Məhkəmə qərarları › İş №2-1(112)-3273/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3273/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3273/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İddiaçı müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh orqana həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İddiaçı müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh orqana həvalə edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2006-cı il tarixindən əlil kimi pensiya təyin edilmiş və 2021-ci ilin iyun ayından həmin pensiya qanunsuz olaraq kəsilmişdir. Xəstəlik hərbi xidmət dövründə xidməti vəzifəni yerinə yetirdiyi vaxt baş vermiş və qazanılmışdır, hazırki günədək xəstəlikdən əziyyət çəkir, bununla əlaqədar olaraq dəfələrlə forma 88 arayışı cavabdehə göndərilmiş və müxtəlif bəhanələrdə əlilliyi təyin edilməmişdir. Fasiləsiz 10 il müddətinə əlillik təyin edildikdə 10- cu ilin tamamında əlillik ömürlük təyin edilir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Qazax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma və deşilmə ilə, 12 barmaq bağırsağın qanaxma ilə fəsadlaşan tez-tez residiv verən xorası. Boy-171sm, çəki-82kq. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2021-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********8). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin 0236003AALGT nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********6). Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və qərar verilməsi Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 761 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Xora xəstəliyi, remissiya mərhələsində. 12 barmaq bağırsaq soğanağının perforativ xorasına görə aparılmış laparotomiya (xx.xx.2005), perforativ xoranın tikilməsi cərrahiyyə əməliyyatından sonrakı vəzyyət. Xroniki qastroduodenit, remissiya mərhələsində" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə ağrıdan, qusmadan şikayətlənmişdir. Baxış zamanı dəri və selikli qişaları təmiz, dili nəm, boyu 175 sm, çəkisi 86 kq müəyyən edilmiş, anemiya əlamətləri müşahidə edilməmişdir. Medikamentoz preparatlardan Metronidazol qəbul etdiyini bildirmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı Cərrahi əməliyyat keçirdiyini söyləmiş, sonuncu dəfə aprel ayında baş vermiş mədə qanaxmasından şikayətlənmiş, Salkoseril, Serukal və s. dərmanlar qəbul etdiyini bildirmişdir. Müayinə zamanı qarının ön divarında yuxarı orta laparotomiya kəsiyinə (perforasiyanın) və sağtərəfli çəp kəsik (appendektomiyanın) müvafiq çapıqları izlənilmiş, çəkisi 82 kq, boyu 171 sm, BKİ 28, əlillik təyinatına əsas verən xroniki həzm pozğunluğu əlamətləri aşkar olunmamışdır. Akademik M.A.Topçubaşov adına X3 xx.xx.2023xx.xx.2023-cü il tarixli 201976 nömrəli Çıxarışında diaqnoz “Mədənin perforativ xorası. Yayılmış peritonitə görə (hərbidə olarkən) laporatomiya, perforativ xoranın tikilməsi və drent edilməsi əməliyyatından sonrakı vəziyyət. 12 barmaq bağırsağın çapıq deformasiyası. Hipertoniya xəstəliyi” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq,diaqnoz əlilliyin təyin edilməsinə əsas vermədiyi üçünn imtina barədə qərar qəbul edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). - 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Hazırda iddiaçının cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, lakin müraciətinə inzibati orqan tərəfindən cavab verilməmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

6. İnzibati Prosessual Məcəllənin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında nümayəndəsinin iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır.

İş materiallarında olan:

AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1969-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 761 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarına əsasən, Ağstafa RHK tərəfindən 1997-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.2006cı ildə MN Mərkəzi Hərbi Klinik Hospitalının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik-diaqnoz: “Xora xəstəliyi, remissiya mərhələsində. 12 barmaq bağırsaq soğanağının perforativ xorasına görə aparılmış laparotomiya (xx.xx.2005), perforativ xoranın tikilməsi cərrahiyyə əməliyyatından sonrakı vəziyyət. Xroniki qastroduodenit, remissiya mərhələsində” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin xx.xx.2022-ci il tarixli 318 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 317 nömrəli arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.2006-cı il tarixli 860 nömrəli xəstəlik haqqında arayış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, iddiaçının əlilliyi xx.xx.2023-cü il tarixdə onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma və deşilmə ilə, 12 barmaq bağırsağın qanaxma ilə fəsadlaşan tez-tez residiv verən xorası diaqnoz əsasında qiymətləndirilmiş və nəticədə imtina edilmişdir. İmtinaya səbəb: diaqnoz əlillik əlaməti təyin etməməsi. İddiaçı əlavə olaraq məhkəməyə ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışları məhkəməyə təqdim etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 03 oktyabr 2023-cü il tarixli, 3-17-4/3-3- 17786/2023 saylı Qərarında qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2021-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********8). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin 0236003AALGT nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********6). Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və qərar verilməsi Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 761 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Xora xəstəliyi, remissiya mərhələsində. 12 barmaq bağırsaq soğanağının perforativ xorasına görə aparılmış laparotomiya (xx.xx.2005), perforativ xoranın xoranın tikilməsi cərrahiyyə əməliyyatından sonrakı vəzyyət. Xroniki qastroduodenit, remissiya mərhələsində” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı mədə qanaxmasından, ağrıdan, qusmadan şikayətlənmişdir. Baxış zamanı dəri və selikli qişaları təmiz, dili nəm, boyu 175 sm, çəkisi 86 kq müəyyən edilmiş, anemiya əlamətləri müşahidə edilməmişdir. Medikamentoz preparatlardan Metronidazol qəbul etdiyini bildirmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı Cərrahi əməliyyat keçirdiyini söyləmiş, sonuncu dəfə aprel ayında baş vermiş mədə qanaxmasından şikayətlənmiş, Salkoseril, Serukal və s. dərmanlar qəbul etdiyini bildirmişdir. Müayinə zamanı qarının ön divarında yuxarı orta laparotomiya kəsiyinə (perforasiyanın) və sağtərəfli çəp kəsik (appendektomiyanın) müvafiq çapıqları izlənilmiş, çəkisi 82 kq, boyu 171 sm, BKİ 28, əlillik təyinatına əsas verən xroniki həzm pozğunluğu əlamətləri aşkar olunmamışdır. Akademik M.A.Topçubaşov adına X3 xx.xx.2023- xx.xx.2023-cü il tarixli 201976 nömrəli Çıxarışında diaqnoz "Mədənin perforativ xorası. Yayılmış periton itə görə (hərbidə olarkən) laporatomiya, perforativ xoranın tikilməsi və drent edilməsi əməliyyatından sonrakı vəziyyət. 12 barmağ bağırsağın çapıg deformasiyası. Hipertoniya xəstəliyi” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə iddiaçı barəsində alt sistemdən çıxarışlar təqdim edilmişdir.

II. Məhkəmənin mövqeyi

8. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun

- 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; - 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. - 3.1.-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2.-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3.-ci maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4. –ci maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın

- 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. - 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:1.5.1. ümumi səbəblərdən:1.5.1.1. ümumi xəstəlik;1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi;1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar;1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7.terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən:1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. - 1.6-cı bəndinə əsasən, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Hazırda iddiaçının tələbi müddətsiz əlilliyin təyin olunması tələbindən ibarətdir. Mübahisəli olmayan hal ondan ibarətdir ki, iddiaçıya “onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma və deşilmə ilə, 12 barmaq bağırsağın qanaxma ilə fəsadlaşan tez-tez residiv verən xorası” diaqnozu qoyulmuş və əlilliyin müəyyən edilməsi üçün forma 88 cavabdeh inzibati orqana göndərilmişdir. İddiaçı tərəfindən cavabdehin ona diaqnoz əlillik əlaməti təyin etmədiyinə görə imtinasının qanunsuz hesab edilməsi və Azərbaycn Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əlavənin 3.2.4.1-ci bəndində qeyd olunan “həzm funksiyasının mülayim pozulması - xəstəliyin orta ağır forması, xroniki təkrarlanan, bir ildən az müddətdə residivləşən xora, İİ dərəcə zülalenerji çatışmazlığı (BKİ 16,0-17,5) və anemiya ilə müşahidə olunan hal” onun diaqnozu ilə uyğunluq təşkil etdiyini əsas gətirmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Lakin iddiaçının diaqnozu onun istinad etdiyi Nazirlər Kabinetinin yuxarıda göstərilən bəndində olan hal ilə uyğunsuzluq təşkil edir. Belə ki, “onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma və deşilmə ilə, 12 barmaq bağırsağın qanaxma ilə fəsadlaşan tez-tez residiv verən xorası” diaqnozu “həzm funksiyasının mülayim pozulması - xəstəliyin orta ağır forması, xroniki təkrarlanan, bir ildən az müddətdə residivləşən xora, İİ dərəcə zülal-enerji çatışmazlığı (BKİ 16,0-17,5) və anemiya ilə müşahidə olunan hal” diaqnozu ilə eynilik təşkil etmir. Anemiya dedikdə sağlam qırmızı qan hüceyrələrinin və ya hemoglobinin olmaması ilə xarakterizə olunan və qanda oksigen daşıma qabiliyyətinin azalmasına səbəb olan tibbi bir vəziyyətdir. Anemiyanın bəzi ümumi növlərinə dəmir çatışmazlığı anemiyası, vitamin çatışmazlığı anemiyası (məsələn, B12 və ya folat çatışmazlığı) və xroniki xəstəlik anemiyası daxildir. Məhkəmə araşdırılması zamanı sübutlar tədqiq edildikdə iddiaçı barəsində müəyyən olunmuş diaqnozu Azərbaycn Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən xəstəlik meyarlarına uyğun olmadığı müəyyən edilmişdir.

11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun

- 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6-cı maddəsinə əsasən isə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 2.0.7-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; - 3.3. –ci maddəsinə əsasən, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. - 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qanun pozuntusuna yol verilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir.

12. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin

- 52-ci maddəsinə əsasənMəhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. - 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

13. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İddiaçı müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh orqana həvalə edilməsi” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

14. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

15. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar