Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3277/2023 23.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı «şəhid ailə üzvü kimi mənzillə təmin olunmaq öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı «şəhid ailə üzvü kimi mənzillə təmin olunmaq öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun həyat yoldaşı şəhid kapitan X1 adından ailəsi olaraq İddiaçı mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdeh Xətai rayon İcra Hakimiyyətinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı şəhid X4 03 dekabr 1955-ci ildə doğulmuşdur. xx.xx.1974-xx.xx.1976-ci illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci ildə leytinant, xx.xx.1988-ci ildə baş leytinant, xx.xx.1993-cii ilə kimi kapitan vəzifəsində çalışmışdır. Eyni zamanda bildirmişdir ki, 1-ci Qarabağ müharibəsi başlayan bir gündən yani xx.xx.1993-cü il tarixdən vətən müharibəsi Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşdə iştirak etmişdir. xx.xx.1994-cü il tarixində Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhramancasma həlak olaraq şəhidlik zirvəsinə ucalmışdır. Vətən müharibəsi şəhid aləsi kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınması üçün Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. xx.xx.2022-ci Ə-192-068 saylı imtina məktubu ilə imtina verilmişdir. Onu qeyd etmək istəyir ki, onun hal-hazırdakı qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2944, mənzil 525 oğlu X5 məxsus olan 1 otaqlı bina evi olmuşdur. Mənzil məsələsinin həlli ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət elmişdir. Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli imtina məktubu ilə ona imtina olunmuşdur. İmtina məktubu onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mənzil məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətandaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələrinə biləcək hərəkətlərə yol verilmiş vətandaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən onlar azı son 5 oldən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər. Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. İddiaçı qeyd etmişdir ki, Xətai rayonu Gen. Şıxlinski küçəsində yerləşən 2 otaqlı 47 nömrəli evin 179 saylı mənzilini məcburiyyətdən övladlarına görə satıb imkanı çatdığı qədər 1 otaqlı ev alıb həmin evdə oktyabr ayından qeydiyyata düşmüşdür. Eyni zamanda bildirmişdir ki, onların ailəsi məcburiyyətdən, ailə vəziyyəti ilə əlaqədar 1 otaqlı evdə iki övladı və nəvəsi ilə birgə yaşamaqları çətindir. İddiaçı hesab edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinə əsasən Azərbaycan Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş, xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qavdada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin maddənin 5-ci bəndinə əsasən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənziltikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər. Mənzil tikinti (mənzil) kooperativlərinə daxil olan və ya fərdi yaşayış evi tikən (satın alan) və başqa daimi mənzili olmayan hərbi qulluqçulara onların xidmət yerində mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımı göstərilir: Fasiləsiz 15 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 50 faiz miqdarında, 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 100 faiz miqdarında. Kooperativ mənzil haqqının və ya dövlət bankı kreditlərinin ödənilməsi sahəsində əvəzsiz maliyyə yardımı göstərilməsinin qaydası bu bənddə göstərilmiş və ya ehtiyata, yaxud istefasa buraxılmış hərbi qulluqçular sırasından mənziltikinti (mənzil) kooperativlərinin üzvü olan şəxslərə və fərdi ev tikənlərə də şamil edilir. 15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara hüquq verilir ki, istefaya və ehtiyata buraxıldıqdan sonra yaşayacaqları yaşayış məntəqələrinin (əgər yaşavış məntəqələri Azərbaycan Respublikasının ərazisində yerləşirsə) mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olsunlar. Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak elmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətindən artıq həqiqi hərbi xidmət etmiş hərbi qulluqçularına torpaq sahələri ayırmalı, tikintidə, tikinti, materialları almaqda kömək göstərməlidirlər. Ehtiyata və ya istefasa buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayə xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada ödəyirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “İddiaçı şəhid ailə üzvü kimi güzəştli mənzil növbəsinə götürülməsi barədə qərar qəbul edilməsi vəzifəsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” kimi icraata qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3277/2023 saylı qərardadı ilə ərizə icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə yazılı etiraz təqdim olunmamışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli imtina məktubunun surəti; - **********01-05301-093152 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış; - AZ-İ seriyalı 057291 nömrəli Ölüm haqqında Şəhadətnamənin surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0252 saylı xx.xx.1994-cü il tarixli əmrindən çıxarışın surəti; - xx.xx.2011-ci il tarixli 10663 nömrəli Şəhid ailə üzvünün vəsiqəsinin surəti; - Məhkəmənin sorğusuna cavab olaraq Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubunun surəti.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından əsaslı iddiadır və iddia təmin edilməlidir. İşin araşdırılan hallarından və işdə olan sənədlərdən (AZ-İ seriyalı 057291 nömrəli ölüm haqqında şəhadətnamə) müəyyən edilir ki, iddiaçının əri 1955-ci il təvəllüdlü X4 19 yanvar 1994-cü il tarixdə Ağdərə rayonu ərazisində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olmuşdur. İddiaçı şəhid ailə üzvü kimi cavabdeh inzibati orqan mənzil növbəsinə alınma və yaşayış sahəsi ilə təmin edilmə tələbi ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, Siz Xətai rayonu, Gen.Şıxlinski küçəsində yerləşən yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı 47 nömrəli evin, 179 saylı mənzilində daimi qeydiyyatda olmusunuz və xx.xx.2021-ci il tarixdən M.Hadi küçəsi, məhəllə 2944-də yerləşən yaşayış sahəsi 22.80 kv.m olan 525 saylı mənzilə daimi qeydiyyata düşməklə mənzil şəraitinizi süni surətdə pisləşdirmisiniz. Bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər. İş materiallarında olan AZ-İ seriyalı 057291 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 (iddiaçının əri) xx.xx.1994-cü il tarixdə (ölüm səbəbi - kəskin qan itirmə travmatik şok) hərbi əməliyyat nəticəsində döyüş meydanında həlak olmuşdur. İş materiallarında olan, Bakı şəhəri Xətai rayon Xətai bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışında ünvan 3 ünvanda qeydiyyatda olan İddiaçı, X2 (iddiaçının qızı) adına Xətai rayon Xətai bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmadığı qeyd edilmişdir. İş materiallarında olan, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı həqiqətən ünvan 4 ünvanında "xxxx" MMC-də 525 saylı mənzildə xx.xx.2021-ci il tarixdən etibarən özü və 4 nəfər ailə üzvü (İddiaçı (iddiaçı); X7 (iddiaçının oğlu); X6 (iddiaçının qızı); X3 (iddiaçının nəvəsi) ilə birlikdə qeydiyyatdadırlar. Qeyd edilən 1 otaqlı 22.80 kv metr yaşayış sahəsi olan mənzil iddiaçının oğlu X5 məxsusdur. İş materiallarında olan, **********01-05301-093152 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu,M.Hadi küçəsi, 2944-cü məhəllə, mənzil 525; yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəs, 104, M8, m3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə X5 məxsusdur. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0252 saylı xx.xx.1994-cü il tarixli əmrindən çıxarışdan görünür ki, 1955-ci il təvəllüdlü X4 xx.xx.1994cü il tarixdə Ağdərə rayonu uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olmuşdur. İş materiallarından görünür ki, Xətai rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2011-ci il tarixdə İddiaçı (iddiaçıya) 10663 nömrəli Şəhid ailə üzvünün vəsiqəsi verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı, iddiaçı Gen.Şıxlinski küçəsində yerləşən yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı 47 nömrəli evin, 179 saylı mənzilində daimi qeydiyyatda olmuş və xx.xx.2021-ci il tarixdən M.Hadi küçəsi, məhəllə 2944-də yerləşən yaşayış sahəsi 22.80 kv.m olan 525 saylı mənzilə daimi qeydiyyata düşməklə mənzil şəraitini süni sürətdə pisləşdirmişdir. Məlumat üçün iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər və bu səbəbdən vət.İddiaçı xahişinin təmin edilməsinin imkanımız xaricində olduğu nəzərinə çatdırılmışdır. İddiaçı hal-hazırki durumu ilə və bağlı olaraq xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsində qeyd etmişdir ki, oğlunun Polşa Respublikasında ödənişli əsaslarla təhsil alması ilə bağlı olaraq qeydiyyatda olduqları eyni zamanda yaşadıqları Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsində yerləşən, ümumi sahəsi 30,14 kv.m olan 2 otaqlı mənzili 2020-ci ildə satmışdır. Həmçinin verdiyi ifadəsində iddiaçı yaşadıqları mənzili həqiqətən mənzil şəraitini pişləşdirmək niyyəti ilə deyil, oğlunun təhsilinə davam etdirməsi üçün ödəniş haqqına ehtiyacı olduğunu, həmçinin bu olmasa belə ailə üzvlərinin sayı nəzərə alındıqda həm əvvəlki mənzilinin, həm də hazırkı yaşadığı mənzili adambaşına düşən normaların tələblərinə uyğun olmadığından, yəni az olduğundan onun mənzillə təmin olunmaq hüququnun olmasının nəzərə alınmasını məkəmədən xahiş etmişdir. İş materiallarda olan, Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 96 saylı MKİS-nin verdiyi xx.xx.2022-ci il tarixli 05 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 30,14 kv.m olan 2 otaqlı mənzildə xx.xx.2020-ci il tarixədə qeydiyyatda olmuş və yaşamışdır. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı (iddiaçı) adına qeydiyyata alınmış hər hansı əmlakla bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. İddiaçının qeydiyyatda olduğu ünvan 7 ünvanında yerləşən sahəsi 30.14 kv.m olan mənzildə yaşadıqları həmin vaxt onun ailə tərkibi özü də daxil olmaqla 4 nəfər ailə üzvündən ibarət olmuşdur. Belə ki, iddiaçının qeydiyyatda olduğu həmin mənzil üzrə iddiaçının hər bir ailə üzvünə düşən sahə uçot normasından az olmuşdur. Belə olan halda iddiaçı sadalanan maddi hüquq normalarının tələblərinə görə yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına, yəni yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Göründüyü kimi, İddiaçı ailə üzvlərinin sayı (özü ilə birlikdə 4 nəfər) nəzərə alındıqda onun adına olmuş Xətai rayonu, Gen.Şıxlinski küçəsində yerləşən yaşayış sahəsinin ölçüləri (30.14 kv.m) bir nəfər üçün nəzərdə tutulan dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən (16 kv.m) aşağı olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanununun 1-ci maddəsinə əsasən: - Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. - Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 4-cü maddəsinə əsasən: - Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. - Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. - Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. - Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır. Həmin Qanunun 5-ci maddəsinə əsasən şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. (-) Həmi Məcəllənin 49.2-ci maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. (-) Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.3-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər; Həmin Məcəllənin 51.7-ci maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən. yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu iltarixli Fərmanının: - 2.2-ci bəndinə əsasən, həmin Məcəllənin (...) 51.7-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; - 2.3-cü bəndinə əsasən, həmin Məcəllənin 51.3-cü maddəsində «müvafiq icra hakimiyyəti orqanı» dedikdə, yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, şəhid ailəsinin üzvü İddiaçı əvvəlki mənzilinin, həmçinin hazırda yaşadığı mənzilin ölçüləri ailə üzvlərinin sayı nəzərə alınmaqla dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasından az olduğundan, eyni zamanda yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə onun yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətlərə yol verdiyi müəyyən olunmadığından iddia əsaslıdır və cavabdeh inzibati orqanın imtinası qanuni sayıla bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı şəhid ailə üzvü kimi güzəştli mənzil növbəsinə götürülməsi barədə qərar qəbul edilməsi vəzifəsi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev