Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-329/2021 06.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə (Ünvan: Bakı şəhəri, Bül-bül prospekti, ev 11, mənzil 17; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili), cavabdehin nümayəndəsi X11 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi), 3-cü şəxs X6 (Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Xanlar küçəsi, ev 4/6B; ixtisası: orta təhsil; iş yeri: işləmir) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 3-cü şəxslər - X14, X19, X17 və X12 qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpağın alqı-satqısına dair cavabdehlərlə iddiaçı arasında xx.xx.2018-ci il tarixli AN-İ № ******* müqavilə üzrə mülkiyyətinə keçən torpaq sahəsinin rəsmiləşdirilməsi və ona reyestrdən çıxarış verilməsi öhdəliyin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə X14, X19, X9 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X4 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, Həsənova X2 ona məxsus Bakı şəhəriu Sabunçu rayonu Vişnovka 2 Bağ sahəsi 215 saylı bağ evinin ona məxsus 0,06 ha torpaq sahəsini almışdır. Həmin torpaq sahəsi X10 paylı mülkiyyət hüququ ilə məxsus olmuşdur. Torpağın alqı-satqısına dair aralarında 23 noyabr 2018-ci il tarixli AN-İ № ******* saylı müqavilə bağlamışdır və müqavilədə göstərilən məbləğ iddiaçı tərəfindən ödənilmişdir. Lakin o, bu günədək hüququ rəsmiləşdirə bilməmişdir. Bu barədə ona imtina məktubu yazan cavabdeh bildirişində imtina olunmasının əsası kimi "təqdim edilmiş bölgü sxemi ilə alqısatqı müqaviləsi arasında uyğunsuzluq" və "digər payçıların sahədəki razılıqları qeyd olmadığından" ərizənin icrası mümkün olmamışdır. Lakin bu əsassızdır, çünki onun hüquqlarını pozur. Digər payçılar X19, X18 öz hüquqlarından sui istifadə edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) göstərilənləri müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş digər 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının müraciətini təmin etməkdən imtina edərək **********99 nömrəli məktubla bildirmişdir: “Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 251 saylı sahədə yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli ********** nömrəli ərizənizə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Elektron kadastr məlumatına əsasən təqdim edilmiş bölgü sxemi ilə alqı-satqı müqaviləsi arasında uyğunsuzluq mövcuddur. Həmçinin digər payçıların sahələri və razılıqları qeyd olunmadığından ərizənizin icrası tərəfimizdən mümkün omamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət royestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçinəsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsim təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.” Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqlarını pozmur. Belə ki, iş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi 251 saylı bağ evinə dair ilkin hüquqmüəyyənedici sənədlərin, RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarış və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətini məhkəməyə göndərmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 4 Sadıqova Ana-xanım Ələkbər qızına məxsus olmuşdur. İş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.1991-ci ildə vəfat etmiş Sadıqova Ana-xanım Ələkbər qızının vərəsəsi ünvan 2 ünvanda yaşayan oğlu: X15r və o miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 103 nömrəli reyestr kitabının 10430-cu vərəqində qeydiyyata alınmış xx.xx.2014-cü il tarixdə verilmişdir, reyestr nömrəsi **********78-11301, qeydiyyat nömrəsi ********** olan Çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsi tərəfindən xx.xx.2014-cü ildə verilmiş 11/966 №-li arayışda göstərilən mərhuma məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi 251 ünvanda yerləşən bağ evindən və mülkiyyətdə olan 0.25 ha torpaq sahəsindən ibarətdir. Miras əmlakın ½ hissəsi vərəsə X16 verildi, ½ hissə isə açıq qaldı. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 4 paylı mülkiyyət olaraq ½ hissəsi xx.xx.2014-cü il tarixdə X13 adına, ½ hissəsi isə xx.xx.2018-ci il tarixdə X9 adına qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən X17 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni "Hədiyyə alanın" mülkiyyətinə verir: - Hədiyyə verən (0.06 ha torpaq sahəsini) - Hədiyyə alan X10 hədiyyə verir, yerdə qalan 0.065 ha torpaq sahəsini X17 öz mülkiyyətində saxlayır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 4 paylı mülkiyyət olaraq bağ evi - ½ hissəsi və 0.125 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə X13 adına, bağ evi - ½ hissəsi və 0.065 ha torpaq sahəsi X9 adına, 0.06 ha torpaq sahəsi isə xx.xx.2018-ci il tarixdə X6 adına qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri 19 saylı Notariat Ofisi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla xx.xx.2018-ci il tarixli AN-İ № ******* nömrəli 4Ə-185 reyestrli alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün əsas olmuş sənədlərin təsdiq olunmuş surətini məhkəməyə göndərmişdir. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 33.8 kv.m olan bağ evi və ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə X10 məxsus olan 0.06 ha hissəsindən aşağıda göstərilən hissəni "Alıcının" mülkiyyətinə verir(lər): -X3 (0.06 ha) - Alıcı İddiaçı. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı X1 adından etibarnamə üzrə nümayəndəsi X12 bağlamışdır. İş materiallarından görünür ki, X17 ümumi paylı mülkiyyət üzrə ona məxsus olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin X10 məxsus olan 0.06 ha hissəsinin satılması ilə əlaqədar üstünlük hüququndan istifadə etmədiyinə vvə həmin payın üçüncü şəxsə satılmasına razı olmasına dair notarial qaydada ərizə vermişdir. Göründüyü kimi, ünvan 4 ünvanında yerləşən bağ evi X13 və X9, torpaq sahəsi isə X13, X9 və X6 paylı mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, X14 tərəfindən paylı mülkiyyətdə olan torpaq sahəsinin ona məxsus hissəsini İddiaçı xx.xx.2018-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi əsasında satarkən paylı mülkiyyətçi olan X13 razılığının alınmaması (iş materiallarında İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə imzalanmış və X16 ünvanlanmış xəbərdarlıq ərizəsi olsa da, həmin ərizənin X16 təqdim edilməsi öz təsdiqini tapmamışdır) işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə ki, Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən məhkəməyə təqim edilmiş müvafiq sənədlərin sırasında X13 razılıq ərizəsi yoxdur, həmçinin məhkəmə iclaslarında iştirak edən X19 və X17 paylı mülkiyyətdə olan torpaq sahəsinin X14 tərəfindən İddiaçı satılmasına razı olmadıqlarını və bildirmişdirlər. X14 isə paylı mülkiyyətdə olan torpaq sahəsinin ona məxsus hissəsinin yalnız 0.01 ha hissəsinin satılması üçün X7 etibarnamə verdiyini bildirmişdir. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsinin İddiaçı satılması zamanı mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Həmin Məcəllənin 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan torpaq sahəsinin İddiaçı satılması zamanı mövcud qanunvericiliyin tələbləri pozulması, yəni paylı mülkiyyətdə olan torpaq sahəsinin satılması zamanı digər paylı mülkiyyətçilərin razılığının alınmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından,cavabdehin iddiaçının həmin torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanunsuz sayıla bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər X14, X19, X17 və X12) torpağın alqı-satqısına dair 3-cü şəxslərlə iddiaçı arasında xx.xx.2018-ci il tarixli AN- İ № ******* müqavilə üzrə mülkiyyətinə keçən torpaq sahəsinin rəsmiləşdirilməsi və ona reyestrdən çıxarış verilməsi öhdəliyin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-329/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-329/2021
06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver