Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3280/2025 10.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahsına daxil edilmə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahsına daxil edilmə” tələbinə dair iddiası üzrə inzibati işə 10 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərxislə bağlı məsələləri həll etmək üçün 90 gün növbəti məzuniyyəti və uçuş heyətinə verilməli olan 15 gün əlavə məzuniyyət günlərini X1 xidmət illərinə əlavə etmək və 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hərbi hissə komandanlığının əmrinin verilmə tarixi xx.xx.N-ci il olduğu halda əmrdə Müdafiə Nazirliyinin xx.xx.N-ci il tarixli 0343 nömrəli əmrinə istinad edilərək, hərbiçinin guya “xx.xx.N-ci il tarixdən ehtiyata buraxılmış hesab edilsin" məzmununda fikrin yazılması qanunsuzdur. Əmr verilməmiş hərbiçinin işdən - xidməti vəzifədən azad olma kimi nə təcrübə yoxdur, nə də qanun və hərbi intizam qaydaları buna yol vermir. Cavabdeh AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri rəsmiləşdirilərkən qanun normaları düzgün tətbiq edilməmişdir. Qanun normaları düzgün tətbiq edilmədiyi səbəbinə görə, hərbi hissə komandanlığı N may N-ci il tarixdə əmri rəsmiləşdirməklə, Nazim Baxşıyevin hüquqlarının pozulmasına səbəb olmuşdur. Qanun imperativ norması ondan ibarətdir ki, ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılan zaman, yəni bununla bağlı məsələləri həll etmək üçün əmr verilərkən hərbi qulluqçuya 3 ay müddətinə növbəti məzuniyyətin mütləq verilməli olduğu "Hərbi qulluqçuların statusu haqqında” qanunun 11ci və “Hərbi xidmətkeçmə haqqında əsasnamənin" 120-ci maddəsinə uyğun olaraq, rəsmiləşdirilməli olduğu halda, bu hərəkət edilmədiyi üçün Nazim Baxşıyevin və hazırda varislərin hüquqları pozulur. Eyni zamanda qanunvericiliyin tələbinə görə hərbi qulluqçulara mütləq 3 ay müddətinə növbəti məzuniyyət hesablanmaqla verilməli olduğu qeyd etməklə yanaşı, Əsasnamənin 136-cı maddəsinin tələblərinə uyğun olaraq Nazim Baxşıyev bütün xidmət illərini hərbi hava qüvvələri sıralarında icra etdiyi səbəbindən əsasnamənin bu maddəsinə əsasən, uçuş işlərində olanlara, raket və torpeda katerində xidmət edənlərə - hər il 15 təqvim günü əlavə məzuniyyət hesablanmaqla verilməsi müəyyən olunmuşdur. Beləliklə cavabdeh Nazim Baxşıyevə münasibətdə onun istefaya göndərilməsinə dair N may N-ci il tarixdə N nömrəli əmr rəsmiləşdirilərkən ona 03 ay növbəti və 15 gün əlavə məzuniyyət hesablanmaqla, cəmi 03 ay 15 gün məzuniyyət rəsmiləşdirilməklə. bu müddət başa çatdıqdan sonra N.Baxşıyev xidmətdən azad edilmiş hesab edilməli olduğu halda bu hərəkətlər edilməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına dövlət vəsaiti hesabına mənzillə təmin olunması Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə olunmuşdur. Yuxarıda qeyd olunmuş Fərmanın şərtlərinə görə, dövlət hesabına mənzillə təmin olunması üçün hərbi qulluqçunun Azərbaycan Ordusunda ən azından 20 təqvim ili xidmət etməsi şərtdir. İddiaçının mərhum əri X3 isə Azərbaycan Ordusundakı xidməti 19 il 9 ay 17 gün olduğundan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011 -ci il tarixli 569 nömrəli Fərmanı ona şamil oluna bilməz. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirakını təmin etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından müəyyən olunur ki, X2 Azərbaycan Ordusu sıralarında ümumi təqvim xidmət ili (xx.xx.1996-xx.xx.N) 20 (iyirmi) il, 09 (doqquz) ay, 17 (on yeddi) gün, Bakı Hərbi Məhkəməsinin xx.xx.2012 - cı il tarixli hökmü ilə 2100 (iki min yüz) manat cərimə cəzasına məhkum edilməsi barədə qərarına əsasən məhkumluq müddəti 1 (bir) il təşkil edir. Ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqdan sonra Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili olmadığı üçün X2 hüquqi varisinin dövlət vəsaiti hesabına mənzil təminatı qeyd edilən Fərmanın təsiri xaricində hesab edilmişdir. İddiaçı hazırda, ehtiyata buraxılarkən 90 gün növbəti məzuniyyət və 15 təqvim günü əlavə məzuniyyət verilməli olmasına istinad edərək, X2 20 il 01 ay 12 gün xidmət ili olduğunu bildirir. Tətbiq edilən hüquq: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Fərmanın 2-ci hissəsində dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiyanın yaradılması nəzərdə tutulmuşdur. Fərmanın 3-cü hissəsində Komissiyaya tapşırılır: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti, döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti nəzərə alınsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Hərbi qulluq dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir. Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. Qanunvericinin bu səlahiyyəti bilavasitə “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz təzahürünü tapmışdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Məhz hərbi qulluqda yerinə yetirilən funksiyaların mürəkkəbliyini, onların həyat və sağlamlıq üçün təhlükəliliyini nəzərə alaraq qanunverici, əmək fəaliyyəti ilə məşğul olan digər şəxslərdən fərqli olaraq hərbi qulluqçuların sosial müdafiəsinin daha yüksək səviyyəsini nəzərdə tutmuşdur. Bu isə öz növbəsində onların sosial təminat hüququnda, o cümlədən mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququnun təsbit edilməsi ilə öz əksini tapmışdır. İşin mübahisəsiz hallarından görünür ki, X2 Azərbaycan Ordusu sıralarında ümumi təqvim xidmət ili (xx.xx.1996-xx.xx.N) 20 (iyirmi) il, 09 (doqquz) ay, 17 (on yeddi) gün, Bakı Hərbi Məhkəməsinin xx.xx.2012 - cı il tarixli hökmü ilə 2100 (iki min yüz) manat cərimə cəzasına məhkum edilməsi barədə qərarına əsasən məhkumluq müddəti 1 (bir) il təşkil edir. Ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqdan sonra Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili olmadığı üçün X2 hüquqi varisinin dövlət vəsaiti hesabına mənzil təminatı qeyd edilən Fərmanın təsiri xaricində hesab edilmişdir. İddiaçı hazırda, ehtiyata buraxılarkən 90 gün növbəti məzuniyyət və 15 təqvim günü əlavə məzuniyyət verilməli olmasına istinad edərək, X2 20 il 01 ay 12 gün xidmət ili olduğunu bildirir. İddiaçının dəlilərinə münasibətdə qeyd edilməlidir ki, qeyd edilən məzuniyyət müddətləri xidmət illərinə daxil edilə bilməz. Belə ki, iddiaçının mərhum əri X3 ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün 3 ay müddətində verilən növbəti məzuniyyətdən istifadə etməkdən imtina etməsi barədə xx.xx.N-ci il tarixli raport vermiş və N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, N nömrəli əmrinə əsasən, kapitan X4, Mühəndis aviasiya təminatı bölməsinin mühəndisi (vertolyot və mühərriklər üzrə baş bort mühəndis təlimatçı), “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin 16 may N-ci il tarixli 0343 №-li əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, N may N-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinə göndərilmişdir. Bundan əlavə, iddia ərizəsində həmin əmrin qanunsuzluğu vurğulansa da, sözügedən əmr mübahisələndirilməmiş və qüvvəsindədir. Başqa sözlə, onun həqiqi hərbi xidmətinin sonu N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün, N may N-ci il hesab edilməlidir. Qeyd edilənlərə əsasən, iddiaçının mərhum əri X2 20 təqvim ili qüsursuz xidmət dövrü tamamlanmır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahsına daxil edilmə” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahsına daxil edilmə” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-3280/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3280/2025
10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver