Məhkəmə qərarları › İş №2-1(112)-3293/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3293/2025

14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3293/2025 14.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaranmış fərqin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdən - yəni, qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına (65 yaş) çatdığı dövrdən xx.xx.2022-ci il tarixədək, yəni ərizə əsasında əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirildiyi günədək olan 1 il 8 ay müddətində iddiaçıya ödənilən pensiyalar arasındakı maliyyə fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixdən, yəni qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına (65 yaş) çatdığı dövrdən xx.xx.2022- ci il tarixədək, yəni ərizə əsasında əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirildiyi günədək olan 1 il 08 ay müddətində ona ödənilən pensiyalar arasındakı maliyyə fərqinin hesablanaraq ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən 06 sentyabr 2024-cü il tarixdə ərizəmin təmin edilməsindən imtina barədə məktub verilmişdir. Həmin məktubda ərizənin təmin edilməsindən hansı əsaslarla imtina edilməsi aydınlaşdırılmamışdır. İddiaçı hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən edilmiş imtina tam əsassızdır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 7-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 34.1-ci maddəsinin xx.xx.2024-cü il tarixinədək qüvvədə olmuş tələblərinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Qanunun 34.2-ci maddəsinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. Qanunun 7 və 34-cü maddələrinin xx.xx.2022-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən şəxsə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və hazırda ödənişi davam etdirilir. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmarnaqla azaldılır. Məlumat üçün bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) “Əmək və Məşğulluq” altsistemində olan məlumatlara əsasən bildiririk ki, əmək müqavilənizə xx.xx.2024-cü il tarixində xitam verilmiş, MEİS-in “Sığorta” altsistemində olan məlumatlara əsasən vergi ödəyicisinin fəaliyyəti (VÖEN: **********) xx.xx.2024-cü il tarixindən dondurulmuşdur. Pensiya işinizdə olan sənədlərin surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək təhsil aldığı illər, xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 31 il 1 ay 2 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış 38887,65 manat (2021-ci il tarixinə indeksləşdirilmiş), xx.xx.2024-cü il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün xx.xx.2021-ci il tarixindən işdən çıxdığınız tarixədək 9063,88 manat (2024-cü il tarixinə indeksləşdirilmiş), pensiya kapitalı əsasında əmək pensiyanın məbləği yenidən hesablanmış xx.xx.2024-cü il tarixindən (aktiv vergi ödəyicisi kimi fəaliyyətinin dondurulduğu tarixdən) 683,28 manat müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, Qanunun 5.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Belə ki, xx.xx.2022-ci il tarixli ərizəyə əsasən pensiyan əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

4. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi filiala müraciət edərək, ona əmək pensiyaları arasındakı fərqin ödənilməsini xahiş etmiş, lakin qanunvericiliyin tələblərinə uyğun olaraq müraciətin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 34.1-ci maddəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş tələblərinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Qanunun 34.2-ci maddəsinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. Qanunun 7 və 34-cü maddələrinin xx.xx.2022-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən İddiaçı həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və hazırda ödənişi davam etdirilir. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Məlumat üçün bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) “Əmək və Məşğulluq” altsistemində olan məlumatlara əsasən bildirilir ki, əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, MEİS-in “Sığorta” altsistemində olan məlumatlara əsasən vergi ödəyicisi fəaliyyəti (VÖEN: **********) xx.xx.2024-cü il tarixdən dondurulmuşdur. Pensiya işində olan sənədlərin surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil aldığı illər, xx.xx.1974cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 31 il 1 ay 2 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 38887,65 manat (2021-ci il tarixə indeksləşdirilmiş), xx.xx.2024-cü il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021-ci il tarixdən işdən çıxdığı tarixədək 9063,88 manat (2024-cü il tarixə indeksləşdirilmiş), pensiya kapitalı əsasında əmək pensiyanın məbləği yenidən hesablanmış xx.xx.2024-cü il tarixdən (aktiv vergi ödəyicisi kimi fəaliyyətinin dondurulduğu tarixdən) 683,28 manat müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Belə ki, xx.xx.2022-ci il tarixli İddiaçı ərizəsinə əsasən pensiyası əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. Cavabdeh qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı “əmək pensiyaları arasındakı fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir.

5. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami şöbəsinin Qərarına əsasən İddiaçı xx.xx.1956-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir (Pensiyaçının uçot vərəqi № 042289).

6. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən əlillliyə görə əmək pensiyasından digər yaşa görə əmək pensiyası növünə keçirilməsi xahiş edilmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərarına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir (Pensiya işinin № 042289).

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və izahatında bildidi ki, xx.xx.1956-cı il tarixdən təyin edilmiş əlilliyə görə əmək pensiyası iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasına keçirilməli idi. Belə ki, İddiaçı münasibətdə ödənilməli olan yaşa görə əmək pensiyasının məbləği əlilliyə görə əmək pensiyasının məbləğindən daha yüksək olmuşdur.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması xahiş etdi və bildirdi ki, İddiaçı yaşa görə əmək pensiyası müraciət etdiyi xx.xx.2022-ci il tarixdən təyin edilmişdir. Belə ki, həmin tarixə kimi əlilliyə görə əmək pensiyası almışdır. İddiaçının 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə qanunvericilikdə “əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi” nəzərə tutulmuşdur. İddiaçı münasibətdə əmək pensiyası həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsassən təyin edilmişdir.

II. İddianın növü və mümkünlüyü

10. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

11. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

12. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

13. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

14. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

15. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

16. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami şöbəsinin Qərarına əsasən İddiaçı xx.xx.1956-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir (Pensiyaçının uçot vərəqi № 042289). İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə təqdim edərək əlillliyə görə əmək pensiyasından digər yaşa görə əmək pensiyası növünə keçirilməyini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərarına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir (Pensiya işinin № 042289).

17. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasına 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən keçirilməli olduğunu iddia edərək, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edildiyi xx.xx.2022-ci il tarixədək yaranmış pensiya fərqinin ödənilməsini tələb etmişdir.

18. Məhkəmə qeyd edir ki, hüququn yaşanması (hüququn ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin yaradılmasında məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə girmiş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir.

19. Məhkəmə müəyyən edir ki, İddiaçı yaşa görə əmək pensiyası hüququ 2021-ci tarixdə yarandığından, hazırki mübahisə iddiaçının pensiya hüququnun yarandığı zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun qüvvədə olmuş normaları əsasında həll edilməlidir.

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci tarixdə qüvvədə olan redaksiya): Maddə 5. Pensiya seçmək hüququ 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 31. Əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 31.1-1. bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması, eləcə də bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada bir növdən digər növə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır.

21. 7 iyun 2024-cü il tarixli 1172-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə: - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa yeni məzmunda 34.1-1-ci maddə əlavə edilmişdir: Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 31.1-1-ci maddəyə “yenidən hesablanması” sözlərindən sonra “, eləcə də bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada bir növdən digər növə keçirilməsi” sözləri əlavə edilmişdir.

22. Məhkəmə ilk növbədə müəyyən edir ki, İddiaçı yaşa görə əmək pensiyası almaq hüququ 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə yaransa da, iddiaçı həmin anda digər növ əmək pensiyası hüququndan (əlilliyə görə əmək pensiyası) istifadə edən əmək pensiyaçısı olmuşdur.

23. Məhkəmə nəzərə alır ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı (65 yaşının tamam olduğu) xx.xx.2021-ci il tarixdə qüvvədə olan qanunvericilikdə əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən daha yüksək məbləğdə hesablanmış digər növə keçirilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə yalnız bir pensiya təyin edildiyindən və həmin vaxt qüvvədə olan qanunvericilik əmək pensiyasının növünün avtomatlaşdırılmış qaydada dəyişdirilməsini nəzərdə tutmadığından, əlilliyə görə əmək pensiyasının yaşa görə əmək pensiyasına keçirilməsi yalnız əmək pensiyaçısının (İddiaçı) ərizəsi ilə mümkün olmuşdur. Odur ki, İddiaçı xx.xx.2022-ci il tarixində müraciət etdiyindən ona məhz həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə hesab edir ki, normanın qeyd edilən şəkildə tətbiqi iddiaçının vəziyyətinə uyğundur.

24. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının pensiyasının yenidən hesablanmasına “qanuni gözləntisi” yoxdur. Belə ki, X1 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

25. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

26. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

27. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113);

28. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar