Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3291/2024 25.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X5 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı2, İddiaçı1 və X2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı üçüncü şəxs qismində Füzuli rayon İcra Hakimiyyəti cəlb edilməklə “X2, İddiaçı1 və X8 adlarının vahid aylıq müavinətin verilməsinə dair adlı siyahiya salınmaqla ödənilməmiş aylıq müavinətin məcburi köçkün vəsiqələrinin verildiyi xx.xx.2022-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İ. Mübahisənin predmeti
1. İddiаçılar İddiaçı2, İddiaçı1 və X11 cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “05 dekabr 1998-ci il təvəllüdlü X6, xx xxxxxx 2000-ci il təvəllüdlü İddiaçı1 və 12 oktyabr 2008-ci il təvəllüdlü X12 vahid aylıq müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdirlər.
2. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1644/2023 saylı işi üzrə qəbul etdiyi 13 mart 2023-cü il tarixli Qərardadı ilə, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi iş üzrə adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. Şirvan İnzibati Məhkəməsinin 23 may 2023-cü il tаriхli, 2-1(120)-1644/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı2, X2, İddiaçı1 cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “05 dekabr 1998-ci il təvəllüdlü X6, xx xxxxxx 2000-ci il təvəllüdlü İddiaçı1 və 12 oktyabr 2008-ci il təvəllüdlü X12 vahid aylıq müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçılar və cavabdeh olduğu kimi saxlanılması, iddia tələbinə “X2, İddiaçı1 və X8 adlarının vahid aylıq müavinətin verilməsinə dair adlı siyahiya salınmaqla ödənilməmiş aylıq müavinətin məcburi köçkün vəsiqələrinin verildiyi xx.xx.2022-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır.
4. Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2023-cü il tаriхli, 2-1(120)-1644/2023 nömrəli qərardadı ilə iddiaçıların və iddia tələbinin olduğu kimi saxlanılması, Füzuli rayon İcra Hakimiyyətinin cavabdeh sırasından çıxarılmasını, cavabdeh qismində Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin qəbul edilməsi, Füzuli rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində məhkəmənin icraatına cəlb edilməsi qərara alınmışdır.
5. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1644/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı ilə, iddiaçılar İddiaçı2, X2, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı “X2, İddiaçı1 və X8 adlarının vahid aylıq müavinətin verilməsinə dair adlı siyahiya salınmaqla ödənilməmiş aylıq müavinətin məcburi köçkün vəsiqələrinin verildiyi xx.xx.2022-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
6. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, İddiaçı1 Azərbaycan Respublikası Füzuli rayonu, Kürdlər kəndində anadan olmuşdur. Eyni zamanda valideynləri X13 və X7 “məcburi köçkün” statusuna malik olmaqla bərabər ünvan 1i ünvanında qeydiyyatdadırlar. İddiaçı Azərbaycan Respublikası Füzuli rayonundan “məcburi köçkün” statusunun verilməsi və onu təsdiq edən vəsiqəni təqdim edilməsi məqsədi ilə Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən heç bir hüquqi hərəkətlər həyata keçirilməməsi səbəbindən İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə ona Azərbaycan Respublikası Füzuli rayonundan “məcburi köçkün” statusunun verilməsi və onu təsdiq edən vəsiqəni təqdim etmə öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-1(112)-4940/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı1 «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-1076/2022 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4940/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(102)-1190/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayətinin rədd edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1076/2022 nömrəli, 31 mart 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı2 uşaqları - 05 dekabr 1998-ci il təvəlüdlü X6, xx xxxxxx 2000-ci il təvəllüdlü İddiaçı1 və 12 oktyabr 2008-ci il təvəllüdlü X12 vahid aylıq müavinətlərin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən ünvanlanmış 17 noyabr 2022-ci il tarixli, № 904 saylı cavab məktubunda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarının 2.6-cı bəndinə əsasən (valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara) X3 məcburi köçkün statusu olmaması səbəbindən birgə nikahdan doğulmuş uşaqlara vahid aylıq müavinətin verilməsinin qeyri- mümkün olması qeyd edilmişdir. Füzuli rayon, Kürdlər kənd sakini X13 23 avqust 1993-cü il tarixədək Füzuli rayonunun, Kürdlər kəndində yaşamış, məcburi köçkün olmuşdur. Həmçinin İddiaçı2 məcburi köçkün statusuna malikdir. Uşaqların məcburi köçkün statusuna malik analarının yanında qalması qanuni qüvvəyə minmiş Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(002)-805/2011 nömrəli məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarının 2.6-cı maddəsi 2017-ci ildən sonra qəbul edildiyindən və iddiaçının vəziyyətini ağırlaşdırdığından ona münasibətdə geriyə tətbiq edilə bilməz. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamını icra edərək məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazında cavabdeh göstərmişdir ki, aparılmış araşdırma zamanı, iddiaçıların atası Füzuli rayonunun işğalından sonra X13 25 aprel 1998-ci il tarixində İddiaçı2 ilə rəsmi nikaha daxil olmuşdur. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X13 ilə İddiaçı2 arasındakı nikah pozulmuşdur. Bununla yanaşı, X3 və İddiaçı2 ünvan 4i ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaları müəyyən olunmuşdur. Lakin iddiaçının atası X3 qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon olsa da, məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. İddiaçının anası İddiaçı2 isə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2021ci il 30 iyun tarixli 2-1 (102)-710/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış, üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)-463/2020 saylı 24 sentyabr 2020-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti qismən təmin olunmuşdur. Kollegiya öz qərarını aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə kollegiyası yuxarıda yazılan mövqe ilə razılaşmayaraq bildirir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət bücəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edildiyi zaman məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinətin ödənilməsinin yeni şərtləri müəyyən edilmişdir. Belə ki, əvvəlki qanunvericiliklə (“Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən vahid aylıq müavinətin paylanmasına dair Təlimat”) nəzərdə tutulan şərtlər bir qədər dəyişdirilmişdir. Aşağı instansiya məhkəmələrinin mövqeyindən belə məlum olur ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət bücəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” onun qəbul edildiyi gündən sonra aylıq müavinət almaq hüququ yaranmış şəxslərə münasibətdə tətbiq edilməlidir. Halbuki sözügedən qaydaların müddəalarının təhlili onu göstərir ki, həmin müddəaların Qaydalar qəbul olunanadək aylıq müavinət almaq hüququ yaranmış şəxslərə münasibətdə tətbiq edilməsi nəzərdə tutulub. Digər tərəfdən aşağı instansiya məhkəmələrinin mövqeyi haqlı hesab olunsa, “Qaydalar”dakı bəzi müddəaların (məs: Qaydaların 1.1-ci bəndinə əsasən, ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə aylıq müavinət verilir) nəzərdə tutulmasının əhəmiyyəti qalmır. Belə ki, məsələn, 2017-ci ildən sonra (Qaydalar qəbul edildikdən sonra) ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan yeni şəxslərin olması mümkün deyil. Başqa sözlə qanunvericinin iradə ifadəsi də aylıq müavinətin verilməsi əsaslarının yenidən müəyyən edməli olmuşdur ki, bu səbəblə də yeni yanaşma əsasında qanunvericilik dəyişilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən,
- 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş tərəflər məhkəmə bахışında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Odur ki, məhkəmə işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə, iş materiallarında olan sənədləri nəzərə аlаrаq, iddia ərizəsini, iddia tələbinə etirazı nəzərdən keçirərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hesab edir ki, iddiaçının iddiа tələbi əsassızdır.
İş materiallarında olan:
AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı2 xx.xx.1977-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. AZ-İ seriyalı 003026 nömrəli “Doğum haqqında Şəhadətnamə”yə əsasən, İddiaçı1 xx xxxxxx 2000-ci ildə doğulmuşdur. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı1 xx.xx.2000-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. AA seriyalı 476196 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən, İddiaçı1 məcburi köçkündür. XX-ЖГ seriyalı 431197 nömrəli “Doğum haqqında Şəhadətnamə”yə əsasən, X14 05 dekabr 1998-ci ildə doğulmuşdur. AZE seriyalı 15161950 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı X11 05 dekabr 1998-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. AA seriyalı 476195 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən, iddiaçı X11 məcburi köçkündür. AZ-İİ seriyalı 185660 nömrəli “Doğum haqqında Şəhadətnamə”yə əsasən, X16 xx.xx.2008-ci ildə doğulmuşdur. AZE seriyalı 12397404 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, X18 və Mahmudova İlhamə oğlu, xx.xx.2008-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Füzuli rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən İddiaçı2 ünvanladığı 17 noyabr 2022-ci il tarixli, 904 nömrəli məktubuna əsasən bildirilmişdir ki, övladları məcburi köçkün kimi vahid aylıq müavinət almamışdır. Vahid aylıq müavinətlərinin bərpa olunması üçün Əbdürrəhmanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci ıl tarixində Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Sosial təminat və kommunal xidmətlər şöbəsinə göndərilmişdir. Övladlarının sənədlərinə sözügedən şöbədə baxılmışdır. Lakin, həyat yoldaşının məcburi köçkün statusu olmadığı üçün həmin nikahdan doğulmuş övladlarına vahid aylıq müavinət verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarının (valdeyinlərindən biri “məcburi köçkün” statusuna malik olmuyan uşaqlara) 2.6-cı bəndinə əsasən mümkün olmamışdır. Məhkəmə sorğusu əsasında Füzuli rayon İcra Hakimiyyəti Başçısı Aparatının məhkəməyə ünvanladığı 23 fevral 2023-cü il tarixli, 5-43-10/2-498/2023 saylı cavab məktubuna əsasən bildirilmişdir ki, İddiaçı2 Füzuli rayonu, Kürdlər kənd daimi pasport qeydiyyatındadır, məcburi köçkün kimi aylıq müavinət alır. İddiaçı2 həyat yoldaşı X23 rayonu, Kürdlər kənd daimi pasport qeydiyyatında olsada məcbri köçkün kimi statusu yoxdur. Ona görə də İddiaçı2 və Namiq Mahmudovun birgə nikahlarından doğulan xx.xx.1998-ci il təvəllüdlü X11, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü X12 vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onalra bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli ilə müvafiq Təlimatın 2.6-cı (valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmuyan uşaqlara) bəndinə əsasən mümkün olmamışdır. Məhkəmə sorğusu əsasında Füzuli rayon İcra Hakimiyyəti Başçısı Aparatının məhkəməyə ünvanladığı 08 may 2023-cü il tarixli, 5-43-10/2-1067/2023 saylı cavab məktubuna əsasən bildirilmişdir ki, İddiaçı2 Füzuli rayonu, Kürdlər kənd daimi pasport qeydiyyatındadır, məcburi köçkün kimi vahid aylıq müavinət alır. İddiaçı2 Namiq Mahmudovun birgə nikahlarından doğulan xx.xx.1998-ci il təvəllüdlü X11, 07.11,2000-ci il təllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü X12 vahid aylıq müavinətin verilməsinə köməklik göstərilməsi ilə bağlı 27 oktyabr 2022-ci il xində Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçı2 müraciəti araşdırılaraq ona 17 noyabr 2022-ci il tarixli 904 nömrəli məktubla rəsmi cavab verilmişdir. İddiaçı2 övladlarının vahid aylıq müavinətinin bərpa olunması üçün 2022-ci ilin yabr ayında aylıq hesabata əlavə edilib, Azərbaycan Respublikası Qaçınların və X10 üzrə Dövlət Komitəsinin müvafiq Komissiyasına göndərilmişdir. Lakin, Tiissiya İddiaçı2 ərinin məcburi köçkün statusunun olmadığını əsas gətirərək, adlarının vahid aylıq müavinətini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Məcburi pkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə müvafiq Təlimatın 2.6-cı (valideyinlərindən biri “məcburi köçkün” statusuna malik olmuyan uşaqlara) bəndinə əsasən bərpa etməmişdir. İddiaçı2 əri X23 rayonu işğal olunmazdan əvvəl (23 avqust 1993-cü il) Rusiya Federasiyasında yaşadığı və işğal zamanı rayonda olmadığı üçün onun məcburi köçkün statusu olmamışdır. X4 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kürdlər kəndi üzrə daimi qeydiyyatdadır, məcbur köçkün statusu yoxdur. Hazırda ailəsi ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, bina 3, mənzil 35-də kirayədə yaşayır. Məhkəmə sorğusu əsasında Füzuli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı 2 aprel 2024-cü il tarixli, 5-43/2-392/2023 saylı cavab məktubuna əsasən bildirilmişdir ki, İddiaçı2 ilə X13 arasında olan rəsmi nikah məhkəmə qərarı ilə pozulduğuna görə İddiaçı2 Nazirlər Kabinetinin 2017-ci 24 yanvar 11 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarına əsasən vahid aylıq müavinət alır. X1, İddiaçı1 və X16 “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarının 2.6-cı bəndində əsasən (valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara) vahid aylıq müavinət almırlar.
İİİ. Məhkəmənin mövqeyi
Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir:
9. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun
- 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 6-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: haqq ödəmədən müvəqqəti yaşayış yerinə getmək və əmlakını aparmaq; müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, əlilliyi olan şəxslərin, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada lazımi dərman və tibb yardımı almaq; təhsil almaq; yaşayış məntəqələrində daimi yaşayan vətəndaşlarla eyni əsaslar üzrə ərzaq və sənaye malları almaq; dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiyaçıların və əlilliyi olan şəxslərin xüsusi sosial təminat müəssisələrində ilk növbədə yerləşdirilməsi; Bu Qanunla müəyyənləşdirilmiş müddətdə qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almaq; dəymiş maddi və digər ziyanın ödənilməsi məsələsini qaldırmaq; pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək; əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ. - 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. - 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir.
10. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasına əsasən:
1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); 1.2. hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara; 1.3. “məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər); 1.4. məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin işğal zamanı əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan ərazisi işğal olunmuş rayonda ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara
2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara; 2.6. valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara; 3.1. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; 3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; 3.5. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir;
İşin faktiki hallarına əsasən İddiaçı1, X11 və X8 valideynləri İddiaçı2 və X13 25 aprel 1998-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X9 ilə İddiaçı2 arasındakı nikah pozulmuşdur. X3 qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon olsa da, məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. Qeyd olunan hal isə istinad olunan Qaydaların 2.6-cı bəndinə əsasən iddiaçıya aylıq müavinət verilməsini istisna edir. Bundan başqa qeyd edilməlidir ki, işin faktiki hallarına əsasən, iddiaçılar yalnız xx.xx.2021-ci il tarixdə məhkəmə qərarı əsasında məcburi köçkün vəsiqələri almışlar, məcburi köçkünlər üçün əvvəlki qanunvericiliklə nəzərdə tutulmuş yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişləri almamışlar. Qüvvədə olan “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın müddəalarının mənasına görə, həmin müddəaların Qayda qəbul olunanadək (yəni 2017-ci ilədək) aylıq müavinət almaq hüququ yaranmış və ya alan şəxslərə münasibətdə tətbiq edilməsi nəzərdə tutulub. Beləki,əks təqdirdə, Qaydadakı bəzi müddəaların ( Qaydanın 1.1-ci bəndinə əsasən, ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə aylıq müavinət verilir; 3.5-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir.) nəzərdə tutulmasının əhəmiyyəti qalmır. Beləki, 2020-ci ilin noyabr ayında Azərbaycan Respublikasının işğal olunmuş əraziləri azad olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 710/2021 saylı işi üzrə (“məcburi köçkün” statusuna malik şəxslərə aylıq müavinətin ödənilməsi zamanı bərabərlik hüququnun təmin edilməsi barədə) qəbul etdiyi xx.xx.2021ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edildiyi zaman məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinətin ödənilməsinin yeni şərtləri müəyyən edilmişdir. Belə ki, əvvəlki qanunvericiliklə ("Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat") nəzərdə tutulan şərtlər bir qədər dəyişdirilmişdir. Sözügedən Qaydaların müddəalarının təhlili onu göstərir ki, həmin müddəaların Qaydalar qəbul olunanadək aylıq müavinət almaq hüququ yaranmış və ya alan şəxslərə münasibətdə də tətbiq edilməsi nəzərdə tutulub. Digər tərəfdən, “Qaydalar”dakı bəzi müddəaların (məs.: Qaydaların 1.1-ci bəndinə əsasən, ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə aylıq müavinət verilir) nəzərdə tutulmasının əhəmiyyəti qalmır. Belə ki, məsələn, 2017-ci ildən sonra (Qaydalar qəbul edildikdən sonra) ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan yeni şəxslərin olması mümkün deyil. Başqa sözlə, qanunvericinin iradə ifadəsi də aylıq müavinətin verilməsi əsaslarının yenidən müəyyən edilməsi olmuşdur ki, bu səbəblə də yeni yanaşma əsasında qanunvericilik dəyişdirilmişdir.” Beləliklə məhkəmə hesab edir ki, cavabdehin iddiaçılara münasibətdə hər hansı bir qanunsuz hərəkət etməsi ilə iddiaçının hüquqlarının pozulması inzibati məhkəmə icraatının gedişi zamanı təsdiq edilməmişdir
11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 2.0.5.inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətdir. - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borculudurlar. - 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
12. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinə əsasən: - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
11. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı üçüncü şəxs qismində Füzuli rayon İcra Hakimiyyəti cəlb edilməklə “X2, İddiaçı1 və X8 adlarının vahid aylıq müavinətin verilməsinə dair adlı siyahiya salınmaqla ödənilməmiş aylıq müavinətin məcburi köçkün vəsiqələrinin verildiyi xx.xx.2022-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
12. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRАRА АLDİ: İddia tələbi təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа