Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3291/2020 18.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X8 olmaqla) “üçüncü şəxsin qeydiyyatdan çıxarılması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X8 olmaqla) iddia ərizəsi məhkəməyə müraciət edərək, X5 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, General Şıxlinski küçəsi ev 57, mənzil 7-nin mülkiyyətçisidir. Qeydiyyat barədə arayışa əsasən cavabdeh X8 Bakı şəhəri, General Şıxlinski küçəsi, ev 57, mənzil 7-də qeydiyyatdadır. Lakin buna baxmayaraq üçünçü şəxs X8 Bakı şəhəri, General Şıxlinski küçəsi, ev 57, mənzil 7-də formal olaraq qeydiyyatda qalmışdır. O mənildə yaşamır və orada heç bir əşyaları yoxdur. Bakı şəhəri, General Şıxlinski küçəsi, ev 57, mənzil 7 iddiaçının mülkiyyətindədir, üçünçü şəxs X8 onun mülkiyyətində olduğu evdə qeydiyyatda olmağına baxmayaraq evi tərk etmiş və göstərilən evdə yaşamır. Bütün bu müddət ərzində o cavabdehə qeydiyyatdan çıxma barədə müraciət etdikdə o müxtəlif bəhanələrlə qeydiyyatdan çıxmaqdan boyun qaçırmışdır. Beləliklə cavabdeh evdə formal olaraq qeydiyyatda qalmışdır. İddiaçı Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, General Şıxlinski küçəsi ev 57, mənzil 7-nin mülkiyyətçisidir, cavabdehin mülkiyyətində olan evdə formal da olsa qeydiyyatda qalması mülkiyyətçi kimi hüquqlarını kobud surətdə pozur və onun həmin əmlak üzərində sərəncam hüquqlarının həyata keçirilməsinə maneə olur. İddiaçı onun qeydiyyatdan çıxarılması barədə Cavabdehnə ərizə ünvanlamış, lakin ərizəyə müsbət cavab verilməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə və üçüncü şəxsə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Rerspublikası Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 058493 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən 45 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.1996-cı il tarixdə 058493 qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, xx.xx.1990-cu il təvəllüdlü X8 08 aprel 2003-cü il tarixdən İddiaçı məxsus ünvan 5 ünvanda qeydiyyatdadır. Məhkəmə araşdırması dövründə xx.xx.1990-cı il təvəllüdlü X5 Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanına qeydiyyata alınmasına əsas olmuş sənədlərin surəti sorğu əsasında Bakı şəhəri Cavabdehndən tələb edilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən 03 mart 2020-ci il tarixli, 8474-1220 saylı məktubla məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü X8 ünvan 2 ünvanına qeydiyyata alınmasına əsas verən sənədlərin DİN-in normativ hüquqi aktına əsasən yandırılma yolu ilə məhv edildiyindən, həmin sənədlərin göndərilməsi imkan xaricindədir. İşdə olan AZ-İ № 126843 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 ilə X8 arasında bağlanmış nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 11 iyul 2011-ci il tarixdə 307 nömrə ilə qeyd edilmişdir. İşdə olan Xətai Rayon Xalq Məhkəməsinin 2-(011)-630/2013 saylı, 08 yanvar 2013cü il tarixli qətnaməsinin surətindən görünür ki, X6 X1 və İddiaçı qarşı qızıl-zinət əşyalarının geri qaytarılması və ya həmin əşyaların dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Xətai Rayon Xalq Məhkəməsinin 2-(011)-3204/2011 saylı, 27 iyul 2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İlkin iddia və qarşılıqlı iddianın təmin edilməməsi, X2 cavabdehlər İddiaçı X1 qarşı mübahisəli Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 57, 7 saylı mənzilinə köçürülməsi, gəlin köçdüyü və cehiz əmlaklarının yerləşdiyi otağın uşağı ilə birlikdə onun istifadəsinə verilməsi, kommunal xidmətlərdən istifadə etməyinə şərait yaradılması barədə iddia ərizəsinin təmin edilməməsi, İddiaçı X3 qarşı X2 uşağı ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 57, 7 saylı mənzilindən çıxarılması, həmin mənzilə isifadə hüququnun itirilməsi və pasport qeydiyyatının ləğv edilməsi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. İşdə olan Bakı apellyasiya Məhkəməsinin 2(103)-5137/2011 saylı 11 noyabr 2011-ci il tarixli Qətnaməsi ilə iddiaçı X2 apelyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Xalq Məhkəməsinin 2-(011)-3204/2011 saylı, 27 iyul 2011-ci il tarixli qətnaməsi iddiaçı X2 cavabdehlər İddiaçı və X1 qarşı mübahisəli Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 57, 7 saylı mənzilinə köçürülməsi, gəlin köçdüyü və cehiz əmlaklarının yerləşdiyi otağın uşağı ilə birlikdə onun istifadəsinə verilməsi, kommunal xidmətlərdən istifadə etməyinə şərait yaradılması barədə ilkin iddia ərizəsinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 3479Ç-3220 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə ı ıüvaf q dövləl orqanının məlumatına əsasən; öldükdə və ya məhkəmə qətnaməsi əsasır da ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayiş sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Beləliklə iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçı Azərbaycan Rerspublikası Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 058493 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 57, 7 saylı mənzil üzərində mülkiyyət hüququ əldə etmişdir. Mənzil həmin tarixdən iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq, xx.xx.1996-cı il təvəllüdlü X8 xx.xx.2003-cü il tarixdən bu günədək iddiaçıya məxsus mənzildə formal qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxsin həmin mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, xx.xx.1990-cı il təvəllüdlü X5 iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 7 ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxsin ünvan 8 ünvanında yerləşən 45 saylı mənzildənqeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 57 ünvanda yerləşən 7 saylı mənzildən 3-cü şəxs X5 qeydiyyatdan çıxarılması vəzifəsiBakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3291/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3291/2020
18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver