Məhkəmə qərarları › İş №2-1(112)-3287/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3287/2020

26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3287/2020 26.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “işə bərpa və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (əvvəlki Azərbaycan Respublikasının Vergilər Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirinin birinci müavini Sahir Məmmədxanovun onun vergi orqanlarında xidmətinə xitam verilməsinə dair “İntizam tənbehi tədbirinin görülməsi barədə” xx xxxxxx 2020-ci il tarixdə Sahir Məmmədxanov tərəfindən imzalanmış əmrin ləğv olunması, onun öz əvvəlki işinə və vəzifəsinə bərpa olunması, xx xxxxxx 2020-ci il tarixdən etibarən ona ödənilməmiş və işə bərpa olunan günədək məcburi iş buraxma müddəti də daxil olmaqla əmək haqqının və ona vurulmuş mənəvi ziyan məbləği olaraq 15000 (on beş min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Azərbaycan Respublikası Vergilər Nazirinin birinci müavini Sahir Məmmədxanovun “İntizam tənbehi tədbirinin görülməsi barədə” xx xxxxxx 2020-ci il tarixli əmri ilə onun vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmiş və o, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsindən azad edilmişdir. O, 2011-ci ildən etibarən vergi orqanlarında xidmət edir. Bu günədək xidmət etdiyi vergi orqanında hər hansı intizam tənbehi almamış, daima nümunəvi xidmət keçmişdir. Hal-hazırki mübahisənin yaranmasına səbəb kimi onu bildirmişdir ki, o, qarşıdan gələn xx xxxxxx 2020-ci ildə keçiriləcək parlament seçkilərində öz namizədliyini irəli sürmək istəmişdir, lakin vergi orqanının rəhbərliyi tərəfindən onun konstitusion hüququ olan seçib seçilmək hüququ əsassız olaraq əngəllənmişdir. Belə ki, onun namizədliyinin qeydiyyatdan keçirilməsi üçün müvafiq seçki komissiyasına təqdim etməli olduğu iş yerindən tələb olunan sənədlərin (iş yerindən arayışın və gəlirlər barədə arayışın) ona verilməsindən imtina olunmuş, açıq-aşkar təhdid edilərək namizədliyi irəli sürəcəyi halda işdən uzaqlaşdırılacağı ilə hədələnmişdir. Məhz bununla bağlı olaraq o, yanvar ayının 9-u tarixində Prezident Administrasiyasına getmiş, öz şikayətini bildirmək istəmiş, lakin buna nail olmayaraq, əksinə şərlənərək məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş yerində də bu barədə məlumatlı olsalar da, intizam tənbehi adı altında tələm-tələsik və qanunsuz şəkildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, onun törətdiyi iddia edilən intizam tənbehi kimi göstərilən işə gəlməməsi 09 yanvar tarixində polis əməkdaşları tərəfindən saxlanılması və həmin tarixdə də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsi ilə əlaqədar olmuşdur. Bir tərəfdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Rasim Quliyevin imzaladığı xx xxxxxx 2020-ci il tarixli, **********351000 nömrəli məktub onun yaşayış yeri üzrə ünvana göndərilərək işə gəlməməsinin üzürlü olması ilə bağlı sənədin təqdim olunması tələb edildiyi halda, digər tərəfdən də həmin tarixdə vergi orqanlarında istifadə edilən AVİS (X1) proqramında qeydiyyata alınmış və Azərbaycan Respublikası Vergilər Nazirinin birinci müavini Sahir Məmmədxanov tərəfindən xx.xx.2020-ci il tarixdə imzalanmış “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmri ilə onun vergi orqanlarında xidmətinə xitam verilir. Bu halın özü verilən əmrin qanunsuz və qərəzli olduğunu açıq şəkildə sübuta yetirir. Belə ki, intizam tənbehi verildiyi halda onun izahatı alınmamış, işə gəlməməsinin səbəbləri araşdırılmamış, işə çıxmadığı günlərdə onun inzibati həbsdə olduğu nəzərə alınmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Vergilər Nazirinin birinci müavini Sahir Məmmədxanovun “İntizam tənbehi tədbirinin görülməsi barədə” xx xxxxxx 2020-ci il tarixdə qeydiyyata alınmış və xx.xx.2020ci il tarixdə imzalanmış əmri ilə onun vergi orqanlarında xidmətinə xitam verilməklə aşkar qanunsuzluğa yol verilmiş, onun əmək hüququ kobud şəkildə pozulmuşdur. Onun yol verilmiş qanunsuzluğun aradan qaldırılması barədə cavabdehə etdiyi müraciətləri nəticəsiz qaldığından, qanunçuluğun keşiyində duran və ədalət mühakiməsini həyata keçirən bir orqan olaraq o, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək pozulmuş hüququnun müdafiəsini xahiş etmək məcburiyyətində qalmışdır. Onunla əmək müqaviləsinə qanunvericiliyin tələblərinin aşkar pozuntusu ilə xitam verilmişdir. Müqaviləyə intizam tənbehi şəklində xitam verilərkən onun izahatım alınmamış, əmək müqaviləsinə xitam verilməsi barədə əmək qanunvericiliyinin tələbləri gözlənilməmiş, intizam tənbehi səlahiyyəti olmayan şəxs tərəfindən qanunvericiliyin pozulması ilə onun işdə olmadığı və inzibati həbs çəkdiyi gündə verilmişdir. Cavabdehin bu hərəkəti maddi ziyan vurmaqla yanaşı, ona böyük mənəvi sarsıntı da gətirmiş, şərəf və ləyaqətini alçaltmışdır. Bütün bu hallar yol verilmiş qanun pozuntularının məhkəmə qaydasında aradan qaldırılmasını zəruri edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, iddiaçı xx xxxx 2011-ci il tarixdən vergi orqanlarında müxtəlif vəzifələrdə çalışmış və onun tutduğu sonuncu vəzifə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsi olmuşdur.Vergilər Nazirliyinə daxil olmuş məlumat əsasında Nazirliyin Daxili təhlükəsizlik baş idarəsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri İddiaçı xx.xx.2020-ci il tarixdən etibarən işə davamiyyəti pozaraq işə gəlməmiş, işə gəlməməsinin səbəblərini müəyyən etmək üçün onun istifadəsində olan mobil telefon (***-***-**-**) nömrəsi ilə əlaqə saxlanıldıqda nömrəyə zəng çatmamış (bağlı olmuş), sonradan xx.xx.2020-ci il tarixdə Baş İdarənin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi, vergi xidməti müşaviri X7 Baş İdarənin Daxili nəzarət şöbəsinə xidməti məktub (**********543400 nömrəli) ünvanlayaraq şöbənin əməkdaşı İddiaçı xx.xx.2020-ci il tarixdə onunla telefon əlaqəsi saxlayaraq xəstə olduğu üçün işə gələ bilmədiyi barədə məlumat verdiyini və xx.xx.2020-ci il tarixədək işə çıxmadığını bildirmişdir.Bundan əlavə, Bakı şəhəri Səbail Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2020-ci il tarixli Qərar əsasında müəyyən olmuşdur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Səbail rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının inzibati binasının qarşısında ictimai qaydanı pozaraq nalayiq ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətlərinə yol vermiş və bu səbəbdən də o, Məhkəmənin Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin tarixdən 10 (on) gün müddətinə həbs edilmişdir.Beləliklə, araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən işə gəlməmiş, iş günü işə gəlməməsinin səbəbinin xəstə olması ilə əlaqədar olduğunu şöbə rəisinə bildirsə də, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının inzibati binasının qarşısında ictimai qaydanı pozaraq nalayiq ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Bu hərəkətlərə (hərəkətsizliyə) yol verməklə İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a”, “b”, “f” və 72-ci maddəsinin “a” bəndlərinin, Vergi Məcəlləsinin 31.0.1-ci maddəsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin 1-ci hissəsinin, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” Qaydalarının 4.1-ci, 4.3-cü, 4.8-ci və 4.11-ci bəndlərinin və “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.1.2-ci, 3.2.1-ci, 3.2.2-ci və 3.10.1-ci yarımbəndlərinin tələbləri kobud şəkildə pozulmuşdur. Göstərilənləri nəzərə alaraq Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********042900 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmri ilə əmək vəzifələrini kobud şəkildə pozmuş əməkdaş İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir.Məlum olduğu kimi, Əmək Məcəlləsinin 10-cu maddəsinin “a”, “b” və “f” bəndlərinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək və əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir.Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.Eyni zamanda, vergilər nazirinin xx.xx.2006-cı il tarixli **********737600 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları”nın 4.1-ci, 4.3-cü, 4.8-ci və 4.11-ci bəndlərinə əsasən vergi orqanlarının vəzifəli şəxsləri (və ya əməkdaşları) əmək funksiyalarını yerinə yetirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, Vergilər Nazirliyinin və bilavasitə tabe olduqları rəhbər vəzifəli şəxslərin səlahiyyətləri daxilində vergikləri əmr və göstərişlərə əməl etməlidirlər. Vergi orqanlarının vəzifəli şəxsləri (və ya əməkdaşları) qanunçuluğu, xidmət intizamını pozmamalı, subordinasiyaya riayət etməli, qanuna zidd hərəkətlərə yol verməməlidirlər. Vergi orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən dövlət və ictimai mənafeləri şəxsi mənafeyindən üstün tutmalı, nümunəvi davranışları ilə vətəndaşların, o cümlədən vergi ödəyicilərinin etimadını qazanmalıdırlar. Vergi orqanlarının vəzifəli şəxsləri (və ya əməkdaşları) şəxsi həyatda vergi orqanlarına ziyan vura və ya onu nüfuzdan sala bilən davranışa və ya şəraitin yaradılmasına yol verməməli, etik normalara əməl etməlidirlər.Bundan əlavə, vergilər nazirinin x xxxxxx 2015-ci il tarixli **********840800 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.1.2-ci, 3.2.1-ci, 3.2.2-ci və 3.10.1-ci yarımbəndlərinə əsasən əməkdaş bu Qaydaların və vergi orqanlarında xidmətlə bağlı digər hüquqi aktların tələblərinə əməl etməlidir. Əməkdaş Azərbaycan Respublikasının və vergi orqanlarının nüfuzunu möhkəmləndirməli, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyəti, eləcə də xidməti fəaliyyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmalıdır. Əməkdaş dövlətin və cəmiyyətin maraqlarına ziyan vura biləcək və vergi orqanları barəsində mənfi reputasiya yarada biləcək insanlarla, idarə, müəssisə və təşkilatlarla əlaqələrdən çəkinməlidir. Əməkdaş vəzifə funksiyaları ilə şəxsi maraqlarının toqquşması halında bu maraqların vəzifə funksiyalarının obyektiv və qərəzsiz icrasına təsir göstərməsinə və ya belə təsir fikri yaratmasına yol verməməli, qanunsuz olaraq vəzifə funksiyalarından şəxsi maraqları üçün istifadə etməməli, xidməti zərurətlə bağlı olmayan hallarda vergi orqanı əməkdaşı olmasını qabartmamalıdır.Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göstərilən qanunvericilik normalarının və Vergilər Nazirliyinin qeyd olunan daxili qaydalarının tələblərinə zidd olaraq İddiaçı xidməti fəaliyyəti zamanı heç bir üzrlü səbəb olmadan işə bir neçə gün gəlməmiş, işə gəlməməsi barədə işlədiyi vergi orqanına xəstə olması barədə məlumat versə də, daha sonra həmin məlumatın həqiqətə uyğun olmadığı müəyyən edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının inzibati binasının qarşısında ictimai qaydanı pozaraq nalayiq ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün məhkəmə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin tarixdən 10 (on) gün müddətinə həbs edilmiş və bununla da vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir.İddiaçı iddia ərizəsində parlament seçkilərində namizədliyinin irəli sürülməsi ilə bağlı müvafiq vəzifəli şəxslər tərəfindən namizədliyinin qəbul edilməsi üçün müvafiq arayışın verilmədiyi və bununla da onun konstitusion hüququnun pozulduğu göstərmişdir. Bununla bağlı ilk öncə bildirir ki, iddiaçı namizədliyinin irəli sürülməsi məqsədilə müvafiq arayışın tələb edilməsini qeyd etsə də, göstərilən halı təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir. İddiaçı parlament seçkilərində namizədliyinin irəli sürülməsi məqsədilə müvafiq arayışın verilməsi ilə bağlı rəsmi qaydada hər hansı müraciət etməmişdir ki, bu hal da iddiaçının istinad etdiyi dəlillərin əsassız və qanunsuz olduğuna dəlalət edir.Bununla yanaşı, iddiaçının konstitusion hüququnun pozulması ilə bağlı irəli sürdüyü dəlillər hazırkı mübahisələndirilən məsələyə heç bir aidiyyəti yoxdur. Başqa sözlə desək, iddiaçının qeyd edilən dəlillərə istinad etməklə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının inzibati binasının qarşısında ictimai qaydanı pozaraq nalayiq ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətlərinə yol verməsi və üzrlü səbəb olmadan işə gəlməməsi üçün hər hansı hüquqi əsaslar yaratmır.Eyni zamanda, iddiaçı ərizəsində intizam tənbehinin ona verilməsi zamanı izahatının alınmadığını, vergi orqanı tərəfindən işə gəlməməsinin səbəbləri araşdırılmadığını və işə çıxmadığı günlərdə həbsdə olmasının nəzərə alınmadığını qeyd etmişdir.Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.Qeyd olunmalıdır ki, iddiaçının işə gəlmədiyi və həmin günlərdə həbsdə olduğu üçün ondan qanunvericiliyinin tələblərinə uyğun qaydada izahatın alınması mümkün olmamışdır. Məlum məsələdir ki, iddiaçının həbsdə olduğu üçün cavabdeh orqan Vergilər Nazirliyi tərəfindən ondan izahatın alınması imkanı olmamış, lakin buna baxmayaraq, iddiaçı barəsində inzibati həbsin verilməsinə əsas olmuş müvafiq məhkəmə qərarı əldə edilərək sonuncunun həbsdə olması səbəbləri tam aydınlaşdırılmış və yalnız bundan sonra iddiaçı barəsində intizam tənbehi tədbirinin görülməsi barədə əmr çıxarılaraq xidməti fəaliyyətinə xitam verilmişdir. İddiaçının ictimai qaydanı kobud pozmaqla yol verdiyi inzibati xətaya görə həbsə alınması və buna görə işə gəlməməsinin üzrlü səbəb kimi qiymətləndirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi müəyyən edilmişdir.Qeyd olunan hal isə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması üçün əsas yaradır. Sözügedən normanın məzmununda təsbit edilmişdir ki, bu Məcəllənin 72-ci maddəsində sadalanan hallar olduqda işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilə bilər.Göründüyü kimi, iddiaçının işə üzrlü səbəb olmadan gəlməməklə və iş vaxtı ərzində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərə yol verərək cavabdeh orqanın daxili intizam qaydaların tələblərini kobud pozmaqla vergi orqanların nüfuzunu aşağı salan və onun adına xələl gətirən hərəkətlərə yol vermişdir ki, qeyd olunan hal da iddiaçı barəsində işdən azad edilməsi ilə nəticələnən intizam tənbehin görülməsi barədə əmrin qəbul edilməsinə səbəb olmuşdur.Həmçinin, işçinin həbsdə olmasını Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində işə götürən tərəfindən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi üçün qadağan olunan hallara aid edilməmişdir. Başqa sözlə desək, işçinin həbsdə olması onun barəsində işdən azad olunmasına əsas olan intizam tənbehin görülməsi barədə əmrin qəbul edilməsini istisna edən müddəa əmək qanunvericilikdə nəzərdə tutulmamışdır.İddiaçının iddia ərizəsində onun barəsində işdən azad olunmasına əsas olan intizam tənbehi tədbirinin görülməsi barədə əmrin səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilməsinə dair dəlillərinə münasibətdə bildirir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxxx 2019cu il 845 saylı Fərmanına əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və X6 Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir.Həmin Fərmana görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir.Sözügedən Fərmanın 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələri əsasında davam etdirsinlər.Eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxxx 2019-cu il tarixli müvafiq sərəncamları ilə X3 Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilərək İqtisadiyyat naziri təyin edilmişdir. Sabit vergilər naziri Mikayıl Cabbarov iqtisadiyyat naziri təyin edildiyi üçün İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək vergilər nazirinin səlahiyyətlərinin icrası avtomatik olaraq onun birinci müavininə keçir. Yəni, Vergilər Nazirliyində nazir səlahiyyətləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnaməsi təsdiq edilənədək vergilər nazirinin birinci müavini Sahir Məmmədxanova keçmiş və bu hal da, sonuncunun iddiaçıya dair hazırda mübahisələndirilən əmrin imzalanmasında tam səlahiyyətli olmasına dəlalət edir.Vergilər Nazirliyi tərəfindən müvafiq əmrlə vergi orqanlarında xidmətinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi zamanı həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinin tələblərinin nəzərə alınmamasına dair iddiaçının gətirdiyi dəlillər ilə bağlı bildiririk ki, həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.Sözügedən maddənin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.Göründüyü kimi, sadalanan normaların tələblərinə uyğun olaraq İddiaçı xidməti vəzifələrinin icrası zamanı kobud nöqsanlara yol verərək mövcud olan qanunvericiliyin və vergilər nazirinin müvafiq əmrləri ilə təsdiq edilmiş daxili intizam qaydalarının tələblərini kobud pozmuş, işə üzrlü səbəb olmadan gəlməməklə və iş vaxtı ərzində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərə yol verərək cavabdeh orqanın daxili intizam qaydaların tələblərini kobud pozmaqla vergi orqanlarının nüfuzunu aşağı salan və onun adına xələl gətirən hərəkətlərə yol vermiş, İddiaçı barəsində intizam tənbehi tədbirinin görülməsi barədə əmrin təsviriəsalandırıcı hissədində sonuncu tərəfindən öz hərəkətləri ilə konkret olaraq hansı qanunvericiliyin və nazirliyin daxili intizam qaydalarının müddəalarının pozulması hallarına yol verildiyi və həmin pozuntu hallarının nədən ibarət olduğu ətraflı şəkildə təsvir olunmuş, İddiaçı nə üçün məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vergi orqanlarında xidmətinə xitam verildiyi əsaslandırılmışdır. İddiaçının işdən azad edilməsinin hüquqi əsaslarından biri kimi “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46-cı maddəsinin 5-ci bəndi təşkil etmişdir. Bununla yanaşı, həmin Əsasnamənin 75-ci maddəsinin 5-ci bəndinə müvafiq olaraq xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Sadalanan hallardan məlum olduğu kimi iddiaçı öz hərəkətləri ilə xidməti intizamı kobud şəkildə pozmuş və bu əməli onun barəsində hazırda mübahisələndirilən əmrin çıxarılması üçün kifayət etmişdir.Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndi də iddiaçının dəlilinin əsassızlığından xəbər verir. Belə ki, həmin maddəyə əsasən Əmək Məcəlləsi dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir.Başqa sözlə, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndi hazırkı mübahisəyə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 5-ci bəndi ilə müəyyən edilmiş həddə tətbiq oluna bilər. İddiaçının Vergilər Nazirliyi tərəfindən onun xidmətinə xitam verildikdə vergi orqanlarında qüsursuz xidməti fəaliyyətinin nəzərə alınmamasına dair dəlillər ilə əlaqədar bildiririk ki, Əmək Məcəllənin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək və əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehi tədbirlərindən birini verə bilər.Həmin maddənin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.Göründüyü kimi, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə alaraq işçi barəsində yuxarıda qeyd olunan intizam tənbehlərindən birini verə bilər.Sadalanan normaların tələblərini rəhbər tutaraq Vergilər Nazirliyi tərəfindən İddiaçı xidməti fəaliyyəti zamanı yol verdiyi nöqsanlara görə həm qanunvericilik, həm də vergilər nazirinin müvafiq əmrləri ilə təsdiq daxili intizam qaydalarının edilmiş bir çox müddəalarını kobud şəkildə pozduğu üçün işçinin şəxsiyyətini və onun törətdiyi xətanın xarakterini (ağırlıq dərəcəsini) nəzərə aldıqdan sonra barəsində məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vergi orqanlarında xidmətinə xitam verilməsi ilə bağlı intizam tənbehi tədbirinin verilməsi barədə qərar qəbul edilmişdir.Bundan əlavə, iddiaçıya vergi orqanlarında işlədiyi dövr ərzində işdən azad olunmasına səbəb olan və hazırda mübahisələndirdiyi intizam tənbehindən başqa, həmçinin xidməti vəzifələrinin icrası zamanı yol verdiyi nöqsanlara görə 2 dəfə “xəbərdarlıq” elan edilmiş, 1 dəfə “töhmət” və 1 dəfə “şiddətli töhmət” növündə intizam tənbehləri verilmişdir.İddiaçının mənəvi ziyanın ödənilməsi tələbinə dair bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.Qeyd olunan maddələrin tələblərindən göründüyü kimi, inzibati orqanların ziyana görə məsuliyyətinin müəyyən edilməsi Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir.Belə ki, Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Sözügedən Məcəllənin 1100-cu maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.Eyni zamanda, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxxxx 2008ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.Göründüyü kimi, sadalanan normaların tələblərinə görə maddi və mənəvi ziyanın kompensasiya edilməsi o halda mümkün ola bilər ki, maddi və mənəvi ziyan bilavasitə vergi orqanın qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş olsun, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçıya vurulmuş maddi və mənəvi zərər arasında səbəbli əlaqə mövcud olsun və vergi orqanının təqsirinin mövcudluğu müəyyən edilmiş olsun. Yəni, vergi ödəyicisi öz iddia ərizəsində qeyd etdiyi kimi formal və sübuta yetirilməyən mülahizələrəistinad etməklə uydurma maddi və mənəvi zərərinin vurulmasını tələb edə bilməz. İddiaçı ilk öncə cavabdeh Vergilər Nazirliyinin onun işdən azad olunması ilə bağlı qəbul etdiyi əmrin qanunsuz olduğunu sübut etməli, daha sonra ona vurulmuş maddi və ya mənəvi ziyanın bilavasitə həmin əmrin qəbul edilməsi zamanı baş verdiyi, qəbul edilmiş əmrlə vurulmuş maddi və mənəvi ziyan arasında səbəbli əlaqənin olduğu və bu cür əmrin qəbul edilməsində cavabdeh orqanın təqsirinin mövcud olduğu təsdiq edilməlidir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: xx.xx.2020-ci il tarixlərdən hal-hazırki günədək tərəfinizdən iş buraxmaya yol verilməklə əmək funksiyasının icrası təmin edilməmiş və işə çıxmamanın səbəbləri ilə bağlı hər hansı rəsmi sənəd və ya məlumat Vergilər Nazirliyinin Bakı şəhəri Lokai Gəlirlər Baş idarəsinə təqdim edilməmışdir. Daxili intizam qaydalarına əməl edilməsi, əmək haqqı və müavinətlərin düzgün hesablanması üçün iş vaxtının uçotunun aparılmasının təmin edilməsi məqsədilə əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə sənədin, müalicəsi davam etdirildiyi halda isə müalicə olunduğunuz və ya tibbi xidmət üçün müraciət etdiyiniz tibb müəssisəsi barədə (müəssisənin adı, yerləşdiyi ünvan göstərilməklə) məlumatın 3 gün müddətində iş yerinə təqdim edilməsi Sizdən xahiş olunmuşdur. Gostərilən tələblərə əməl edilməyəcəyi təqdirdə, müvafiq araşdırmanın nəticəsindən asılı olaraq, işə gəlməməyiniz üzrsüz səbəbdən iş buraxma kimi qiymətləndirilməklə barənizdə intizam tənbehi tədbiri görülə bilər. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(009)-67/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən İddiaçı barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmiş və İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, xx xxxx 1985-ci il tarixdə ünvan 2 ünvanda yaşayan İddiaçı xx xxxxxx 2020-ci il tarixdə Səbali rayonunda yerləşən Prezident Administrasiyasının qarşısında nalayiq ünvansız söyüşlər söyərək xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir, nəticədə İddiaçı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xtalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarilxi 3(103)- 157/2020 saylı qərarından görünür ki, barəsində həbs inzibati tənbeh növü tətbiq edilmiş İddiaçı müdafiəçisi Ağayev islam Sabir oğlu tərəfindən verilmiş apelyasiya qaydasında şikayət təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin İddiaçı barəsində olan xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “Vimay-Medical” Center tərəfindən verilmiş 40 saylı arayışdan görünür ki, 1985-ci il təvəllüdülü İddiaçı həqiqətən xx.xx.2020-xx.xx.2020-ci il tarixdə “Vimay-Med” tibb mərkəzində KRX (X5) və Burun qanaxması diaqnozu ilə müalicə almışdır. Arayış Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim etmək üçün verilmişdir. İş materiallarında olan “İntizam tənbehi tədbirinin görülməsi” barədə xx.xx.2020-ci il tarixli **********042900 saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri İddiaçı xx.xx.2020-ci il tarixdən etibarən işə davamiyyəti pozaraq işə gəlməmiş, işə gəlməməsinin səbəblərini müəyyən etmək üçün onun istifadəsində olan mobil telefon (***- ***-**-**) nömrəsi ilə əlaqə saxlanıldıqda nömrəyə zəng çatmamış (bağlı olmuş), sonradan xx.xx.2020-ci il tarixdə Baş İdarənin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi, vergi xidməti müşaviri X7 Baş İdarənin Daxili nəzarət şöbəsinə xidməti məktub (**********543400 nömrəli) ünvanlayaraq şöbənin əməkdaşı İddiaçı xx.xx.2020-ci il tarixdə onunla telefon əlaqəsi saxlayaraq xəstə olduğu üçün işə gələ bilmədiyi barədə məlumat verdiyini və xx.xx.2020-ci il tarixədək işə çıxmadığını bildirmişdir.Bundan əlavə, Bakı şəhəri Səbail Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2020-ci il tarixli Qərar əsasında müəyyən olmuşdur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Səbail rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının inzibati binasının qarşısında ictimai qaydanı pozaraq nalayiq ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətlərinə yol vermiş və bu səbəbdən də o, Məhkəmənin Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin tarixdən 10 (on) gün müddətinə həbs edilmişdir.Beləliklə, araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən işə gəlməmiş, iş günü işə gəlməməsinin səbəbinin xəstə olması ilə əlaqədar olduğunu şöbə rəisinə bildirsə də, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının inzibati binasının qarşısında ictimai qaydanı pozaraq nalayiq ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir.Bu hərəkətlərə (hərəkətsizliyə) yol verməklə İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a”, “b”, “f” və 72-ci maddəsinin “a” bəndlərinin, Vergi Məcəlləsinin 31.0.1-ci maddəsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin 1-ci hissəsinin, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” Qaydalarının 4.1-ci, 4.3-cü, 4.8-ci və 4.11-ci bəndlərinin və “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.1.2-ci, 3.2.1-ci, 3.2.2-ci və 3.10.1-ci yarımbəndlərinin tələbləri kobud şəkildə pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin 15.12-ci bəndini rəhbər tutaraq kiçik vergi xidməti müşaviri, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilməsiəmredilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsi tərəfindən Vergilər nazirinin müavininə edilmiş xx.xx.2020-ci il tarixli aparılmış araşdırmanın nəticəsi haqqında xidməti məruzədən görünür ki, Vergilər Nazirliyinə daxil olmuş məlumat əsasında Nazirliyin Daxili təhlükəsizlik baş idarəsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri İddiaçı xx.xx.2020-ci il tarixdən etibarən işə davamiyyəti pozaraq işə gəlməmiş, işə gəlməməsinin səbəblərini müəyyən etmək üçün onun istifadəsində olan mobil telefon (***-***-**-**) nömrəsi ilə əlaqə saxlanıldıqda nömrəyə zəng çatmamış (bağlı olmuş), sonradan xx.xx.2020-ci il tarixdə Baş İdarənin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi, vergi xidməti müşaviri X7 Baş İdarənin Daxili nəzarət şöbəsinə xidməti məktub (**********543400 nömrəli) ünvanlayaraq şöbənin əməkdaşı İddiaçı xx.xx.2020-ci il tarixdə onunla telefon əlaqəsi saxlayaraq xəstə olduğu üçün işə gələ bilmədiyi barədə məlumat verdiyini və xx.xx.2020-ci il tarixədək işə çıxmadığını bildirmişdir.Bundan əlavə, Bakı şəhəri Səbail Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2020-ci il tarixli Qərar əsasında müəyyən olmuşdur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Səbail rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının inzibati binasının qarşısında ictimai qaydanı pozaraq nalayiq ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətlərinə yol vermiş və bu səbəbdən də o, Məhkəmənin Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin tarixdən 10 (on) gün müddətinə həbs edilmişdir.Beləliklə, araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən işə gəlməmiş, iş günü işə gəlməməsinin səbəbinin xəstə olması ilə əlaqədar olduğunu şöbə rəisinə bildirsə də, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının inzibati binasının qarşısında ictimai qaydanı pozaraq nalayiq ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir.Bu hərəkətlərə (hərəkətsizliyə) yol verməklə İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a”, “b”, “f” və 72-ci maddəsinin “a” bəndlərinin, Vergi Məcəlləsinin 31.0.1-ci maddəsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin 1-ci hissəsinin, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” Qaydalarının 4.1-ci, 4.3-cü, 4.8-ci və 4.11-ci bəndlərinin və “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.1.2-ci, 3.2.1-ci, 3.2.2-ci və 3.10.1-ci yarımbəndlərinin tələbləri kobud şəkildə pozulmuşdur. Göstərilənləri nəzərə alaraq vergi orqanı əməkdaşı İddiaçı intizam məsuliyyəti məsələsinə baxılması barədə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2020-ci il tarixli 1 saylı “münasibət bildirilməsi haqqında” məktubundan görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödeyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri İddiaçı işdə yol verdiyi ciddi nöqsanlara və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən işdən azad olunması məsələsinə münasibət bildirilməsi haqqındakı müraciətə Vergilər Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin iclasında baxılmışdır.Vergilər Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödeyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri İddiaçı işdə yol verdiyi ciddi nöqsanlara, vergi işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə görə göstərilən maddə ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-cimaddəsinin «ç» bəndinəəsasənişçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqdaəmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 31-ci maddəsinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin aşağıda göstərilən vəzifələri vardır: 31.0.1. bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunlarına ciddi riayət etmək; 31.0.2. vergi orqanlarının hüquq və vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirmək; 31.0.3. vergi ödəyicilərinə, onların nümayəndələrinə və vergi münasibətlərinin digər iştirakçılarına diqqət və nəzakətlə yanaşmaq. Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin: 34-cü maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ aktlarına riayət etmək; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək;vergi orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamları yerinə yetirmək; xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təminatlarını yerinə yetirmək;dövlət sirrini və qanunla müəyyən edilmiş digər sirrləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq; 46-cı maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə; 75-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə; 4) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin vergi orqanlarında onun ixtisasına uyğun olan digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda; 5) xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə; 6) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 7) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda; 8) Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulan digər hallarda. Məhkəmə tərəfindən müəyyən edildi ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri İddiaçı xx.xx.2020-ci il tarixdən etibarən işə davamiyyəti pozaraq işə gəlməmiş, xx.xx.2020-ci il tarixdə Baş İdarənin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi, vergi xidməti müşaviri X7 Baş İdarənin Daxili nəzarət şöbəsinə xidməti məktub (**********543400 nömrəli) ünvanlayaraq şöbənin əməkdaşı İddiaçı xx.xx.2020-ci il tarixdə onunla telefon əlaqəsi saxlayaraq xəstə olduğu üçün işə gələ bilmədiyi barədə məlumat verdiyini və xx.xx.2020-ci il tarixədək işə çıxmadığını bildirmişdir.Lakin iddiaçı tərəfindən xəstəliyinə (əmək qabiliyyətini müvəqqəti itirməsinə) dair sənəd iş yerinə təqdim edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(009)- 67/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsinə əsasən İddiaçı barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmiş və İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə Səbali rayonunda yerləşən Prezident Administrasiyasının qarşısında nalayiq ünvansız söyüşlər söyərək xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir, nəticədə İddiaçı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və onun barəsində xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlarla əlaqədar Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsi tərəfindən Vergilər nazirinin müavininə aparılmış araşdırmanın nəticəsi haqqında xidməti məruzə təqdim edilmiş, habelə İddiaçı işdə yol verdiyi ciddi nöqsanlara, vergi işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə görə onunla bağlanmış əmək müqaviləsinəAzərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilməsinə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi etiraz etməmişdir. Bundan sonra “İntizam tənbehi tədbirinin görülməsi” barədə xx.xx.2020-ci il tarixli **********042900 saylı əmrlə İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının vergi orqanlarında xidmətinə qanunvericiliyin tələblərinə əməl olunmaqla xitam verilmişdir. Bu səbəbdən iddia tələbi əmrin ləğv olunması, əvvəlki işinə və vəzifəsinə bərpa olunma, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissələrində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi bu hissədə də əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “işə bərpa və sair” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar