Məhkəmə qərarları › İş №2-1(112)-3278/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3278/2021

31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3278/2021 31.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiamının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası təyin edilərkən hazırki dövrə qədər ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı onun 05 fevral 2016-ci ıl tarixdə 50 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, əmək pensiyası təyin edilərkən hazırki dövrə qədər ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Həmin müraciətinin nəticəsi barədə 13 noyabr 2020-ci il tanxdə rəsmi cavab məktubunu 01 dekabr 2020-ci il tarixdə almışdır və həmin məktubda 2005-cı ilədək 10 ildən az güzəştli iş stajının olduğundan güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Bildirir ki, o 1983-cü ildən 1988-ci ilə kimi M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. 1988-ci ilə kimi əmək fəaliyyəti göstərir. Təhsil aldığı institut və iş stajı birlikdə 37 (otuz yeddi) ildən artıq edir. Onun güzəştli şərtlərlə əmək pensiya almaq hüququ 50 yaşdan yaranmışdır. Buna baxmayaraq həmin tarixçə əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə əsasən pensiya hüququnun yarandığını bilmədiyindən müraciət etməmişdir. O Azərbaycan DRES X6 və avtomatika seximdə, daha sonra isə Azərenerji ASC-nin Yeni idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası MMC adlandırılan MMC-də müxtəlif vəzifələrdə işləmişdir. Mənim 2006-cı ilədək 18 (on səkkiz) ili əmək şəraiti zərərli və ağır olan işlər təşkil edir və işləmişdir. “Əmək Pens’valan Haqqında Qanunun” 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələolərə müvafiq qaydada təyin edilir. Əvəllər qüvvədə olmuş “Vətəndaşların pensiva təmiratı haqqında Qanunun” 01 avqust 1997-ci il tarixədək qüvvdə olmuş 12-cü maddəsinin “a" bənd nə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə-çalışan işçiiər dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetini tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haqqında’’ Qanunun 21.2.3-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına “Əmək pensiyaları haqqında” Qanunun 21.1 -ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti daxıl edilir. Həmin Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumiqaydada sığorta stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərt ərlə Təyinat üzrə mərkəzi filialına ərizə müraciət edərək əmək pensiyasının 50 yaşdan yarandığını nəzərə alaraq hesablanmasını xahiş etmişdir. Ona 13 noyabr 2020-ci il tarixli məktubla əsassız olaraq imtina verərək bildirilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmədiyindən qanunsuz olaraq imtina verilmişdir. 01.01.2006-cı il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13.06.1997-ci il tarixli 321- İQD nömrəli Qanunla haqqında» AR Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərədi və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunanlara əsasən iddiaçı onun 05 fevral 2016-ci ıl tarixdə 50 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, əmək pensiyası təyin edilərkən hazırki dövrə qədər ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, bildirirlər ki, İddiaçı “güzəştli şərtlərlə əmək yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi” tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldırmışdır. Hesab edirlər ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı iddia tələbinə dair Mərkəzi Filial tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri haqqında aşağıdakıları bildirirlər: İddiaçı 22 oktyabr 2020-cu il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı inzibati orqan tərəfindən aparılmış inzibati icraat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirirlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X4 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 31 may 2004-cü il tarixli əmək kitabçasında 01.02.1995-11.04.2011-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyi mühəndis-elektronçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 10 ildən az (6 il 4 ay 5 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı X1 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1966-cı il təvəllüdlüdür. İşdə olan PB № 038790 saylı diplomun surətindən görünür ki, İddiaçı 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, 1988-ci ildə həmin institutun məlumat-ölçmə texnikası ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 26.09.1988-ci il tarixdən 02.01.1990-cı il tarixə Az.DRES-də X6 və Avtomatika sexində (İÖC və AS) istehsalat proseslırinin avtomatik idarəetmə sistemi sahəsinə elektrik maşınlarının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingər vəzifəsinə təyin edilmiş, 02.01.1990-cı ildə Az.DRES-də X6 və Avtomatika sexində AİS sahəsində elektrik stansiyasının avtomatika və ölçmə çihazlarına xidmət edən 3-cü qrup elektrik çilingəri vəzifəsinə keçirilmişdir. 01.02.1995-ci ildə həmin sexdə AİS sahəsində mühəndiselektronçu vəzifəsinə keçirilmişdir. 11.04.2011 ci ildə həmin sexin “Avtomatika” qrupuna mühəndis vəzifəsinə keçirilmişdir, 07.01.2014-cü ildə elə həmin vəzifədə ödəmə dərəcəsi bir dərəcə artırılalaraq 9-cü ödəmə dərəcəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası "xxxx" ASC “Azərbaycan İstinlik Elektrik Stansiyası” tərəfindən verilmiş 18.09.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 01.09.1983-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Neft Akademiyası) daxil olmuş və 11.08.1988-ci ildə bitirmişdir və təyinatla Azərbaycan DRESə göndərilmişdir. O, 26.09.1988-cü il tarixdə Az.DRES-də X6 və Avtomatika sexində (İÖC və AS) istehsalat proseslırinin avtomatik idarəetmə sistemi sahəsinə elektrik maşınlarının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri vəzifəsində işə başlamışdır ( Əmr № 441, 27.09.1988). 02.01.1990-cı ildə həmin sexin AİS sahəsində elektrik stansiyasının avtomatika və ölçmə çihazlarına xidmət edən 3-cü qrup elektrik çilingəri vəzifəsinə keçirilmişdir (Əmr № 06/k.17.01.1990). 01.02.1995-ci ildə həmin sexdə AİS sahəsində mühəndis-elektronçu vəzifəsinə keçirilmişdir (Əmr № 827/k , 01.04.1995). 11.04.2011 ci ildə həmin sexin “Avtomatika” qrupuna mühəndis vəzifəsinə keçirilmişdir (Əmr № 72, 07.04.2011), 07.01.2014-cü ildə elə həmin vəzifədə ödəmə dərəcəsi bir dərəcə artırılalaraq 9-cü ödəmə dərəcəsi verilmişdir (Əmr № 49/ş, 2104.2014). Hal-hazırda həmin vəzifədə çalışır. X3 birbaşa Qazan, Turbin və oniarın köməkçi avadanlıqlarında idarəetmə və nəzarət üçün quraşdırılmış istilik ölçmə, ölçü və avtomatik idarəetmə sistemlərinin qurğularının yerində təmiri, sazlanması, quraşdırılması işlərini yerinə yetirir. Bu qeyd edilmiş sahələrdə yüksək temperatur, titrəmə, səs-küy, sürətli hava axını və nisbi rütubət mövcuddur. Bütün bu işləri hər gün 8 saatlıq iş rejimində ağır və zərərli iş şəraitində yerinə yetirdiyi üçün X1 1988- 2011- cı il tarixinədək 8%, 2011 -ci ildən başlayaraq 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir. X3 26.09.1988 -ci il tarixindən 01.02.1995-ci il tarixədək güzəştli şərtlərlə təqaüdə çıxması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007 -ci il tarixli qərarının 24-cü bölməsinin a) bəndinə uyğundur. "xxxx"ASC-nin 25.04.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan DRES-"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin AÜ/002 saylı 05.01.2006-cı il tarixli əmrinə əsasən "xxxx" MMC - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13 noyabr 2020-ci il tarixli, **********5 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciəti araşdırılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında’’ Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X4 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim edilən 31 may 2004-cü il tarixli əmək kitabçasında 01.02.1995- 11.04.2011-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyiniz mühəndiselektronçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajının 1 yanvar 2006-cı il tarixinədək 10 ildən az (6 il 4 ay 5 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi, müraciətə baxılmasının imtina məktubunda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşin hallarından görünür ki, iddiaçı xx xxxxxx 1966-cı il təvəllüdlüdür. İddiaçı onun 1997-ci il 1 avqust tarixinə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı»na istinadən 10 ildən çox zərərli əmək şəraitində əmək stajı və 20 ildən çox ümumi əmək stajı topladığını nəzərə alaraq ona 50 yaşı tamam olduğu 05 fevral 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının işlədiyi peşə və vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında mühəndiselektronçu vəzifəsinin nəzərdə tutulmadığı, o cümlədən iddiaçının güzəştli iş stajının 1 yanvar 2006-cı il tarixinədək 10 ildən az (6 il 4 ay 5 gün) təşkil etməsi səbəbi ilə pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı ilə qədər qüvvədə olmuş ”Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin b bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı əsaslar birgə mövcud olmalıdır: İddiaçıya "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "a” bəndinə əsasən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: İddiaçının 01.08.1997-ci ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; İddiaçının 01.08.1997-ci ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Cavabdeh tərəfindən həm imtina məktubunda, həm də etirazda mübahisələndirilən konkret hal ondan ibarətdir ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında yalnız 1995-2011-ci illər üzrə nəzərdə tutulan güzəştli pensiya hüququ verən peşə və vəzifələrin mövcud olmaması halıdır. Məhkəmə iddianın əsassız olması ilə bağlı qeyd edir ki, tədqiq olunmuş əmək kitabçasından müəyyən olunur ki, iddiaçının 01.08.1997-ci ilə qədər nə ümumi, nə də güzəştli iş stajı mövcud deyil. Belə ki, məhkəmə araşdırması zamanı elektrik çilingəri peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” nın Xİİİ bölməsinin Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı bəndinin 2140200a-19927-ci yarımbəndində göstərilən elektrik maşınlarının təmiri üzrə elektrik çilingərləri vəzifəsinin nəzərdə tutulduğu və iddiaçının 1988-1995-ci illər ərzində qeyd olunan peşə və vəzifə üzrə 6 il 4 ay 5 gün xüsusi sığorta stajı əldə etdiyi müəyyən edilmişdir. Bu hal işin mübahisələndirilməyən halını təşkil edir. Lakin iddiaçının 01.02.1995-2006-cı dövrlərdə mühəndis-elektronçu vəzifəsində işləməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulan maddələrin əhatə dairəsinə düşmədiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Bu səbəbdən, Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı nə 01.08.1997-ci il tarixədək tələb olunan ümumi və güzəştli iş stajını yığmamış, nədə ki, 01.01.2006-cı il tarixədək güzəştli iş stajını toplamamış olur. Hazırki mübahisənin qanuni əsasını, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi nəzərə alınmaqla, həmin Qanunun 9.1-ci maddəsinin, həmçinin, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinin təşkil etdiyini nəzərə alsaq, məhkəmə araşdırılması ilə müəyən olunan hallara görə iddiaçının güzəştli pensiya hüququ verən azı 10 il zərərli əmək şəraitinə aid peşələrdə işlədiyi müəyyən olunmur. Belə olan halda, cavabdehin iddiaçıya güzəştli pensiya təyin etməkdən imtina etmək vəzifəsi onun qanunla üzərinə düşən öhdəliyi olmuşdur. Ona görə də, həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının 1995-2006-ci il tarixləri arasındakı illər ərzində "xxxx" MMC-də işlədiyi mühəndis-elektronçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmadığından və buna istinadən iddiaçının güzəştli iş stajının 1 yanvar 2006-cı il tarixinədək 10 ildən az (6 il 4 ay 5 gün) təşkil etdiyindən onun tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar