Məhkəmə qərarları › İş №2-1(112)-3283/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3283/2021

31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3283/2021 31.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsli Nazirliyi yanında Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ali təhsil aldığı Admiral Makarov adına Milli Gəmiqayırma Universiteti tərəfindən ali təhsilinin başa çatması ilə əlaqədar ona verilmiş 01 iyul 2019-cu il tarixli, B19 № 110736 saylı diplomun ölkə ərazisində tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, X2 adına Milli Gəmiqayırma Universiteti tərəfindən ali təhsilinin başa çatması ilə əlaqədar ona verilmiş, B19 №-li 110736 saylı 01 iyul 2019-cu il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsli Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildə Ukrayna şəhərində Admiral Makarov adına Milli Gəmiqayırma Universitetinin “Maliyyə-Kredit” fakultəsinin əyani bölməsinə daxil olmuşdur. 01 iyul 2019-cu il tarixdə isə Admiral Makarov adına Milli Gəmiqayırma Universitetində təhsil aldığı ixtisas üzrə tam kursu bitirərək və ona Maliyyə- Kredit istiqaməti üzrə Bakalavr dərəcəsi verilmişdir. Buna uyğun olaraq o, 2019-cu il tarixdə həmin Universitetdə bakalavr təhsil pilləsinin “Maliyyə-Kredit” ixtisasını mənimsədiyinə görə B19 № 110736 seriyalı Ali təhsil diplomu almışdır. Qeyd olunan ölkənin ali təhsil müəssisəsi tərəfindən ona verilmiş diplomun tanınması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə 13.03.2020-ci ildə elektron poçt vastəsilə müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24.11.2020-ci il tarixli elektron poçt vastəsilə ona ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, ********** nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. O, bu mövqeyi əsassız və ədalətsiz hesab edir. O, ali təhsil müəsissəsini bitirmişdir. Bütün bunları rəsmi sənədlərlə təsdiq etdirmişdir. Təhsil almışdır və İxtisasa yiyələnmişdir. Məhkəmənin 04 may 2021-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3283/2021 saylı 08.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə, X2 adına Milli Gəmiqayırma Universitetinin Maliyyə-Kredit fakültəsinin əyani şöbəsi, İqtisadiyyat və Sahibkarlıq ixtisası üzrə Bakalavr dərəcəsini bitirməyi barədə verilmiş, B19 №-li 110736 saylı 01 iyul 2019-cu il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən və gəlmədikləri barədə məlumat vermədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 30.08.2021-ci il tarxdə məhkəməyə daxil olmuş Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 36.08.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı işi ilə bağlı Bakı İzibati Məhkəməsinin 08.06.2021-ci il tarixli 2-1(112)-3283/2021 saylı qərardadı icra edilərək, ona xarici ali təhsil ixtisasının tanınması ilə bağlı müvafiq şəhadətnamələr təqdim edilmişdir. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınması xahiş olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 2021-ci il tarixli T 024983 №-li şəhadətnamədən müəyyən olunur ki, Admiral Makarov adına Milli Gəmiqayırma Universiteti tərəfindən İddiaçı adına verilmiş 01.07.2019-cu il B19, 110736 №-li diplom Azərbaycan Respublikasında tanınmışdır və keçilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsli Nazirliyi yanında Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar