Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3294/2020 11.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Oruczadə, İddiaçı cavabdeh Binəqədi qəsəbəsi Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilməsi barədə iddiaçının ərizəsinə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Binəqədi qəsəbəsi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi qəsəbə Bələdiyyəsinin 14 saylı, 14 mart 2011-ci il tarixli qərarının ləğv edilməsi ilə əlaqədar cavabdehin üzərinə öhdəçiliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPMin 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3294/2020 saylı, 13 fevral 2020-ci il tarixli qərardadı ilə X1 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı 28.07.2020-ci il tarixdə məhkəmənin mailto:contact@bakuadministrativecourt.gov.azElektron ünvan elektron poçt vasitəsi ilə ərizə təqdim edərək, 2-1(112)-3294/2020 saylı iş üzrə iddiaya xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iş üzrə iddiaya xitam verilməsinə dair ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 55.4-ci maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İşin hallarından göründüyü kimi, iş üzrə hazırlıq icraatı çərçivəsində, tərəflərin çıxışlarından əvvəl iddiaçı iddiadan imtina etdiyindən, cavabdehin razılığı tələb edilmir və iddiaçının ərizəsi təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Binəqədi qəsəbəsi Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3294/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3294/2020
11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver