Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3289/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 07 dekabr 2018-ci il tarixdə 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, pensiya hüququ yarandığı vaxtdan bugünədək ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu 07.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 izahatında bildirdi ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Həmin müraciətin nəticəsi barədə 20 noyabr 2020-ci il tarixdə rəsmi cavab məktubu təqdim edilərək güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçının əmək stajı 22 avqust 1979-cu ildə “xxxx" ASC-də və hərbi xidmətdə olduğu müddətlər daxil olmaqla 2006-cı ilə qədər zərərli işlə birlikdə əmək stajı 26 ildən artıq olmaqla təşkil edir. Əmək pensiyaları haqqında qanunun tələblərinə əsasən 2006-cı ilə qədər ümumi əmək stajı 25 il və həmin stajın 12 il 06 ay əmək fəaliyyəti zərərli işlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarının 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranır. İddiaçının 57 yaşı 07 dekabr 2018-ci il tarixdə olmuşdur. İddiaçının ümumilikdə əmək stajı 40 (qırx) ildən yuxarı təşkil edir. İddiaçı 25 ildən artıqdır ki, “xxxx" Açıq Səhmdar Cəmiyyətində işləyir. İddiaçının 2006-ci il tarixədək kifayət qədər əmək stajı vardır ki, 57 yaşında güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçı 22 avqust 1979-cu il tarixdən 23.07.2007-ci il tarixə kimi hərbi xidmətdə olduğu müddət daxil olmaqla 26 il 02 ay “xxxx" ASC-nin Santexnikquraşdırma İdarəsində fəhlə, betonçu, iş icraçısı vəzifəsi üzrə fəaliyyət göstərmişdir. 20 may 1992-ci il tarixdən 23 iyul 2007-ci il tarixədək, yəni 15 il iş icraçısı vəzifəsində işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq qaydada təyin edilir. İddiaçının 57 yaşı 07.12.2018-ci il tarixdə tamam olduğundan onun həmin tarixdə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. İddiaçının qanunvericiliklə qorunan hüquqları pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 02 sentyabr 2020-ci il tarixli arayışından göründüyü kimi iddiaçının işlədiyi iş icraçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahıda qeyd edilmiş “bina qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” – «b» Mütəxəssislər bölməsinin - Tikinti və quraşdırma üzrə ustalar bəndinə, iş icraçıları bəndlərinə əsasən məşğul olanlar güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. İddiaçı cavabdehə ərizə müraciət edərək əmək pensiyasının 57 yaşdan yarandığını nəzərə alaraq hesablanmasını, ona birdəfəyə ödənilməsini xahiş etmişdir. İddiaçıya 20 noyabr 2020-ci il tarixli cavab məktubu ilə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən əsassız və qanunsuz olaraq imtina verilmişdir. Həmin imtinada guya iddiaçının stajı 01 yanvar 2006-cı il tarixədək 24 il 08 ay 25 gün təşkil etdiyindən 25 il əmək stajı tam deyildir. Lakin cavabdeh qəsdən süründürməçilik yaradaraq iddiaçının əmək stajı 26 il 02 ay olduğu halda düzgün hesablamayaraq qanunsuz imtina vermişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, İddiaçı 12.10.2020-ci il tarixli müraciəti Mərkəzi Filial tərəfindən **********4 nömrəsi ilə qeydə alınmışdır. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı emək pensiyasım minimum məbləğintiən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim olunan 13 dekabr 1982-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 8 ay 25 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 20.11.2020-ci il tarixli **********2 saylı məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz 13 dekabr 1982-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızdan göründüyü kimi, Sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən azdır (24 il 8 ay 25 gün). Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 09.11.1980-cı il tarixdən 05.11.1982-ci il tarixdək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx" ASC-nin 02.09.2020-ci il tarixli 09 nömrəli güzəştli arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən əmək kitabçasına, “xxxx" ASC-nin arxivində olan əmrlərə və əmək haqqı hesablanması cədvəllərinə əsasən 22.08.1979-cu il tarixdən (Əmr №71/k 22.08.1979 il) 02.10.1980-cı il tarixinədək (Əmr №88/k 02.10.1980 il) “Azərenerjitikinti" trestinin “Qırmızı Ulduz” X2 (İEM) Tikinti İdarəsində 1-ci dərəcəli fəhlə peşəsində işləmişdir. 01.12.1982-ci il tarixdən (Əmr №98/k 01.12.1982 il) 01.12.1983-cü il tarixinədək (Əmr №107/k 08.12.1983 il) “Azərenerjitikinti" trestinin “Bakıenerjitikinti” Tikinti Quraşdırma İdarəsində 3-cü dərəcəli betonçu peşəsində işləmişdir. 01.12.1983-cü il tarixdən (Əmr №107/k 08.12.1983 il) 01.01.1985-ci il tarixinədək (Əmr №12/k 29.01.1985 il) “Azərenerjitikinti” trestinin “Bakıenerjitikinti” Tikinti Quraşdırma İdarəsində 4-cü dərəcəli betonçu(fəhlə) dülgər peşəsində işləmişdir. 01.01.1985-ci il tarixdən (Əmr №12/k 29.01.1985 il) 01.08.1987-ci il tarixinədək (Əmr №139/k 24.06.1987 il) “Azərenerjitikinti" trestinin “Bakıenerjitikinti" Tikinti Quraşdırma İdarəsində 5-cü dərəcəli dülgər peşəsində işləmişdir. 01.08.1987-ci il tarixdən (Əmr №139/k 24.06.1987 il) “Azərenerjitikinti" trestinin “Bakıenerjitikinti” Tikinti Quraşdırma İdarəsinin adı dəyişdirilərək “Azərenerjitikinti” trestinin “Bakıenerjitikintiquraşdırma” TQİ adlandırılmışdır. Həmin idarədə 01.07.1988-ci il (Əmr №111/k 07.07.1988 il) tarixinədək 5ci dərəcəli dülgər peşəsində işləmişdir. 01.07.1988-ci il tarixdən (Əmr №111/k 07.07.1988 il) “Azərenerjitikinti" trestinin “Yeni Bakı” İEM TQİ-ə keçirilmişdir və 26.03.1991-ci il tarixinə kimi (Əmr №34/k 29.03.1991 il) həmin müəssisədə - 5-ci dərəcəli dülgər peşəsində işləmişdir. 26.03.1991-cı il tarixindən (Əmr №34/k 29.03.1991 il) 03.02.1992-ci il tarixinədək (Əmr №13/k 03.02.1991 il) “Azərenerjitikinti" trestinin “Yeni Bakı” İEM TQİ-də tikinti ustası peşəsində işləmişdir. 03.02.1992-ci il tarixindən (Əmr №13/k 03.02.1991 il) “Azərenerjitikinti” İTQB-nin 23.12.1991-ci il tarixli 200 saylı əmrinə əsasən “Yeni Bakı" İEM TQİ-nin bazasında “Azistilikenerjitikinti" Tİ yaradılmış və onun nəzdində “Sumqayıt" TQİ əmələ gəlmşdir və köçürmə yolu ilə həmin tikinti idarəsinə keçirilmişdir. 03.02.1992-ci il tarixdən (Əmr №01 03.02.1992 il) 01.05.1992-ci il tarixinədək (Əmr 8/i 27.05.1992 il) köçürmə yolu ilə “Azərenerjitikinti" İTQB-nin “Azistilikenerjitikinti" Tİ-nin “Sumqayıt" TQİ-ə keçirilmiş və orada tikinti ustası vəzifəsində işləmişdir. 20.05.1992-ci il tarixdən (Əmr №113/A 30.10.1992 il) 17.02.1994-cü il tarixinədək (Əmr №16/i 17.02.1994-cü il) “Azərenerjitikinti” İTQB-nin “Azistilikenerjitikinti” Tİ-ə Sumqayıt TQİ-dən köçürmə yolu ilə həmin idarənin İstehsalat tikinti sahəsinə keçirilmiş və orada maddi məsul şəxs iş icraçısı vəzifəsində işləmişdir. “xxxx” DŞ-nin 07.01.1994 09 saylı əmrinə əsasən “Azistikilikenerjitikinti” trestinin “Yeni Bakı" İEM TQİ adlandırılmışdır. Köçürmə yolu ilə həmin idarəyə keçmiş və iş icraçısı vəzifəsində işləmişdir. 17.02.1994-cü il tarixdən (Əmr №16/i 17.02.1994-cü il) 29.12.2000-ci il tarixinədək (Əmr №401 29.12.2000-ci il) ”xxxx” ASC-nin “Yeni Bakı” İEM-nin Tİ-də iş icraçısı vəzifəsində işləmişdir. 29.12.2000-ci il tarixdən Dövlət Əmlak Nazirliyinin 401 saylı sərəncamına əsasən “Yeni Bakı” İEM TQİ-nin bazası əsasında “Bakıenerjitikintiquraşdırma” ATSC yaradılmış, onunla əlaqədar olaraq işdən azad olunmuşdur. 02.01.2001-ci il tarixdən (Əmr №l/k 02.01.2001-ci il) 31.12.2004cü il tarixinədək (Əmr №94/k 30.12.2004-cü il) “xxxx” Səhmdar Cəmiyyətinin "Santexquraşdırma” İdarəsində iş icraçısı vəzifəsində işləmişdir. 03.01.2005-ci il tarixdən (Əmr №l/k 03.01.2005-ci il) 23.07.2007-ci il tarixinədək (Əmr №20/k 23.07.2007-ci il)) “xxxx” Səhmdar Cəmiyyətinin ”Santexquraşdırma” İdarəsində iş icraçısı vəzifəsində işləmişdir. İddiaçı usta, iş icraçısı peşələrində işlədiyi dövr üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 29.“Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı bərpası və təmiri” b) Mütəxəsislər bölməsinin - Tikinti və quraşdırma üzrə ustalar bəndinə, iş icraçıları -bəndlərinə əsasən imtiyazlı təqaüd almaq hüququna malikdir. Arayışda heç bir istifadə edilməmiş məzuniyyət, ezamiyyət, kompensasiya və indeksasiya nəzərə alınmamışdır. SSRİ Energetka Nazirliyinin 31.07.1991-ci il tarixli 60 nömrəli əmrinin “A” bəndinin bölməsinə əsasən “Azərenerjitikinti” tresti “Azərenerjitikinti” İstehsal Tikinti Quraşdırma Birliyi (İTQB) (PSMO) adlandırılmışdır. Azərbaycan Respublikası Prezdentinin 20 may 1993-cü il tarixli 619 saylı sərəncamına əsasən “Azərenerjitikinti” İstehsal Tikinti Quraşdırma Birliyi (İTQB) (PSMO) və “Enerjiquraşdırma”-nın bazası əsasında “xxxx” Dövlət Şirkəti (DŞ)(QK) yaradılmışdır. Azərbaycan Respublikası Prezdentinin 16 iyul 1998-ci il tarixli 851 saylı sərəncamına əsasən “xxxx” Dövlət Şirkəti bazası əsasında “xxxx" Açıq Səhmdar Cəmiyyəti (ASC) (AO) yaradılmışdır. “xxxx” ASC - “Azərenerjitikinti” trestinin və həmin trestin idarələri olan “Qırmızı Ulduz” İEM Tikinti İdarəsinin ”Bakıenerjitikinti” TQİ-nin “Bakıenerjitikintiquraşdırma” TQİ-nin “YENİ Bakı” İEM TQİ-nin və “xxxx” SC-nin “Santexquraşdırma” İdarəsinin hüquqi varisidir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı № ******* saylı əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 22.08.1979-cu ildə “Krasnaya Zvezda” İES Tİ “Azenerjitikinti” trestində 1-ci dərəcəli fəhlə işinə qəbul olunmuşdur, 01.10.1979-cu ildə 3-cü dərəcəli Betonçu ixtisası verilmişdir, 02.10.1980-ci ildə Sovet ordusunun sıralarına çağırıldığı üçün işdən azad edilmişdir, 09.11.1980-cı ildən 05.11.1982-ci ilədək Sovet ordusunun sıralarında həqiqi hərbi xidmət olmuşdur, 01.12.1982-ci ildə 3 dərəcəli Betonçu vəzifəsinə təyin edilmişdir, 01.12.1983-cü ildə dülgər-betonçu 4-cü dərəcəsi verilmişdir, 01.01.1985-ci ildə dülgər 5ci dərəcəsi verilmişdir, 01.08.1987-ci ildə Bakıenerji TQİ Bakı Enerji Tikinti montaj TQİ yenidən təşkil edilmiş, 01.07.1988-ci ildə İdarənin yenidən təşkilinə görə Yeni Bakı İES Azenerji tikintiyə köçürmə yolu ilə keçirilmişdir, 01.07.1988-ci ildə Yeni Bakı İES Azenerji tikintiyə 5 dərəcəli dülgər qəbul edilmişdir, 26.03.1991-ci ildə usta vəzifəsinə keçirilmişdir, 03.02.1992-ci ildə “Azərenerjitikinti” İTQB-nin 23.12.1991-ci il tarixli 200 saylı əmrinə əsasən “Yeni Bakı" İEM TQİ-nin bazasında “Azistilikenerjitikinti" Tİ yaradılmış və onun nəzdində “Sumqayıt" TQİ əmələ gəlmişdir, bunu əsas götürüb Yeni Bakı İEM TQİ-dən Sumqayıt TQİ-nə köçürmə yolu ilə keçirilmişdir, 03.02.1992-ci ildə köçürmə yolu ilə “Sumqayıt" TQİ-də usta vəzifəsinə qəbul edilmişdir, 01.05.1992-ci ildə Azərbaycan İET Tİ-nin istehsal tikinti işləri sahəsinə qaytarılmışdır, 20.05.1992-ci ildə “Azistilikenerjitikinti” Tİ-də “Sumqayıt TQİ-dən köçürmə yolu ilə iş icraçısı vəzifəsinə işə götürülmüşdür, 17.02.1994-cü ildə “xxxx” Tİ-nin 07.01.1994-cü il tarixli 9 saylı əmrinə əsasən Az İETTİ-nin “Yeni Bakı" İEM TQİ adlandırılmışdır, 29.12.2000-ci ildə Dövlət Əmlak Nazirliyinin 401 nömrəli sərəncamı ilə “Yeni Bakı” İEM TQİ-nin bazasında “Bakıenerjitikintiquraşdırma” ATSC yaradılması ilə əlaqədar işdən azad edilmişdir, 02.01.2001-ci ildə “xxxx” Səhmdar Cəmiyyətinin "Santexquraşdırma” İdarəsində iş icraçısı vəzifəsini icra etmiş, 31.12.2004-cü ildə müqavilə müddəti bitdiyi üçün işdən azad edilmişdir, 03.01.2005-ci ildə “xxxx” Səhmdar Cəmiyyətinin ”Santexquraşdırma” İdarəsində iş icraçısı vəzifəsinə işə qəbul edilmişdir, 15.05.2006-cı ildə işdən azad edilmişdir, “xxxx” Səhmdar Cəmiyyətinin 10.05.2006-cı il tarixli 18 nömrəli əmrinə əsasən həmin tarixdən Səhmdar Cəmiyyətin ”Santexquraşdırma” İdarəsi ayrıca filial statusu ilə fəaliyyət göstərir, 10.05.2006-cı ildə “xxxx” Səhmdar Cəmiyyətinin ”Santexquraşdırma” İdarəsində iş icraçısı vəzifəsinə qəbul edilmişdir, 23.07.2007-ci ildə başqa işə götürülməklə əlaqədar işdən azad olunmuşdur, 07.01.2008-ci ildə “xxxx” ASC-də əmək müqaviləsi ilə sahə rəisi vəzifəsinə işə qəbul edilmişdir, 02.03.2009-cu ildə iş icraçısı vəzifəsinə keçirilmişdir, 01.09.2010-cu ildə öz xahişi ilə işdən azad edilmişdir, 07.02.2012-ci ildə “Azkommunlayihə” KLİ-də müddətli müqavilə yolu ilə memarlıq-planlaşdırma şəbəsinə mühəndis vəzifəsinə işə qəbul edilmişdir, 11.02.2016cı ildə əmək müqaviləsinə xitam verilmişdir, 12.04.2016-cı ildə “Azkommunlayihə” KLİdə kiçik müqavilə yolu ilə memarlıq planlaşdırma şəbəsinə mühəndis vəzifəsinə işə qəbul edilmişdir, 02.03.2020-ci ildə işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.1961-ci ildə doğulmuşdur. İddiaçı 22.08.1979-cu ildə “Krasnaya Zvezda” İES Tİ “Azenerjitikinti” trestində 1-ci dərəcəli fəhlə işinə qəbul olunmuş, 01.10.1979-cu ildə 3-cü dərəcəli Betonçu ixtisası verilmiş, 02.10.1980-ci ildə Sovet ordusunun sıralarına çağırıldığı üçün işdən azad edilmiş, 09.11.1980-cı ildən 05.11.1982-ci ilədək həqiqi hərbi xidmət keçmiş, 01.12.1982-ci ildə 3 dərəcəli Betonçu vəzifəsinə təyin edilmiş, 01.12.1983-cü ildə dülgər-betonçu 4-cü dərəcəsi verilmiş, 01.01.1985-ci ildə dülgər 5-ci dərəcəsi verilmiş, 01.08.1987-ci ildə Bakıenerji TQİ Bakı Enerji Tikinti montaj TQİ - yenidən təşkil edilmiş, 01.07.1988-ci ildə İdarə yenidən təşkil edildiyinə görə Yeni Bakı İES-ə keçirilmiş, 01.07.1988-ci ildə Yeni Bakı İES Azenerji tikintiyə 5 dərəcəli dülgər qəbul edilmiş, 26.03.1991-ci ildə usta vəzifəsinə keçirilmiş, 03.02.1992-ci ildə “Azərenerjitikinti” İTQB-nin 23.12.1991-ci il tarixli 200 saylı əmrinə əsasən “Yeni Bakı" İEM TQİ-nin bazasında “Azistilikenerjitikinti" Tİ yaradılmış və onun nəzdində “Sumqayıt" TQİ əmələ gəlmiş, Yeni Bakı İEM TQİ-dən Sumqayıt TQİ-nə köçürmə yolu ilə keçirilmiş, 03.02.1992-ci ildə köçürmə yolu ilə “Sumqayıt" TQİ-də usta vəzifəsinə qəbul edilmişdir, 01.05.1992-ci ildə Azərbaycan İET Tİ-nin istehsal tikinti işləri sahəsinə qaytarılmış, 20.05.1992-ci ildə “Azistilikenerjitikinti” Tİ-də “Sumqayıt TQİ-dən köçürmə yolu ilə iş icraçısı vəzifəsinə işə götürülmüş, 17.02.1994-cü ildə “xxxx” Tİ-nin 07.01.1994-cü il tarixli 9 saylı əmrinə əsasən Az İETTİ-nin “Yeni Bakı" İEM TQİ adlandırılmış, 29.12.2000-ci ildə Dövlət Əmlak Nazirliyinin 401 nömrəli sərəncamı ilə “Yeni Bakı” İEM TQİ-nin bazasında “Bakıenerjitikintiquraşdırma” ATSC yaradılması ilə əlaqədar işdən azad edilmiş, 02.01.2001-ci ildə “xxxx” Səhmdar Cəmiyyətinin "Santexquraşdırma” İdarəsində iş icraçısı vəzifəsini icra etmiş, 31.12.2004-cü ildə müqavilə müddəti bitdiyi üçün işdən azad edilmiş, 03.01.2005-ci ildə “xxxx” Səhmdar Cəmiyyətinin ”Santexquraşdırma” İdarəsində iş icraçısı vəzifəsinə işə qəbul edilmiş, 15.05.2006-cı ildə işdən azad edilmiş, “xxxx” Səhmdar Cəmiyyətinin 10.05.2006-cı il tarixli 18 nömrəli əmrinə əsasən həmin tarixdən Səhmdar Cəmiyyətin ”Santexquraşdırma” İdarəsi ayrıca filial statusu ilə fəaliyyət göstərir, 10.05.2006-cı ildə “xxxx” Səhmdar Cəmiyyətinin ”Santexquraşdırma” İdarəsində iş icraçısı vəzifəsinə qəbul edilmiş, 23.07.2007-ci ildə başqa işə götürülməklə əlaqədar işdən azad olunmuş, 07.01.2008-ci ildə “xxxx” ASC-də əmək müqaviləsi ilə sahə rəisi vəzifəsinə işə qəbul edilmiş, 02.03.2009-cu ildə iş icraçısı vəzifəsinə keçirilmiş, 01.09.2010-cu ildə öz xahişi ilə işdən azad edilmiş, 07.02.2012-ci ildə “Azkommunlayihə” KLİ-də müddətli müqavilə yolu ilə memarlıq-planlaşdırma şəbəsinə mühəndis vəzifəsinə işə qəbul edilmiş, 11.02.2016-cı ildə əmək müqaviləsinə xitam verilmiş, 12.04.2016-cı ildə “Azkommunlayihə” KLİ-də kiçik müqavilə yolu ilə memarlıq planlaşdırma şəbəsinə mühəndis vəzifəsinə işə qəbul edilmiş, 02.03.2020-ci ildə işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Cavabdeh inzibati orqan iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 8 ay 25 gün) olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Lakin yuxarıda qeyd olunan tarixləri hesabladıqda hərbi xidmət müddəti də daxil olmaqla 01.01.2006-cı il tarixədək iddiaçının 26 il 01 ay 18 gün ümumi sığorta stajına malik olduğu müəyyən edildi. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı 26.03.1991-cı il tarixindən 03.02.1992-ci il tarixinədək “Azərenerjitikinti" trestinin “Yeni Bakı” İEM TQİ-də tikinti ustası, 03.02.1992-ci il tarixdən 01.05.1992-ci il tarixinədək “Azərenerjitikinti" İTQB-nin “Azistilikenerjitikinti" Tİ-nin “Sumqayıt" TQİ-də tikinti ustası, 20.05.1992-ci il tarixdən 17.02.1994-cü il tarixinədək “Azərenerjitikinti” İTQB-nin “Azistilikenerjitikinti” Tİ-ə Sumqayıt TQİ-dən köçürmə yolu ilə həmin idarənin İstehsalat tikinti sahəsinə keçirilmiş və orada iş icraçısı, 17.02.1994-cü il tarixdən 29.12.2000-ci il tarixinədək”xxxx” ASC-nin “Yeni Bakı” İEM-nin Tİ-də iş icraçısı, 02.01.2001-ci il tarixdən 31.12.2004-cü il tarixinədək “xxxx” Səhmdar Cəmiyyətinin "Santexquraşdırma” İdarəsində iş icraçısı, 03.01.2005-ci il tarixdən 23.07.2007-ci il tarixinədək “xxxx” Səhmdar Cəmiyyətinin ”Santexquraşdırma” İdarəsində iş icraçısı vəzifələrində işləmişdir (14 il 08 ay 15 gün). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur - XXVİİ bölmə, Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, bənd «b» rəhbərlər və mütəxəssislər - kod 2290000b—23419 - yeni tikinti və quraşdırma işlərinin ustaları və kod 2290000b—24441 - iş icraçıları. Həmin peşələr həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmuşdur - Bölmə 29, Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, bənd «b» mütəxəssislər - tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahılara uyğundur və 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 14 il 8 ay 15 gün). İddiaçının təqdim etdiyi iş yerindən arayışlarda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahılarda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının həqiqi hərbi xidmət keçdiyi müddət, yuxarıda qeyd olunan güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı da daxil olmaqla, işlədiyi dövr nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı 07.12.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 07.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3289/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3289/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver