Məhkəmə qərarları › İş №2-1(112)-3282/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3282/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3282/2022 12.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə atası X2 adına verilmiş Suraxanı Rayon İcra Hakimiyyətinin 466 saylı 14.04.1998-ci il tarixli sərəncamının atasının adından onun adına dəyişdirilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə atası X2 adına verilmiş Suraxanı Rayon İcra Hakimiyyətinin 466 saylı 14.04.1998-ci il tarixli sərəncamının qismən - atasının adından onun adına dəyişdirilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, onun qardaşı X1 uğrunda Qarabağda gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Qardaşının şəhid olması nəzərə alınaraq mərhum atasının müraciəti əsasında Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 466 saylı 14.04.1998-ci il tarixli sərəncamı ilə mərhum atası X3 alğı-satqı fəaliyyəti ilə məşğul olmaq üçün Bül-Bülə qəsəbəsi 208 saylı məktəbin qarşısındakı sahədə 2mx3m ölçüdə köşkün qoyulmasına icazə verilmişdir. Həmçinin həmin köşkün qarşısında şəhid qardaşının adına bulaq tikilməsi nəzərdə tutulmuşdur. Onun atası X5 18 fevral 2014-cü il tarixdə vəfat etmişdir. Atasının vərəsəsi kimi o, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərək, atasının adına verilmiş Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 466 saylı 14.04.1998-ci il tarixli sərəncamının atası X2 adından onun adıına dəyişdirilməsini xahiş etmişdir. Lakin həmin müraciətinin təmin edilməsindən əsassız olaraq imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. O, hazırda ayrılmış sahədə qoyulmuş köşkə dair kommunal xidmət müqavilələri bağlaya, işıq, su xətti çəkdirə bilmir. Çünki bununla bağlı ASAN kommunal xidmətinə müraciət etdikdə, sərəncamın onun adına olmamasını əsas gətirərək, onunla müqavilə bağlamaqdan imtina edirlər. Yaranmış bu vəziyyət isə köşkü işlətməsinə imkan vermir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 17.09.2021-ci il tarixli, A-86/2068 saylı məktubda qeyd olunur: Bülbülə qəsəbəsi, 208 saylı məktəbin qarşısındakı sahədə alqı-satqı fəaliyyəti ilə məşğul olmaq üçün 2m x 3m ölçüdə köşkün qoyulmasına icazə verilməsi haqqında Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 14.04.1998-ci il tarixli, 466 saylı sərəncamını mərhum atanız X2 adından Sizin adınıza dəyişdirilməsinə köməklik göstərilməsi haqqında ərizənizə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildiririk ki, mövcud qanunvericiliyə uyğun olaraq (Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 1133.1.) ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçdiyini nəzərə alaraq, müraciətinizin müsbət həlli səlahiyyətlərimiz xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 18.11.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər Suraxanı Rayonu İcra Hakimiyyətinin 466 saylı 14.04.1998-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, şəhid atası X3 alqı-satqı fəaliyyəti ilə məşğul olmaq üçün Bülbülə qəsəbəsi, 208 saylı məktəbin qarşısındakı sahədə 2mx3m ölçüdə köşkün qoyulmasına icazə verilməsi qərara alınmışdır. Əsas: Fond.156.siy.-1.iş.452.vər.64. İş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 28.01.2016-cı ildə verilmiş AZ-İ seriyalı 788304 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 10.02.2014-cü ildə Bakı şəhərində olmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18.02.2014-cü ildə 175 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Suraxanı rayonu VVADQ şöbəsi tərəfindən 29.01.2005-ci ildə verilmiş AZ-İ seriyalı 131177 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08.01.2005-ci ildə Bakı şəhərində olmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 29.01.2005-ci ildə 92 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 20.12.2019-cu ildə verilmiş AZ-İİ seriyalı 049734 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 11.01.1994-cü ildə Füzuli rayonunda olmüşdür. Ölümün səbəbi: ermənilərlə döyüşlərdə həlak olub. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 15.02.1994-cü ildə 21 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 22.10.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 11.01.1994-cü il tarixdə ölmüş X4 vərəsəsi qardaşı - İddiaçıdur və o miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarətdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. 5-ci maddəsinə əsasən şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər Suraxanı Rayonu İcra Hakimiyyətinin 466 saylı 14.04.1998-ci il tarixli sərəncamına əsasən İddiaçı atası - şəhid atası X3 alqı-satqı fəaliyyəti ilə məşğul olmaq üçün Bülbülə qəsəbəsi, 208 saylı məktəbin qarşısındakı sahədə 2mx3m ölçüdə köşkün qoyulmasına icazə verilməsi qərara alınmışdır. X5 10.02.2014-cü ildə vəfat etmişdir. İddiaçı həmin sərəncamın atasının adından onun adına dəyişdirilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı həmin sərəncamın qismən dəyişdirilərək atasının adından onun adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə qeyd edir ki, həmin sərəncam iddiaçının atası X2 şəhid ailəsinin üzvü kimi sosial müdafiəsinin yaxşılaşdırılması, məşğulluq məsələsinin həll edilməsi məqsədi ilə verilmişdir. Hazırda göstərilən sərəncamın qeyd olunan əsasla dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar