Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3278/2025 16.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, "xxxx" MMC, İddiaçı2, X17 və X8 üçüncü şəxsi qismində cəlb edilməklə “torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, İddiaçı1 üçüncü şəxsi qismində məhkəmə icraatına cəlb edilməklə “torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi X9, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, "xxxx" MMC, İddiaçı2, X17 və X8 üçüncü şəxsi qismində cəlb edilməklə “torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” (mətndə - birinci iş) və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, İddiaçı1 üçüncü şəxsi qismində məhkəmə icraatına cəlb edilməklə “torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” tələbinə dair iddiası (mətndə - ikinci iş) üzrə inzibati işə 16 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Birinci iş üzrə İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin və ünvan 2 ünvanı: ünvan 3ayış binasının yerləşdiyi ərazinin hüdudları daxilində olan mövcud döngə nöqtə koordinatlarının etibarsız hesab edilməsi və etibarsız hesab edilmiş koordinatların daşınmaz əmlakın dövlət reyetsrində ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İkinci iş üzrə İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli, RX0998641 nömrəli çıxarışa əsasən İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,375 ha torpaq sahəsinə dair plan və ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-9774/2024 nömrəli qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-9774/2024 saylı (ikinci iş) inzibati iş həmin məhkəmənin icraatında 2-1(112)-14271/2024 saylı (birinci iş) inzibati işə birləşdirilmiş, ikinci iş 2-1(112)-14271/2024 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlər davam etdirilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3278/2025 nömrəli qəraradadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-9774/2024 nömrəli qərardadı X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi hissəsində ləğv edilmişdir. İddiaçı1 nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X15 məxsus **********06 reyestr №li, xx.xx.2012-ci il tarixli, (№ AA 039177) ünvan 4 ünvanına aid olan torpaq sahəsinin planı və ölçüsünun ləğv edilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3278/2025 nömrəli qəraradadı ilə ərizə təmin edilmiş, birinci iş üzrə iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3278/2025 nömrəli qəraradadı ilə, birinci iş üzrə İddiaçı2, X17, X8 və "xxxx" MMC üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: Birinci iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Musayev küçəsi, giriş 68 ünvanında yerləşən qeyri-yaşayış binası iddiaçının xüsusi mülkiyyətimdədir. Hər iki əmlak barədə iddiaçının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar vardır. Torpaq sahəsinin qonşuluğunda yerləşən daşınmaz əmlakların və iddiaçının hazırkı ərizədə göstərdiyi əmlaklarının reyestrdə Dövlət qeydiyyatı aparılan zaman texniki qüsurlara yol verilmiş, döngə nöqtələrinin koordinatları qarışdırılmışdır. Sərhəd qonşuluğunda yerləşən torpaq sahəsinin mülkiyyətçisi İddiaçı2 bu haldan qanunsuz istifadə edərək əsassız varlanmağa çalışmış və iddiaçıya qarşı məhkəmədə iddia qaldıraraq onun əmlakına sahiblənməyə cəhd etmişdir. Uzun sürən məhkəmə araşdırmalarından sonra 22 sentyabr 2020-ci il tarixdə Ali Məhkəmənin Mülki kollegiyası ədalətli Qərar çıxararaq onlara qarşı verilən iddianı rədd etmişdir. İddiaçı2 əsassız iddialarla çıxış etməsi faktı cavabdehə məlum olduğu üçün İddiaçı2 həmin torpaq sahəsinə dair reyestrdən çıxarış versə də, plan-ölçü sənədini ona verməmişdir. Hazırda iddiaçının qeyd olunan əmlaklarının yerləşdiyi ərazinin hüdudları daxilində İddiaçı2 məxsus olmuş əmlakın öncəki mülkiyyətçilərin adına verilmiş plan-ölçü sənədindəki koordinatlar qalmaqda davam edir. İkinci iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X23 prospekti, 3 saylı taksomotor parkı ünvanında yerləşən 0,375 ha torpaq sahəsi X11 xüsusi mülkiyyətində olub, K.Kazımovun torpaq üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq ona xx.xx.2012-ci il tarixli,********** qeydiyyat nömrəli çıxarış verilib. Bundan əlavə K.Kazımova tərtib tarixi xx.xx.2012-ci il olan AA-039177 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilib. xx.xx.2017-ci il tarixdə bağlanan bağışlama müqaviləsi əsasında K.Kazımov həmin torpaq sahəsini İddiaçı2 bağışlayıb. İddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq onun adına xx.xx.2017-ci il tarixli, RX0998641saylı çıxarış verilib. İddiaçı torpaq sahəsinin plan ölçüsünün verilməsi ilə bağlı cavabdehə müraciət edib. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla torpaq sahəsinə dair iddiaçıya plan-ölçünün verilməsindən imtina edilmişdir. Cavabdeh imtinasının əsası kimi, iddiaçıya məxsus torpaq sahəsinin kordinatlarının faktiki sahədə və sərhəd qonşuluğunda yerləşən torpaq sahələrinin natura vəziyyəti arasında ciddi uyğunsuzluğun olmasını göstərilmişdir. Cavabdehin imtina məktubunda qeyd etdiyi hallara görə iddiaçı hər hansı məsuliyyət daşımır və iddiaçı hesab edir ki, bu əsas formal xarakter daşıyır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş əvvəlki mülkiyyətçi K.Kazımovun adına rəsmiləşdirilmiş tərtib tarixi xx.xx.2012-ci il olan AA-039177 nömrəli torpaq sahəsinin plan ölçüsündə koordinatlar mövcud olub və həmin məlumatları cavabdeh müəyyən edərək sənədlərə qeyd etmişdir. İddiaçı həmin torpaq sahəsini müqavilə ilə əldə etdiyi, daimi olaraq istifadə etdiyi və ən əsası əvvəllər həmin torpaq sahəsinə dair plan-ölçünün verildiyi halda iddiaçıya münasibətdə cavabdehin hansısa uyğunsuzluğa istinad edərək sənədi verməkdən imtinası qanuni hesab edilə bilməz. Cavabdehin etirazları: Birinci iş üzrə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı2 İddiaçı1 qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” iddia tələbinin təmin edilməməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-117/2018 nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)- 4767/2020 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. İddiaçı2 Ədbülhüseyn oğlunun “torpaq sahəsinə dair plan və ölçünün verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)-9774/2024 saylı inzibati işi icraatda olduğundan döngə nöqtələrinin koordinatlarına hər hansı bir dəyişikliyin edilməsi mümkün olmamışdır. İkinci iş üzrə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən koordinatlarla faktiki torpaq sahəsi və sərhəd qonşuluğunda yerləşən digər torpaq sahələrinin natura vəziyyəti arasında ciddi uyğunsuzluqlar mövcuddur. Elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsinə ********** və ********** nömrəli ərizələr ilə X10 və **********, ********** və ********** nömrəli ərizələr ilə İddiaçı1 müraciətləri daxil olmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, X23 prospekti, 3 saylı taksomotor parkının yanı ünvanında yerləşən torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X21 İddiaçı1 tərəfindən verilmiş iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi, İddiaçı2 iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 tərəflərindən verilmiş iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi, İddiaçı1 iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X18 hər iki iş üzrə iddia ərizələrinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddiaların təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə hər iki iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir; Həmin torpaq sahəsinin planı və ölçüsü X10 adına xx.xx.2015-ci il tarixdə (№ AA 072148) tərtib edilmişdir; ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Musayev küçəsi, 6 (yeni qaydalarla: AZ 1075, ünvan 8 ünvanında yerləşən 5522,60 kv.m. qeyri-yaşayış binası İddiaçı1 mülkiyyətindədir; xx.xx.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, X17 Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən 0,0375 ha torpaq sahəsini İddiaçı2 mülkiyyətinə vermişdir; RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən 0,0375 ha torpaq sahəsi İddiaçı2 mülkiyyətindədir; Həmin torpaq sahəsinin planı və ölçüsü X11 adına xx.xx.2012-ci il tarixdə (№ AA 039177) tərtib edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş (1 nömrəli əlavə) “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”:
4. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənədlərin verilməsi 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır
Məhkəmənin mövqeyi: İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, İddiaçı1 (əvvəlki mülkiyyətçisi X16) məxsus olan 500 kv.m. torpaq sahəsi, İddiaçı2 məxsus olan 375 kv.m olan. torpaq sahəsi və X3 məxsus olan 370 kv.m olan torpaq sahəsi əvvəllər cəm halında 1250 kv.m olmaqla digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş və rəsmi ünvanı ünvan 9 olmuşdur. Həmin şəxs torpaq sahəsini 3 hissəyə bölərək 500 kv.m + 375 kv.m + 370 kv.m olmaqla ayrı-ayrı şəxslərə satmışdır. Məhkəmə, torpaq sahələrinin hər üç hissəsinə münasibətdə mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı aşağıdakiları bildirir: - Sahəsi 500 kv.m olan torpaq sahəsi ilkin olaraq X1 mülkiyyətində olmuş, sonradan xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi X12 adına özgəninkiləşdirilmiş, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi X10 adına özgəninkiləşdirilmiş, bununla bağlı ona çıxarış və planölçü verilmişdir. Dahas onra X19 ilə İddiaçı1 arasında xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın bağışlaması müqaviləsi bağlanılmış, X19 torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarından imtina edərək onların İddiaçı1 keçməsində iradə ifadəsini nümayiş etdirmişdir ki, nəticə etibarı ilə ünvan 10 yerləşən 0,05 ha torpaq sahəsi İddiaçı1 adına özgəninkiləşdirilmiş və onun adına çıxarış verilmişdir; Nəzərə alınmalıdır ki, ünvan 10 yerləşən 0,05 ha torpaq sahəsi uzun müddətdir ki, “Evrika” liseyinin idman meydançası kimi istifadə olunur. Belə ki, torpaq sahəsinin X6 əvvəlki olan mülkiyyətçisi, yəni X20 “Evrika” liseyinin təsisçilərindən biri olmuşdur. - Sahəsi 375 kv.m olan torpaq sahəsi ilkin olaraq X4 mülkiyyətində olmuş, sonradan xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi X5 adına, daha sonra xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X11 adına özgəninkiləşdirilmişdir. X17 ilə İddiaçı2 arasında xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın bağışlaması müqaviləsi bağlanılmış, X17 torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarından imtina edərək onların İddiaçı2 keçməsində iradə ifadəsini nümayiş etdirmişdir ki, nəticə etibarı ilə ünvan 10 yerləşən 0,0375 ha torpaq sahəsi İddiaçı2 adına özgəninkiləşdirilmiş və onun adına çıxarış və plan-ölçü verilmişdir; - Sahəsi 370 kv.m olan torpaq sahəsi ilkin olaraq X4 mülkiyyətində olmuş, daha sonra xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 10 yerləşən 0,037 ha torpaq sahəsi X2 adına özgəninkiləşdirilmiş və onun adına çıxarış və plan-ölçü verilmişdir. Göründüyü kimi mövcud olan məhkəmə çıxarışlarından və çıxarışların verilməsinə əsas olan sənədlərdən görünür ki, ünvan 10 ünvanı altında 3 (üç) fərqli daşınma əmlak (torpaq sahəsi) qeydiyyatdan keçmiş, həmin torpaq sahələri üzərində fiziki şəxslərin mülkiyyət hüquqları qeydə alınmış və mülkiyyət hüquqlarının qeydə alınmasının əsasında mülki əqdlər dayanmışdır. Təkzibolunmaz haldır ki, adı çəkilən ünvanda yerləşən torpaq sahələri hər biri ayrı-ayrılıqda fərqli fiziki şəxslərin adlarına qeydiyyata alınmışdır. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir. Hazırkı iş üzrə mübahisə predmeti X11 adına xx.xx.2012-ci il tarixdə tərtib edilmiş AA 039177 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədidir. Birinci iş üzrə iddiaçı tərəf həmin sənədin ləğv edilməsi tələbini irəli sürmüş, ikinci iş üzrə iddiaçı tərəf isə həmin sənədə istinad edərək öz adına torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi tələbini irəli sürmüşdür. Hər iki iddianın həlli üçün müəyyən edilməli olan hal X11 adına xx.xx.2012-ci il tarixdə tərtib edilmiş AA 039177 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin düzgün tərtib edilib-edilməməsidir. İkinci iş üzrə iddiaçı olan İddiaçı2 “Evrika” liseyi və İddiaçı1 qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mövcud olmuş məhkəmə mübahisəsi iddianın mahiyyəti üzrə həllində mühüm rol oynayır. Belə ki, həmin iş üzrə, İddiaçı2 özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həm birinci instansiya, həm apellyasiya, həmçinin kassasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdirlər ki, eyni küçədə və birbirinin yanında yerləşən obyektlərə fərqli ünvanların verilməsi, Kazım Kazımov tərəfindən torpaq sahəsi İddiaçı2 bağışlandıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin reyestr nömrəsinin dəyişdirilməsi, həmin torpaq sahəsinə hal-hazırkı dövrə qədər plan və ölçü sənədinin verilməməsi, İddiaçı2 həmin torpaq sahəsini əldə edənə qədər Evrika liseyinin binasının mövcud olması, Evrika liseyinin binasının yerləşdiyi torpaq sahəsinin həm dövlət mülkiyyətində, həm də İddiaçı2 mülkiyyətində olmasının qeyrimümkünlüyü, İddiaçı2 mülkiyyətində olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilməmiş, bununla yanaşı hazırda qanuni əsaslarla fəaliyyət göstərən Evrika liseyi özbaşına tikili olmamışdır. Eyni zamanda mülki məhkəmə qərarlarında qeyd olunmuşdur ki, “Evrika” liseyi xx.xx.2012-ci il tarixdə ümumi təhsil müəssisəsi kimi qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində qeydə alınan ümumi təhsil müəssisəsidir. Təhsil müəssisəsinin binasının inşası və mülkiyyətçisi ilə bağlı qeyd olunmalıdır ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 369 saylı, 06 avqust 2008-ci il tarixli Sərəncamına əsasən X13, Əhməd Rəcəbli küçəsinə paralel salınmış yolun kənarında öz vəsaiti hesabına, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun ofis və ticarət binasının tikintisinə icazə verilmiş, bina tikilərək istismara qəbul olunmuş və daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli çıxarışa əsasən həmin qeyriyaşayış binasının üzərində X7 mülkiyyət hüququ tanınmışdır. Bundan sonra xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Sona Məmmədova həmin qeyri-yaşayış binasını İddiaçı1 bağışlamış və “Evrika” liseyinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli-1 küçəsi, 6 ünvanındaki qeyri-yaşayış binası İddiaçı1 xüsusi mülkiyyətində, binanın yerləşdiyi 0,10735 ha torpaq sahəsi isə dövlət mülkiyyətindədir. Məhkəmə yuxarıda göstərilənləri rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, ünvan 10 ünvanı altında olan 3 (üç) fərqli daşınmaz əmlak faktiki olaraq üst-üstə düşməsələr də, X11 adına xx.xx.2012-ci il tarixdə tərtib edilmiş AA 039177 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə görə əmlakın koordinatları düzgün olmamış, bununla da torpaq sahələri hüquqmüəyyənedici sənəd əsasında üst-üstə düşmüşdür. Göründüyü kimi əsas mübahisə həmin plan ölçü sənədində göstərilən koordinatlardan irəli gəlir. Çünki, mülki məhkəmə mübahisəsinə baxılan zaman məhkəmələr Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli-1 küçəsi, 6 ünvanında yerləşən “Evrika” liseyinin özbaşına tikili olmadığı, əksinə həmin əmlakın daha əvvəl tikildiyi və ümumiyyətlə altında yerləşən torpaq sahəsinin dövlət mülkiyyətində olduğu halda, fiziki şəxslərə ayrılmış torpaq sahəsi ilə üstüstə düşməsinin mümkün olmadığı qənaətinə gəlmişdirlər. Başqa sözlə desək, mübahisəli torpaq sahələrinə plan ölçü sənədləri verildiyi zaman cavabdeh inzibati orqan səlahiyyətlərini düzgün icra etməmiş, “Evrika” liseyinin daha əvvəl tikildiyini, həmin tikili altında olan torpaq sahəsinin isə dövlət mülkiyyətində olmasını nəzərə almamışdır. Digər tərəfdən, mülki məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, İddiaçı2 tərəfindən inşa olunmuş qeyri-yaşayış binası xüsusi mülkiyyətində olan 0,0375 ha torpaq sahəsində inşa edilsə də, qeyri-yaşayış binasına dair İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən binanın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi, torpağın ölçüsü isə 0,05281 ha göstərilmişdir. Halbuki, Nərimanov RİH başçısının xx.xx.2010-cu il tarixli sərəncamı ilə həmin torpağın əvvəlki sahibi F.Ələkbərova məhz öz mülkiyyətində olan torpaq sahəsində qeyri-yaşayış binasının (ticarət mərkəzinin) tikilməsinə icazə verilmiş, həmin torpaq sahəsində başqa heç kimə, o cümlədən İddiaçı2 və K.Kazımova qeyri-yaşayış sahəsinin tikintisinə sərəncam verilməmişdir. Bu faktı məhkəmədə şahid qismində dindirilmiş torpaq sahəsinin İddiaçı2 əvvəlki mülkiyyətçisi olan iddiaçının bacısı oğlu K.Kazımov da təsdiq edərək ifadəsində göstərmişdir ki, İddiaçı2 həmin ərazidə digər torpaq sahəsi olmamışdır və onun adına ilkin qeydə alınan qeyri-yaşayış binası F.Ələkbərovdan aldıqları özəl torpaq sahəsi üzərində tikilmişdir. Nərimanov Rayon İcra Hakimiyyətinin DƏDRX-in Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubdan da görünür ki, mübahisəli torpaq sahəsində ticarət obyektinin tikintisi üçün icazə torpaq sahəsinin əvvəlki mülkiyyətçisi F.Ələkbərova verilmiş, İddiaçı2 və ya Kazım Kazımova tikinti aparmaq üçün heç bir sərəncam verilməmişdir. Göründüyü kimi, İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,375 ha torpaq sahəsi ona məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi olduğundan, iddia etdiyi X11 adına xx.xx.2012-ci il tarixdə tərtib edilmiş AA 039177 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində olan koordinatlar üzrə plan və ölçü sənədinin verilməsindən imtina ediməsində cavabdeh haqlı olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, birinci iş üzrə iddia təmin edilməli, X15 məxsus **********06 reyestr №li, xx.xx.2012-ci il tarixli, (№ AA 039177) ünvan 4 ünvanına aid olan torpaq sahəsinin planı və ölçüsünun ləğv edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməli, ikinci iş üzrə iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, "xxxx" MMC, İddiaçı2, X17 və X8 üçüncü şəxsi qismində cəlb edilməklə “torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilsin. X15 məxsus **********06 reyestr №li, xx.xx.2012-ci il tarixli, (№ AA 039177) ünvan 4 ünvanına aid olan torpaq sahəsinin planı və ölçüsünun ləğv edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, İddiaçı1 üçüncü şəxsi qismində məhkəmə icraatına cəlb edilməklə “torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov