Məhkəmə qərarları › İş №2-1(112)-3281/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3281/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3281/2023 28.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin 19 sentyabr 2022-ci il tarixli, DMX İQ- 25/6 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi barədə qərarının ləğv edilməsi, iddiaçı və onun ailə üzvləri (əri xx.xx.1995-ci il təvəllüdlü Tahir Asghar, qızları xx.xx.2011-ci il təvəllüdlü İddiaçı, xx.xx.2018-ci il təvəllüdlü Shifaa Shoeb, xx.xx.2020-ci il təvəllüdlü Salvva Tahir, xx.xx.2021-ci il təvəllüdlü Zimal Tahir) ilə birlikdə qaçqın statusunun verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin 19 sentyabr 2022-ci il tarixli, DMX İQ-25/6 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi barədə qərarının ləğv edilməsi, iddiaçı və onun ailə üzvləri (əri xx.xx.1995-ci il təvəllüdlü Tahir Asghar, qızları xx.xx.2011-ci il təvəllüdlü İddiaçı, xx.xx.2018-ci il təvəllüdlü Shifaa Shoeb,xx.xx.2020-ci il təvəllüdlü Salvva Tahir, xx.xx.2021ci il təvəllüdlü Zimal Tahir) ilə birlikdə qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Pakistan İslam Respublikasının Pəncab vilayətinin X1 şəhərində doğulmuş, milliyyətcə pəncabi, dini etiqatına görə müsəlmandır. 1998-2008-ci illərdə X1 şəhərində New horizons schoolda orta təhsil almış. 2016-cı ilin avqust ayından 2017-ci ilin mart ayına kimi və eləcə də, 2021ci ildə 3 ay TRG. Resource group şirkətinin cağrı mərkəzində telefon operatoru olaraq işləmişdir. Ailə tərkibi atası, anası, bir bacısı və iki qardaşından ibarət olmuşdur. Əvvəllər bir dəfə evli olub ayrılmış, ikinci dəfə Tahir Asghar adlı Pakistan İslam Respublikası vətəndaşı ilə ailə həyatı qurmuş, birinci nikahından 1 qızı, hazırki nikahından isə 3 qızı olmaqla, əri və 4 qızı ilə birlikdə Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycan Respublikasına gələrək qaçqın statusunun verilməsi ilə bağlı müraciət etmişdir. Belə ki, İddiaçı ailəsinin razılığı olmadan nikaha daxil olmuş, əvvəlcə atası buna etiraz etsə də, sonradan evliliyi qəbul etmiş, gizli evləndikdən sonra Malayziyaya köçərək orada yaşamışlar, ərinin atasından miras qaldığı üçün yenidən Pakistana qayıtmışlar. Pakistana qayıtdıqdan sonra İddiaçı Lahor şəhərində, əri isə X2 şəhərində qalmışlar. Ərinin qardaşları mirasa görə, həmçinin onun dini inancına görə ərini öldürməyə cəhd etmiş, boğazını və əlini kəsmiş, hətta evlərini yandırmışlar. Buna görə əri əməliyyat olunmuşdur. Ərinin qardaşlarından qorunmaq üçün polisə müraciət etsə də onların şikayətlərinə baxmamışlar. Qadın olduğu üçün də ona təzyiqlər etmişlər və hətta əri xəstəxana olarkən ona heç bir köməklik göstərməmişlər. Ona görə də ərinin və özünün həyatları təhlükədə olduğuqları üçün Azərbaycan Respublikasına gəlmişlər. İddiaçı yuxarıda qeyd olunan əsaslarla ona qaçqın statusunun verilməsi barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, Xidmətin xx.xx.2022-ci il tarixli İQ-25/6 nömrəli qərarı ilə ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəçi və həyat yoldaşı qarşılaşdığı ailə-məişət zorakılığı ilə bağlı məhkəməyə və hüquq mühafizə orqanlarına məlumat verməmiş və dövlət himayəsindən istiladə etməmişlər. Əgər ərizəçi və həyat yoldaşı qarşılaşdıqları qeyd olunan problemlərlə bağlı dövlət və hakimiyyət orqanlarına, məhkəməyə müraciət etmiş olsaydılar dövlət tərəfindən onlara himayə tətbiq edilə və problemləri həll edilə bilərdi. Hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin imtina qərarı əsassız olmaqla, ərizəçinin düşdüyü vəziyyət yəni, onun və ailəsinin həyatının təhlükədə olmasını təsdiq edən sənədlər araşdırılmamışdır. Əvvəla, yuxarıda göstərildiyi kimi ərinin qardaşları tərəfindən dini inanclarına görə təqib edilib, hətta ərinin qardaşları tərəfindən öldürülməsinə cəhd barədə polisə şikayət etsələr də, şikayətlərinə baxılmamış, qeyd olunan hallar kütləvi informasiya vasitələrində də dərc edilmiş, yenə də qeyd olunan hallarla bağlı dövlət orqanı heç bir araşdırma aparmamışdır. Beləliklə, iddiaçının müvafiq dövlət orqanına təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ərizəsində qeyd etdiyi hallar, yəni həyat yoldaşının qardaşları tərəfindən boğazının və əlinin kəsilməsi, həmçinin evlərinin yandırılması təqdim etdiyi foto şəkillərlə öz təsdiqini tapmış və onun mənsub olduğu ölkənin dövlət orqanlarına müraciət etməsinə baxmayaraq həmin hallar araşdırılmamış, lakin həmin müddət ərzində özünün, ərinin və azyaşlı uşaqlarının həyatları təhlükədə olduğundan azyaşlı uşaqları ilə birlikdə Azərbaycan Resbuplikasına qaçmaq məcburiyyətində qalmışlar və yuxarıda qeyd olunan hallara görə ölkələrinə qayıda bilmədiklərindən Azərbaycan Respublikasında qala bilmək üçün onlara qaçqın statusunun verilməsi barədə müraciət etmişlər. İddiaçı cavabdehin imtinasının qanunsuz və əsassız hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı 23 yanvar 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiadan imtina etmək qərarına gəlmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə uyğun olaraq, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsindən imtinası qanunvericiliyə zidd omadığından, üçüncü şəxslərin maraqlarına və hüquqlarına toxunmadığından iddiadan imtina barədə vəsatəti təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Zahid Sariyanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin 19 sentyabr 2022-ci il tarixli, DMX İQ-25/6 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi barədə qərarının ləğv edilməsi, iddiaçı və onun ailə üzvləri (əri xx.xx.1995-ci il təvəllüdlü Tahir Asghar, qızları xx.xx.2011-ci il təvəllüdlü İddiaçı, xx.xx.2018-ci il təvəllüdlü Shifaa Shoeb,xx.xx.2020-ci il təvəllüdlü Salvva Tahir, xx.xx.2021ci il təvəllüdlü Zimal Tahir) ilə birlikdə qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə tələbindən imtina edilməsi barədə ərizəsi təmin edilsin. İddiaçı Zahid Sariyanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin 19 sentyabr 2022-ci il tarixli, DMX İQ-25/6 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi barədə qərarının ləğv edilməsi, iddiaçı və onun ailə üzvləri (əri xx.xx.1995-ci il təvəllüdlü Tahir Asghar, qızları xx.xx.2011-ci il təvəllüdlü İddiaçı, xx.xx.2018-ci il təvəllüdlü Shifaa Shoeb,xx.xx.2020-ci il təvəllüdlü Salvva Tahir, xx.xx.2021ci il təvəllüdlü Zimal Tahir) ilə birlikdə qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar