Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-328/2023 03.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyоva Miminat Tacib qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı məhkəmə icraatına üçüncü şəxs qismində X8 və Unibank KB ASC cəlb olunmaqla “Bakı şəhəri, Binəqədi rayonu, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1, 12 saylı mənzilə dair X3 adına aparılmış mülkiyyət hüququ barədə qeydiyyatın ləğv edilməsi və İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə iş üzrə “iddia ərizəsinin geri qaytarılması barədə” iddiaçının ərizəsinə məhkəmənin binasında baхaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1, 12 saylı mənzilə dair X3 adına aparılmış mülkiyyət hüququ barədə qeydiyyatın ləğv edilməsi və İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Binəqədi New Service” şirkəti (fərdi sahibkar X4) ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 11/19 nömrəli mənzil tikinti müqaviləsinə əsasən Bakı şəhəri Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsində döngə 1, dalan 5 ünvanda yerləşən 1 saylı fərdi yaşayış evinin 2-ci mərtəbəsində 1 otaqlı, sahəsi 31.3 kv.m olan 12 saylı mənzil iddiaçıya satılmışdır. İddiaçı 18000 manatı şirkətə tam olaraq ödəmiş və şirkət tərəfindən inşa edilmiş Bakı şəhəri Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsində döngə 1, dalan 5 ünvanda yerləşən 1 saylı fərdi yaşayış evinin 2-ci mərtəbəsində 1 otaqlı, sahəsi 31.3 kv.m olan 12 saylı mənzil iddiaçıya təhvil verilmişdir. Mənzil təhvil alındıqdan sonra iddiaçı tərəfindən tam olaraq əsaslı təmir edilmiş, 2018-ci ilin may ayından ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayırlar. Sonradan məlum olmuşdur ki, tikintinin aparıldığı torpağın mülkiyyətçisi X10 ilə tikinti aparan fərdi sahibkar Vera Mustafayeva və tikintiyə rəhbərlik edən X11 arasında mübahisə vardır. Həmçinin araşdırma nəticəsində məlum olmuşdur ki, Sumqayıt Apellayasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (105)-1949/2017 saylı qətnaməsi ilə iddiaçı Unibank KB ASC-nin cavabdehlər X5 , X6, X7 və X2 qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, kredit borcunun tutulması və tələbinin X3 mülkiyyətində olan Bakı şəhər, Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsində döngə 1, dalan 5 ünvanda yerləşən 1 saylı (bir mərtəbli fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(001)-10/2020 saylı hökmünə əsasən X11 Azərbaycan Respublikasının CM-nin 308.2 və 313-cü maddələri, X8 Azərbaycan Respublikasının 313-cü maddəsi, X12 Azərbaycan Respublikasının 32.4, 313-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişlər. Daha sonra X8 Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət edərək, iddiaçının yaşadığı 12 saylı mənzilin onun mülkiyyətində olduğunu və bu səbəbdən İddiaçı Marifət qızının ona məxsus mənzildən çıxarılması və bu müddət ərzində hesabladığı kirayə haqqının ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (001)-1341/2021 saylı qətnaməsi ilə X3 İddiaçı qarşı mənzildən çıxarılma və kirayə pulunun tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Cavabdeh iddiaya dair etiraz edərək, iddiaçının iddia ərizəsində göstərilən məsələ ilə bağlı müraciəti 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmadığından iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X8 məhkəməyə vəsatət ilə müraciət edərək iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, araşdırma prosesində müəyyən edilmişdir ki, qeyd edilən ünvandakı yaşayış binası ilkin olaraq bütövlükdə, sonradan isə binadakı 29 mənzil üzrə, o cümlədən iddia tələbinin yönəldiyi mənzil üzərində 3-cü şəxs X3 mülkiyyət hüququn qeydə alınmasının əsası kimi onunla “B.N.S Məzil Tikinti Şirkətinin direktoru Ramiz Bəşirov arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, N-11/19 nömrəli Mənzil Tikinti haqqında müqaviləyə əsaslanmışdır. X1 iddiaçı qismində cavabdeh İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayon məhkəməsində “Mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldıraraq xahş etmişdir ki, İddiaçı ilə "xxxx" Mənzil Tikintisi Şirkətinin direktoru Ramiz Bəşirov arasında Bakı şəhəri, ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının ikinci mərtəbəsində bir otaqlı 12 saylı mənzilin 18000 manat dəyərində satılmasına dair bağlanılmış xx.xx.2018-ci il tarixli, 11/19 nömrəli Mənzil Tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən, İddiaçı hazırkı iddia tələbinə dair iş üzrə icraatın dayandırılması zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsi 2-1(112)-1441/2022 saylı iş üzrə üçüncü şəxs X3 təqdim etdiyi vəsatətinə baxaraq qəbul etdiyi 22 iyul 2022-ci tarixli qərardadı ilə iddiaçı X3 cavabdeh İddiaçı qarşı mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsinə dair Binəqədi rayon məhkəməsinin 2(001)-4752/2022 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırki iş üzrə icraatın dayandırılmasını qərara almışdır. İddiaçı 02 fevral 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1441/2022 saylı iş üzrə qəbul etdiyi 03 fevral 2023-cü il tarixli qərardadı ilə iş üzrə dayandırılmış icraat təzələnmişdir. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. 16.2. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin olunduğu halda iddiaçının iddia ərizəsinə baxılması qeyrimümkün olur və iddiaçı məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1, 12 saylı mənzilə dair X3 adına aparılmış mülkiyyət hüququ barədə qeydiyyatın ləğv edilməsi və İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 55 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1, 12 saylı mənzilə dair X3 adına aparılmış mülkiyyət hüququ barədə qeydiyyatın ləğv edilməsi və İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında gеri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5t Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-328/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-328/2023
03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver