Məhkəmə qərarları › İş №2-1(112)-3285/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3285/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3285/2023 01.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X18 iştirakları ilə, İddiaçı Cavabdehə (üçüncü şəxs X29) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi və X23 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Cavabdeh başçısının 03 sentyabr 2020-ci il tarixli 164 nömrəli sərəncamına əsasən, istifadəsində olan ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 kv.m olan fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində X18 adına sənədləşdirilməsinə dair verilmiş sərəncamın ləğv edilərək adına sənədləşdirilərək çıxarış verilməsi baradə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və qızı 2017-ci il tarixindən ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 kv.m olan fərdi yaşayış evində faktiki olaraq yaşayırlar. X38 həmin evdə 2017-ci il tarixindən rəsmi olaraq qeydiyyatdadır. Həmçinin əvvəlki məhkəmə icraatlarında, o cümlədən apellyasiya icraatında müraciətlərdə, şikayətlərdə təkrar-təkrar qeyd edilmişdir ki, həmin sözügedən fərdi yaşayış evini X38 satın almış və 2017-ci ildən də iddiaçı qızı ilə birlikdə orada yaşayırlar. Fərdi yaşayış evinin ona məxsus olması əsası ilə mülkiyyətinin müdafiəsinə dair maddi hüquq normalarna istinad edərək hazırki mübahisəni başlamaq qərarına gəlmişdir. Belə ki, Bakı şəhəri Cavabdeh başçısının 03 sentyabr 2020-ci il tarixli 164 nömrəli sərəncamına əsasən, ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 kv.m olan fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində X18 adına sənədləşdirilməsinə icazə verilmişdir. X29 ona qarşı “evə köçürülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 kv.m olan fərdi yaşayış evinə köçürülməsinə və iddiaçının ünvan 3 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 kv.m olan fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli evin X29 adına sənədləşdirilməsi haqqında Cavabdeh Başçısı 03 sentyabr 2020-ci il tarixli, 164 nömrəli Sərəncam vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh İddiaçı Məmmədsəfı qızının ünvan 4 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 kv.m olan fərdi yaşayış sahəsindən çıxarılması, həmin fərdi yaşayış sahəsinin boşaldılaraq iddiaçı X33ma təhvil verilməsi qət edilmişdir. Qətnamədən iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı X29 məhkəməyə ərizə göndərərək və ərizəsini müdafiə edərək iş üzrə iddiasından imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı X18 cavabdeh İddiaçı qarşı “iddiaçının ünvan 3 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 kv.m olan fərdi yaşayış evinə köçürülməsinə və cavabdeh İddiaçı Məmmədsəfı qızının ünvan 3 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m2 olan fərdi yaşayış evindən çıxarılması”na dair tələblərindən imtina etməsi məhkəmə tərəfindən qəbul edildiyinə görə mülki iş üzrə icraata xitam verilməli və eyni zamanda Mülki Prosessual Məcəllənin 384-cü maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3333/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilərək və iş üzrə icraata xitam verilmişdir. Eləcə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3333/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edildiyindən, Nərimanov İcra Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli **********/21-15-12 nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata da xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsi əsasında məhkəmənin eyni tarixli qərardadı ilə X29 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh qismində prosessual iştiraklarına xitam verilmiş, iddia tələbi Cavabdehə qarşı xx.xx.2020-ci il tarixli 164 nömrəli sərəncamının ləğv edilməsi şəklində icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-918/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X29 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs X29 iddiaya etirazında bildirilmişdir ki, Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş və həbs edilmiş X30 ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evini dələduzluq yolu ilə ələ keçirmiş, eyni mənzili Afız, Yeganə, Azad adlı şəxslərə satmış, Afız başqa ölkənin vətəndaşı olduğu üçün istintaq dövründə qaçıb getmiş, Yeganə, Azad güclü stress keçirmiş, hər ikisi vəfat etmiş və həmin mənzilin əlindən çıxmaması üçün xx.xx.2017-ci il tarixdə vətəndaş Emilya Bayramovaya etibarnamə vermişdir. X19 ********* № li cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “ittiham aktı”nın 98-ci səhifəsində İddiaçı öz ifadəsində yuxarıda qeyd olunan faktları etiraf edib. X19 həbsxanada vəfat etdiyini biləndən sonra İddiaçı yuxarıda qeyd olunan mənzilə dair iddialar irəli sürməyə başlamış və heç bir subyektiv hüquqa malik olmadan mənzili zəbt etmişdi. İlkin alqı-satqı müqaviləsi ilə mənzili almış, mənzilin əsl sahibi X29 İddiaçı qarşı «mənzildən çıxarılma və mənzilə köçürülməsinə» dair Nərimanov rayon Məhkəməsində iddia qaldırmış, iddiası təmin olunmuş, qarşı tərəf apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin olunmamış, kassasiya şikayəti vermiş və İddiaçı eyni zamanda mənzili X7 bir illik (aylıq kirayə haqqı 120 manat) kirayəyə vermiş, planlı şəkildə özü mənzildən çıxmışdır. Mənzilin əsl sahibi X10 Məhkəmənin qərarı ilə işin yenidən Apellyasiya Məhkəməsinə qaytarıldığını, İddiaçı artıq həmin mənzildən çıxdığını, həmin mənzildə başqa birisinin yaşadığını bildikdə iddiasını geri götürmüş, kirayəşin X7 qarşı «mənzildən çıxarılma və mənzilə köçürülməsinə» dair Nərimanov rayon Məhkəməsinə ərizə vermiş və Nərimanov rayon Məhkəməsinin 2(005)-3059/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X18 cavabdeh X7 qarşı «mənzildən çıxarılma və mənzilə köçürülməsinə» dair iddiası təmin edilmiş və icra olunması üçün 03 noyabr 2022-ci il tarixdə Nərimanov rayon İcra Şöbəsinə daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə Nərimanov rayon Məhkəməsinin e-2(005)-3059/2022-013 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə cavabdeh X12 şəxsi əmlakı ilə birlikdə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmış, mənzilin açarları ondan alınmış və tələbkar X24 verilmişdir. X5 həmin mənzilə köçürülmüş və bu barədə akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə Nərimanov rayon icra Şöbəsinin böyük icra məmuru X22 rayon Məhkəməsinin e-2(005)- 3059/2022-013 saylı, 15 noyabr 2022-ci il tarixli icra sənədinə xitam verilməsi barədə Qərar qəbul etmişdir. X1 İddiaçı kirayə haqqının qaytarılmasını tələb etmiş, mənzili zəbt etmək planlarının pozulduğunu bilən iddiaçı Xəlilova X6 Nailə Musabala qızına qarşı «dəymiş maddi ziyanın ödənilməsi və mənzildən məcburi çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və Nərimanov rayon Məhkəməsinin 2(005)-4223/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinən X19 ********* nömrəli cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “ittiham aktı”nın 98-ci səhifəsində İddiaçı verdiyi ifadə ilə 2(005)-4223/2022 saylı iş üzrə Məhkəmədə verdiyi ifadə tam fərqlidir. Bundan əlavə, iddiaçi İddiaçı va onun X38nın (etibarnamə əsasında) yuxarıda qeyd olunan mənzilə dair heç bir subyektiv hüquqları olmayıb. X30 xx.xx.2021ci il tarixdə həbsxanada vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə görə etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud faəliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması etibarnaməyə xitam verilməsi üçün əsasdır. Qeyd olunanlara və aşağıda təqdim edilmiş sənədlərə əsasən İddiaçı Cavabdehə qarşı iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin hallarından müəyyən olunur ki, Nərimanov RİH başçısının xx.xx.2013-cü il tarixli 589 №-li sərəncamı ilə N.Süleymanov küçəsi 1 №-li ünvanda yerləşən ümumi sahəsi 46,5 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evi təqdim edilmiş layihəyə uyğun mövcud istifadə vəziyyətində X3 adına sənədləşdirilmiş, sözügedan mövcud evin müvafiq qaydada sənədləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi vətəndaş K.R.Nemətullayevə tövsiyə olunmuşdur. Daha sonra K.R.Nemətullayevin xx.xx.2017-ci il tarixli 7 E/230 r/№-li ərizəsi əsasında həmin fərdi yaşayış evi Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli 59 №-li sərəncamı ilə Nərimanov RİH başçısının xx.xx.2013-cü il tarixli, 589 №li sərəncamı öz hüquqi qüvvəsindən düşmüş hesab edilmiş, sözügedən fərdi yaşayış evinin X20 adına sənədləşdirilməsinə icazə verilmişdir. K.R.Nemətullayevin notarial qaydada verdiyi etibarnamələr və yaşayış evinin alqısatqısına dair ilkin müqavilələr mübahisəyə səbəb olmuş, tərəflər arasında daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə əlaqədar cinayət əməlləri aşkarlandıqdan sonra N.Ə.Rzayeva barəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* №-li cinayet işi başlanılmışdır. Yekun olaraq Bakı şəhər Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 164 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin X14 adına sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli 59 №-li sərəncamı ləğv edilmiş, fərdi yaşayış evinin mövcud vəziyyətdə sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının xx.xx.2013-cü il tarixli 589 №-li Sərəncamı dəyişdirilərək, fərdi yaşayış evinin təqdim edilmiş layihəyə uyğun mövcud istifadə vəziyyətində X15 adına sənədləşdirilməsi qərara alınmışdır. Hazırda iddiaçı Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 164 nömrəli Sərəncamının ləğvini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. Məcəllənin istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdehin mübahisələndirilən sərəncamı ilə onun hüquqlarının pozulduğuna dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. İşin hallarından müəyyəndir ki, mübahisələndirilən Bakı şəhər Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 164 nömrəli X17 küçəsi 1 saylı ünvanında yerləşən ümumi sahəsi 46,5 kv.m olmaqla 1 (bir) mərtəbəli fərdi yaşayış evinin üçüncü şəxs X18 adına sənədləşdirilməsi barəsindədir. Hazırda iddiaçı qismində çıxış edən Xəlilova X11 Süleymanov küçəsi 1 saylı ünvanında yerləşən ümumi sahəsi 46,5 kv.m olmaqla 1 (bir) mərtəbəli fərdi yaşayış evinin ona məxsus olduğunu, həmin evin qızı X13 etibarnamə əsasında X31 tərəfindən satıldığını iddia edərək sözügedən sərəncamın ləğvini tələb edir. Qeyd edilməlidir ki, hüququn pozulması hüququn mövcudluğunu bilavasitə ifadə edən hüquqmüəyyənedici sənədlər əsasında müəyyən olunur. Nəzərə alınsa ki, hazırkı iddia üzrə mübahisə predmeti Nürəddin Süleymanov küçəsi 1 saylı ünvanında yerləşən fərdi yaşayış evidir, bu halda adıçəkilən daşınmaz əmlaka dair hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi ilə sadalanmış hüquqmüəyyənedici sənədlərdə öz əksini tapa bilər ki, hazırkı iş üzrə iddiaçının əmlakla bağlı həmin qanunla sadalanan hər hansı hüquqmüəyyənedici sənədlərə malik olduğu da müəyyən olunmur. İddiaçı X30 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş etibarnaməyə istinad edərək həmin evlə bağlı verilmiş sərəncamın ləğvinə dair hüququnun olduğunu iddia edir. Halbuki iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli etibarnamə X19 X13 onun adından, onun üçün mübahisəli fərdi yaşayış evinin sənədləşdirilməsi, özəlləşdirilməsi və s. səlahiyyətlərin ötürülməsi barədədir. Başqa sözlə, etibarnamə etibar edilən üçün deyil, etibar edən üçün, etibar edənin mənafeyi naminə hüquqi hərəkətlərin edilməsi barədədir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi həmin etibarnamə iddiaçının özünə yox, X13 verilmiş, etibarnamə X25 üçün deyil, X30 üçün hüquqi hərəkətlərin icrasına və hüquqi nəticələr üçün nəzərdə tutulmuşdur. Nəhayətində, sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış əmlak olmaqla statusuna görə özbaşına tikili olduğundan həmin evlə bağlı təqdim edilən etibarnamə iddiaçı üçün əmlaka dair hüququn məxsusluğunu iddia etməyə əsas vermir. Qeyd edilməlidir ki, təqdim edilmiş məhkəmə qətnamələrindən də müəyyən olunur ki, iddiaçının fərdi yaşayış evinə hər hansı əşya hüququnun olmasına dair qanuni qüvvəsini almış yekun məhkəmə aktı da mövcud deyildir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3059/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X18 ünvan 4 ünvanda yerləşən 46.5 kv.m sahədən ibarət fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, qətnamə icra edilərək həmin mənzildə yaşayan X9 mənzildən çıxarılmış, X4 evə köçürülmüş, Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Beləliklə, iddiaçının iddia etdiyi fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədi olmadığından onun həmin evlə bağlı qəbul edilmiş sərəncamı mübahisələndirməyə də subyektiv hüququ müəyyən olunmur. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtisubyektiv hüquququn olmamasına cavab vermədiyi kimi xüsusi mümkünlük şərtinə də cavab vermir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının sərəncamın ləğv edilməsi tələbi İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinin tələbinə uyğun olaraq mübahisələndirmə haqqında iddia növü ilə tənzimlənir. Həmin iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. -71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. -72.1-ci maddəsinə görə inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Sadalanan normalardan müəyyən olunur ki, mübahisələndirmə haqqında iddia “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi sərəncamın ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. İş materiallarına əlavə edilmiş qətnamələrdən müəyyən olunur ki, iddiaçı X29 cavabdeh İddiaçı qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Nürəddin Süleymanov küçəsi 1 saylı ünvanında yerləşən 1 (bir) mərtəbəli ümumi sahəsi 46,5 kv.m olmaqla fərdi yaşayış evinə köçürülməsi və cavabdeh İddiaçı fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7618/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş və Nərimanov rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7618/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayətinin məzmununda Bakı şəhəri, Nərimanov rayonu, İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 164 nömrəli sərəncamla Nürəddin Süleymanov küçəsi 1 saylı ünvanında yerləşən 1 (bir) mərtəbəli ümumi sahəsi 46,5 kv.m olmaqla fərdi yaşayış evinin X18 adına sənədləşdirilməsinə icazə verildiyini, eyni sərəncamla Nərimaov rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli 59 saylı X19 adına sənədləşdirilməsi barədə sərəncamın ləğv edildiyini qeyd etmişdir. Beləliklə, Bakı şəhər Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 164 nömrəli sərəncamından iddiaçı hələ mülki məhkəmə icraatında apelyasiya şikayəti təqdim etdiyi vaxt məlumatlı olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən sərəncamın rəsmi olaraq təqdim olunmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq hesab edir ki, yuxarıda sadalanmış təkzibedilməz sübutlar iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Göründüyü kimi iddiaçı hazırda mübahisə predmeti olan sərəncamdan məlumatlı olduğu ən geci xx.xx.2021-ci il tarixdən qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməklə xx.xx.2022-ci il tarixdə hazırkı iddiamı məhkəmədə qaldırmışdır. İnzibati Prosessual Məcəllənin: -22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. -24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. -24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə iddia tələbi üzrə müddətin ötürülməsindən 1 ildən çox keçdiyini nəzərə alaraq iddiaçıya iddia müddətinin bərpasına dair ərizə verilməsinin təklif edilməsinə hüquqi zərurət görməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olubolmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehə “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar