Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3276/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X8) qarşı “çıxarışın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 adına verilmiş xx.xx.2013-cü il tarixli RX seiyalı № ******* nömrəli Çıxarışın ləğv edilməsi, iddiaçının mülkiyyət hüququnun bərpa olunması və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələ ləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, № ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92“a” nömrəli binanın zirzəmisindəki 18,0 kv. metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi (6 saylı qarajı) xx.xx.2013-cü il tarixli RX seriyalı № ******* Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X3 adına verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92“a” nömrəli binanın zirzəmisindəki 18,0 kv. metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 6 saylı qaraj İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X13 tərəfindən qəbul edilmiş xx.xx.2013-cü il tarixli Qərara əsasən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qaraı qanunsuz olaraq borc tələbi əvəzinə tələbkara (X5) verilmişdir. Nəsimi rayon İcra Şöbəsinin keçmiş böyük icra məmuru X13 tərəfindən “Qiymətləndiricinin dəvət edilməsi haqqında” xx.xx.2012-ci il tarixli qərarı qəbul etmişdir. Həmin qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1480 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən icra məmurunun tələb etdiyi 2000 (iki min) manat pul olmuşdur. İddiaçı göstərilən pulu tam şəkildə Nəsimi rayon İcra Şöbəsinin hesabına 2012-ci ilin oktyabr ayında ödəmişdir. Belə ki, iddiaçı “Qiymətləndiricinin dəvət edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Qərarın dayandırılması və icra məmurunun qanunsuz hərəkətləri barədə Nəsimi rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmədə iddiaçının ərizəsi təmin edilmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)- 1875/2012 saylı,xx.xx.2012-ci il tarixli Qərardadı icra etmək üçün (hakim Şahin Abdullayev) Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Nəsimi rayon İcra Şöbəsinin icra məmuru rəis əvəzi İlham Həsənov tərəfindən "Sərraf MMC-ə xx/xx-2615/3 saylı,xx.xx.2012-ci il tarixli məktubu və ona əlavə edilmiş Nəsimi rayon Məhkəməsinin 2(006)-1875/2012 saylı, xx.xx.2012-ci il tarixli Qərardadını göndərərək, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində istifadə olan 0,2799 ha torpaq sahəsində yerləşən 92a nömrəli binanın zirzəmisindəki 18.0 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) qiymətləndirilməsini və hərracın dərhal dayandırıb, nəticəsi barədə Nəsimi rayon İcra Şöbəsinə məlumat verilməsini xahiş etmişdir. "xxxx" MMC-nin rəhbərliyi dayandırma barədə dərhal Nəsimi rayon İcra Şöbəsinə 17 aprel 2012-ci il tarixli, 168 saylı məktub göndərilmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-1875/2012 saylı, xx.xx.2012-ci il tarixli Qərardadı ilə icra hərəkətlərinin dayandırılmasına baxmayaraq, icra sənədi üzrə icraatın təzələnməsinə dair qərar qəbul edilməmiş, həmin qərar barədə məlumatlandırılmamış, həmin qərarın mövcudluğu və həmin qərardan şikayət vermək hüququm gözlənilmədən, 22 may 2013-cü il tarixli qərarın 10 gün müddətini gözləmədən, iddiaçıya xəbər vermədən, iddiaçının razılıq ərizəsi olmadan, hərrac keçirilmədən və onun nəticələri barədə protokol olmadan, heç bir məhkəmə qərarı olmadan, Nəsimi Rayon İcra Şöbəsinin adından (hazırda Nəsimi rayon İcra və Probasiya Şöbəsi) bir gündən sonra 23 may 2013-cu il tarixində xx/xx-3259/3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə məktub göndərilmiş, X3 adına 28 iyun 2013-cü il tarixli,RX Seriyalı ******* №-li Çıxarış verilmişdir. Qiymətləndirmə aktı olmamışdır, icra məmuru hərracın keçirilməsi barədə "Əmlakın İxtisaslaşdırılmış Hərrac Mərkəzi” mmc-ə sifariş məktubu ilə müraciət etməmişdir. Nəsimi rayon Məhkəməsinin 13 aprel 2012-ci il tarixli, 2(006)-1875/2012 saylı qərardadı ilə iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu S.Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədə yerləşən qeyri-yaşayış sahəsi ilə əlaqədar icra hərəkətləri dayandırılmışdır, həmin iş isə ləğv edilmişdir. "xxxx" MMC-nin rəhbərliyi dayandırma barədə dərhal Nəsimi rayon İcra Şöbəsinə 168 saylı, 17 aprel 2012-ci ildə məktub göndərilmişdir. "xxxx" MMC tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92“a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın qiymətləndirilməsi üçün mütəxəssis göndərilməmişdir. Ona görə ki, həmin dövrdə "xxxx" MMC-nin vergi ödəyicisi kimi fəaliyyətləri və əməliyyatları xx.xx.2012-ci ildən-xx.xx.2017-ci ilədək dayandırılmışdır. Qiymətləndiricinin xidmətindən istifadə olunmamışdır, iddiaçı onunla bağlı heç bir pul vəsaiti ödəməmişdir.
3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X8 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
4. Üçüncü şəxsin nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, on beş ildən artıq Sevda X1 nə borcunu qaytarmış, nə də ki, borcun əvəzinə Nadejda Allahverdiyevanın adına rəsmiləşdirilmiş və mülkiyyətində olmuş qeyriyaşayış sahəsinin (qarajın) istifadəsinə heç bir imkan yaratmamış, müxtəlif, demək olar ki, eyni əsaslarla, eyni tərəflərin arasında olan iddia tələbləri ilə məhkəmələrə müraciət etmiş, nəticədə süründürməçiliklə məşğul olmuş, qanuni qüvvəyə minmiş qətnamənin icrasına manəçilik törətmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı qarşı borcun qaytarılmasına dair iddia ərizəsi qismən təmin edilmiş, qanuni qüvvədə olan 2(102)-1480/2011 saylı, 20 may 2022-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən cavabdeh İddiaçı X3 xeyrinə 20.000 manat əsas borc, 2.000 manat mənəvi ziyan, 1.000 manat əldən çıxmış fayda, əmlak şəkilində borca görə 1.000 manat, 20 manat dövlət rüsumu tutulması qərara alınmışdır. İddiaçı borcu ödəmədiyindən qətnamənin icrasının təmin edilməsi məqsədi ilə tutma onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (6 saylı qaraj) yönəldilmiş, həmin əmlak İcra Şöbəsinin sifarişi əsasında qiymətləndirilmiş, açıq hərraca çıxarılmış, hərracda satılmadığından Nəsimi Rayon İcra Şöbəsi tərəfindən tələbkar kimi iddiaçı Nadejda Allahverdiyevaya təklif etmiş, iddiaçı Nadejda Allahverdiyeva tələbkar kimi təklifi qəbul etmiş, Nəsimi Rayon İcra Şöbəsi qeyri-yahşayış sahəsinin adma rəsmiləşdirilməsi barədə qərardad qəbul edilməsi üçün icraya nəzərət edən Nəsimi Rayon Məhkəməsinə təqdimatla müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin 16 may 2013-cü il tarixli qərardadı ilə təqdimat məhkəmədə baxılmalı olmaması əsası ilə geri qaytarılmış və əsas kimi qeyd etmişdir ki, “İcra Haqqında” Qanuna əsasən bu səlahiyyət icra məmuruna verilmişdir. Bundan sonra İcra Şöbəsi 22 may 2013-cü il tarixdə əmlakın borcun əvəzinə tədləbkar kimi Nadejda Allahverdiyevanın adına rəsmiləşdirilməsi və bu barədə çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul etmiş, inzibati orqan tərəfindən həmin qərar icra edilərək əvvəl Sevda Hiiseynovaya məxsus olmuş 6 saylı qaraj üzərində 28 iyun 2013-cü il tarixdə Nadejda Allahverdiyevanın adına xüsusi mülkiyyət hüququ qeydə alınmış və onun adına RX seriyalı ******* saylı çıxarış verilmişdir (həmin çıxarış qüvvədədir). Daha sonra İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X11 və 3-cü şəxs X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmədən əvvəl ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 92a ünvanında yerləşən binanın zirzəmisindəki 18,0 kv.m. olan qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) borc əvəzində Nadejda Allahverdiyevanın adma keçirməklə rəsmiləşdirilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş 22 may 2013-cü il tarixli “əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” qərarın ləğv edilməsinə barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2013-cü il tarixli, 2inz(81)- 2695/2013 saylı qərarı ilə İddiaçı iddiası təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 92a ünvanında yerləşən binanın zirzəmisindəki 18,0 kv.m. olan qeyriyaşayış sahəsinin (6 saylı qaraj) borc əvəzində 3-cü şəxs X3 adına keçirməklə rəsmiləşdirilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş 22 may 2013-cü il tarixli “əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” qərarın ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2014-cü il tarixli, 2-1(103)-145/2014 saylı qərarı ilə cavabdeh və Nadejda Allahyerdiyeva tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2013-cü il tarixli, 2inz(81)-2695/2013 saylı qərarı ləğv edilmiş, İddiaçı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 iyun 2014-cü il tarixli, 2-1(102)-675/2014 saylı qərarı ilə İddiaçı kassassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2014cü il tarixli, 2-1(103)-145/2014 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra İddiaçı qeyd etdiyim iş üzrə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, məhkəmədən cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X11 və X2rşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair yeni açılmış hallarla bağıl icraatın təzələnməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2017-ci il tarixli, 2-1(103)-145/2014 saylı qərardadı ilə iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə İddiaçı tərəfindən verilmiş ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 may 2017-ci il tarixli, 2- 1(102)-779/2017 saylı qoran ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2017-ci il tarixli, 2-1(103)-145/2014 saylı qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 2-ci dəfə həmin işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 oktyabr 2017-ci il tarixli, 2-1(103)-145/2014 saylı qərardadı ilə İddiaçı iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2018-ci il tarixli, 2-1(102)-323/2018 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 oktyabr 2017-ci il tarixli, 2-1(103)-145/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2018-ci tarixli, 2- 2(81)-639/2018 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, 3-cü şəxs X6 işə cəlb edilməklə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 92a ünvanında yerləşən binanın zirzəmisindəki 18,0 kv.m. olan qeyri-yaşayış sahəsinə (6 saylı qaraj) dair çıxarışın ləğv edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 fevral 2019-cu il tarixli, 2-1(103)-273/2019 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 setyabr 2018-ci il tarixli, 2-1(81)-639/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli, 2-1(102)-1976/2019 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 fevral 2019-cu il tarixli, 2-1(103)-273/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2-1 (102)-1976/2019 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi təmin edilməmişdir.
5. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” xx.xx.2013-cü il tarixli Qərarı ilə boclu X12 mülkiyyətində olan Bakı şəhəri, S.Vurğun küçəsində yerləşən 92a nömrəli binanın zirzəmisindəki 18.0 kv.m ümumi sahəsindən ibarət olan qeyri-yaşayış sahəsinin borc əvəzində X5 adına keçirilməklə rəsmiləşdirilməsi qərara alınmışdır. Tələbkar – X3 adına Bakı şəhəri, S.Vurğun küçəsində yerləşən 92a nömrəli binanın zirzəmisindəki 18.0 kv.m ümumi sahəsindən ibarət olan qeyri-yaşayış sahəsinin keçirilməklə rəsmiləşdirilməsi, dövlət reyestrində müvafiq qeyd aparılmaqla çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 92a ünvanında yerləşən qeyri-yaşayış sahəsi (6 saylı qaraj) X3 adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
II. İddianın mümkünlüyü
8. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı X4 adına verilmiş xx.xx.2013-cü il tarixli RX seiyalı № ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsini tələb etmişdir.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarına əsasən:
17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
11. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddia lazımi qaydada qaldırılmayıb. Belə ki, hazırkı iddia tələbi qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmaması ilə bağlı deyil. İddiaçının hüquqi marağı hüquqların qeydiyyatı üçün əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsidir.
12. Məhkəmə iş materiallarıını araşdıraraq müəyyən edir ki, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” xx.xx.2013-cü il tarixli Qərarı ilə boclu X12 mülkiyyətində olan Bakı şəhəri, S.Vurğun küçəsində yerləşən 92a nömrəli binanın zirzəmisindəki 18.0 kv.m ümumi sahəsindən ibarət olan qeyri-yaşayış sahəsinin borc əvəzində X5 adına keçirilməklə rəsmiləşdirilməsi qərara alınmışdır. Tələbkar X3 adına Bakı şəhəri, S.Vurğun küçəsində yerləşən 92a nömrəli binanın zirzəmisindəki 18.0 kv.m ümumi sahəsindən ibarət olan qeyri-yaşayış sahəsinin keçirilməklə rəsmiləşdirilməsi, dövlət reyestrində müvafiq qeyd aparılmaqla çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 92a ünvanında yerləşən qeyri-yaşayış sahəsi (6 saylı qaraj) X3 adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.
13. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən: - Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; - Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir.
14. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. - İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.
15. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ... icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir...
16. Məhkəmə nəzərə alır ki, iddiaçı faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edərək Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” xx.xx.2013-cü il tarixli Qərarı ləğv olunmasını tələb edir. Odur ki, məhkəmə hesab edir ki, icra məmurunun hərəkətlərindən və qəbul etdiyi qərardan şikayətə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəmə tərəfindən baxılmalıdır və inzibati məhkəmə hazırki mübahisəyə baxmağa səlahiyyətli deyil.
17. Digər tərəfdən Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” xx.xx.2013-cü il tarixli Qərarı dəfələrlə məhkəmə araşdırmasının predmeti olmuş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-61/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Nəsimi rayon İcra və probasiya şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və qeyrilərinə qarşı (X8 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “qərarın, təklifin, digər sənədlərin və yeni çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. İddaçnın qeyd olunan tələblərinə artıq qüvvədə olan məhkəmə qərarları ilə qiymət verildiyindən, iddiaçıya şikayət formasında icra sənədini verən və ya icraya nəzarət müvafiq məhkəməyə müraciət etmək hüququnun izah edilməsinə zərurət qalmadığı bildirilmişdir. Həmin qərardadla müəyyən edilmişdir ki: ...Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 iyun 2014cü il tarixli 2-1(102)-675/14 saylı qərarı ilə müəyyən olunmuşdur ki, borclunun əmlakının qiymətləndirici tərəfindən qoyulmuş qiymətə tələbkarın adına keçirməklə qiymətləndirilməsi barədə cavabdeh icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2013-cü il tarixli qərarın qanuniliyi iddiaçının kassasiya şikayəti əsasında yoxlanılarkən hazırkı iddia ilə mübahisələndirilən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) X3 adına keçirilməsi barədə verilən 17/70 182/3 nömrəli 17 yanvar 2013-cü il tarixli Təklifin və verilən qərarların və sənədlərin, əmlakın qiymətləndirilməsi barədə "xxxx" MMC-nin Qeyd 12-194 saylı 09 aprel 2012-ci il tarixli əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatın və Nəsimi rayon icra şöbəsi tərəfindən əmlakın tələbkarın adına qeydə alınması barədə hərəkətlərinə qiymət verilmiş, bu zaman icra məmurunun hər hansı pozuntuya yol verməsi müəyyən olunmamışdır....
18. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-61/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı iddiaçı tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-6328/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
20. Odur ki, iddiaçıya səmərəli hüquqi müdafiə vasitəsinin izah edilməsi zərurəti qalmamışdır.
21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
22. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva