİ dərəcəli əlilliyə görə pensiya təyin edilmiş, sonradan Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı nəzərə alınaraq cavabdeh tərəfindən Azərbaycan Respublikasının Dövlət X10 uçot vərəqəsinə əsasən xx.xx.2016-ci ildən ona İİ dərəcəli əlilliyə görə pensiya təyin edilmişdir. İddiaçı hazırda təyin edilmiş pensiyaya görə xx xxxxxx 2015-ci il tarixdən əvvəlki üç il üçün fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. «Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 31.1–ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1.1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmənin qənaətinə görə iddiaçının xx xxxxxx 2015-ci il tarixdən hərbi qulluqçu kimi əlilliyə görə pensiyaçı olduğundan onun həmin tarixdən əvvəlki son 3 il üçün pensiya məbləğini tələb etmək hüququ vardır. Odur ki, cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X12 X9 İdarəsinin imtinası qanuna zidd və iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı pensiya təyin edildiyi vaxtdan əvvəlki 3 illik dövr üzrə- xx xxxxxx 2012-ci il tarixdən xx xxxxxx 2015-ci il tarixədək pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X12 X9 İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2, 52, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı təyin edilmiş pensiya üzrə xx xxxxxx 2012-ci il tarixdən xx xxxxxx 2015-ci il tarixədək fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X12 X9 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3272/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3272/2020
12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver