Məhkəmə qərarları › İş №2-1(112)-3280/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3280/2024

05.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3280/2024 05.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair iddia ərizələri üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı1 Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı iddia qaldıraraq cavabdehin xx.xx.2007-ci il tarixli, 828/a saylı qərarının ləğv edilməsi öhdəliyinin Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-15432/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı2 İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbi üzrə inzibati işə üçüncü şəxs qismində cəlb edilmişdir.

3. İddiaçı1 iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün cavabdehin xx.xx.2005-ci il tarixli, 11a nömrəli qərarı ilə 3000 kv metr və xx.xx.2005-ci il tarixli, 858 nömrəli qərarı ilə 3300 kv metr torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlanmış, torpağın dəyəri tam həcmdə ödənilmişdir.Hal-hazırda da torpaq sahəsi iddiaçı tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunur.Lakin bir müddət əvvəl iddiaçıya bildirilmişdir ki, torpaq sahəsi başqa şəxslərə məxsusdur.Bu məsələyə aydınlıq gətirilməsi üçün iddiaçı tərəfindən arxivə müraciət edilmiş və Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli cavab məktubunda vətəndaş İddiaçı2 barəsində Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2007-ci il tarixli, 828/a nömrəli qərarının Dövlət Arxivinin Bakı filialında mövcud olması bildirilmişdir.Bundan sonra iddiaçı həmin sahənin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi barədə məlumatın verilməsi və qərarın ləğv edilməsi tələbi ilə cavabdehə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi xx.xx.2023-cü il tarixli məktubunda torpaq sahələrinin üst-üstə düşməsini bildirmiş, lakin İddiaçı2 torpaq sahəsinin ayrılmasına dair qərarın ləğv edilməsinin mümkün olmamasını bildirmişdir. İddiaçı1 göstərilənlərə əsasən öz iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı2 Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı iddia qaldıraraq cavabdehin xx.xx.2005-ci il tarixli, 11/a saylı və xx.xx.2005-ci il tarixli, 858 saylı qərarının ləğv edilməsi öhdəliyinin Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 5.İddiaçı2 iddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1 ünvanında yerləşən 2,33912 ha ölçüdə torpaq sahəsi, onun üzərində tikilmiş qeyri-yaşayış sahələri vardır.Həmin torpaq sahəsinin üzərində İddiaçı2 tərəfndən qeyri-yaşayış obyektləri inşa edilib və o, qeyd edilən ərazidə 2007-ci ildən sahibkarlıq fəaliyyəti göstərir.Həmin torpaq sahəsinin planı mövcuddur və qeyd edilən hallar sübut edir ki, torpaq sahəsi və onun üzərində tikilmiş qeyri-yaşayış sahələri İddiaçı2 məxsusdur.İddiaçı1 isə Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli və xx.xx.2005-ci il tarixli qərarları ilə ona müvafiq olaraq 3000 kv metr və 3300 kv metr torpaq sahələrinin ayrıldığını göstərərək İddiaçı2 torpaq sahəsinin ayrılması barədə qərarın ləğv olunması barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı2 göstərilənlərə əsasən öz iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5247/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı2 Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair 2-1(112)-5247/2024 nömrəli inzibati işlə birləşdirilmişdir. 7.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi İddiaçı1 iddiasına dair yazılı etirazında göstərmişdir ki, İddiaçı1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli və xx.xx.2005-ci il tarixli, 858 nömrəli qərarları ilə torpaq sahəsi ayrılmışdır.Bələdiyyədə aparılan araşdırma zamanı eyni torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli, 828/a nömrəli qərarla İddiaçı2 da ayrılması müəyyən edilmişdir.2005-ci və 2007-ci illərdə torpaq sahələrinin ayrılması ilə bağlı qərarlar və digər sənədlər Dövlət Arxivinə təhvil verilmişdir.Eyni torpaq sahəsinin daha sonra başqa fiziki şəxsə hansı əsaslarla ayrılması barədə hər hansı məlumatın aşkar edilməsi mümkün olmamışdır.Cavabdeh qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. 8.Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi İddiaçı1 iddiasına dair yazılı etirazına əlavə təqdim etdiyi etirazında qeyd etmişdir ki, məhkəmə sərəncamı əsasında əlavə araşdırma aparılmış və müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 a nömrəli qərarı ilə İddiaçı1 bələdiyyə hüdudlarında sahibkarlıqla məşğul olması üçün 3000 kv metr torpaq sahəsi ayrılmışdır.Daha sonra torpaq sahəsinin alqı-satqısına dair akt tərəflər tərəfindən bağlanmış və həmçinin vətəndaş tərəfindən xx.xx.2005-ci il tarixdə torpaq sahəsinin dəyəri olan 33600000 AZM "xxxx" ASC vasitəsilə ödənilmişdir.Habelə həmin vətəndaşa xx.xx.2005-ci il tarixli, 858 nömrəli qərarla 3300 kv metr torpaq sahəsi ayrılmışdır, daha sonra torpaq sahəsinin alqı-satqısına dair akt tərəflər arasında bağlanılmış və həmçinin vətəndaş tərəfindən xx.xx.2005-ci il tarixdə torpaq sahəsinin dəyəri olan 33960000 AZM "xxxx" ASC vasitəsilə ödənilmişdir.Hər iki torpaq sahəsi satıldığı gündən bu günədək İddiaçı1 qanuni sahibliyində və istifadəsindədir, o cümlədən vətəndaş tərəfindən hər iki torpaq sahəsi ilə bağlı vergilər tam həcmdə ödənilmişdir.Eyni zamanda hazırki məhkəmə mübahisəsi zamanı müəyyən olunmuşdur ki, İddiaçı1 qanuni əsaslarla ayrılmış həmin torpaq sahəsinə dair başqa bir şəxs – İddiaçı2 dair də Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 828/a nömrəli qərarı mövcuddur. Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 828/a nömrəli qərarının vətəndaş tərəfindən hansı üsulla əldə edilməsi ilə bağlı hər hansı bir məlumat cavabdehdə yoxdur, habelə göstərilən torpaq sahəsinin İddiaçı2 satılması ilə bağlı – müqavilə - alqı-satqı aktı bağlanılmamış və torpağın dəyərinin ödənilməsi barədə sənədlər aşkar edilməmişdir.Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir

İİ.İddianın növü və mümkünlüyü

9.Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiaları mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddialar düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar.

İİİ.Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və tədqiq edilən sənədlər.

10.Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 11.İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı2 barəsində Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2007-ci il tarixli, 828/a saylı qərar Dövlət Arxivinin Bakı filialında mövcuddur; Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı2 Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli, 828/a nömrəli qərarla torpaq sahəsi ayrılmışdır.Bu torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11a nömrəli, xx.xx.2005-ci il tarixli, 858 nömrəli qərarları ilə İddiaçı1 ayrılmış torpaq sahələri ilə üstüstə düşür; Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin 11 a nömrəli, xx.xx.2005-ci il tarixli qərarına əsasən İddiaçı1 Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin ərazisində 3000 kv metr torpaq sahəsi ayrılmışdır, qərara əlavə edilmiş cizgi sxemində torpaq sahəsinin yeri və konfiqurasiyası göstərilmişdir, xx.xx.2005-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı1 ona ayrılmış torpaq sahəsinə görə cavabdehə 336000000AZM ödəniş etmişdir; Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin 858 nömrəli, xx.xx.2005-ci il tarixli qərarına əsasən İddiaçı1 Biləcəri bələdiyyəsinin ərazisində 3300 kv metr torpaq sahəsi ayrılmışdır, qərara əlavə edilmiş cizgi sxemində torpaq sahəsinin yeri və konfiqurasiyası göstərilmişdir, xx.xx.2005-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı1 ona ayrılmış torpaq sahəsinə görə cavabdehə 36960000AZM ödəniş etmişdir; Torpaqların alqı-satqısına dair aktlarına əsasən hər iki torpaq sahəsinin İddiaçı1 satılması qeyd edilmişdir, Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı1 3000 kv metr torpaq sahəsinə görə vergi borcu yoxdur; Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı2 bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi,1 ünvanında mülkiyyətində olan torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzi və Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən heç bir sənədləşdirmə işləri aparılmamışdır; Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin 828a nömrəli, xx.xx.2007-ci il tarixli qərarına əsasən İddiaçı2 Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin hüdudlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu torpaq sahəsinə bitişik 7350,0 kv metr torpaq sahəsi ayrılmışdır, qərara əlavə edilmiş cizgi sxemində torpaq sahəsinin yeri və konfiqurasiyası göstərilmişdir; Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli məktubuna əsasən sonuncunun 828/a nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı2 ayrılmış torpaq sahəsi Biləcəri qəsəbəsi, 1 May Yeni yaşayış massivində yerləşir; “Daşınmaz əmlakın yerləşdiyi dövlət torpaq sahəsinin planı”na əsasən İddiaçı2 məxsus qeyri-yaşayış sahəsinin torpaq sahəsinin planının konfiqurasiyası və koordinatları müəyyən edilmişdir; “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Əmlak kompleksi kimi müəssisə “İnterterminal” Beynəlxalq nəqliyyat servis müəssisəsi (Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1) və əmlakın yerləşdiyi 2147,2 kv metr torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 mülkiyyəti kimi qeydiyyata alınmışdır; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 A nömrəli, xx.xx.2005-ci il tarixli, 858 nömrəli, xx.xx.2007-ci il tarixli, 828/a nömrəli qərarları X4 qeydiyyatdan keçməmişdir; Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinin təqdim etdiyi sənədlərdə olan “Mülkiyyət hüququ haqqında şəhadətnamə”yə əsasən (xx.xx.2005-ci il tarixli) X6 Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1 ünvanında yerləşən “İnterterminal” Beynəlxalq nəqliyyat servis müəssisəsinin (ümumi sahəsi 3105,1 kv metr) mülkiyyətçisidir, “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamə”yə (xx.xx.2008-ci il tarixli) əsasən X6 Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1 ünvanda yerləşən “İnterterminal” Beynəlxalq nəqliyyat servis müəssisəsinin yerləşdiyi 23391,2 kv metr torpaq sahəsini müəyyən edilmiş qaydada satın almışdır, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ünvanında yerləşən ümumi sahəsi 3105,1 kv metr olan əmlak kompleksi kimi müəssisəni (“İnterterminal” Beynəlxalq nəqliyyat servis müəssisəsini) İddiaçı2 satmışdır, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanda yerləşən “İnterterminal” Beynəlxalq nəqliyyat servis müəssisəsi və yerləşdiyi torpaq sahəsi (2,3391 ha) İddiaçı2 adına xx.xx.2023-cü ildə qeydə alınmışdır. Məhkəmənin 05 mart 2024-cü il tarixli Qərardadı ilə, “Məhkəmə xətşünaslıq ekspertizası üzrə - Bakı şəhəri Biləcəri bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11a nömrəli və xx.xx.2005-ci il tarixli 858 nömrəli Qərarlarında olan imza Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov tərəfindən icra edilmişdirmi? Bakı şəhəri Biləcəri bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 828/a nömrəli Qərarındakı imzalar Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov tərəfindən icra edilmişdirmi? İİ. Sənədlərin məhkəmə texniki ekspertizası üzrə - Bakı şəhəri Biləcəri bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11a nömrəli və xx.xx.2005-ci il tarixli 858 nömrəli Qərarları 2005-ci ildə hazırlanmışdırmı? Bakı şəhəri Biləcəri bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 828/a nömrəli Qərarı 2007-ci ildə hazırlanmışdırmı?” sualları göstərilməklə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası və sənədlərin məhkəmə texniki ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2024-cü il tarixli, 4/541-5/437 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, 1. Tədqiq olunan imzalar, əksləri ekspertizaya təqdim edilmiş işin 46-cı vərəqində 02 dekabr 2005-ci il tarixli Bakı şəhəri Biləcəri bələdiyyəsinin 858 nömrəli qərarının kserosurətinin aşağı hissəsində “Sədr”: qrafasında “İ.M.XƏLİLOV” yazılarının qarşısında olan imzadan; işin 47-ci vərəqində olan 12 aprel 2005-ci il tarixli Bakı şəhəri Biləcəri bələdiyyəsinin 11a nömrəli qərarının kserosurətinin aşağı hissəsində “Sədr:” qrafasında “İ.M.XƏLİLOV” yazılarının qarşısında olan imzadan; işin 48-ci vərəqində olan 07 sentyabr 2007-ci il tarixli Bakı şəhəri Biləcəri bələdiyyəsinin 828/a nömrəli qərarının kserosurətinin aşağı hissəsində “Sədr:” qrafasında “İ.M.XƏLİLOV” yazılarının qarşısında olan imzadan ibarətdir. Tədqiq olunan imzaları öyrəndikdə müəyyən olundu ki, ekspertizaya sənədlərin kserosurətlərinin təqdim olunması ilə əlaqədar imzaların çox zəif əks olunması, bununla da hərf və cizgilərin başlanğıc və bitmə nöqtələrini izləməyin mümkün olmaması, imzaların cizgiləri ilə möhür əkslərinin cizgilərinin üst-üstə düşməsi səbəblərindən müəyyən bir qəti (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını tapıb qiymətləndirmək mümkün deyil. Odur ki, həmin imzalar tədqiqat üçün yararsızdır. 2.Tədqiq olunan sənədlərin hansı ildə hazırlanmasını müəyyən etmək üçün elmi cəhətdən işlənib hazırlanmış ekspert metodikası olmadığına görə qərardadda göstərilən “Bakı şəhəri Biləcəri bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11a nömrəli və xx.xx.2005-ci il tarixli 858 nömrəli Qərarları 2005-ci ildə hazırlanmışdırmı?" və “Bakı şəhəri Biləcəri bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 828/a nömrəli Qərarı 2007-ci ildə hazırlanmışdırmı?” suallar üzrə tədqiqat işləri aparılmadı. 1. Əksləri ekspertizaya təqdim edilmiş, işin 46-cı vərəqində olan 02 dekabr 2005-ci il tarixli Bakı şəhəri Biləcəri bələdiyyəsinin 858 nömrəli qərarının kserosurətinin aşağı hissəsində “Sədr:” qrafasında “İ.M.XƏLİLOV” yazılarının qarşısında olan imza; işin 47-ci vərəqində olan 12 aprel 2005-ci il tarixli Bakı şəhəri Biləcəri bələdiyyəsinin 11a nömrəli qərarının kserosurətinin aşağı hissəsində “Sədr:” qrafasında “İ.M.XƏLİLOV” yazılarının qarşısında olan imza; işin 48-ci vərəqində olan 07 sentyabr 2007-ci il tarixli Bakı şəhəri Biləcəri bələdiyyəsinin 828/a nömrəli qərarının kserosurətinin aşağı hissəsində “Sədr:” qrafasında ‘1.M.XƏLİLOV” yazılarının qarşısında olan imza tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız oluğundan, Dövlət Məhkəmə Ekspertizası X5 12-ci maddələrinə əsasən bildiririk ki, həmin imzaların - İlham Xəlilov tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmaması haqqında rəy vermək mümkün deyildir. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqata təqdim edilmiş sənədlərin hansı ildə hazırlanmasını müəyyən etmək mümkün olmadı.

İV.Məhkəmənin mövqeyi 12.Məhkəmə İddiaçı1 nümayəndəsini və vəkilini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı1 iddia tələbi əsaslı, İddiaçı2 iddiası əsassızdır. 13.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. kimi səlahiyyətləri vardır. Həmin Məcəllənin 56.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Həmin Məcəllənin 56-cı maddəsinin 6-cı bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Həmin Məcəllənin 86-cı maddəsinin 6-cı bəndinə əsasən bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir. 14.“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli Qanunun 4.0-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinin birinci cümləsinin xx.xx.2008-ci ilə qədər olan redaksiyasında göstərilirdi: Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 9.6-cı maddəsinin 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə dəyişiklik edilənə qədər qüvvədə olan redaksiyasında deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.

15. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 548 nömrəli Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, 15 fevral 2016-cı il tarixli 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə edilmiş dəyişikliklərə görə hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (kənd təsərrüfat və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər (bu halda BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi nəzərdə tutulur). 16.Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 274 İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: - 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; -7-ci bəndin dördüncü cümləsinin 12 dekabr 2008-ci il tarixinə qədər olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir; - 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; - 18-ci bəndinin mübahisələndirilən qərarlar qəbul edilən zaman qüvvədə olan redaksiyasına əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir; - 22-ci bəndinin və 23-cü bəndinin xx.xx.2008-ci il tarixə qədər qüvvədə olan redaksiyalarına əsasən: 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir; 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir; 23. bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Torpaq sahəsinin qiyməti bazar məzənnələri nəzərə alınmaqla bələdiyyə tərəfindən müəyyən edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz.Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin planı və ölçüsünü ərizəçiyə verir. 17.“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 696 nömrəli Fərmanının tələbinə görə Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21- ci, 22-ci bəndlərində nəzərdə tutulmuş “müvafıq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlar həyata keçirirlər (mübahisəli qərarın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən). Mövcud qanunvericiliyə əsasən bələdiyyələr öz səlahiyyətləri çərçivəsində, onlar tərəfindən həyata keçirilən fəaliyyətin səmərəliliyini təmin edən və hüquqi nəticələrinə görə fərqlənən müvafiq normativ hüquqi aktlar və qeyri-normativ aktlar (qərarlar) qəbul edə bilərlər.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 23.Qeyd edilən normaların maddələrin təhlilindən müəyyən edilir ki, İddiaçı1 tərəfindən mübahisələndirilən Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 828/a saylı qərarı inzibati aktın qanuni inzibati akt xüsusiyyətinə malik deyildir. 24.Belə ki, xx.xx.2007-ci il tarixli, 828/a saylı qərarla İddiaçı2 torpaq sahəsi ayrılanda həmin torpaq sahəsi artıq İddiaçı1 qanuni istifadəsində idi, İddiaçı1 həmin torpaq sahəsinin haqqını cavabdehə bank vasitəsilə ödəmişdi və torpaq sahəsinin İddiaçı1 ayrılması barədə cavabdehin qərarı mövcud idi və habelə cavabdeh ilə İddiaçı1 Ruzvan oğlu arasında akt imzalanmışdı. 25.Eyni torpaq sahəsinin iki müxtəlif şəxsə ayrılması isə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmamışdır, bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı2 ayrılmış torpaq sahəsi ilə bağlı bələdiyyə qərarı mövcud olsa da həmin torpaq sahəsinə dair İddiaçı2 tərəfindən torpağın dəyərinin ödənilməsinə dair sənədlər, habelə onunla cavabdeh arasında torpaqla bağlı imzalanmış akt nə cavabdehdə, nə iddiaçıda mövcud deyildir. 26.Göstərilənlərlə əlaqədar olaraq məhkəmə aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. 27.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz:67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

28. Belə olan halda məhkəmənin gəldiyi nəticəyə görə cavabdeh yuxarıda sadalanan qanunvericilik normalarına zidd olaraq İddiaçı1 qanuni istifadəsində olan, ilkin olaraq həmin iddiaçıya məhkəmə və bələdiyyə tərəfindən ləğv edilməmiş bələdiyyə qərarı ilə ayrılmış, dəyəri İddiaçı1 tərəfindən ödənilmiş və barəsində cavabdeh bələdiyyə orqanı ilə birlikdə akt tərtib edilmiş, yəni artıq bələdiyyə sərəncamında olmayan torpaq sahəsini səlahiyyətlərini aşaraq torpaq ayırma səlahiyyətinə malik olan inzibati orqan kimi torpaq sahəsinin ayrılması barədə məcburi qüvvəyə malik olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 828/a saylı qərarını qəbul etmiş, sərəncamında olmayan, İddiaçı1 ayrılmış torpaq sahəsinin başqa şəxsin - İddiaçı2 istifadəsinə verilməsinə dair inzibati icraat aparmışdır. Lakin, nəticə etibarı ilə faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt qəbul etmişdir. Belə ki, torpaq sahəsi artıq başqa şəxsə - İddiaçı1 ayrıldığı və həmin şəxs tərəfindən dəyəri ödənildiyi, habelə faktiki istifadəsində olduğu üçün Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 828/a saylı qərarının icrası qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir, qeyd edilən qərar qanunsuz qərardır və bu səbəbdən də ləğv edilməlidir. 29.İddiaçı2 Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin mübahisələndirilən xx.xx.2007-ci il tarixli, 828/a saylı qərarı ilə ona ayrılmış torpaq sahəsinin mülkiyyətçisi olması barədə bildirdikləri isə işin faktiki hallarını əks etdirmir, belə ki, İddiaçı2 mülkiyyətində olan torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 828/a saylı qərarı ilə ona ayrılmış torpaq sahəsi olmamaqla İddiaçı2 ilə digər İddiaçı1 arasında “İnterterminal” Beynəlxalq nəqliyyat servis müəssisəsinin alqı-satqısı barədə bağlanmış müqavilənin nəticəsində daşınmaz əmlakın dövlət reyestrində İddiaçı2 adına mülkiyyət hüququ ilə qeydə alınmış, başqa bir torpaq sahəsidir, həmin torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu X2 Eldəniz Rizvan oğluna cavabdehin xx.xx.2005-ci il tarixli, 11/a saylı və xx.xx.2005-ci il tarixli, 858 saylı qərarı ilə ayrılmış torpaq sahələri ilə eyni torpaq sahəsi deyildir. 30.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 31.Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 32.Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 828/a saylı qərarı qanunsuz inzibati akt olduğu üçün İddiaçı1nin iddiası təmin edilməli və həmin qərar ləğv edilməlidir, lakin İddiaçı1 torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11/a saylı və xx.xx.2005-ci il tarixli, 858 saylı qərarlarının ləğv edilməsi barədə İddiaçı2 iddiası əsassız olduğu üçün təmin edilməməlidir. 33.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 34.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddiaçı1 iddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu X1 Məmməd Kazım oğluna torpaq ayrılması barədə xx.xx.2007-ci il tarixli, 828/a nömrəli qərarın ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu X2 Eldəniz Rizvan oğluna torpaq sahəsinin ayrılması barədə xx.xx.2005-ci il tarixli, 11/a saylı və xx.xx.2005-ci il tarixli, 858 saylı qərarlarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə İddiaçı2 iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 124 (yüz iyirmi dörd) manat məbləği İddiaçı2 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Adı: X3, kodu: 210005, VÖEN ********** Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar