Məhkəmə qərarları › İş №2-1(112)-329/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-329/2022

21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-329/2022 21.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 07 avqust 2020-ci il tarixli, **********308800 nömrəli, 07 avqust 2020-ci il tarixli, **********305700 nömrəli, 07 avqust 2020-ci il tarixli, **********307100 nömrəli, 07 avqust 2020-ci il tarixli, **********334100 nömrəli, 07 avqust 2020-ci il tarixli, **********361100 nömrəli, 07 avqust 2020-ci il tarixli, **********339600 nömrəli, 12 avqust 2020-ci il tarixli, **********715900 nömrəli qərarların ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 07 avqust 2020-ci il tarixli, **********308800 nömrəli, 07 avqust 2020-ci il tarixli, **********307100 nömrəli, 07 avqust 2020-ci il tarixli, **********305700 nömrəli, 07 avqust 2020-ci il tarixli, **********334100 nömrəli, 07 avqust 2020-ci il tarixli, **********361100 nömrəli, 07 avqust 2020-ci il tarixli, **********339600 nömrəli, 12 avqust 2020-ci il tarixli, **********715900 nömrəli və 27 avqust 2020-ci il tarilxi, **********667100 nömrəli qərarların ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin 07 avqust 2020-ci il tarixli, **********308800 nömrəli, 07 avqust 2020-ci il tarixli, **********307100 nömrəli, 07 avqust 2020-ci il tarixli, **********305700 nömrəli, 07 avqust 2020-ci il tarixli, **********361100 nömrəli, 12 avqust 2020-ci il tarixli, **********715900 nömrəli, 27 avqust 2020-ci il tarixli, **********667100 nömrəli, 04 sentyabr 2020-ci il tarixli, **********893600 nömrəli və 03 noyabr 2020-ci il tarixli, **********362600 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 07 avqust 2020-ci il tarixli, **********308800 nömrəli, 07 avqust 2020-ci il tarixli, **********307100 nömrəli, 07 avqust 2020-ci il tarixli, **********305700 nömrəli, 27 avqust 2020-ci il tarixli, **********667100 nömrəli, 04 sentyabr 2020-ci il tarixli, **********893600 nömrəli və eyni zamanda sonuncu 03 noyabr 2020-ci il tarixli, **********362600 nömrəli və 02 dekabr 2020-ci il tarixli **********910900 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 27 avqust 2020-ci il tarixli, **********667100 nömrəli, 04 sentyabr 2020ci il tarixli, **********893600 nömrəli, 03 noyabr 2020-ci il tarixli **********362600 nömrəli və 02 dekabr 2020-ci il tarixli, **********910900 nömrəli qərarlarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi və tələbin dəqiqləşdirilməsi barədə ərizələr onunla əsaslandırılmışdır ki, cavabdeh əsassız və qanunsuz olaraq kameral vergi yoxlaması əsasında iddiaçıya əlavə olaraq 07 avqust 2020-ci il tarixli, **********308800 nömrəli qərarla iyul 2018-ci il hesabat dövrü üzrə 6893,86 manat, 07 avqust 2020-ci il tarixli **********307100 nömrəli qərarla oktyabr 2018-ci il hesabat dövrü üzrə 7385,66 manat, 07 avqust 2020-ci il tarixli **********305700 nömrəli qərarla dekabr 2018-ci il hesabat dövrü üzrə 2459,48 manat, 07 avqust 2020-ci il tarixli, **********334100 nömrəli qərarla fevral 2019-cu il hesabat dövrü üzrə 1820,57 manat, 07 avqust 2020-ci il tarixli **********361100 nömrəli qərarla may 2019cu il hesabat dövrü üzrə 9371,45 manat, 07 avqust 2020-ci il tarixli **********339600 nömrəli qərarla avqust 2019-cu il hesabat dövrü üzrə 3590,45 manat, 12 avqust 2020-ci il tarixli **********715900 nömrəli qərarla mart 2020-ci il hesabat dövrü üzrə 4130,31 manat vergilər, sosial sığorta və işsizlik sığortası haqları hesablayıb. Cavabdehin iddiaçıya əlavə vergilər və digər məcburi ödəmələr hesablaması barədə həmin qərarları vergi qanunvericiliyinin tələblərinin pozulması ilə çıxarılıb. Cavabdeh öz qərarlarında bəyannamələrdə və hesabatlarda göstərilən məbləğlərə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə bildirmişdir ki, guya iddiaçı dövriyyənin azalmasına baxmayaraq təsdiqedici sənədlər təqdim etməyib, hesablanmış kameral vergi məbləği bərpa olunub. Sonuncu 12 avqust 2020-ci il tarixli **********715900 nömrəli qərarda isə göstərilmşdir ki, guya təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 38925,84 manat məbləğ hesabat dövrü ərizndə ƏDV depozit hesabına 28696,85 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 159426,94 manat daxil olmuş məbəlğin (ƏDV DH-na daxil olmuş 28696,85 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yarana və 01.01.2020-ci il tarixə olan debitor borclar sətrinin (307- 1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 69327.00 manat məbləğdən 30401,16 manat az göstərilib. (Depozitə qayıdan vəsait 1341,9 manat nəzərə alınıb.) Lakin qərarlarda iddiaçının dövriyyənin azalmasına baxmayaraq təsdiqedici sənədlər təqdim etməməsi, hesablanmış kameral vergi məbləğlərinin bərpa olunması barədə yazılanlar həqiqəti əks etdirmir. Cavabdeh kameral vergi yoxlamalarının aparılması ilə bağlı **********079800 nömrəli, 11 avqust 2020-ci il tarixli, **********938200 nömrəli, 11 avqust 2020-ci il tarixli, **********952400 nömrəli, 11 avqust 2020-ci il tarixli, **********966900 nömrəli, 11 avqust 2020-ci il tarixli, **********701200 nömrəli, 11 avqust 2020-ci il tarixli, **********655400 nömrəli, 11 avqust 2020-ci il tarixli, **********771300 nömrəli, 13 avqust 2020-ci il tarixli bildiriş ilə bağlı iddiaçı 12 və 13 avqust 2020-ci il tarixli məktubla cavabdehə müraciət edərək əsaslandırılmış cavab göndərilib və zəruri olan lazımı sənədlər əlavə olunub. Vergi orqanı tərəfindən şəxsi vərəqədə dəyişikliklərin edilməsi ilə əlaqədar 07 avqust 2020-ci il tarixli, **********334100 nömrəli, 07 avqust 2020-ciil tarixli, **********361100 nömrəli, 07 avqust 2020-ci il tarixli, **********339600 nömrəli, 12 avqust 2020-ci il tarixli, **********715900 nömrəli və 18 sentyabr 2020-ci il tarixli, **********511700 nömrəli qərarlar ləğv edilmişdir. Belə ki, kameral yoxlamalar nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği olaraq yenidən hesablamalar aparılaraq, 18 sentyabr 2020-ci il tarixli, **********511700 nömrəli əvvəki qərar ləğv edilmiş, 03 noyabr 2020-ci il tarixli, **********362600 nömrəli qərarla əvəz olunaraq 4211,38 manat hesablanmış və 12 avqust 2020-ci il tarixli, **********715900 nömrəli qərar 4312,86 isə dəyişdirilərək 02 dekabr 2020-ci il tarixli, **********910900 nömrəli qərarla əvəz olunaraq 4312,86 manat hesablanmışdır. Daha sonra tərəflərindən dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edilərək cavabdehin 07 avqust 2020-ci il tarixli, **********308800 nömrəli, 07 avqust 2020-ci il tarixli, **********307100 nömrəli, 07 avqust 2020-ci il tarixli, **********305700 nömrəli, 07 avqust 2020-ci il tarixli, 27 avqust 2020-ci il tarixli, **********667100 nömrəli, 04 sentyabr 2020-ci il tarixli, **********893600 nömrəli, eyni zamanda sonuncu 03 noyabr 2020-ci il tarixli, **********362600 nömrəli və 02 dekabr 2020-ci il tarixli, **********910900 nömrəli qərarlarının ləğv edilməsinə dair qərar çıxarılması xahiş edilmişdir. Bir neçə qərar da cavabdeh vergi orqanı tərəfindən ləğv edilmişdir. İddiaçı MMC tərəfindən təqdim edilən Mart 2020 cari ƏDV bəyannaməsi üzrə 06.04.2020-ci il tarixdə 37.703,38 manat azalma üzrə vergi məbləği ilə vergi bəyannaməsi təqdim edilmişdir. 01.06.2020-cı il tarixdə bəyannaməyə dəqiqləşmə verilərək büdcəyə 11.920,95 manat hesablama aparılmış, 26.08.2020-ci il tarixdə növbəti dəqiqləşmiş bəyannamə 182,53 manat azalma məbləği ilə dəqdim edilmişdir. Sonuncu 13.09.2020-ci il tarixli dəqiqləşmiş bəyannamə ilə vergilər üzrə şəxsi vərəqədə 0,02 manat azalma məbləği ilə bəyannamə təqdim edilmişdir. Yekun olaraq “Şurataz LTD “ MMC tərəfindən təqdim edilən sonuncu dəqiqləşmiş bəyannamənin yekunu olaraq əlavə dəyər vergisinin vergitutma obyekti əsas götürülməklə Mart 2020-cu il dövrü üzrə vergi orqanına kassa metodu ilə təqdim etdiyi əlavə dəyər vergisi bəyannaməsinə əsasən müəssisənin topdan ticarət üzrə ƏDV-ə 18% dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə dövriyyəsi 14 286.58 manat, 2020-ci il üzrə dövriyyədən əldə etdiyi pul vəsaiti isə 38 925.84 manat təşkil etmişdir. Müəssisənin VM-nin 175.1-ci maddəsinə əsasən alınmış elektron vergi hesab fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ üzrə əvəzləşmə məbləği 183 175.70 manat təşkil etmiş və müəssisənin göstərilən dövr üzrə əvəzləşdirilən ƏDV məbləği üzrə ödənişi çox olduğuna görə büdcədən qaytarılan ƏDV məbləği 25 964.98 manat olaraq formalaşmışdır. Qeyd edilən göstəricilər ilkin uçot sənədləri, dövlət gömrük komitəsi tərəfindən təqdim edilən məlumatlar, bank çıxarışları, elektron vergi alt sistemində mövcud məlumatlarda öz əksini tapmaqdadır. Vergi orqanı tərəfindən 12.08.2020-ci il tarixli **********715900 nömrəli vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə qərar ilə əlavə olaraq müəssisəyə 4130.31 manat kameral vergi hesablanmış, göstərilən hesablama 02.12.2020-ci il tarixdə ləğv edilərək 02.12.2020-ci il tarixli, **********910900 nömrəli vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə qərar ilə əlavə olaraq yenidən 4.312,86 manat kameral vergi hesablanmış və göstərilən vergi məbləği bugünədək müəssisənin öhdəliyindən çıxarılmamışdır. Cavabdeh iddia tələbinə və iddia tələbinə dəqiqləşmələrə etirazlar təqdim edərək göstərmişdir ki, İddiaçı MMC ixtisaslandırılmamış topdansatış fəaliyyət növü üzrə sahibkarlıq fəaliyyətini həyata keçiririr. 2018-ci ilin iyul, oktyabr və dekabr ayları üzrə vergi ödəyicisi tərəfindən dövriyyənin azalmasına baxmayaraq təsdiqedici sənədlər təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər, yəni gəlir və xərcləri təsdiq edən sənədlər, o cümlədən vergi orqanında uçot baza məlumatlarında sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər barədə məlumatlar, müqavilələr, bank hesabından çıxarışı, üzləşmə aktlarını, malların hərəkət cədvəlləri, ilkin uçot sənədləri, mühasibat uçotu sənədləri, malların texniki göstəriciləri cədvəli, kassa mədaxil və məxaric orderləri, qəbzlər təqdim edilmədiyindən 2019-cu ilin may ayı üzrə dövriyyənin azalmasına baxmıyaraq təsdiqedici sənədlər təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş HV seriyalı, 335229 nömrəli, HU seriyalı, 823281 nömrəli və HU seriyalı, 769322 nömrəli elektron qaimə-fakturalar (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə kənarlaşma barədə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" 11.08.2020-ci il tarixli, **********655400 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə ƏDV üzrə 2019-cu ilin may ayı üçün Cəmiyyətə 13582,83 manat olmaqla əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 07.08.2020-cui il tarixli, **********361100 nömrəli və 18.09.2020-ci il tarixli, **********51170 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə" qəralar göndərilmişdir. 2019-cu ilin may ayı üzrə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğinin 9371,45 manat hissəsi azaldılmış və 03.11.2020-ci il tarixli, **********362600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qəralar göndərilmişdir. 2020-ci ilin mart ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 38925.84 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabına 28696.85 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 159426.94 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 28696.85 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və 01.01.2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 69327.00 manat məbləğdən 30401.16 manat az göstərilmişdir. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə kənarlaşma barədə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 23.07.2020-ci il tarixli, **********337500 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə ƏDV üzrə 2020-ci ilin mart ayı üçün cəmiyyətə 4130,31 manat olmaqla əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 12.08.2020-cui il tarixli, **********715900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qəralar göndərilmişdir. Aparılmış araşdırma zamanı cəmiyyətin 2017-ci il üzrə kassa metodu ilə təqdim etdiyi bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri" (221.8-ci), “Yanacaq xərcləri” (221.9cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), "Mühafizə xərcləri" (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (6039900.42 manat), iddiaçı tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (699891.00 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabınızın göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (147879.61 manat) məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 5689428.71 manat) məbləği (+) qeyri-rezidentdən alınmış işlərin (xidmətlərin) ödənilmiş dəyərinin (0 manat) cəmi məbləğləri (6537199.32 manat), çıxılsın cari il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (715277.40 manat) müqayisəsi nəticəsində baza məlumatlarına əsasən 217978.50 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 15.04.2020-ci il tarixli, **********996100 “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 43644.98 manat vergi məbləği hesablanmış və bu barədə 27.08.2020-ci il tarixli, **********667100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərar göndərilmişdir. Cəmiyyət tərəfindən 31.05.2020-ci il tarixdə 2018-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində gəlir 1808232.69 manat göstərilməsinə baxmayaraq, 23.07.2020-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə gəlir 1803148.82 manat olduğu müəyyən olunmuşdur. Lakin iddiaçı tərəfindən gəlirin azalmasına əsas verən təsdiqedici sənədlər (bank çıxarış sənədləri və dövriyyəni təsdiq edən digər sənədlər) vergi orqanına təqdim olunmadığı üçün müvafiq dövr üzrə dövriyyə bərpa olunaraq kameral vergi yoxlaması ilə 5985.76 manat vergi məbləği hesablanmış və bu barədə 04.09.2020-ci il tarixli, **********893600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərar göndərilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüququ vardır. Eyni zamanda qeyd edilir ki, mübahisələndirilən 03.11.2020-ci il tarixli, **********362600 nömrəli qərar 03.11.2020-ci il tarixində vergi ödəyicisinə elektron qaydada göndərilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən inzibati akt 03.11.2020-ci il tarixdə oxunmasına baxmayaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə 08.12.2020-ci il tarixdə məhkəməyə müraciət edərək iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Eyni zamanda mübahisələndirilən 04.09.2020-ci il tarixli, **********893600 nömrəli qərar 07.09.2020-ciil tarixində vergi ödəyicisinə elektron qaydada göndərilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən inzibati akt 08.09.2020-ci il tarixdə oxunmasına baxmayaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə 08.12.2020-ci il tarixdə məhkəməyə müraciət edərək iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Bunlarla yanaşı mübahisələndirilən 02 dekabr 2020-ci il tarixli, **********910900 saylı qərar 02.12.2020-ci il tarixində vergi ödəyicisinə elektron qaydada göndərilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən inzibati akt 02.12.2020-ci il tarixdə oxunmasına baxmayaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə 14.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Qeyd edilənlərə əsasən İddiaçı MMC-nin iddia tələbinin 27.08.2020-ci il tarixli, **********667100 nömrəli qərarın mübahisələndirilməsi hissəsində rədd edilməsi, qalan hissə də isə mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə etirazların məzmunlarına uyğun izahat verərək 27.08.2020-ci il tarixli, **********667100 nömrəli qərarın mübahisələndirilməsi hissəsində rədd edilməsi, qalan hissə də isə mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı lazımi qaydada xəbərdar edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Kommersiya Qurumunun Dövlət Qeydiyyatı haqqında ********** nömrəli, 30.04.2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı MMC hüquqi şəxs kimi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı MMC 21.09.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - "xxxx" MMC tərəfindən verilmiş 2017-ci ilə dair Mənfəət vergisinin bəyannaməsindən görünür ki, "xxxx" MMC tərəfindən əsas fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış olmaqla hesabat dövrünün gəlirləri 6,851,558.42 manat, ümumi gəliri 6,862,993.21 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 6,238,615.88 manat, ümumi gəlirdən çıxılan xərclər 6,527,427.76 manat, vergiyə cəlb olunan mənfəət 335,565.45 manat, mənfəət vergisi 67,113.09 manat bəyan edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 27 avqust 2020-ci il tarixli, **********667100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, kameral yoxlama nəticəsində İddiaçı MMC-də 2017-ci il hesabat dövrü üzrə mənfəət vergisi 110.758,07 manat müəyyən edilmiş və ona görə də 43.644,98 manat əlavə vergi hesablanmışdır. - "xxxx" MMC tərəfindən verilmiş 2018-ci ilə dair Mənfəət vergisinin bəyannaməsindən görünür ki, "xxxx" MMC tərəfindən əsas fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış olmaqla hesabat dövrünün gəlirləri 1,803,148.82 manat, ümumi gəliri 1,938,304.08 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 1,669,938.70 manat, ümumi gəlirdən çıxılan xərclər 1,888,375.39 manat, vergiyə cəlb olunan mənfəət 49,928.69 manat, mənfəət vergisi 9,985.74 manat bəyan edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 04 sentyabr 2020-ci il tarixli, **********893600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərardan görünür ki, kameral yoxlama nəticəsində İddiaçı MMC-də 2018-ci il hesabat dövrü üzrə mənfəət vergisi 15.971,50 manat müəyyən edilmiş və ona görə də 5.985,76 manat əlavə vergi hesablanmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 03 noyabr 2020-ci il tarixli, **********362600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərardan görünür ki, kameral yoxlama nəticəsində İddiaçı MMC tərəfindən may 2019-cu il hesabat dövrü üzrə əlavə dəyə vergisinə görə 683,63 manat bəyan edilmiş, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində -8.687,82 manat müəyyən edilmiş, -9.371,45 manat verginin azaldılması müəyyən edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 02 dekabr 2020-ci il tarixli, **********910900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərardan görünür ki, kameral yoxlama nəticəsində İddiaçı MMC tərəfindən mart 2020-ci il hesabat dövrü üzrə əlavə dəyə vergisinə görə -25.964,98 manat bəyan edilmiş, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində -21.652,12 manat müəyyən edilmiş, 4.312,86 manat əlavə hesablanmış əlavə dəyər vergisi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2021-ci il tarixli, 9/5133 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iş materiallarında olan sənədlərə (elektron qaimə fakturalar, bank sənədləri, hesab fakturalar, YGB-lər, bəyannamələr, müqavilələr və s.) əsasən "xxxx" MMC-nin May 2019cu il dövrə dair ƏDV-ə 18% dərəcə ilə cəlb edilən əməliyyatlarla bağlı dövriyyə 184059.66 manat, dövriyyədən cari ayda əldə etdiyi pul vəsaiti isə 275120.03 manat olmuşdur. Müəssisənin VM 175.1-ci maddəsinə əsasən alınmış elektron vergi hesab fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ üzrə əvəzləşmə məbləği 140301.53 manat, idxalda ƏDV-yə cəlb olunmuş mallara( işlərə, xidmətlər) görə ödənilən məbləğ 115420.33 manat, büdcədən qaytarılan ƏDV məbləği 12899.20 manat olmuşdur. Mart 2020-cu il dövrə dair ƏDV-ə 18% dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə dövriyyə 14286.58 manat, 2020-ci il üzrə dövriyyədən əldə etdiyi pul vəsaiti isə 38925.84 manat olmuşdur. Müəssisənin VM 175.1-ci maddəsinə əsasən alınmış elektron vergi hesab fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ üzrə əvəzləşmə məbləği 183175.70 manat, büdcədən qaytarılan ƏDV məbləği 25 964.98 manat olmuşdur. Bundan başqa qeyd edilir ki, müəssisə 2017-2018-ci illər üzrə mənfəət vergisinin ödəyicisi olmuş və bu haqda vergi orqanına bəyannamələr təqdim edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, tədqiqata təqdim edilmiş iş materiallarında olan sənədlərə (elektron qaimə fakturalar, bank sənədləri, hesab fakturalar, YGB-lər, bəyannamələr, müqavilələr və s.) əsasən "xxxx" MMC-nin fəaliyyəti üzrə aşağıdakılar müəyyən olunur. 2017-ci il üzrə ümumi gəlir 6,862,993.21 manat; gəlirin əldə olunması ilə bağlı xərc 6,527,427.76 manat; vergiyə cəlb olunan mənfəət 335,565.45 manat; mənfəət vergisi 67,113.09 manat. Göründüyü kimi, müəssisə tərəfindən 2017-ci il üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə hesablanmalı olan mənfəət vergisinin məbləği 67113,09 manat məbləğində müəyyən olunur. 2018-ci il üzrə ümumi gəlir 1,938,304.08 manat; gəlirin əldə olunması ilə bağlı xərc 1,888,375.39 manat; vergiyə cəlb olunan mənfəət 49,928.69 manat; mənfəət vergisi 9,985.74 manat. Göründüyü kimi müəssisə tərəfindən 2018-ci il üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə hesablanmalı olan mənfəət vergisinin məbləği 9985,74 manat məbləğində müəyyən olunur. Beləliklə tədqiqat zamanı hesablanan vergilər ilə müəssisə tərəfindən vergi orqanına təqdim edilən ƏDV bəyannamələrinin göstəriciləri arasında fərq aşkar edilmədi. Həmçinin qeyd edilir ki, vergi ödəyicisınin vergi orqanına təqdim etdiyi 2017-2018-ci illər üzrə mənfəət vergisi bəyannamələri üzrə hesablanan vergi məbləğlərində də fərq aşkar edilmədi. Yəni 07 avqust 2020-ci il tarixli, **********308800 saylı, 07 avqust 2020-ci il tarixli, **********307100 saylı, 07 avqust 2020-ci il tarixli, **********305700 saylı, 07 avqust 2020ci il tarixli, **********305700 saylı, 07 avqust 2020-ci il tarixli, **********361100 saylı, 12 avqust 2020-ci il tarixli, **********715900 saylı, 27 avqust 2020-ci il tarixli, **********667100 saylı, 04 sentyabr 2020-ci il tarixli **********893600 saylı, 03 noyabr 2020ci il tarixli, **********362600 saylı qərarlar üzrə İddiaçı MMC-yə hesablanmış vergi borcunun düzgünlüyü müəyyən edilmədi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC vergi 21.09.2001-ci il tarixdə qeydiyyatdan keçməklə vergi ödəyicisidir. Müəsissə 2017 və 2018ci illər üzrə mənfəət vergisinin bəyannamələrini, 2018-2020-ci illər üzrə əlavə dəyər vergisi üzrə bəyannamələrini vergi orqanına təqdim etmiş, vergi orqanı tərəfindən müəssisə barəsində bir neçə qərarlar qəbul edilsə də sonuncu mübahisələndirilən qərarlara əsasən vergi ödəyicisinə 2017-ci il və 2018-ci il üzrə mənfəət vergisi üzrə, may 2019-cu il üzrə əlavə dəyər vergisi, mart 2020-ci il üzrə əlavə dəyər vergisi üzrə vergi borcları hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cu maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 13.2.12-ci maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. - 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. - 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. - 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.4-cü maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. - 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. - 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanması və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında keçirilən yoxlamadır. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair bildiriş göndərilir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb etmək və vergi ödəyicisinə yuxarıda göstərilən bildirişi göndərməklə bağlı müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və s.) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşımır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 13.2.12-ci maddəsinə əsasən gəlir-malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. - 103.1-ci maddəsinə görə Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. - 104.1-ci maddəsinə görə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. - 105.1-ci maddəsinə görə müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. - 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir. - 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 30 yanvar 2017-ci il tarixli, Q-01 №li Qərarı ilə təsdiq edilmiş “X1 Standartlarına əsasən X3 Qaydaları”nın 2.1.6-cı və 2.1.7-ci maddələrinin tələblərinə görə gəlir-mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli olmayan, lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin daxil olması və ya artması, və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır; xərc–mülkiyyətçilər аrаsında kapitalın bölüşdürülməsi ilə əlaqəli оlmаyаn, lakin kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ахını və yа аzаlmаsı, habelə öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin аzаlmаsıdır. Məhkəmə qeyd edir ki, sahibkarların müəssisə fəaliyyətində əsas məqsədi gəlir (mənfəət) əldə etməkdir. Gəlirlər mahiyyət etibarilə aktivlərin artmasına və öhdəliklərin azalmasına birbaşa təsir edir. Bu zaman kapitalın artımı baş verir və bu artımın mülkiyyətçilərin paylarına heç bir təsiri yoxdur. Müəssisənin əsas gəlir mənbəyi məhsul və xidmət satışından gəlirlərdir. Lakin bununla yanaşı valyuta mübadiləsi, icarə, və s. bunun kimi sahələr də gəlir mənbəyi hesab edilir. Sahibkarlıq fəaliyyəti ilə məşqul olan vergi ödəyicisinin əldə etdiyi mənfəət iki elementin törəməsidir, gəlir çıxılsın xərclər. Milli Mühasibat Standartının Anlayış Sistemində nəzərdə tutulduğu kimi gəlir, xərc və mənfəət anlayışları daha geniş məna ifadə edirlər. Başqa sözlə desək, gəlir, bir müəssisənin fəaliyyəti nəticəsində aldığı, məsələn məhsul və ya xidmətin satdığı, lakin dolayı yolla da əldə edilə bilən ümumi pul məbləği, mənfəət və ya xalis mənfəət isə bütün xərclər çıxıldıqdan sonra qalan pul məbləğidir. Zəruri olan hal isə odur ki, gəlirdən yalnız gəlirin əldə edilməsi ilə bağlı olan xərclər (gəlirdən çıxılmayan xərclər istisna olmaqla VM-nin 109-cu maddə) çıxıldıqdan sonra mənfəət əldə edilir. Əlavə dəyər vergisinin anlayışı, vergi ödəyicilərinin hüquqi statusu, vergitutma obyekti, vergi ödəməkdən azad edilmə, büdcəyə ödəmələr müəyyən edilərkən və ya əvəzləşdirilərkən ƏDV və digər məsələlər Vergi Məcəlləsinin Xİ Fəslində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddənin mətnindən və mahiyyətindən göründüyü kimi, hesabat dövrü ərzində ödənilməli olan ƏDV-nin məbləğinin hesablanması üçün aşağıdaki göstəricilər müəyyən edilməlidir: - vergi tutulan dövriyyədən hesablanan verginin məbləği; - elektron vergi hesab-fakturala və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği . Hesabat dövrü ərzində bu iki göstərici arasındaki fərq ödənilməli ƏDV-nin məbləğidir. Başqa sözlə büdcəyə ödəniləcək ƏDV hesablamaq üçün vergi tutulan dövriyyədən hesablanan ƏDV məbləğindən əvəzləşdirilməli olan ƏDV-nin məbləğini çıxmaq lazımdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Göründüyü kimi malların təqdim edilməsi, işlərin və xidmətlərin göstərilməsi əlavə dəyər vergisinin vergi tutma obyekti kimi çıxış edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Yəni iki növ ödəmələr nəzərdə tutulmuşdur: - elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr; - ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlar ödənilən vergi. Vergi orqanı mübahisələndirilən qərarlar üzrə gəldiyi nəticələri onunla əsaslandırmışdır ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş HV seriyalı 335229 nömrəli, HU seriyalı 823281 nömrəli və HU seriyalı 769322 nömrəli elektron qaimə-fakturalar (e- VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olması kənarlaşmanın yaranmasına səbəb olmuş, ona görə də 2019-cu ilin may ayı üzrə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğinin 9371,45 manat hissəsi azaldılmış, 2020-ci ilin mart ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsnin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 38925,84 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabına 28696,85 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 159426,94 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 28696,85 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabar dövrü (ay) üzrə yaranan və 01.01.2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəmi fərqi olan 69327,00 manat məbləğdən 30401,16 manat az göstərilmiş, ona görə də kameral vergi yoxlaması ilə ƏDV üzrə 2020-ci ilin mart ayı üçün cəmiyyətə 4130,31 manat olmaqla əlavə dəyər vergisinin hesablanmışdır. Cəmiyyətin 2017-ci il üzrə kassa metodu ilə təqdim etdiyi bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cü), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (6039900,42 manat), ödəyici tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (699891,00 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabının göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (147879,61 manat) məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (5689428,71 manat) məbləği (+) qeyri-rezidentdən alınmış işlərin (xidmətlərin) ödənilmiş dəyərinin (0 manat) cəmi məbləğləri (65371199,32 manat), çıxılsın cari il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsinin Hesabat dövrünün sonuna” sütununda əks etdiyilmiş mal-material qalığının məbləğinin (715277,40 manat) müqayisəsi nəticəsində baza məlumatlarına əsasən 217978,50 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilərək 2017-ci il üçün mənfəət vergisinə görə 43644,98 manat əlavə vergi məbləği hesablanmış, cəmiyyət tərəfindən 31.05.2020-ci il tarixdə 2018-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində gəlir 1808232,69 manat göstərilməsinə baxmayaraq 23.07.2020-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə gəlir 1803148,82 manat olduğu müəyyən olunmuş, lakin vergi ödəyicisi tərəfindən gəlirin azalmasına əsas verən təsdiqedici sənədlər (bank çıxarış sənədləri və dövriyyəni təsdiq edən digər sənədlər) vergi orqanına təqdim olunmadığı üçün müvafqi dövr üzrə dövriyyə bərpa olunaraq kameral vergi yoxlaması ilə 5985,76 manat vergi məbləği hesablanmışdır. Məhkəmə qeyd edir ki, mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində inzibati orqan tərəfindən qəbul edilən qərarlar əsasında kameral vergi yoxlaması ilə əhatə olunan dövrlər üçün tətbiq olunmuş vergilərin düzgün hesablanıb-hesablanmamasının, həmçinin iddiaçının yoxlanılan dövrlər üzrə ayrıayrılıqda gəlirin, o cümlədən gəlirdən çıxılan xərclərin mövcud olan sənədlər ilə müqayisəli təhlilindən sonra tərkibinin və məbləğin müəyyən edilməsi ilə bağlı araşdırma aparmış, araşdırmanın xüsusi bilik tələb olunmasını nəzərə alaraq iş üzrə ekspertiza təyin edilmişdir. İş üzrə verilmiş 08 sentyabr 2021-ci il tarixli, 9/5133 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iş materiallarında olan sənədlərə (elektron qaimə fakturalar, bank sənədləri, hesab fakturalar, YGB-lər, bəyannamələr, müqavilələr və s.) əsasən "xxxx" MMC tərəfindən 2017-ci il üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə hesablanmalı olan mənfəət vergisinin məbləği 67113,09 manat məbləğində, 2018-ci il üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə hesablanmalı olan mənfəət vergisinin məbləği 9985,74 manat məbləğində müəyyən olunmuş, tədqiqat zamanı hesablanan vergilər ilə müəssisə tərəfindən vergi orqanına təqdim edilən ƏDV bəyannamələrinin göstəriciləri arasında fərq aşkar edilməmiş, həmçinin vergi ödəyicisınin vergi orqanına təqdim etdiyi 2017-2018-ci illər üzrə mənfəət vergisi bəyannamələri üzrə hesablanan vergi məbləğlərində də fərq aşkar edilməmiş, mübahisələndirilən qərarlar üzrə İddiaçı MMC-yə hesablanmış vergi borcunun düzgünlüyü müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iş üzrə verilmiş 08 sentyabr 2021-ci il tarixli, 9/5133 nömrəli ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyi iş üzrə əsas sübut növü kimi qəbul edir. Məhkəmə qeyd edir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.Beləliklə, mübahisələndirilən inzibati aktlar qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki qəbul edilmiş həmin aktlar iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, vergi ödəyicisinin mübahisələndirilən dövrlər üzrə vergi öhdəliyinin yaranması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından, mübahisələndirilən 27 avqust 2020-ci il tarixli, **********667100 nömrəli, 04 sentyabr 2020-ci il tarixli, **********893600 nömrəli, 03 noyabr 2020-ci il tarixli **********362600 nömrəli və 02 dekabr 2020-ci il tarixli, **********910900 nömrəli qərarlar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğundan “İnzibati icraat haqqında” Qanununun 58.1 və 67.1-ci maddələrinin tələblərinə əsasən qanunsuzdur. Ona görə də iddia tələbi əsaslı sayılmaqla həmin qərarlar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İş materiallarından həmçinin görünür ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasına görə aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. - 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. - 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iş üzrə ekspert xərci cavabdehdən tutularaq aidiyyatı üzrə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş 27 avqust 2020-ci il tarixli, **********667100 nömrəli, 04 sentyabr 2020-ci il tarixli, **********893600 nömrəli, 03 noyabr 2020-ci il tarixli, **********362600 nömrəli və 02 dekabr 2020-ci il tarixli, **********910900 nömrəli qərarlar ləğv edilsin. Aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar