Məhkəmə qərarları › İş №2-1(112)-3284/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3284/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3284/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Kliniki Tibbi X2rşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək X1nun xx.xx.2024-cü il tarixdə cavabdeh müəssisədə vəfatı ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh X18 X11 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının X1 xx.xx.2024-cü il tarixdə Cavabdehn (bundan sonra cavabdeh) nevrologiya şöbəsində vəfat etmişdir. İddiaçının atası həmin xəstəxanaya xx.xx.2024-cü il tarixdə gətirildikdə, onun şəxsiyyəti müəyyən edilmiş (iddiaçı atasının şəxsiyyət vəsiqəsini ilk öncə təcili tibbi yardıma, sonra isə cavabdehin qeydiyyat şöbəsinə təqdim etmişdir) və hətta cavabdeh tərəfindən iddiaçının atası barəsində 20-ci və 26-cı polis bölmələrinə məlumat da verilmişdir. İddiaçı atası vəfat etdikdən sonra cavabdeh qurumdan ölüm haqqında tibbi şəhadətnamənin verilməsini tələb etdikdə atasının şəxsiyyət vəsiqəsinin əsli tələb edilmişdir. İddiaçı qeyd edir ki, atası xəstəxanaya gətirildikdə onun şəxsiyyət vəsiqəsini xəstənaya təqdim etməyi yadında qalsa da, sonradan başı atasına qarışdığından sənədin necə itdiyini yadında deyil. İstənilən halda, iddiaçının atasının şəxsiyyəti artıq xəstəxana tərəfindən müəyyən edilmişdi, sənədin surəti iddiaçıda var, həmçinin cavabdeh elektron hökümət portalı tərəfindən də iddiaçının atasının şəxsiyyətini müəyyən edilə bilər. İddiaçı qeyd edir ki, cavabdeh qurumdan atasına dair ölüm haqqında tibbi şəhadətnamənin verilməsini yazılı qaydada tələb etdikdə 27 avqust 2024-cü il tarixli (məktub iddiaçıya xx.xx.2024-cü il tarixdə çatmışdır) cavab məktubu ilə bildirilmişdir ki, şəxsiyyət vəsiqəsinin əsli olmadığına görə həmin arayışın verilməsi qeyri mümkündür. Şifahi qaydada isə iddiaçıya atasının ölüm faktını məhkəmə qaydasında tanıtmalı olduğum tövsiyə edilmişdir. İddiaçı sözügedən şəhadətnaməni ala bilmədiyindən atasına dair ölüm haqqında şəhadətnamə ala bilmir və nəticədə iddiaçının vərəsəlik hüquqları da pozulur.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1944-cü il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə BŞT və TTYS-nin 3 saylı bölməsi tərəfindən “Baş beyin silkələnməsi” diaqnozu ilə Nizami küçəsi 36, 9 saylı Polis bölməsinin qarşısından götürülərək X14 gətirilmişdir. BŞT və TTYS-nin müşayət vərəqində qeyd olunmuşdur ki, xəstənin arvadı başına vuraraq döymüşdür. Xəstə daxil olarkən 26-cı polis bölməsinə məlumat verilmişdir. xx.xx.2024-cü il saat 00.25-də xəstə nevrologiya şöbəsində vəfat etmişdir. Xəstənin ölümü barəsində 20-ci polis bölməsinin növbətçi əməkdaşı, polis leytenantı Mikayıl Şükürova məlumat verilmişdir. Xəstənin oğlu X8 ölüm haqqında tibbi şəhadətnamə almaq üçün müraciət etmiş, lakin atasının şəxsiyyət vəsiqəsini itirdiyini bildirmişdir.

4. X5 məxsus şəxsiyyət vəsiqəsinin surəti iş materiallarına əlavə edilmişdir (FİN: 2ZV14R9, Vəsiqənin nömrəsi: AA5296943, Doğulduğu tarix: xx.xx.1944).

5. AZ-İV 223352 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1992-ci il tarixdə doğulmuşdur. X1, anası X3r.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

II. İddianın növü

7. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

8. İddia öhdəliyin icrasına dair iddiadır.

III. Məhkəmənin mövqeyi

9. İddia ərizəsinin məzmunundan aydın olur ki, hazırki iddia tələbi iddiaçının atasına münasibətdə ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”:

4. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X6 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquqmühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 4.4. Aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda; 4.5. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.

5. Yekun müddəalar 5.3. Şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur.

11. Məhkəmə ilk növbədə müəyyən edir ki, iddiaçının X1 “X17” X19də müalicə alarkən vəfat etdiyindən ölüm haqqında tibbi şəhadətnamə həmin tibb müəssisəsi (“X17” publik hüquqi şəxsi) tərəfindən verilməlidir.

12. Cavabdeh orqan “X17” publik hüquqi şəxsi vəfat edənin (iddiaçının atasının) şəxsiyyət vəsiqəsinin əsli təqdim edilmədiyindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina etmişdir.

13. Məhkəmə qeyd edir ki, ölüm hadisəsi baş verdikdə müvafiq faktı təsdiqləyən ölüm haqqında tibbi şəhadətnamə vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında tərtib olunur. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 1-ci maddəsinə əsasən). Vəfat edən X5 məxsus şəxsiyyət vəsiqəsinin əslinin cavabdeh X18 X12 təqdim edilmədiyi işin mübahisəsiz halıdır.

14. Buna baxmayaraq məhkəmə nəzərə alır ki, iddiaçının atası xx.xx.1944-cü il təvəllüdlü X7 08 gün ərzində (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) “X17” X19də müalicə almış və tibb müəssisəsində olarkən (xx.xx.2024-cü il tarixdə, saat 00:25) vəfat etmiş, xəsətnin ölümü barəsində polis bölməsinə məlumat verilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilən faktlar öz təsdiqini tapmışdır: “xx.xx.1944-cü il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə BŞT və TTYSnin 3 saylı bölməsi tərəfindən “Baş beyin silkələnməsi” diaqnozu ilə Nizami küçəsi 36, 9 saylı Polis bölməsinin qarşısından götürülərək X14 gətirilmişdir. BŞT və TTYS-nin müşayət vərəqində qeyd olunmuşdur ki, xəstənin arvadı başına vuraraq döymüşdür. Xəstə daxil olarkən 26-cı polis bölməsinə məlumat verilmişdir. xx.xx.2024-cü il saat 00.25-də xəstə nevrologiya şöbəsində vəfat etmişdir. Xəstənin ölümü barəsində 20-ci polis bölməsinin növbətçi əməkdaşı, polis leytenantı Mikayıl Şükürova məlumat verilmişdir”. Belə olan təqdirdə X4 (iddiaçının atasının) tibb müəssisəsində müalicə aldığı müddətdə şəxsiyyətinin müəyyən edilməmiş olması ağlabatan deyil. Digər tərəfdən iddiaçı tərəfindən vəfat edən X1na məxsus şəxsiyyət vəsiqəsinin surətini cavabdeh orqana və məhkəməyə təqdim edilmişdir (FİN: 2ZV14R9, Vəsiqənin nömrəsi: AA5296943, Doğulduğu tarix: xx.xx.1944).

15. Odur ki, məhkəmə hesab edir ki, ölüm haqqında tibbi şəhadətnamənin tərtib olunması məqsədilə vəfat edən şəxsin (X4) şəxsiyyətini müəyyən etmək mümkündür və cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qəbul edilməlidir.

16. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. X4 ölüm faktı barədə ölüm haqqında tibbi şəhadətnamənin tərtib olunaraq İddiaçı təqdim edilməsi vəzifəsi cavabdeh X18 X11 üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar