Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3284/2021 28.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna( Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia qaldıraraq İddiaçı 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun əyani olaraq inşaat fakultəsinə daxil olub 1977-ci ildə həmin İnstitutu bitirməyi ilə bağlı olan 5 illik təhsil müddətinin iş stajına əlavə edilərək, “2011-ci il ərzində (tam 12 ay) məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar”da iddiaçının adına köçürülmüş vəsaitlərin 2019-cu ildə iddiaçının hesabına mədaxil edilməsi ilə əlaqədar həmin məbləğ pulun da 2011-ci ildə köçürülmüş vəsait kimi nəzərə alınaraq iddiaçının pensiyasının 02.01.2013cü il tarixdən yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı, 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun əyani fakultəsinə daxil olub, 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu (1975-ci ildən Azərbaycan Politexnik İnstitutundan bir neçə fakultə ayrılaraq Azərbaycan İnşaat Mühəndisləri İnstitututu yaradılmışdır) bitirmiş və ona 13 sentyabr 1977-ci ildə ali təhsil haqqında diplom verilmişdir. 03.10.1977-ci ildən əmək fəaliyyətinə başlayaraq müxtəlif illərdə, müxtəlif sahələrdə, müxtəlif vəzifələrdə çalışmışdır. 02.01.2013-cü ildə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Nizami rayon şöbəsi tərəfindən 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən iddiaçıya əmək pensiyası təyin edilmişdir. 2013-cü ildən pensiyaya çıxdıqdan sonrakı 6 (altı) il ərzində məcburi dövlət sosial sığortası üzrə iddaçının fərdi hesabında toplanmış məbləğlər onun ərizəsi əsasında yenidən hesablanaraq 2019-cu ilin fevral ayından pensiyanın üzərinə əlavə edilmişdir. İddiaçı 2020-ci ilin sentyabr ayından müəyyən etmişdir ki, 02.01.2013-cü ildə ona pensiya hesablanarkən Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” 23.09.1992-ci il tarixli (01.01.2006-cı il tarixə kimi qüvvədə olmuşdur) Qanununun 67-ci maddəsinin tələbləri pozularaq onun ali təhsil müəssisəsində təhsil aldığı 5 illik müddəti ona iş stajı kimi hesablanmalı olduğu halda hesablanmamışdır. İddiaçı 28 sentyabr 2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək 5 (beş) il təhsil müddətinin iş stajı kimi nəzərə alınmasını və pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavadeh 18.11.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən onun təhsil müddəti əmək stajına daxil edilmədiyindən pensiyanın yenidən hesablanmasına baxıla bilməz. Bundan başqa 2011-ci il üçün ona görə köçürülmüş dövlət sosial sığorta haqqı onu şəxsi hesabına mədaxil edilməmiş və pensiya hesablanan zaman nəzərə alınmamışdır.Bunun da səbəbi iddiaçının adının “İddiaçı Əli oğlu” əvəzinə “Məmmədov Əcəd Əli oğlu” kimi göstərilməsi olmuşdur.Bu barədə onun işlədiyi müəssisə tərəfindən cavabdeh arayış təqdim edilmişdir.İddiaçı həmin məsələ ilə də bağlı cavabdehə müraciət etsə də həmin hissədə müraciətinə ümumiyyətlə cavab verilməmişdir.İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı 02.10.2020-ci il tarixli müraciəti Mərkəzi Filial tərəfindən **********0 nömrəsi ilə qeydə alınmışdır. Həmin müraciətlə bağlı aparılan inzibati icraat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, 02 yanvar 2013-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi təhsil müddəti əmək stajına daxil edilmir. İddiaçının iddia ərizəsində istinad etdiyi “Vətəndaşların pensiya təminatı haqqında” Qanun 06.03.2007-ci il tarixli Qanunla qüvvədən düşmüşdür. Hazırda Azərbaycan Respublikasında əmək pensiyalarının müəyyən edilməsi “Əmək pensiyaları haqqında” Qanunla həyata keçirilir. İddiaçı özü də ona əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən təyin olunduğunu qeyd edir və pensiya təyinatının əsasını mübahisələndirmir. Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə yaş və stajın hesablanması əvvəlki qanunvericiliyə uyğun aparıla bilər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, iddiaçı onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Оdur ki, məhkəmə işə tərəflərin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iddiaçının iddia ərizəsini və cavabdehin etirazını nəzərdən keçirərək, təqdim еdilmiş sənədləri nəzərə alaraq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçının cavabdehə ünvanlanmış ərizəsinə əsasən iddiaçı cavabdehə müraciət edərək ali təhsil müddətinin və 2011-ci ildə ona görə köçürülmüş dövlət sosial sığorta haqqının da nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını cavabdehdən xahiş etmişdir. İddiaçıya məxsus Q-İ seriyalı, 022068 nömrəli diploma əsasən iddiaçı 1972-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1977-ci ildə həmin ali təhsil müəssisəsini bitirmişdir. Əmək kitabçasının surətinə əsasən iddiaçı 01.10.1977-ci ildən 25.06.1990-cı ilə qədər,13.07.1990-cı ildən 19.02.1991-ci ilə qədər, 01.03.1991-ci ildən 02.09.1991-ci ilə qədər,16.09.1991-ci ildən 31.07.2007-ci ilə qədər müxtəlif iş yerlərində işləmişdir, 06.08.2007-ci ildən bu günə qədər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyətində texniki şöbənin rəisi vəzifəsində işləyir. Cavabdehin iddiaçıya ünvanlanmış 18.11.2020-ci il tarixli məktubuna əsasən iddiaçıya 02.01.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir,iddiaçının təhsil müddətinin əmək stajına daxil edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər İdarəsinə ünvanlanmış 48/73 nömrəli, 23.05.2019-cu il tarixli məktubuna əsasən həmin Müdiriyyətin 06.08.2007-ci il tarixdən texniki şöbənin rəisi vəzifəsində işləyən İddiaçı Əli oğlunun adı 2011-ci il üzrə sığorta olunanlar haqqında məlumatlarda səhv olaraq Məmmədov Əcəd Əli oğlu kimi qeyd olunmuşdur, bu səbəbdən də 2011-ci il üzrə MDSS məlumatında Məmmədov Əli Əsəd oğlunun adına göstərilmiş 11791,57 manat bölüşdürlməmiş gəlir kimi təsdiq edilmişdir.Yuxarıda göstərilənlərə əsasən 2011-ci ildə MDSS məlumatında səhv olaraq Məmmədov Əcəd Əli oğlunun adına yazılmış 11791,57 manat gəlirin Məmmədov Əsəd Əli oğlunun adına keçirilməsi xahiş olunmuşdur, həmin müəssisənin 48/72 nömrəli, 23.05.2019-cu il tarixli arayışına əsasən iddiaçı İddiaçı 2011-ci ildə əmək haqqı və ona bərabər tutulan ödənişləri 11791,57 manat təşkil etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər İdarəsinin Azərbaycan Respublikası Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətinə ünvanlanmış 11.06.2019-cu il tarixli məktubuna əsasən bildirilmişdir ki, İddiaçı Əli oğlunun 2011-ci il üçün məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarında Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində dəyişikliklər edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət edilmişdir, qaldırılan məsələnin həlli ilə bağlı müvafiq işlər apaılır, nəticəsi barədə əlavə məlumat veriləcəkdir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 1972-ci ildən 1977-ci ilə qədər ali təhsil almışdır, 01.10.1977-ci ildən 25.06.1990-cı ilə qədər ,13.07.1990-cı ildən 19.02.1991-ci ilə qədər, 01.03.1991-ci ildən 02.09.1991-ci ilə qədər,16.09.1991-ci ildən 31.07.2007-ci ilə qədər müxtəlif iş yerlərində işləmişdir, 06.08.2007-ci ildən bu günə qədər də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyətində işləyir, iddiaçıya 02.01.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir,iddiaçı ali təhsil müddətinin nəzərə alınmaqla, habelə 2011-ci ildə onunla bağlı hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının nəzərə alınmaqla pensiyasının yenidən hesablanması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.6-cı maddəsinə əsasən fərdi uçot sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7-ci maddəsinə əsasən fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9-cu maddəsinə əsasən fərdi hesabın yığım hissəsi - sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.13-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsi - fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.14-cü maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir; 1.0.15-ci maddəsinə əsasən əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Həmin Qanunun 4.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:SH = PSK/T, burada:SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir;PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir:YH=PYK/T, burada:YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır;T gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir:P= SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır;SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İşin faktiki hallarına əsasən 2011-ci il üçün iddiaçının işlədiyi yerdə məcburi dövlət sosial sığorta haqları hesablanmış və ödənilmişdir. Odur ki, iddiaçının iddiası 2011-ci il ərzində (tam 12 ay) məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda iddiaçının adına köçürülmüş vəsaitlərin 2019-cu ildə iddiaçının hesabına mədaxi edilməsi ilə əlaqədar həmin məbləğ pulun da 2011-ci ildə köçülmüş vəsait kimi nəzərə alınması hissəsində əsaslıdır. Bundan başqa işin faktiki hallarına əsasən iddiaçı 1972-ci ildən 1977-ci ilə qədər ali təhsil almışdır. “Dövlət pensiyaları” haqqında SSRİ Qanunu qüvvədə olmuşdur. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin “v” bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə onu da qeyd edir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsi). İddiaçının təhsil müddətinin onun sosial sığorta stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Bundan əlavə, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında “təhsil müddətinin əmək stajına daxil edilməməsi” pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi şəxsin təhsil aldığı zaman qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Memarlıq və inşaat universiteti 03.09.2021-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı 25.08.1972-ci il tarixli, 324-u saylı əmrlə Çingiz İldrım adına Azərbaycan Politexnik institutunun inşaat fakültəsinin əyani şöbəsinin “Su təchizatı və kanalizasiya” ixtisasının tam kursunu bitirmiş, və Dövlət İmtahan komissiyasının qərarına əsasən ona inşaat –mühəndis ixtisası verilmişdir. Odur ki, iddiaçının iddiası 1972-ci ildən 1977-ci ilə qədər ali təhsil aldığı müddətin də iddiaçının sığorta stajı kimi nəzərə alınmaqla pensiyasının hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində də qanunauyğundur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun əyani olaraq inşaat fakultəsinə daxil olub 1977-ci ildə həmin İnstitutu bitirməyi ilə bağlı olan 5 illik təhsil müddətinin iş stajına əlavə edilərək, həmçinin 2011-ci il ərzində (tam 12 ay) məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda iddiaçının adına köçürülmüş vəsaitlərin 2019-cu ildə iddiaçının hesabına mədaxil edilməsi ilə əlaqədar həmin məbləğ pulun da 2011-ci ildə köçürülmüş vəsait kimi nəzərə alınaraq iddiaçının pensiyasının 02.01.2013-cü il tarixdən yenidən hesablanması vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun( Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının) üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiа tələbi təmin еdilsin. İddiaçı 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun əyani olaraq inşaat fakultəsinə daxil olub 1977-ci ildə həmin İnstitutu bitirməyi ilə bağlı olan 5 illik təhsil müddətinin iş stajına əlavə edilərək, həmçinin 2011-ci il ərzində (tam 12 ay) məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda iddiaçının adına köçürülmüş vəsaitlərin 2019-cu ildə iddiaçının hesabına mədaxil edilməsi ilə əlaqədar həmin məbləğ pulun da 2011-ci ildə köçürülmüş vəsait kimi nəzərə alınaraq İddiaçı pensiyasının 02.01.2013-cü ildən yenidən hesablanması vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının) üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-3284/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3284/2021
28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver