Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3291/2023 02.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər oğlunun sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur. xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək Bakı şəhəri, Oktyabr rayonu, Telefon qovşağında montyor, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək Bakı şəhər İstehsalat qaz idarəsində çilingər, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək sürücü vəzifəsində işləmişdir. Bundan sonra xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək Bakı şəhər telefon rabitəsinin təsərrüfat hesablı sahəsində kabelçi, xx.xx.1978-dən xx.xx.1979a qədər Bakı şəhər telefon rabitəsində kabelçi, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək elektrik montyoru, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək elektrik montyoru, xx.xx.1980-ci ildən xx.xx.1989-cu ilədək elektrik çilingəri, xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilədək elektrik çilingəri və sahə rəisi, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək Azərdəmiryoltikinti Bakı Dəmir Beton Konstruksiyaları və İnşaat hissələri zavodunda, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilədək Avtonəqliyyat kontorunda sürücü, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək “Star” firmasında sürücü, xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək "xxxx" firmasında çilingər, xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək Əhaliyə vətəndaşlıq xidməti trestinin Keşlə qəbirstanlığında qəbir qazan işləmişdir. İddiaçının 65 yaşı tamam olduğundan yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli **********9 №-li imtina məktubu ilə iddiaçıya pensiya təyin olunmasından imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, tələb olunan iş stajı və fərdi hesabında pensiya kapitalı mövcud deyil. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı 06 aprel 2022-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə ARƏƏSMN tabeliyində Dayanıqlı və X6 3 saylı Bakı “DOST" Mərkəzinə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi filialı tərəfindən iddiaçının qanunvericiliklə tələb olunan pensiya hüququna təminat verən kifayət qədər sosial sığorta stajının və pensiya kapitalının olmaması səbəbindən yaşa görə pensiyanın təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması və əmək kitabçasında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Əvvəllər qüvvədə olmuş AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi qanunvericiliklə tələb olunan şərtlər ödənildiyi halda, İddiaçı pensiya hüququ 65 yaşla xx.xx.2022-ci il tarixdə yaranır. Bunun üçün işə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi "Əmək pensiyaları haqqında" Qanunla müəyyən edilir. Həmin Qanunun: - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. İs materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətlərinə əsasən İddiaçı mübahisələndirilməyən sığorta stajı 21 il 01 ay təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçıya məxsus əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin № MA-145/18.05.22 saylı arxiv arayışına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş "Avtonəqliyyat kontoru”nun xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmr kitabları və əmək haqqı cədvəlləri Nazirliyin Mərkəzi Arxivinə təhvil verilməyib. X9 və Nəqliyyat Nazirliyinin № MA- 146/18.05.22 saylı «arxiv arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş "Star” firmasının nəzdində 5 №-li Taksimotor parkındakı xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan əmək fəaliyyəti zamanı 1998-ci ildə İddiaçı 3 ay adına əmək haqqı hesablanmayıb. Eyni zamanda Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş "Nəzrin” firmasının xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək olan faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. İddiaçıya xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçıya məxsus AA******* seriyalı, xxxxxxx saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********9 saylı imtina məktubunda bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasının surətinə əsasən sığorta stajı 21 il 1 ay təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin № MA-145/18.05.22 saylı arxiv arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş “Avtonəqliyyat kontoru"nun xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək olan əmr kitabları və əmək haqqı cədvəlləri Nazirliyin Mərkəzi Arxivinə təhvil verilməyib. X9 və Nəqliyyat Nazirliyinin № MA-146/18.05.22 saylı arxiv arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş “Star” firmasının nəzdində 5 №-li Taksimotor parkındakı xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan əmək fəaliyyəti zamanı 1998-ci ildə 3 ay adına əmək haqqı hesablanmayıb. Eyni zamanda Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş “Nəzrin" firmasının xx.xx.1999-cu il tarixindən xx.xx.2001-ci il tarixinədək olan faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajının qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiçıya xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. - İddiaçıya məxsus ******* saylı hərbi biletindən görünür ki, o, xx.xx.1975xx.xx.1977-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin MA-436 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı 1973-cü ilin iyul-dekabr, 1974cü ilin yanvar – iyul, 1975-ci ilin sentyabr-oktyabr, 1978-ci ilin may – dekabr, 1979-cu ilin yanvar – mart, 1997-ci ilin aprel – dekabr, 1998-ci ilin yanvar – sentyabr aylarında əmək haqqı almışdır. Qeyd: Qanunvercilikdə nəzərdə tutulmayan səbəblər üzündən işçinin işlmədiyi iş günlərinin tam olmadığı ayları hesablamadan çıxarılmayıb, başqa aylarla əvəz edilməyib. Əsas: Şəxsi hesablar; X11; Bakı şəhər Telefon Şəbəkəsi; Bakı şəhər Telefon X1 Təmiri üzrə X4; “Star” firması nəzdində 5 №-li Taksimotor parkı. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin MA-435 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən iddiaçı həqiqətən xx.xx.1973-cü il tarixdən (xx.xx.1973-cü il tarixli, kş/120 №-li əmr) X8 37 №-li ATS-nə 3-cü dərəcəli montyor vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1974-cü il tarixdən (xx.xx.1974-cü il tarixli, kş/148 №-li əmr) öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.1975-ci il tarixdən (xx.xx.1975-ci il tarixli, kş/ 146 №-li əmr) Bakı şəhər Telefon Şəbəkəsinin avtonəqliyyat sexinə 3-cü dərəcəli sürücü vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1975-ci il tarixdən (xx.xx.1975-ci il tarixli, kş/174 №-li əmr) X12 çağırıldığına görə tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.1978-ci il tarixdən (xx.xx.1978-ci il tarixli, kş/ 14 №-li əmr) Bakı Şəhər Telefon X1 Təmiri üzrə X2 kabel sexinə 3-cü dərəcəli kabel lehimləyicisi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1978-ci il tarixdən (xx.xx.1978-ci il tarixli, kş/36 №-li əmr) öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.1978-ci il tarixdən (xx.xx.1978-ci il tarixli, kş/52 №-li əmr) yenidən Bakı Şəhər Telefon X1 Təmiri üzrə X2 kabel sexinə 3-cü dərəcəli kabel lehimləyicisi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1979-cu il tarixdən (xx.xx.1979-cu il tarixli, kş/22 №-li əmr) öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.1997- ci il tarixdən (xx.xx.1997-ci il tarixli, kş/83 №-li əmr) “Star” firması nəzdində 5 №- li Taksimotor parkına sürücü vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1998-ci il tarixdən (xx.xx.1998-ci il tarixli, kş/199 №-li əmr) tutduğu vəzifəsindən azad edilmişdir. Əsas: Əmr kitabları, şəxsi hesablar. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin MA-24 saylı xx.xx.2023-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixdən (xx.xx.1997-ci il tarixli, kş/83 №-li əmr) “Star” firması nəzdində 5 №-li Taksimotor parkına sürücü vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1998-ci il tarixdən (xx.xx.1998-ci il tarixli, kş/199 №-li əmr) tutduğu vəzifəsindən azad edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********96 saylı məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş Ticarət Nazirliyinin Bakı şəhər Ticarət və İctimai İaşə Baş idarəsinin Yasamal rayon Ticarət və İctimai İaşə İdarəsinin "xxxx" Ticarət İstehsalat mərkəzinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 397 nömrəli sərəncamı ilə “Nəzrin" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2006-cı il tarixində tam özəlləşdirilmişdir. Məlumat üçün bildiririk ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-668/2023 saylı məktubundan görünür ki, "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 990 nömrəli sərəncamı ilə "Azəravtonəqliyyat” Dövlət Konserninin "Bakıtaksinəqliyyat" X3 tabeliyində olmuş 5 saylı Taksi Parkının bazasında “Star Park" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2002ci il tarixində tam başa çatdırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliy yanında Əmlak Məsələləri Dövlət Xidmətində mövcud olan informasiya bazasında müraciətdə qeyd olunan Avtonəqliyyat kontoru və "xxxx" firması barədə hər hansı bir məlumat aşkar olunmamışdır. - İddiaçıya məxsus xx.xx.1973-cü ildə tərtib edilmiş əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1973-cü il tarixdən (xx.xx.1973-cü il tarixli, kş/120 №-li əmr) X8 37 №-li ATSnə 3-cü dərəcəli montyor vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1974-cü il tarixdən (xx.xx.1974-cü il tarixli, kş/ 148 №-li əmr) öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1975-ci il tarixdən (xx.xx.1975-ci il tarixli, kş/ 146 №-li əmr) Bakı şəhər Telefon Şəbəkəsinin avtonəqliyyat sexinə 3-cü dərəcəli sürücü vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1975-ci il tarixdən (xx.xx.1975-ci il tarixli, kş/174 №-li əmr) X12 çağırıldığına görə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1978-ci il tarixdən (xx.xx.1978-ci il tarixli, kş/ 14 №-li əmr) Bakı Şəhər Telefon X1 Təmiri üzrə X2 kabel sexinə 3-cü dərəcəli kabel lehimləyicisi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1978-ci il tarixdən (xx.xx.1978-ci il tarixli, kş/36 №-li əmr) öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1978-ci il tarixdən (xx.xx.1978-ci il tarixli, kş/52 №-li əmr) yenidən Bakı Şəhər Telefon X1 Təmiri üzrə X2 kabel sexinə 3-cü dərəcəli kabel lehimləyicisi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1979-cu il tarixdən (xx.xx.1979-cu il tarixli, kş/22 №-li əmr) öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək Təmir-Tikinti trestində elektrik montyoru (xx.xx.1979, 46-k №-li əmr), xx.xx.1980-ci ildən xx.xx.1989-cu ilədək elektrik çilingəri (70№-li, xx.xx.1980), xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilədək elektrik çilingəri və sahə rəisi (xx.xx.1989-cü il tarixli əmr), xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək Azərdəmiryoltikinti Bakı Dəmir Beton Konstruksiyaları və İnşaat hissələri zavodunda dülgər (18 №-li əmr, xx.xx.1993-cü il tarixli), xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilədək Avtonəqliyyat kontorunda sürücü (59 №-li xx.xx.1994), xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək “Star” firmasında sürücü (83 №-li, xx.xx.1997), xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək "xxxx" firmasında çilingər (7 №-li əmr, xx.xx.1999), xx.xx.2002-ci ildən xx.xx.2003cü ilədək Əhaliyə vətəndaşlıq xidməti trestinin Keşlə qəbirstanlığında qəbir qazan (əmr № 01, xx.xx.2002) işləmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
4. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Göründüyü kimi qanunverici orqan 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər kişilərin ən azı 65 yaşına çatmasını, eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini və yaxud 25 il sığorta stajı olmasını pensiya təyin edilməsi əsas hesab edir. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhədini mühafizə və prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İşin araşdırılan hallarından məlum olur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən onun müraciətinə imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, iş materiallarında olan sənədlərə əsasən iddiaçının tələb olunan 25 il iş stajı toplanır: xx.xx.1973 - xx.xx.1974-ci illərdə X8 37 №-li ATS-nə 3-cü dərəcəli montyor – 11 ay 28 gün, xx.xx.1975 -xx.xx.1975-ci illərdə Bakı şəhər Telefon Şəbəkəsinin avtonəqliyyat sexində 3-cü dərəcəli sürücü – 1 ay 18 gün, xx.xx.1975-xx.xx.1977-ci illərdə həqiqi hərbi xidmət dövrü – 2 il 15 gün, xx.xx.1978- xx.xx.1978-ci illərdə Bakı Şəhər Telefon X1 Təmiri üzrə X2 kabel sexində 3-cü dərəcəli kabel lehimləyicisi – 1 ay 25 gün, xx.xx.1978-xx.xx.1979-cu illərdə Bakı Şəhər Telefon X1 Təmiri üzrə X2 kabel sexində 3-cü dərəcəli kabel lehimləyicisi – 10 ay 13 gün, xx.xx.1979-xx.xx.1980-ci illərdə Təmir-Tikinti trestində elektrik montyoru – 10 ay 23 gün, xx.xx.1980-xx.xx.1989-ci illərdə elektrik çilingəri – 9 il 19 gün, xx.xx.1989- xx.xx.1993-ci illərdə elektrik çilingəri və sahə rəisi – 3 il 8 ay 8 gün, xx.xx.1993-xx.xx.1994-ci illərdə Azərdəmiryoltikinti Bakı Dəmir Beton Konstruksiyaları və İnşaat hissələri zavodunda dülgər – 1 il 5 ay 22 gün, xx.xx.1994-xx.xx.1997-ci illərdə Avtonəqliyyat kontorunda sürücü – 2 il 6 ay 16 gün, xx.xx.1997- xx.xx.1998-ci illərdə “Star” firmasında sürücü -1 il 7 ay 23 gün, xx.xx.1999- xx.xx.2001-ci illərdə "xxxx" firmasında çilingər – 2 il 11 ay 6 gün, xx.xx.2002- xx.xx.2003-cü illərdə Əhaliyə vətəndaşlıq xidməti trestinin Keşlə qəbirstanlığında qəbir qazan – 1 il 7 ay 4 gün işləməklə ümumilikdə 28 10 gün stajını toplamışdır. Buna görə də, cavabdeh tərəfindən iddiaçının iş stajının guya 25 ildən az olması barədə mülahizəsi əsassızdır. Bundan başqa cavabdehin “Avtonəqliyyat kontoru"nun xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək olan əmr kitablarının və əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi, həmçinin “Star” firmasının nəzdində 5 №-li Taksimotor parkındakı xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan əmək fəaliyyəti zamanı 1998-ci ildə 3 ay adına əmək haqqı hesablanmaması, “Nəzrin" firmasının xx.xx.1999-cu il tarixindən xx.xx.2001-ci il tarixinədək olan faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması barədə mülahizələri də əsassızdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən göstərilənlər iddiaçının təqsiri deyil. İddiaçıya aid əmək kitabçasında iddiaçının həmin müəssisələrdə işləməsi barədə qeydlər qanunvercilikdə nəzərdə tutulmuş qaydada aparılmışdır. Bundan başqa, yuxarıdakı hesablamadan göründüyü kimi həmin dövrlər belə nəzərə alınmasa da, iddiaçı 2017-ci ilin iyulun 1-dək tələb olunan 25 ildən artıq iş stajı olduğu üçün cavabdehin imtinası qanunsuzdur. Belə ki, cavabdeh tərəfindən imtina məktubunda iddiaçının iş stajının 21 il 01 ay olması göstərilsə də, məhkəmə araşdırması zamanı is stajının düzgün hesablanmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtina üçün gətirdiyi dəlilləri əsassızdır. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü, həmçinin əmək kitabçasında göstərilən iş müddəti nəzərə alınmaqla 25 ildən artıq ümumi iş stajının mövcud olması məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilən 25 il sığorta stajı olması şərti ödəndiyi üçün, məhkəmə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtini araşdırmağı zəruri hesab etmir. Beləliklə məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin yaşa görə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq iddaçıya münasibətdə tətbiq edilməli olan normativ hüququ aktı düzgün realizə etməmişdir. Halbuki, iş materiallarına əsasən iddiaçının işləyərək tələb olunan iş stajını toplaması müəyyən edilmişdır. Buna görə də iddiaçıya cavabdeh tərəfindən əmək pensiyasının təyin edilməməsi əsassızdır. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanmış müddəaları işin müəyyən edilmiş hallarına tətbiq baxımından qiymətləndirildikdə iddiaçının əmək pensiyası ala bilmək üçün qanunvericilikdə tələb olunan zəruri sığorta stajına malik olduğu müəyyən olunur. Yuxarıda göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün məhkəmə iddiaçının hazırkı tələbinin əsaslı və qanuni olduğunu hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının sosial təminat hüququnun pozulduğu aşkar edilmişdir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2akim Mehriban Qarayeva