Məhkəmə qərarları › İş №2-1(112)-3286/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3286/2021

08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3286/2021 08.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X4, üçüncü şəxsin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı Azərbaycan Dövlət İqtisad Universiteti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla torpaq sahəsi üzrə hüquqların həyata keçirilməsinə maneənin qadağan olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin müvəqqəti hasara almaq üzrə quraşdırılma işlərinin aparılmasına cavabdehin etirazının qanunsuz hesab edilməsi, həmçinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsini dəmir, plastik və yaxud taxta materiallarından ibarət konstruksiya ilə müvəqqəti hasara almaq üzrə quraşdırma işlərinin aparılmasının qarşısını alan hər hansı müdaxilə və ya digər formada məhdudlaşdıran hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 10.02.2021-ci il tarixli, 2-1(112)-3286/2021 nömrəli qərardadı ilə Azərbaycan Dövlət İqtisad Universiteti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyət və istifadə hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsini hasara almaq üzrə inşa işlərinin aparılmasına Cavabdeh etirazının qanunsuz hesab edilməsi, həmçinin mülkiyyət və istifadə hüququ əsasında ona məxsus olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsini mişar daşı və ya dəmir, plastik, taxta və s. materiallardan ibarət konstruksiya ilə hasara almaq (2.20 m. hündür olmamaq şərti ilə) üzrə inşa işlərinin aparılmasının qarşısını alan hər hansı müdaxilə və ya digər fomada məhdudlaşdıran hərəkətlərin edilməsinin cavabdehə qadağan olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi onun razılığı olmadan avtodayanacaq və ya digər məqsədlər üçün istifadə olunaraq hər dəfə açıq şəkildə zəbt olunur. Ona görə də bu kimi torpaq müdaxiləsinin qarşısını almaq məqsədilə mülkiyyətində olan həmin torpaq sahəsini müvəqqəti hasara almaq niyyəti ilə müvafiq material alıb, həmçinin usta və fəhlə ilə razılaşaraq quraşdırma işlərinə başlamışdır. Qanunvericiliyə görə bu növ işlərə icazə və ya məlumatlandırma icraatı, həmçinin tikinti layihələri tələb olunmasa da mülkiyyətində olan həmin torpaq sahəsini müvvəqəti hasara almaq üzrə quraşdırma işlərinə başlamazdan əvvəl, həmin işlərin görülməsi zamanı ehtimal olunan əsassız müdaxilələrin qarşısının alınması məqsədilə Bakı şəhəri Cavabdeh başçısı cənab Elşad Həsənova bir neçə dəfə müraciət edərək, hasarın quraşdırılması barədə ona məlumat vermişdir. Lakin buna baxmayaraq, mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsini müvəqqəti hasara almaq quraşdırma işlərinə başlayarkən Cavabdeh əməkdaşı kimi özünü təqdim edən bir nəfər şəxs və Yasamal Rayon Polis İdarəsinin əməkdaşı kimi özünü təqdim edən polis nəfəri tərəfindən hər hansı bir işin aparılmasına etiraz edib qadağa qoyaraq, bu barədə onu xəbərdar etmiş və əraziyə gətirilmiş materialları yığıb aparmaqla ərazinin təmizlənməsini ondan tələb etmişlər. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçının iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ********** nömrəli, 28.02.2020-ci tarixli İddiaçı məxsus çıxarışın surətindən görünür ki, M.Muxtarov 190 ünvanında yerləşən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57.2-ci maddəsinə görə, tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 3 sanitariyagigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməli; istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və şairəyə) zəmin yaratmamalıdır; səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; enerji resurlarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalıdır; əlillərin və hərəkət imkanları məhdud digər şəxslərin tikinti obyektindən istifadəsi ilə bağlı zəruri infrastruktura malik olmalıdır (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektləri). Belə ki, İddiaçı M.Muxtarov 190 ünvanında yerləşən torpaq sahəsinin əsaslı tikinti olmayan obyektinin, komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına rəy verilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə müraciət etməmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikasının Przezidentinin 19 mart 2019-cu il tarixli, 597 saylı Fərmanına əsasən əsasnamənin 3.1.15-ci maddəsinə əsasən səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına rəy vermək Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətindədir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli, 597 saylı Fərmanı ilə təsdiq edilmiş Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin nizamnaməsinin 3.1.22-ci maddəsinə əsasən Bakı şəhərinin inzibati ərazisində səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına dair rəy hazırlamaq Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin səlahiyyətindədir. İddiaçı öz iddiasında konkret olaraq onun hansı hüququnun və nə dərəcədə pozulmasını bildirməmişdir. Göstərilənləri nəzər alaraq iddianın rədd ediilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X6, üçüncü şəxsin nümayəndəsi və vəkili X8 iddia tələbi ilə bağlı verdikləri izahatlarında bildirmişlər ki, iddia tələbi əsassızdır. Belə ki, İddiaçı cavabdehlər Azərbaycan Dövlət İqtisad Universitetinə və "xxxx" MMC-yə qarşı "torpağın boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi və tikililərin sökülməsi tələbinə dair" iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi 190 ünvanda mülkiyyətində olan torpaq sahəsinə qanunsuz olaraq açılmış darvaza və qapının, həmçinin torpaq sahəsinin altından çəkilmiş su və çirkab su xətti borularının və digər tikili və qurğuların cavabdehlərin vəsaiti hesabına sökülüb ləğv edilməklə, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi vəzifəsinin, həmçinin torpağına hər hansı formada müdaxilə olunmasının qadağan edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti İddiaçı qarşı iddiaçıya məxsus torpaq sahəsindən piyada və avtomobil keçidi üçün istifadə hüququnun təmin olunması tələbinə dair qarşılıqlı iddia ərizəsi verərək, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 5 metr enində olan hissəsindən Murtuza Muxtarov küçəsinə piyada və avtomobil keçidi üçün iddiaçı tərəfindən istifadə hüququnun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda həmin iddia tələbi üzrə mülki iş Yasamal Rayon Məhkəməsinin icraatındadır. Göründüyü kimi hazırda həmin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi mövcuddur. İddiaçının iddiasının təmin edilməsi halında üçüncü şəxsin hüquqlarına müdaxilə ola bilər. Cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinası qanunidir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0,00816 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 18.01.2014-cü il tarixdən İddiaçı məxsusdur. - 16.01.2014-cü ildə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi 190 ünvanda yeləşən, İddiaçı mülkiyyətində olan 0,00816 ha torpaq sahəsinə dair plan və ölçü tərtib edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0.009010 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 28.02.2020-ci il tarixdən İddiaçı məxsusdur. - 28.02.2020-ci ildə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi 190 ünvanda yeləşən, İddiaçı mülkiyyətində olan 0,009 ha torpaq sahəsinə dair plan və ölçü tərtib edilmişdir. - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departaməntinin Mülkiyyət hüququ haqqında 000067 №-li, 31.01.2003-cü il tarixli şəhadətnamənin notarial qayda təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi 190 ünvanında 90,8 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. - Əmlakın İnventarlaşdırılması Bürosunun müəssisə və obyektin 004312 №-li, 09.01.2003-cü il tarixli Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi 190 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin texniki pasportunun surətindən görünür ki, qeyri-yaşayış sahəsinin ümumi sahəsi 90,08 kvm., əsas sahəsi 67.2 kvm. və köməkçi sahəsi 23,6 kvm.-dən ibarətdir. Qeyri-yaşayış sahəsinin yerləşdiyi ümumi torpaq sahəsi 383 kvm., açıq torpaq sahəsi 158,6 kvm., ümumi tikinti altı sahəsi 149,5 kvm.-dən ibarətdir. - Bakı şəhəri Cavabdeh Başçısı tərəfindən iddiaçıya ünvanlanmış M-150-113 №-li, 28.04.2020-ci il tarixli məktubdan görünür ki, qeyd etdiyi torpaq sahəsi şəhərsalma nöqteyi nəzərindən Bakı şəhəri üçün əhəmiyyətli olan ərazidə, Azərbaycan Dövlət İqtisad Universitetinə məxsus torpaq sahəsinin bilavasitə qarşısında yerləşir. Hazırda İqtisad Universitetinin tədris binaları yenidən inşa edilir. Layihələndirmə və tikinti işləri zamanı tarixi əhəmiyyət kəsb edən əvvəlki binanın fasad elementləri saxlanılmaqla müasir memarlıq kompleksi yaradılmışdır. Tədris binalarının tikinti-quraşdırma işləri əsasən başa çatdırılmış, tamamlama işləri davam etdirilir və növbəti tədris ilinə qədər kompleksin istismara verilməsi, o cümlədən ətraf ərazinin abadlaşdırılması nəzərdə tutulur. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, ona məxsus torpaq sahəsində hər hansı tikinti işlərinin aparılmasına dair şəhərsalma əsaslandırmasına uyğun olaraq tərtib edilmiş layihə sənədləri əsasında tikinti işlərinin başlanmasına icazə verildiyi təqdirdə ərazinin müvəqqəti hasara alınması məsələsinə baxıla bilər. - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24521 №-li, 12.12.2019-cu il tarixli ekspertin rəyinin surətindən görünür ki, ünvan 6 ünvanda yerləşən, İddiaçı məxsus torpaq sahəsinə tərəf Azərbaycan Dövlət İqtisad Universitetinin tədris binasının tikintisi itə əlaqədar cavabdeh təşkilatlar tərəfindən piyada və nəqliyyat üçün giriş-çıxış qapıları açıldığı, eləcə də qapının qarşısından küçəyə qədər olan sahədə (iddiaçıya məxsus torpaq sahəsinin üzərində) beton məhlulu ilə piyada keçidi düzəldilyi müəyyən olunmuşdur. İddiaçıya məxsus tədqiq olunan torpaq sahəsinin bır hissəsində qazıntı işlən aparılaraq plastik borular (su və yə kanalizasiya) çəkildiyi və digər hissədə inşaat materialları (qum, çınqıl) töküldüyü müəyyən olunmuşdur. ünvan 7 ünvanda yerləşən, iddiaçıya məxsus torpaq sahəsi istiqamətinə cavabdeh təşkilatlar tərəfindən piyada və nəqliyyat üçün giriş-çıxış qapıları açılması nəticəsində, iddiaçıya məxsus torpaq sahəsindən gediş-gəliş yolu kimi istifadə olunduğu müəyyən edilir. Qeyd olunur ki, iddiaçının torpağından istifadə hüquqlarının pozulub-pozulmamısının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid deyildir. İddiaçıya məxsus torpaq sahəsinin bır hissəsində qazıntı işlən aparılaraq çəkilmiş boruların (su və ya kanalizasiya xətti) planlı yerləşməsini nəzərə alaraq, həmin boruların mövcudluğu tədqiq olunan sahədə hər hansı bina inşa edilərkən, binanın təməlinin tikintisi zamanı tikinti quraşdırma işlərinin aparılmasına məneəçilik yarada bilər. Tədqiq olunan sahəyə baxış zamanı İddiaçı məxsus torpaq sahəsinə açılmış piyada və nəqliyyat üçun giriş-çıxış qapılarından başqa cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetınin ərazisinə M.Muxtarov küçəsi tərəfdən 2 girişçıxış qapısı (qapı-darvaza) olduğu müəyyən edilmişdir. - Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə 22.02.2021-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarından görünür ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı 03.12.2020-ci il tarixdən 18.12.2020-ci il tarixə qədər olan müddət ərzində ünvan 8 ünvanda yerləşən fəaliyyət göstərməyən iki mərtəbəli obyektdə olmadıqlarını, 18.12.2020-ci il tarixdə obyektə gəldikdən sonra onun yan tərəfində ətrafı hasarlarla bağlanmış həyətə hasarı atlamaq yolu ilə içəri daxil olan naməlum şəxs və ya şəxslər tərəfindən dəmir pilləkənin altında yerləşən saxlanc yerindən 01 ədəd dəyəri 2125 manat olan elktrik tranfarmatorunun hissələrini gizli yolla talamaqla ümumilikdə zərərçəkmişə 4250 manat məbləğində maddi ziyan vurmuşlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinin tələblərinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 176.1-ci maddəsinin tələbinə görə hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. - 176.2-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 65-ci maddəsinin tələblərinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. - 66-cı maddəsinin tələblərinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.4-cü maddəsinə görə isə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati icraat qaydasında baxılır. - 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 8 ünvanda yerləşən 0,009 ha və 0,00816 ha. torpaq sahələri İddiaçı xüsusi mülkiyyətindəndir. Həmin torpaq sahələri üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və buna dair müvafiq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilməklə həmin torpaq sahələrinin səlahiyyətli orqan tərəfindən plan və ölçüsü tərtib edilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahələrinin hasarlanmasına maneə yaradılmaması üçün cavabdeh inzibati orqana müraciət etmiş və sonuncu ona məxsus torpaq sahəsində hər hansı tikinti işlərinin aparılmasına dair şəhərsalma əsaslandırmasına uyğun olaraq tərtib edilmiş layihə sənədləri əsasında tikinti işlərinin başlanmasına icazə verildiyi təqdirdə ərazinin müvəqqəti hasara alınması məsələsinə baxıla biləcəyini bildirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən hər hansı torpaq sahəsinin mülkiyyətçisi həmin daşınmaz əmlakı 2,20 metrdən hündür olmamaqla hasarlamağa qeyd-şərtsiz hüquqa malikdir. Hazırki işin hallarına görə iddiaçının niyyəti mülkiyyətində olan torpaq sahəsinə məhz həmin ölçüdə hasarın çəkilməsi olsa da bu məqsədlə görülən işlərin gedişatında cavabdeh inzibati orqanın maneələri ilə rastlaşmışdır. Odur ki, məhkəmənin qənaətinə görə qanunverciliyə uyğun olaraq iddiaçının mülkiyyətinə ayrılmış torpaq sahələrində hər hansı bir hasarlama işlərinin aparılmasına qanunsuz müdaxilə edilməsi iddiaçının mülkiyyətçi kimi Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktları ilə qorunan hüquqlarının pozulması deməkdir ki, bu hal da yol verilməzdir. Bundan əlavə iddiaçının mülkiyyətində olan torpaq sahəsində hər hansı tikinti işlərinin aparılmasını deyil, həmin sahədə 2,20 metrdən artıq olmayan hasarlanma işlərinin aparılması ilə bağlı hərəkətləri etmək istəyir ki, bununla əlaqədar da Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun icazənin alınmalı olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: - 74.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. - 79.1.3-cü maddəsinin tələblərinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb olunmur. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nətcəyə gəlir ki, cavabdeh inzibati orqanın hərəkətləri (etirazı) qanuna zidd sayılmalı və İddiaçı mülkiyyətçi kimi Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktları ilə qorunan hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, mülkiyyət və istifadə hüququ əsasında iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsini hasara almaq üzrə inşa işlərinin aparılmasına Cavabdeh etirazı qanunsuz hesab edilməklə, iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsini mişar daşı və ya dəmir, plastik, taxta və s. materiallardan ibarət konstruksiya ilə hasara almaq (2,20 metrdən hündür olmamaq şərti ilə) üzrə inşa işlərinin aparılmasının qarşısını alan hər hansı müdaxilə və ya digər fomada məhdudlaşdıran hərəkətlərin edilməsi cavabdehə qadağan olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Mülkiyyət və istifadə hüququ əsasında İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsini hasara almaq üzrə inşa işlərinin aparılmasına cavabdeh Bakı şəhəri Cavabdeh etirazı qanunsuz hesab edilsin. Mülkiyyət və istifadə hüququ əsasında İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsini mişar daşı və ya dəmir, plastik, taxta və s. materiallardan ibarət konstruksiya ilə hasara almaq (2 metr 20 santimetrdən hündür olmamaq şərti ilə) üzrə inşa işlərinin aparılmasının qarşısını alan hər hansı müdaxilə və ya digər fomada məhdudlaşdıran hərəkətlərin edilməsi cavabdeh Bakı şəhəri, Cavabdehnə qadağan edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar